Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1763/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçuya yüksəkliyə görə əlavənin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçunun vəzifə maaşına yüksəkliyə görə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-524/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır.
2. İddiaçı Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2021-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2021-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq əraz ilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2021-c i il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 aylıq növbəti məzuniyyətə buraxılmış, xx.xx.2021-ci il tarixdə Laçın rayonunda yerləşən (dislokasiya yerinə) N №-li hərbi hissəyə qayıtmış, xx.xx.2021-ci il tarixədək xidmətini davam etdirmiş və xx.xx.2021-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Lakin N №-li hərbi hissədə xidmət edərkən iddiaçıya xx.xx.2021-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2021-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi və AR Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavə ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə N №-li hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2021-ci il tarixdən Laçın rayonunun Pircahan yaşayış məntəqəsi müəyyən edilmişdir. Pircahan yaşayış məntəqəsi isə dəniz səviyyəsindən 1500 metrdən çox olan yüksəklikdə yerləşir. Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gə ldikdən sonra) xx.xx.2021-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 21.6cı bəndinə əsasən: “Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəld iyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir.” İddiaçı isə N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman, məzuniyyətdə olmuşdur və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2021-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi qaydaları müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 273 nömrəli əmri ilə müəyyən edilmişdir. Həmin əmrə əsasən Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının hərbi hissələrdə və bölmələrdə xidmət edən hərbi qulluqçularının hərbi müddətindən asılı olaraq aylıq vəzifə maaşlarına 20-30 faiz həcmində 5 il müddətində aylıq vəzifə maaşın a əlavə ödənilir. İddiaçı 10-26 avqust 2021-ci il tarixdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmiş, faktiki olaraq orada xidmət etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı ilə (hakim: M.C.Qarayeva) iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçusu oldugundan ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə aylıq vəzifə maaşına faiz əlavəsi və Azərbaycan Respublikası Prezidentinin əlavəsi verilməli idi. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə).
9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-524/2023 n ömrəli, 06 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.P.Oruczadə, hakimlər: X.A.Cəmilova və R.Ə.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilik normalarının tələblərinə uyğun olaraq yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir. N nömrəli hərbi hissədən alınan məlumata əsasən N nömrəli hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2021-ci il tarixdə Pirəkəşkül yaşayış məntəqəsin dən Laçın rayonuna dəyişdirilmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixindən məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Bu hal kifayətdir ki, iddiaçı qeyd edilən əlavələrin ödənilməsini tələb etsin. Beləliklə də qeyd olunan əmrlərdən göründüyü kimi iddiaçı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçusu olduğundan ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə aylıq vəzifə maaşına faiz əlavəsi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş əlavəsi verilməli idi.
12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 21.6-cı bəndinə və İnzibati Prosessual Məcəllənin 90.1, 94.1-ci maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu bildirir.
14. Kassator qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 21.6-cı bən dinə əsasən: “Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir.” İddiaçı isə, N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman, məzuniyyətdə olmuşdur və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2021-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Yəni, İddiaçı 10-26 avqust 2021-ci il tarixdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmişdir.
15. Bundan əlavə iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1279 nömrəli məktubundan görmək olar ki, hərbi hissənin dislokasiya yeri dəyişdikdə iddiaçı məzuniyyətdə olmuş (xx.xx.2021-ci il tarixdən 90 gün müddətinə məzuniyyət verilmişdir, məzuniyyəti Bakı şəhərində keçirməklə) və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2021-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. N nömrəli hərbi hissənin N nömrəli əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılaraq N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuş (paraqraf 1), ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməklə (paraqraf 2), 4 təqvim günü məzuniyyəti verilməklə xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək həmin şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasın ı xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri g əlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.5 təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 19. “Hərbi qulluqçuların statusu” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Hərbi qulluqçuların hüquqi statusu
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikas ının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.... Maddə
22. Təklif, ərizə və şikayət hüququ...
2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həl l edilir. 20. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin” Siyahısı... Laçın rayonu... 21. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il 562 saylı qərarı “Azərbaycan Respu blikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli, 633 nömrəli Fərmanının yerinə yetirilməsi ilə əlaqədar olaraq, müdafiə nazirinin vəsatətini nəzərə alaraq və hərbi qulluqçuların hüquqi-sosial mühafizə bazasını operativ surətdə yaratmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin.
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maa şları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə Bənd 21.2. Azərbaycan Respublikasının yüksək dağlıq ərazilərində daimi dislokasiya olunmuş hərbi hissələrdə və bölmələrdə xidmət edən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına əsas və ya müvəqqəti icra olunan vəzifə üzrə vəzifə maaşına aşağıda göstərilən miqdarda əlavələr ödənilir: 21.2.2. dəniz səviyyəsindən 1500 m-dən 2000 m-dək yüksəklikdə olduqda - 20 %. Bənd 21.6. Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilir: 21.6.1. yüksək dağlıq ərazilərə gələnlərə: 21.6.1.1. hərbi hissənin və ya bölmənin tərkibində - daimi dislokasiya məntəqəsinə gəldiyi gündən (bu barədə hərbi hissə komandirinin əmri ilə elan edilir); 21.6.1.2. təklikdə - əmrlə hərbi hissənin şəxsi heyətinin siyahılarına daxil olduğu gündən; 21.6.2. yüksək dağlıq ərazilərdən gedənlərə: 21.6.2.1.vəzifədən azad olunduğu halda - əmrlə hərbi hissənin siyahılarından çıxarıldığı gün də daxil olmaqla; 21.6.2.2. daimi dislokasiyanın dəyişdirilməsi ilə əlaqədar olaraq hərbi hissənin və ya bölmənin tərkibində, yaxud müvəqqəti olaraq hərbi hissənin tərkibində - daimi dislokasiya məntəqəsindən getdiyi gün də daxil olmaqla (bu barədə hissə komandirinin əmri ilə elan edilir); 21.6.2.3. kurslara göndərildiyi halda - göndərilmə barədə hərbi hissə komandirinin əmrində - göndərildiyi gün də daxil olmaqla; 21.6.2.4. hərbi hissənin yüksək dağlıq ərazilərdə yerləşməyən digər bölmələrində vəzifənin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçulara - yüksək dağlıq ərazidən getdiyi gün də daxil olmaqla. Bənd 21.7. Xidmət yerlərində vəzifələri saxlanılmaqla bölmə tərkibində və ya təklikdə yüksək dağlıq ərazilərindən müvəqqəti gedən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yüksək ərazilərdə xidmətə görə faiz əlavəsi aşağıda göstərilən dövrlər üçün ödənilir: 21.7.1. yolda olma vaxtı nəzərə alınmaqla növbəti və əlavə məzuniyyətlərdə olma; 21.7.2. müalicədə olma (bu Əsasnamənin 8.1, 8.2 və 34.2-ci bənd lərini nəzərə almaqla); 21.7.3. təklikdə və ya bölmə tərkibində xidməti ezamiyyətdə olma.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibəti nin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsa slı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
32. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2021-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Yəni, İddiaçı 10-26 avqust 2021-ci il tarixdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmişdir.
33. Bundan əlavə iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1279 nömrəli məktubundan görmək olar ki, hərbi hissənin dislokasiya yeri dəyişdikdə iddiaçı məzuniyyətdə olmuş (xx.xx.2021-ci il tarixdən 90 gün müddətinə məzuniyyət verilmişdir, məzuniyyəti Bakı şəhərində keçirməklə) və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2021-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir.
34. İşin araşdırılmış hallarından iddiaçıya Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməməsi müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayəti qeyd etmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman məzuniyyətdə olmuş və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2021-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir.
35. Məhkəmə tərkibi qeyd edir ki, İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin (Laçın r-nu ) 230 saylı əmrindən çıxarışdan (1-ci paraqraf) göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən ehtiyata buraxılması ilə əlaqədar məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış, xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılaraq N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. Sonra da Azərbaycan Respublikası müdafiə nazirinin 10 iyun 2021-ci il tarixli 0736 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş, 26 avqust 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.
36. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə k omandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir. N nömrəli hərbi hissədən alınan məlumata əsasən N nömrəli hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2021-ci il tarixdə Pirəkəşkül yaşayış məntəqəsindən Laçın rayonuna dəyişdirilmişdir. İddiaçı isə xx.xx.2021ci il tarixindən məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Bu hal kifayətdir ki, iddiaçı qeyd edilən əlavələrin ödənilməsini tələb etsin.
37. Məhkəmə tərkibi bildirir ki, qeyd olunan əmrlərdən göründüyü kimi iddiaçı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçusu olduğundan ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yüksək dağlı q ərazisində xidmətə görə aylıq vəzifə maaşına faiz əlavəsi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş əlavəsi verilməli idi.
38. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-524/2023 saylı iş üzrə 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.