Məhkəmə qərarları › İş №2-1(102)-1763/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1763/2018

11.09.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1763/2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-1763/2018) Bakı şəhəri 11 sentyabr 2018-ci il 11.09.2018 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Şəki şəhər şöbəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi haqqında iddia tələbinə dair i ş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X6 oölu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının V.İ.Lenin adına X5 21.08.1974-cü ildən 02.07.1975-ci il tarixədək barama döyən, 02.07.1975-ci ildən 31.10.1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə, 14.01.1978 - 03.02.1984-cü illərdə Şəki kolxozlararası tikinti idarəsində fəhlə, 03.12.1981 - 05.03.1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 n ömrəli SMD-də fəhlə, 01.11.1984 - 17.12.1996-cı illərdə V.İ.Lenin adına X5 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, 11.05.2005-ci ildən 01.12.2011-ci ilədək "xxxx"ASC-də bənna işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 01.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müəyyən edilməsi öhdəliynin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2018-ci il tarixli qərarı ilə (hakim K.Vəliyev, iş № 2-1(84)-329/2018) iddia tələbinin təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçı X3 əmək kitabçasında göstərilən V.İ.Lenin adına X5 21.08.1974-cü ildən 02.07.1975-ci ilədək barama döyən, 02.07.1975-ci ildən 31.10.1975-ci ilədək toxucu istehsalatı nda köməkçi fəhlə, 14.01.1978-03.02.1984-cü illərdə Şəki kolxozlararası tikinti idarəsində fəhlə, 03.12.1981-05.03.1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, 01.11.1984-17.12.1996-cı illərdə V.İ.Lenin adına X5 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, 11.05.2005-ci ildən 01.12.2011-ci ilədək "xxxx"ASC-də bənna olaraq işlədiyi tllərin sosial səğorta stajına daxil edilməsi və 01.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliynin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev, G.Abbasov və E.Hüseynov; iş № 2-1(107)-243/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnz ibatiİqtisadi Məhkəməsinin 01 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Kassasiya şikayətinə dair etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2 018ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə olaraq belə hesab etmişdir ki: -iddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur; onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZE seriyalı, 0******* nömrəli X1 surəti, - iddiaçının cavabdehə müraciəti, - həmin müraciətin cavabdehə göndərilməsi barədə poçt qəbzi və çatdırılması barədə xəbərnamə, - əmək kitabçası, - H3 serıyälı hərbi bilet yuxarıda göstərilən dəli llərə aiddir; -yuxarıda göstərilmiş sənədlərin məzmununa 1-ci instansiya məhkəməsi tərəfindən istinad edilmişdir; onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər, iş üzrə yuxarıda göstərilən 1-ci instansiya məhkəməsinin qərarı çıxarılmışdır; -həmçinin iş üzrə müəyyən edilir ki, iddiaçı 24.05.1957-ci il tarixdə xx.xx.1957-ci il tarixdə doğulmuş və 57 yaşı 24.01,2014-cü il tarixdə tamam olmuşdur; iddiaçının 57 yaşı tamam olduğu tarixə O, 25 ildən artıq ümumi və 12 il 6 aydan ildən artıq xüsusi sığorta stajına malik olmuşdur ki, bununla da o, qanunla müəyyən edilmiş yaş, ümumi və xüsusi sığorta stajını tamamlamışdır; -iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə, yəni 57 yaşına 24.01,2014-cü il tarixdə çatmış və onun 57 yaşı tamam olduğu tarixdə ümumi və xüsusi sosial sığorta stajı olm uşdur; -eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; -bu səbəbdən də iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan pensiya təyin edilməlidir; -göründüyü kimi, iddianın iddiaçıya 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsinə münasibətdə iddia əsaslıdır. Eyni zamanda cavabdehin kassasiya şikayətində qeyd edilənlərə görə, iddiaçının iş stajı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası 9.1ci maddəsinin tələbinə uyğun gəlmir, belə ki, həmn maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işl ərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiya mə hkəməsinin qərarında göstərilənlərlə cavabdeh şöbənin kassasiya şikayətində jöstərilənlər arasında ziddiyyətli məqam yaranmışdır ki, bir tərəfdən apellyasiya instansiya məhkəməsi öz qərarında iddiaçının işin materiallarında olan sənədlərə, o cümlədən iddiaçının əmək kitabçasına istinadən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaranması üçün kifayət qədər əmək stajına malik olduğunu qeyd edir, digər tərəfdən isə cavabdeh şöbə iddiaçının belə staja malik olmadığını bildirir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu ziddiyyətin aradan aldırılması və işin ədalətli həll üçün iddiaçının işin materiallarında olmalı olan əmək kitabçasının surətinə nəzər salmaq kifayət olardı, lakin həmin hüquqi sənəd, həmçinin apellyasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi digər sənədlərin surətləri işin materiallarına əlavə edilməmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz və hazırki mübahisənin ədalətli həllinə nail olmaq üçün əlavə araşdırma aparılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edlməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəm ənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərar ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Şəki şəhər şöbəsinin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar