Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1764/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2895/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1954-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 04.01.1977-ci ildən 05.01.2006-cı ilə qədər “Azəravtotəmir” İB-də, 09.02.2006-cı ildən 30.11.2013-cü ilə qədər “xxxx” MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. (ИТ-İ seriyalı, xxxx nömrəli əmək kitabçası) İddiaçı ərizə ilə DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət edərək ona yaşa gö rə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 05.06.2018-ci tarixdə 12/4256 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, 01.01.2006-cı il tarixədək sosial sığorta stajını yerində yoxlamaq mümkün olmadığı üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.1977-ci ildən 05.01.2006-cı ilə qədər “Azəravtotəmir” İB-də işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla ona 27.03.2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, 04.01.1977-ci ildən 05.01.2006-cı ilə qədər “Azəravtotəmir” İB-də, 09.02.2006 -cı ildən 30.11.2013-cü ilə qədər «xxxx» MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə, əmək kitabçasında müvafiq qeydlər edilmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin olunmasından imtina etmiş və bu barədə ona məktubla cavab ünvanlamışdır. Həmin məktubda qeyd olunmuşdur ki, guya iş stajının qarşılıqlı yoxlanılması mümkünsüz olduğundan ona pensiya təyin edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4218/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim: R.Ş.Rzayev) iddia təmin edilmiş, 04.01.1977-ci ildən 05.01.2006-cı ilə qədər “Azəravtotəmir” İB-də işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla 27.03.2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin olunmaması əsassız olmaqla, onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2895/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qərarı ilə ( sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.MAyılov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4218/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən iş üçün əhəmiyyətli olan hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, iş üzrə mühüm olan faktiki hallar araşdır ılmamış, maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuş, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Belə ki, iddiaçının işlədiyi həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi, həmin müəssisələrin ümumiyyətlə hüquqi şəxs kimi mövcud olub-olmaması halları məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, arxiv arayışında iddiaçının işə daxil olması və işdən çıxması barədə əmrlərin idarəyə təqdim olunmaması qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına təqdim edil miş bildirişdə onların məhkəmə iclasına gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, s osial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud s ığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-c ı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə, 01 iyul 2017-ci ilədək, 63 yaşı tamam olmuş, azı 12 il sığorta stajı olan kişilərin yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki halda, iddiaçının 63 yaşının t amam olduğu 27 mart 2017-ci il tarixinə, ona məxsus əmək kitabçasına əsasən 12 ildən artıq sığorta stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (istinad olunan Qaydalar iddiaçının işlədiyi dövrdə qüvvədə olmuşdur). “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına ə sasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının da 04.01.1977-ci ildən 05.01.2006-cı ilə qədər “Azəravtotəmir” İB-də, 09.02.2006-cı ildən 30.11.2013-cü ilə qədər “xxxx” MMC-də əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçasında qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. (maddə 31.1, 32.1) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kasassiya şikayətində göstərilən arqumentlərin hüquqi əsası olmadığından həmin şikayət təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxalanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-2895/18 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qərarı dəyiş
Məhkəmə qərarları › İş №2-1(102)-1764/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1764/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver