Məhkəmə qərarları › İş №2-1(102)-1764/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1764/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1764/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-529/2021 nömrəli iş üzrə 09.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 52 yaşından 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin e dilməsi və yaranacaq fərqin 27.08.2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25.07.1980-cı ildən 27.10.2003-cü ilə qədər N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində toxuculuq sexində 4-cü dərəcəli vəzifəsində işləmişdir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.07.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)-4140/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına istinad etməklə belə hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı öz təsdiqini tapmışdır.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)4140/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 11.03.2020-ci il tarixli, 2-1(103)-496/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1 (81)-4140/19 saylı iş üzrə qəbul etdiyi 21.11.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı 27.08.2014-cü il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 27.08.2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında” Qanununun 1.0.2, 9.1 9.8, 21-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 68.1, 68.2 və 87.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 11.1 və 11.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddiaçının 52 yaşının tamam olduğu 27.08.2014-cü il tarixə 20 il ümumi, 10 isə xüsusi stajı mövcud olsa da, cavabdeh iddiaçıya, onun müraciətinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmiş, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 11.03.2020-ci il tarixli, 2-1(103)-496/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiya məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2020-ci il tarixli, 2-1(102)-1445/2020 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-496/2020 saylı iş üzrə 11.03.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(103)-529/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)-4140/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6 və 87.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şə raiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri”n 2 saylı Siyahısına, 11.12.2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na istinadən belə hesab etmişdir ki, göstərilmiş Siyahıda “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsinin adı göstərilsə də, iddiaçının peşəsinin məhz hansı sahəyə uyğun gəldiyini müəyyən etmək olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmamasını onun güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerindən arayış əlavə olunmaması ilə əsaslandırır. 2003-cü ildə işlədiyi Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyi fəaliyyətini dayandırmışdır. Onun güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerindən arayış işlədiyi Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyi fəaliyyətini dayandırılması ilə bağlıdır. Əmək kitabçasında işlədiyi illər və peşələr tam şəkildə qeyd edilmişdir. Yuxarıda qeyd olunanları məhkəmə kollegiyası nəzərə almamış, qanunsuz və əsasız qərar qəbul etmişdir.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(103)-529/2021 nömrəli qərarın ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnziba ti Kollegiyasından xahiş etmişdir

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq 16. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1-ci Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatl arın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26.1-ci bəndi.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayə t mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

21. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçıya cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 52 yaşından, y əni 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02.07.2016-cı il tarixdən pensiya hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır.

22. Məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 52 yaşından 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin 27.08.2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

23. Birinci instansiya məhkəməsi İddiaçı sözügedən iddiasını rədd etsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul etmişdir.

24. Qeyd edilməlidir ki, hazırkı inzibati mübahisə Ali Məhkəmənin İnzibati kollegiyasının məhkəmə baxışı olmuş və işə baxılmasının nəticələrinə dair 22.09.2020-ci il tarixli, 2-1(102)1455/2020 nömrəli qərar qəbul edilmişdir.

25. Həmin qərarla cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-496/2020 nömrəli iş üzrə 11.03.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

26. Qərarda Ali Məhkəmə göstərmişdir ki, apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-nin 12.1, 58.7, 68.1, 69.3, 69.4, 82, 87.8-ci maddələrinin tələbl əri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar asaslandırılmamışdır.

27. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, Ali Məhkəmənin İnzibati Kollegiyasının 22.09.2020-ci il tarixli qərarında işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin olunması və əsaslandırılmış qərar qəbul edilməsi barədə göstərişi icra etməmiş və bunun nəticəsində düzgün olmayan qərar qəbul etmişdir.

28. Halbuki İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarında göstərilmişdir, “İddiaçıya 52 yaşdan güzə ştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının 01.07.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.07.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; 3) İddiaçının 01.07.2017-ci ilə qədər 52 yaşının tamam olması.

30. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 27.08.2014-cü ilə qədər 28 il 1 ay 20 gün ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia edir ki, onun işlədiyi “toxucu” vəzifəsi zərərli peşələrin siyahısında qeyd olunmuşdur.

31. AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının Əlavəsində yalnız “metal və sintetik tor toxuyan toxucular” peşəsi qe yd olunmuşdur.

32. AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarla təsdiq edilmiş Siyahının 32-ci bölməsində isə “toxucular” peşəsi qeyd olunmamışdır. İddiaçı tərəfindən işlədiyi peşənin güzəştli iş stajı hesab olunmasına dair müəssisədən aydınlaşdırıcı arayışın da əldə olunması mümkün olmamışdır.

33. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı öz təsdiqini tapmamışdır.” 34. “İddiaçının əmək kitabçasında olan güzəştli iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri”n 2 saylı Siyah ının XX.“Yüngül sənaye” (kod: ********) adlı bölmənin 1-ci bəndi “Toxuculuq sənayesi” adlanır və 2210200a kodundan 2200200b—19586 koduna qədər peşələri əhatə edir. Bu kodlar altında sadalanan peşələrin içərisində yalnız bir peşənin adında (kod 2200200a—11602: süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları) toxucu peşəsi var. Göründüyü kimi, göstərilmiş Siyahıda “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsinin adı göstərilsə də, iddiaçının peşəsinin məhz hansı sahəyə uyğun gəldiyini müəyyən etmək olmamışdır.

35. Daha sonra apellyasiya məhkəməsi öz qərarında yazmışdır ki, bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 11.12.2017-ci il tarixdə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. İddiaçıya dəfələrlə bu cür arayışın təqdim edilməsi təklif olunsa da, belə bir arayış onun tərəfindən təqdim olunmamışdır.”

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə yalnışdır.

37. Belə ki, iddiaçının vaxtı ilə işlədiyi müəssisə Bakı Trikotaj İstehsalat Birliyi halhazırda mövcud olmasa da, fəaliyyət profilinə (növünə) görə axşar müəssisə olan "xxxx" ASC-nin (keçmiş Bakı Komvol toxuculuq kombinat ı) verdiyi 01.10.2021-ci il tarixli, 35 nömrəli arayışında göstərilir ki, İddiaçı Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində toxuculuq sexində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 nömrəli siyahı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısına əsasən XX bölümündə-22104000a-17501 kodla qeyd edilmişdir.

38. Həmçinin həmin arayışda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 nömrəli siyahısının sonuncu bəndindən əvvəlki bəndində olan Toxuculuq istehsalat dəzgah və maşınlarda çalışanlara əmək şəraitinə görə güz əştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin sıyahısında Toxuculular və Əyirici istehsalatın hazırlıq sexlərindəki maşınlara burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına xidmət edən ustalar və usta köməkçiləri, əyricilər peşəsi də həmin peşəyə uyğundur.

39. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən İddiaçı 01.09.1979-cu ildən 24.07.1980-cı ilə qədər TM-40 da təhsil almış, 25.07.1980-cı ildən 04.04.1989-cu ilə qədər N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 4-cü dərəcəli toxucu, 04.04.1989-cu ildən 29.05.1989-cu ilə qədər sap əyirici, 29.05.1989-cu ildən 11.06.1990-cı ilə qədər sarıyıcı, 11.06.1990-cı ilə qədər 06.12.1991-ci ilə qədər 4cü dərəcəli toxucu, 06.12.1991-ci ildən 01.12.1992-ci ilə qədər gözəm ustası, 01.12.1992-ci ildən 27.10.2003-cü ilə qədər toxuyucu, 06.11.2007-ci ildən 01.11.2011-ci ilə qədər məktəbdə xadimə vəzifəsində işləmişdir.

40. Məlum olduğu kimi iddiaçı hazırkı iddiasında irəli sürdüyü tələbə cavabdehə müraciət etsə də, cavabdeh buna dair imtina məktubu vermiş və imtinaya səbəb kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümu mi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi qeyd olunmuşdur.

41. Məhkəmə kollegiyası cavabdehin həmin imtina məktubunu əsassız hesab edir, belə ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqaında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tə sdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

42. Məhkəmə kollegiyası hesab edir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun mövcud olması sözügedən maddədə müəyyən edilmiş üç elementin üçü də iddiaçıda vardır, belə ki, 27.08.2014-cü ilə qədər ümumi iş staji 28 il 1 ay 20 gündür, iddiaçı 52 yaşına çatmışdır, eyni zamanda iddiaçının əmək kitabçasına müvafiq olaraq onun işlədiyi vəzifələr azı 10 il güzəştli iş stajına düşən vəzifələrə a iddir ki, bu da yuxarıda artıq göstərildiyi kimi, iddiaçının işlədiyi müəssisə hazırda mövcud olmadığından fəaliyyət növünə (profilinə) uyğun olan "xxxx" ASC-nin arayışı ilə tam təsdiq olmur.

43. Beləliklə iddiaçı 28 ildən çox ümumi əmək stajina malikdir ki, onun 23 ilini toxuyucu, sap əriyici və sarıyıcı peşələrində işləmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi toxuyucu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.1993-cü il tarixli, 320 saylı qərarının XX bölümündə kod 22104000-17501 (yaş toxumada məşğul olan toxucu), eyni zamanda 23.01.2007-ci il tarixli 12 saylı qərarında nəzərdə tutulmuş siyahının 26-cı paraqrafında “yüngül sənayə” bölməsinin 3-cü bəndində və 32-ci paraqrafında “toxuculuq istehsalı” bölməsində “toxucu” kimi qeyd olunmuşdur və buna görə d ə iddiaçı 25.07.1980-cı il tarixdən 27.10.2003-cü ilədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyi adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan məlumatlarının toxunmasında “toxucu” (başqa sözlə, trikotaj məmulatlarının toxucusu) vəzifəsinə uyğundur.

45. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı nda olan hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

46. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı inzibati orqana 02.07.2019-cu il tarixdə müraciət etmişdir.

47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və onun inzibati orqana müraciət etdiyi tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməklə 02.07.2016-cı il tarixdən pensiya hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 21(103)-529/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 52 yaşından, yəni 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02.07.2016-cı il tarixdən pensiya hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar