Məhkəmə qərarları › İş №2-1(102)-1763/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1763/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1763/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 19 fevral tarixli 2-1(103)-371/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2009-cü ildə Ukrayna Respublikasının Ma riupol Dövlət Universitetinə daxil olmuş, həmin təhsil müəssisəsini “ingilis (alman) dili və ədəbiyyat” ixtisası üzrə bakalavr dərəcəsini almaqla 2013-cü ildə bitirmişdir. 2013-cü ilin iyul ayında imtahan verərək Mariupol Dövlət Universitetinin magistratura pilləsində təhsilini davam etdirmiş, 2015-ci il 30 yanvar tarixdə magistraturanı bitirmişdir. Ona HK 47746785 saylı, 2015-ci il 30 yanvar tarixli diplom verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti tərəfindən onun adına verilmiş HK 47746785 saylı, 2015-ci il 30 yanvar tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliliyin müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 12 iyun tarixli məktubla müraciətin təmin olunma sından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Ukrayna Respublikasının Mariupol Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (bundan sonra mətndə - Qaydalar) 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün əsasdır. İddiaçı 2018-ci il 18 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti tərəfindən onun adına verilmiş HK 47746785 saylı, 2015-ci il 30 yanvar tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2013-cü ilin iyul ayında imtahan verərək Mariupol Dövlət Universitetinin magistratura pilləsində təhsilini davam etdirmiş, həmin ildə Ukrayna Respublikasında siyasi mübarizələr başlamışdır. Fö vqəladə vəziyyət ilə əlaqədar olaraq Azərbaycana qayıtmış, çətinliklə də olsa təhsilini davam etdirmişdir. Tədris müddəti 1 il 05 ay olmuş, lakin Donbasda vəziyyət gərginləşməyə başladığı üçün fakültə dekanı ona təhsilini bir müddət distant şəkildə davam etdirməyə icazə vermişdir. Bütün tapşırıqlar elektron formada göndərilmişdir. 2013-cü il 30 dekabr tarixdə yenidən Ukrayna Respublikasına getmiş, sessiyanı 1 həftə müddətində verməli olmuşdur. 2014-cü il 6 yanvar tarixdə Azərbaycana qayıtmışdır. İkinci sessiyaya 2014-cü ilin iyul ayında çətinliklə də olsa getmiş, 4 təcrübəni (üçü 4 həftə və biri 2 həftə) burada rəhbərlik tərəfindən keçməsinə icazə verilmişdir. Təxminən bir ay qalıb sessiyanı verərək yenidən Mingəçevir şəhərinə qayıtmışdır. Tapşırıqlar yenə də əvvəlki kimi elektron formada göndərilmiş, iddiaçı cavablandıraraq onları dekan və dekan müavininə göndərmişdir. Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti ali təhsil ocaqlarından biri hesab olunmaqla qanuni şəkildə fəaliyyət göstərir. İddiaçı göstərilənlərə və “Təhsil haqqında” Qanunun 27.4, 32, 33,44-cü maddəsinə, Qaydalarının 1.4-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 oktyabr tarixli 2- 1(82)3623/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş HK 47746785 saylı, 2015-ci il 30 yanvar tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasıöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nostrifikasiya prosedurunun həyata keçirilməsi məsələsi qanunla və müvafiq olaraq Nazirlər Kabinetinin qərarı ilə tənzimlənmiş və bu tənzimlənmədə təhsil alan şəxsin bitirdiyi təhsil müəssisəsinin yerləşdiyi ölkə ərazisinə gediş-gəlişinin yoxlanılması ilə bağlı cavabdehə hər hansı səlahiyyət verilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 19 fevral tarixli 2-1(103)-371/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə qısa müddətdə olmuş və işin materiallarından iddiaçının təhsil aldığı Universitetin səlahiyyətli şəxsinin təhsilin distant formada davam etdirilməsinə icazə verməsi, ümumiyyətlə iddiaçının qanunvericiliyin tələbinə uyğun olaraq distant formada təhsil alması müəyyən edilmir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 25 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 18 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi İPM-in 12.1, 12.2 və 13-cü maddələrinin tələblərini pozmuşdur. Qanunverici iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması vəzifəsini işə baxan məhkəmənin üzərinə qoysa da, məhkəmə iddiaçının əldə edə bilmədiyi sübuta istinad edərək distant təhsillə bağlı gətirdiyi dəlillərin sübut edilmədiyini qeyd edir və iddiaçının ümumiyyətlə təhsil aldığı müddətdə cəmi 29 gün Ukrayna Respublikasında olmasına qiymət verərək iddia tələbini rədd etmişdir. Halbuki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədi yi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 83.1-ci maddəsinə əsasən, işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. MPM-in 83.2-ci maddəsinə əsasən, məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. MPM-in 83.4-cü maddəsinə əsasən, rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, məhkəmənin sübutun əldə edilməsi ilə bağlı tapşırıq vermək səlahiyyəti, inzibati məhkəmə hakimiyyətini həyata keçirən məhkəmənin işin bütün faktiki hallarını araşdırmaq vəzifəsi olduğu halda məhkəmə öz vəzifəsini icra etməmiş, Ukrayna Respublikasına iddiaçının müharibə şəraitində olan vilayətdə Universitet tərəfindən distant təhsillə bağlı göstəriş verildiyini araşdırmaq üçün nə həmin ölkənin müvafiq məhkəməsinə məhkəmə tapşırığı göndərmiş, nə də iddiaçıya həmin sübutun əldə edilməsi ilə bağlı vaxt vermişdir. Cavabdeh tərəfindən iddiaçıya imtina olunarkən təhsilin məzmununa görə uyğunsuzluğu ilə əlaqədar deyil, məhz iddiaçının təhsil aldığı dövrdə Ukrayna Respub likasında olduğu müddət əsas götürülmüşdür. Məhkəmə “təhsil müddətinə” ifadəsinə səhv qiymət verərək iddiaçının təhsil müəssisəsinin yerləşdiyi ölkədə, yəni, Ukrayna Respublikasında cəmi 29 gün olmasını əsas gətirərək imtinanı əsaslı saymışdır. Halbuki, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli, 919-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”də təhsil müddəti dedikdə təhsil proqramına ayrılmış müddət nəzərdə tutulmuş və iddiaçının təhsil aldığı təhsil müəssisində magistr təhsili üçün ayrılmış müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdən 1 il az olmadığından cavabdehin belə bir araşdırma apar ması və həmin əsasla imtina cavabı verməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, cavabdeh inzibati orqanın iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Lakin məhkəmə ümumiyyətlə qeyd edilən xüsusatlara diqqət yetirməmiş və bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbu l edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəf indən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspert iza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabin eti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Sazişin şərtlərindən də göründüyü kimi, yoxlanılmalı olan iddiaçının bilik səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğun luğudur. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 88 saylı, 2010-cu il 12 may tarixli qərarı ilə təsdiq edilmiş «Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları»nın 2.9-cu bəndində nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdır. Bundan başqa, işin materiallarından iddiaçının təhsil aldığı Universitetin səlahiyyətli şəxsinin təhsilin distant formada davam etdirilməsinə icazə verməsi, ümumiyyətlə iddiaçının qanunvericiliyin tələbinə uyğun olaraq distant for mada təhsil alması müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı iddiaçının əsas dəlili ondan ibarətdir ki, məhkəmənin işin bütün faktiki hallarını araşdırmaq vəzifəsi olduğu halda, məhkəmə öz vəzifəsini icra etməmiş, Ukrayna Respublikasına iddiaçının müharibə şəraitində olan vilayətdə Universitet tərəfindən distant təhsillə bağlı göstəriş verildiyini araşdırmaq üçün nə həmin ölkənin müvafiq məhkəməsinə məhkəmə tapşırığı göndərmiş, nə də iddiaçıya həmin sübutun əldə edilməsi ilə bağlı vaxt vermişdir. Məhkəmə kollegiyası iddiaçının dəlili ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təhsil aldığı ali təhsil müəssisəsində həmin təhsil növü üçün müəyyən edilmiş müddətdə bilavasitə iştirak etmək imkanına təsir edən və iddiaçının i radəsindən asılı olmayaraq baş verən obyektiv səbəbləri nəzərə almaqla iddiaçının iddia tələbində və izahatlarında istinad etdiyi halları mübahisənin düzgün həlli üçün öz xidməti vəzifəsinə görə araşdırmalı və onlara işdə olan digər sübutlarla birlikdə qiymət verməli idi. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən qərar ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunması tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-ci il 19 fevral tarixli 2-1(103)-371/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar