Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1763/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə ödənilən məbləğ nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməmiş məbləğin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il, FİN xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 1 iyun 2020-ci il tarixdən ödənilən pensiya artımının 01 yanvar 2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1112/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 18 avqust 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi Filialına müraciət edərək "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 1 iyun 2020-ci il tarixdən ödənilən pensiya artımının 1 yanvar 2017-ci il tarixdən yenidən hesablanmasını xahiş etmişdir.
2. İddiaçının müraciəti təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı “ödənişlərin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən "xxxx" ASCnin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 1 iyun 2020-ci il tarixdən ödənilən pensiya artımının 01 yanvar 2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən “Azərbaycan Boru prokatı” indiki "xxxx" ASC-də işləmiş və orada təqaüdə çıxmışdır. Həmin ildən sonra işləsə də zavod 2006-2016-cı illərdə Dövlət Sosial Müdafiə Fonduna pul vəsaitləri köçürməmiş, nəticədə o və digər şəxslərin pensiya məbləği artmamışdır. Çoxsaylı müraciətlərdən sonra isə məbləğ 2020-ci il tarixdə ödənilmişdir. Lakin, artan məbləğ 2016-2020-ci illərə şamil edilməmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddiaçı cavabdeh orqana müraciət etmədən birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddianın mümkünsüz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 19 noyabr 2022-ci il tarixli, 21(112)-7918/2021 nömrəli qərarı ilə i ddia təmin edilərək, "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 01 iyun 2020-ci il tarixdən ödənilən pensiya artımının 01 yanvar 2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin dövrdə pensiya kapitalında artımın olmamasına münasibətdə əmək pensiyasında artımın 1 iyun 2020-ci il tarixdən hesablanmalı olması, artımın 1 yanvar 2017-ci il tarixdən n əzərə alınmaması işin faktiki hallarına formal yanaşmanın nəticəsidir. Belə ki, iddiaçı əmək pensiyaçısi kimi "xxxx" ASCdə qanuni əsaslarla əmək fəaliyyəti göstərmiş, əmək haqqı almış və əmək haqqında dövlət büdcəsinə ödənişlərin edilməsinə və həmin ödənişlərin pensiya təyin edilərkən nəzərə alınmasına etimad etmişdir. Hazırkı halda isə cavabdeh iddiaçını MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə borcu gec ödəməsindən asılı etmişdir ki, iddiaçının iradəsindən və təqsirindən asılı olmayan hal, məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişmir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.V.Tanrıverdiyev) 11 may 2022-ci il tarixli, 21(103)-1112/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 2-1(112)-7918/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1181/2021 saylı iş üzrə qəbul etdiyi 30 iyun 2021-ci il tarixli qərarında qeyd edilənlərə əsasən “Müəssisənin vergi və digər ödənişləri edib-etməməsi, həmin müəssisədə çalışan işçilərin əmək haqlarından tutulmalar olub-olmaması, əmək müqaviləsi ilə çalışan işçilərin siyahısının təqd im edilib edilməməsi isə iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi hüququnu məhdudlaşdıra, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbləri baxımından iddiaçını qanunla müəyyən olunmuş müddətdə pensiya hüququnun təmin edilməsindən əlverişsiz vəziyyətdə qoya bilməz.” Həmçinin, 2-1(102)-672/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarda qeyd edilmişdir ki, maliyyə sənədlərini qoruyub saxlamaq, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin yox, işəgötürənin vəzifəsidir. Odur ki, sosial sığorta ödənişlərinin edilməməsi iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.”.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın lə ğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Məhkəmə araşdırması zamanı iddiaçının Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına deyil Fondun 1 saylı regional ərazi Filialına müraciət etdiyi və bu səbəbdən iddianın mümkün olmaması dəfələrlə məhkəmənin diqqətinə çatdırılsa belə nəzərə alınmamış, məhkəmə Filialların səlahiyyətləri və əsasnamələrinin təhlil edilməsi, hansı Filial hansı məsələdə səlahiyyətli olmasının müəyyən edilməsi, müraciət edən şəxsdən gözlənilməməli, aidiyyəti səlahiyyət bölgüsü edilən müraciətə uyğun olaraq ya cavablandırılmalı, ya da aidiyyəti üzrə səlahiyyətli Filiala göndərilməli olduğunu bildirmişdir.
14. Fondun 1 saylı regional ərazi Filialı səlahiyyətli orqan kimi iddiaçının müraciətinə araşdırıb cavablayıbsa, o zaman necə olur ki, müraciəti araşdırmayan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh hesab edilmişdir.
15. Həmçinin apellyasiya məhkəməsinin qərarlarından iddiaçıya hansı qurum tərəfindən və hansı növ əmək pensiyasının təyin olunduğunu müəyyən etmək mümkün deyil. Belə ki, iddiaçıya ümumi şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdursa, o zaman iddiaçının müraciətinin məhz Fondun 1 saylı regional ərazi Filialı tərəfindən araşdırılması sual doğurmamalıdır. Lakin qərarlarda iddiaçıya yaşa görə əmək pensiyasının və ya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunduğu qeyd olunmamışdır.
16. Şikayətin hüquqi əsası kimi İnzibati P rosessual Məcəllənin 33.1, 33.2, 35.1-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.
19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üz rə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, şikayətin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iş üzrə cavabdeh olmaması barədə dəlili apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilmə z.
26. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 4 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı 1 aprel 2005-ci il tarixdən, yəni 52 yaşdan müvafiq qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi, ona təyin edilmiş pensiyanın güzəştli şərtlərlə təyin edilməsinin təsdiqidir və iddiası üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olmalıdır.
27. Bundan başqa hazırkı inzibati işin aidiyyəti üz rə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1060/2021 nömrəli, 1 iyun 2021-ci il tarixli qərardadında qeyd edilənlərdən müəyyən edilir ki, iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, şifahi vəsatət verərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin 1 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.
28. Həmin icraat üzrə məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, iddiaçı güzəştli şərtlərlə pensiya aldığına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiyası ilə əlaqəli məsələlərə baxılır. Ona görə də cavabdeh əsl cavabdehlə əvəz edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1112/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.