Məhkəmə qərarları › İş №2-1(102)-1764/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1764/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1764/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial təyinatlı mənzilin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial təyinatlı mənzilin dəy işdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(103)-1159/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssi sələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamına əsasən İddiaçı Abşeron rayonu, Yeni Yaşayış kompleksindən (bina 43, mənzil 48, 1 otaq) mənzil verilmişdir.

2. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinin iştirak ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli mənzillərin imtiyazlı şəxslərə təhvil verilməsi haqqında akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, Yeni yaşayış kompleksi 1 otaqlı mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmiş, İddiaçı təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında (mənzil tam təmirlidir, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrik və ya qaz plitəsi ilə təchiz edilmişdir) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından, təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək ona verilmiş sosial təyinatlı mənzilin dəyişdirilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müst əqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 20142028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamı ilə 2014 -cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər v ə şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamının icrası çərçivəsində iddiaçı xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında birotaqlı 18 nömrəli mənzillə təmin edilmişdir. Ona təqdim olunmuş mənzilin dəyişdirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) verilmiş mənzilin Bakı şəhərində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, valideyn himayəsindən məhrum edilmiş, 2007-ci ildən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) İnternat məktəbini bitirmişdir və uzun illərdir Bakı şəhərində işləyir və yaşayır. Valideyn himayəsindən məhrum olmuş məzun olaraq cavabdeh tərəfindən Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə), yəni onun üçün əlverişli olmayan rayonda və yerdə imtiyazlı şəxs kimi 1 otaqlı mənzillə təmin edilmişdir. Bakı şəhə rində Hövsan, Yasamal, Qara Qarayev, Ramana, Neftçilər ərazisində sosial təyinatlı binalar inşa edilmişdir. Bakı şəhərində kifayət qədər sosial təyinatlı binaların olmasına baxmayaraq, cavabdeh tərəfindən ona Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) xx.xx.2021-ci il tarixində axşam saatlarında mənzil verilmişdir. O, oraya taksi ilə getməli olmuş, axşam olduğundan taksidə istiqaməti və uzaqlığı, mənzilin yerləşdiyi coğrafi ərazini dəqiq müəyyən edə bilməmişdir. Cavabdeh orqanın əməkdaşı hətta binadakı mənzili ona göstərmədən qaranlıq vaxtı həyətdə mənzilin təhvil verilməsi aktına qol çəkdirmişdir. Növbəti günü səhər çağlarında o, həmin mənzilin Bakı şəhərində işlədiyi əraziyə çox uzaq olduğunu, nəqliyyat xətlərindən çox uzaqda yerləşdiyini, ətrafda yaşayış üçün lazım olan infra strukturun olmamasını görəndən sonra dərhal cavabdehə müraciət edib iradlarını bildirmişdir. O, həmin mənzildən hər gün Neftçilər metrosu ərazisinə kimi böyük məsafə qət etməli və qazandığı pulları yollarda xərcləməli olur. Həm maliyyə baxımından, həm də fiziki baxımından bu yaşayış yeri ona sərf etmir. O, dövlətdən heç bir maliyyə yardımı almır, qazandığı pulları yol puluna sərf olunduğundan kommunal xərcləri ödəyə bilmir. O, mənzilin Bakı şəhərinə dəyişdirilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamına istinad etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin saytında belə bir sərəncam ümumiyyətlə yoxdur. Abşeron rayon unun uzaq bir yerində mənzillə təmin olunması onu cəmiyyətə inteqrasiya etmir, əksinə daha da təcrid edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7480/2022 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin nümayəndələrinin iştirak ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli mənzillərin imtiyazlı şəxslərə təhvil verilməsi haqqında akta əsasən qeyd olunan mənzil İddiaçı tərəfindən təhvil alınmış, təhvil zamanı iddiaçı ona püşkatma yolu ilə təqdim olunmuş mənzildən razı olmasını imzası ilə təsdiq etmi şdir. Göründüyü kimi, iddiaçı imtiyazlı şəxs kimi mənzillə təmin edilmiş, mənzil iddiaçı tərəfindən qəbul edilmiş və iddiaçının mənzillə bağlı, o cümlədən mənzilin yerləşdiyi ərazi ilə bağlı hər hansı iradı olmamışdır. İddiaçının mənzillə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1159/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Səadət Bəktaşi və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğunu, apellyasiya şikayətinin dəlillərinin əsaslandırılmadığını, cavabdehin hərəkətlərinin və məhkəmənin qərarının hansı səbəbdən qanunsuz və əsassız olduğunun iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyini qeyd edir. İddiaçı tərəfindən şikayətdə hüquq normaları göstərilərək onların nəzərə alınmadığı bildirilsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda, qeyd edilmə lidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının qəbul edilməsinin əsas prinsip və məqsədi sərəncamda qeyd edilən kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi olmuşdur. Həmin sərəncamda qeyd edilən şəxslərin mənzillə təmin edilməsi ilə bağlı tapşırıqlar olsa da, mənzillərin yerləşdiyi ərazinin vətəndaşların mövcud vəziyyətinə (şəxsin işlədiyi yerə yaxın ərazidə olması və s.) uyğunlaşdırılması ilə bağlı hər hansı meyarlar göstərilməmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassas iya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların v ə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır.... Maddə

7. Əmlak və yaşayış sahəsi üzrə təminatlar... Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. 17. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı

1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqs ədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzi hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götür ülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin....

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazıl ı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Belə ki, hazırkı iş üzrə iddianın predmeti iddiaçıya verilmiş sosial təyinatlı mənzilin dəyişdirilməsi ilə bağlıdır.

25. İddiaçı iş yerinin Bakı şəhərində yerləşdiyini, ona verilən sözügedən mənzilin nəqliyyat xətlərindən çox uzaqda yerləşdiyini və ətrafda yaşayış üçün lazım olan infrastrukturun olmadığından ona çətinlik yaratdığını qeyd edir və bu səbəbdən də Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) verilmiş mənzilin Bakı şəhərində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsini istəyir.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı imtiyazlı şəxs kimi mənzillə təmin edilmiş, mənzil iddi açı tərəfindən qəbul edilmiş və iddiaçının mənzillə bağlı, o cümlədən mənzilin yerləşdiyi ərazi ilə bağlı hər hansı iradı olmamışdır. İddiaçının mənzillə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.

27. Kassasiya şikayətinin təkrar edilən dəlilinə əsasən iddiaçı ona mənzil verilərkən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə verilməli olmasına dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.5-ci maddəsinin tələbinin nəzərə almadığını bildirir.

28. Apellyasiya məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən şikayətdə hüquq normaları göstərilərək onların nəzərə alınmadığı bildirilsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini t apmamışdır.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının qəbul edilməsinin əsas prinsip və məqsədi sərəncamda qeyd edilən kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi olmuşdur. Həmin sərəncamda qeyd edilən şəxslərin mənzillə təmin edilməsi ilə bağlı tapşırıqlar olsa da, mənzillərin yerləşdiyi ərazinin vətəndaşların mövcud vəziyyətinə (şəxsin işlədiyi yerə yaxın ərazidə olması və s.) uyğunlaşdırılması ilə bağlı hər hansı meyarlar göstərilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona verilmiş sosial təyinatlı mənzilin dəyişdirilməli olmasını zəruri edən faktiki şərtl ərin mövcudluğunu sübut edə bilməmişdir. Bunun əksinə, iddiaçıya verilmiş sosial təyinatlı mənzilin dəyişdirilməsi ilə bağlı cavabdehin öhdəliyinin olmadığı sübuta yetirilir.

31. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya verilmiş sosial mənzilin dəyişdirilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instans iyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 21(103)-1159/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar