Məhkəmə qərarları › İş №2-1(102)-1762/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1762/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1762/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 21(103)-1885/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi ömürlük, yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir.

3. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, xidmətdə olan hərbi və xüsusi rütbəli şəxslərin 1 yanvar 2022-ci il tarixindən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində ödənilən əlavə onun xidmətdə olarkən aldığı təminat xərcliyinə aid edilən ödənc sayılmadığı və məcburi dövlət sosial sığortasına cəlb edilmədiyi üçün qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanmasına əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, orta ay lıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyasının 2013-cü ildən etibarən indeksləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşının 20 faizi məbləğində artımın (əlavənin) pensiyasına hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli ehtiyatda olan zabitidir. 2013-cü ilin avqust ayında Müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. 2013-cü ilin sentyabr ayından ona pensiya təyin olunmuşdur. 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən, əmək pensiyasının sığo rta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməlidir. 2013-cü ilin 1 yanvarından etibarən Nazirlər Kabinetinin Qərarına əsasən ərzaq normaları təyin olunmuşdur. Qanunvericiliyə görə ərzaq pulu əvəzinə kompensasiya dövlət pərakəndə satış qiymətlərinə uyğun hesablanıb ödənilməlidir. Lakin, artıq 10 (on) ilə yaxındır ki, ona bu kompensasiya 64 manatdan ödənilir ki, bu da, ərzaq normasının pərakəndə satış qiymətlərinə uyğun deyildir. Həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 23 dekabr 2021-ci il tarixli Fərmana əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına 20 % mə bləğində əlavə müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə görə, əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar baş verdikdə onun əmək pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yenidən hesablanır. Qanunvericilikdə təsbit olunmuş hüquqlarımın həyata keçirilməsi məqsədilə cavabdeh orqan olan Dövlət Sosial Müdafiə Fonduna əvvəlcə xx.xx.2022-ci ildə, daha sonra xx.xx.2022-ci il tarixində rəsmi şəkildə müraciət edərək ərzaq payı əvəzinə verilən pul kompensasiyasının dövlət pərakəndə satış qiymətlərinə uyğun pensiyasına hesablanıb ödənilməsini, orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi nə uyğun olaraq pensiyasının indeksləşdirilməsini və cənab Prezidentin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən təminat xərcliyinə daxil olan aylıq vəzifə maaşının 20 faizi məbləğində əlavənin pensiyasına hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan isə bundan qanunsuz şəkildə imtina edir.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 8 dekabr 2022-ci il tarixli, 2-1(112)-6581/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi; “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul t əminatının və dövlət qulluqçusu olmayan mülki işçilərini aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində müəyyən edilmiş əlavənin ona şamil edilərək əmək pensiyasının yenidən hesablanması.

9. Əmək pensiyasının indeksləşdirilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli qərarla, xx.xx.2013-cü il tarixdən hərbi qulluqçu kimi ömürlük, yaşa görə əmək pensiyası təyin edilmişdir. O, qulluq stajına görə əlavələr alan əmək pensiyaçısı kateqoriyasına aid olmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının indeksləşdirilməsinin tətbiq edildiyi əmək pensiyaçısı kateqoriyasına aid deyildir. Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər qüvvəsini aldıqdan sonra (xx.xx.2023-cü ildən sonra) iddiaçı ona münasibətdə sözügedən qanunun normalarının tətbiq edilməsi barədə aidiyyəti üzrə cavabdehə müraciət edə bilər.

10. Məhkəmə iddiaçının digər tələbi olan vəzifə maaşına 20 faiz əlavənin ona münasibətdə tətbiq edilməsi ilə bağlı isə qeyd etmişdir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra, işlədiyi dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haq qına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2013-cü il tarixdən etibarən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyaçısıdır. Bu səbəbdən də, iddiaçıya münasibətdə almadığı, təminat xərcliyinə daxil edilməmiş vəzifə maaşına əlavə pensiyasının hesablanması zamanı nəzərə alına bilməz.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 10 aprel 2023-cü il tarixli, 2- 1(103)-1885/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2-1(112)-6581/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Mübahisələndirilən qərar faktlara əsaslanmır, ona münasibətdə qərəzli və ədalətsizdir, qanunlara əsaslanaraq qəbul edilməmişdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbinə zidd olaraq cavabdeh indeksləşdirilmədən qanunsuz şəkildə imtina etmiş, məhkəmə isə qanunvericiliyin tələbinə əhəmiyyət verməyərək cavabdehin formal etirazı əsasında qanunsuz qərar qəbul etmişdir. 16. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə indeksləşdirilməlidir və burada pensiya alan şəxslərin hər hansı bir kateqoriyası üçün istisna müəyyən edilməmişdir. O, dövlətdən xidmət illərinə görə (yaşa görə) güzəştli şərtlərlə pensiya alır, lakin cavabdeh qurum qanunvericiliyin tələblərinə əhəmiyyət verməyərək, pensiyanı 2013-2021-ci illər üçün indeksləşdirməkdən imtina edir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin formal im tinasını öz qərarına köçürərək qanunsuz və əsassız qərar qəbul etmişdir.

17. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən, iddiaçı məhkəməyə 2022-ci ilin fevral ayında müraciət etmiş, qanunvericilikdə dəyişiklik isə 5 noyabr 2022-ci ildə baş vermişdir. Ona görə də həmin Fərmana əsasən müəyyən edilmiş 20 faiz əlavə pensiyasına hesablanmalı idi. Cavabdeh öz qanunsuz etirazında qeyd edir ki, guya iddiaçı xidmət etdiyi müddətdə həmin əlavəni almadığına görə pensiyasına əlavə edilə bilməz. Halbuki, o, xidmət etdiyi müddətdə vəzifə maaşı da, ona olan artım və əlavələri də almışdır. Fərmanda qeyd edilən 20 faiz əlavə yeni əlavə növü deyildir. Hərbi qulluqçulara ödənilən bütün əlavə növləri Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında sa dalanmışdır və həmin Qərara 20 faiz əlavə adında yeni əlavə növü daxil edilməmişdir. Belə olduğu təqdirdə, cavabdehin etirazı absurddur. Hər iki instansiya məhkəməsi isə cavabdehin yanlış arqumenti əsasında səhv qənaətə gələrək qanunsuz və əsassız qərar qəbul etmişdir.

18. İddiaçı səhhəti ilə əlaqədar olaraq məhkəmənin 10 aprel tarixli iclasında iştirak edə bilməmiş və bu barədə, məhkəmənin dəftərxanasına ərizə ilə müraciət edərək məhkəməni rəsmi şəkildə məlumatlandırmışdır. Məhkəmə isə onun iştirakını təmin etmədən, onu dinləmədən, tələsik şəkildə cavabdehin maraqlarına xidmət edən qanunsuz qərar qəbul etmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması, eləcə də, çəkişmə prinsipi pozulmuşdur.

19. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində icraat zamanı ciddi prosessual po zuntulara yol verilmiş, iş üçün əhəmiyyət kəsb edən bütün sübutlar düzgün araşdırılmamış, qüvvədə olan hüquq normalarına düzgün istinad edilmədiyi üçün həmin normaların tələbləri məhkəmənin gəldiyi nəticəyə təsir edən şəkildə pozulduğundan məhkəmənin qəbul etdiyi qərar qanunsuz, əsassız və ədalətsizdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2-1(103)-1885/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan isti fadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə

29. Əmək pensiyalarının indeksləşdirilməsi (xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiyada) 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Maddə

29. Əmək pensiyalarının i ndeksləşdirilməsi (xx.xx.2023-cü ildən etibarən qüvvədə olan redaksiyada) 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı:... 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu n 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Mad də

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiri lə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüq uq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəm əsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının indeksləşdirilməsi və sonrakı artımlar zamanı yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məh kəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində indeksləşdirilməsi nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsi ilə bağlı istisna qeyd edilməmişdir.

32. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.12-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi dedikdə, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pen siya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği nəzərdə tutulur.

33. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya onun əldə etdiyi pensiya kapitalına görə deyil, məhz hərbi qulluqçu olmasına görə əmək pensiyası təyin edilmiş, bu zaman da əmək pensiyasının sığorta hissəsi deyil, təminat xərcliyi nəzərə alınmışdır.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən, indeksləşdirilməsi nəzərdə tutulan məbləğlər sırasına “əmək pensiyasının sığorta hissəsi” ilə yanaşı “bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən ed ilmiş məbləği” də əlavə edilmişdir. Yəni, iddiaçının xx.xx.2023-cü il tarixdən etibarən qanunda edilmiş dəyişikliyə əsasən əmək pensiyasının indeksləşdirilməsi ilə bağlı hüququ yaranmışdır. Bu tarixədək onun əmək pensiyasının indeksləşdirilməsi hüququ olmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi əmək pensiyasının 2013-cü ildən etibarən indeksləşdirilməsidir ki, onun tələb etdiyi 2013-cü ildən xx.xx.2023-cü il tarixədək olan dövrdə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin indeksləşdirilməsi qanunda nəzərdə tutulmadığından, iddiaçı da bu kateqoriya pensiyaçılara aid olduğundan, həmin dövr üzrə əmək pensiyasının indeksləşdirilməsini tələb e tməkdə haqlı sayıla bilməz. Ona görə də, məhkəmə kollegiyası iddiaçının cavabdehə müraciət etdiyi dövrdə (2013-cü ildən xx.xx.2023-cü ilədək) əmək pensiyasının indeksləşdirilməsinin tətbiq edildiyi pensiyaçı kateqoriyasına aid olmaması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

35. İddiaçının kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən müəyyən edilmiş 20 faiz əlavə yeni əlavə növü deyildir, ona görə də, onun əmək pensiyasına hesablanmalıdır.

36. Göründüyü kimi, işin mübahisələndirilən halı hərbi qulluqçuların əmək haqlarında baş verən sonrakı artımlar nəticəsində iddiaçının əmək pensiyasının yenidən hesablanmasından ibarətdir.

37. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, həmin xüsusatla bağlı apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilə n hallarına əsasən, iddiaçı 2013-cü ildən əmək pensiyasına çıxdığına görə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə müəyyən edilən 20 faiz əlavəni almamış və həmin əlavə onun təminat xərcliyinin tərkib hissəsinə daxil olmamışdır.

40. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair məhkəməyə məlumat verməsinə və buna baxmayaraq məhkəmənin çəkişmə prinsipini pozaraq qərar qəbul etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya məhkəmə iclasının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi ilə bağlı xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da, onun iştirakı olmadan işə baxıla və iş üzrə qərar qəbul edilə bilər.

41. İş materiallarında iddiaçının xx.xx.2023-cü il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirakı edə bilməməsi barədə hər hansı ərizə və ya müraciət aşkar edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin çəkişmə prinsipinin pozulması barədə dəlili əsaslı hesab edilə bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

43. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 21(103)-1885/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar