Məhkəmə qərarları › İş №2-1(102)-1763/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1763/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1763/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasına dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə,, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Yazıçılar Birliyi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzi batiİqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2-1(103)-2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 12 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının 09 yanvar 2019-cu il tarixli, 14 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimal hissəsində İddiaçınə laboratoriya korpusunun layihələndirilməsi və tikintisi üçün ayrılmış, ha zırda Azərbaycan Respublikası Yazıçılar Birliyinə Bakı şəhər İcra hakimiyyətinin 2019-cu il 9 yanvar tarixli, 4 saylı sərəncamı ilə verilmiş torpaq sahəsinin üzərinə həbs qoyulmaqla müvafiq qeydiyyatın aparılması, təmir işlərinin aparılması, satılması, sərəncamın başqasının adına dəyişdirilməsi, sənədləşdirmənin və digər işlərin aparılması Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Yazıçılar Birliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 iyul tarixli 2-1(81)2755/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını x ahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli, 2-1(103)-2093/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2181/2020 nömrəli, 2020-ci il 24 noyabr tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli 2-1(103)2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.

8. İddiaçı sonradan məhkəməyə kassasiya şikayəti və ötü rülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadının surəti dəfələrlə müraciət edilməsinə baxmayaraq iddiaçıya təqdim edilmədiyinə görə kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən ötürülməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

10. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

11. İPM: Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

12. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

13. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli, 2-1(103) -2093/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2181/2020 nömrəli, 2020-ci il 24 noyabr tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli 2-1(103)-2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.

14. Həmin qərardad qəbul edilməzdən əvvəl iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Ona məhkəmə iclasının təyin olunduğu vaxtadək q eyd edilən çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 24 noyabr tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. İddiaçı kassasiya şikayətinə vəkilin orderi əlavə olunmadığı barədə xəbərdar edilməsinə baxmayaraq, ona təqdim edilmiş bildirişdə göstərilən çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir.

15. İPM-in 96.3-cü maddəsinin də tələbindən göründüyü kimi, kassasiya şikayətinin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

16. Beləliklə, hazırkı məzmunda şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2181/2020 nömrəli, 2020-ci il 24 noyabr tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli 2-1(103)-2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edildiyindən və qərardad qanuni qüvvəyə mindiyindən, iddiaçının hazırkı şikayəti üzrə kassasiya mümkünsüzdür. Eyni səbəbə görə, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi də mümkünsüzdür.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli, 2-1(103)-2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar