Məhkəmə qərarları › İş №2-1(102)-1764/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1764/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1764/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)1249 /2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli İQ46/2 nömrəli qərarı ilə Nigeriya Federativ Respublikasının vətəndaşı olan iddiaçı və onun ailə üzvlərinə (arvadına) qaçqın statusu verilməsindən imtina edilmişdir.

2. Cavabdeh inzibati orqan qərarı onunla əsaslandırmışdır ki, iddiaçı Nigeriyaya qayıdacağı təqdirdə qonşuları tərəfindən əvvəlki mübahisə zəminində yenidən təhdid oluna biləcəyini ehtimal etsə də, o və arvadı dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi, iddiaçı Nigeriya Federativ Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə d axilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə) təqib olunmamışdır.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-ci il tarixli 52 nömrəli qərarı ilə qaçqın statusunun verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il İQ-46/2 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli və xx.xx.2023-cü il tarixli 1457/ə nömrəli eyni məzmunlu inzibati şikayəti, xx.xx.2023-ci il tarixli 28 nömrəli qərarı ilə xx.xx.2023-cü il tar ixli 1423/ə nömrəli və xx.xx.2023-cü il tarixli 1457/ə nömrəli eyni məzmunlu inzibati şikayətləri baxılmamış saxlanılmışdır.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-ci il tarixli 83 nömrəli qərarı ilə Nigeriya Federativ Respublikasının vətəndaşı olan iddiaçı və onun ailə üzvünə (arvadı X4) qaçqın statusu verilməsinə dair xx.xx.2023-cü il tarixli 4623/ə nömrəli ərizə baxılmamış saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qərarının ləğv edilməsi, ona və arvadı X1çqınlıq statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdı r ki, o, Nigeriya Federativ Respublikasının vətəndaşıdır (Pasport № ********). xx.xx.1977-ci ildə Nigeriyanın Benue ştatının GBOKO Otukpo şəhərciyində doğulmuş, milliyyətcə iqbo, dini etiqadına görə xristiandır (katolikdir). 6 illik ibtidai təhsilini Nigeriyada “X5” adlı məktəbdə, sonra 6 il “Muslim boy” adlı məktəbdə təhsil almışdır. Ailəlidir, həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü X3, 3 oğlu, 1 qızı var. Evi və torpaq sahələri də GBOKO Otukpoda yerləşir. Nigeriyada dini zəmində ona, ailəsinə, biznesinə qarşı baş vermiş müsibətlərdən sonra özü və həyat yoldaşı Nigeriyadan qaçıb Azərbaycana gəlmişlər. Qaçqınlıq statusunun alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsələr də, əsassız olaraq bu statusun verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli 83 nömrəli qərar qəbul edilmiş, qərarın surətini xx.xx.2023-cü ildə əldə etmişdir. Dövlət Miqrasiya Xidmətində intervyular zamanı əməkdaş qabaqcadan ona bildirirdi ki, qaçqınlıq statusunun verilməsi onsuz da mümkün olmayacaqdır. Yəni, iş tam araşdırılmamış əməkdaş qərəzə əsaslanmış fikir yürütmüşdür. O, Nigeriyada böyüdüyü və yaşadığı yerlərə Benue ştatına qayıda bilməyəcək. Çünki, yerli hökumət təhlükəsizliklərinə etibarlı şəkildə zəmanət verə bilmir və bu artıq beynəlxalq təşkilatlarda ciddi müzakirə olunmaqdadır. Belə bir vəziyyət onun və ailəsi üçün çox təhlükəlidir. Yəni, müəyyən mənada onlara qarşı nifrət və düşmənçilik kampaniyası başlanmışdır. Nigeriyada kənd təsərrüfatı sahəsində, xüsusən də heyvandarlıq sahəsində 2011-ci ildən başladığı sahibkarlıq fəaliyyətinə təhdidlər, tarlalarının məhv edilm əsinə yönəlmiş hücumlar olmuşdur. Bu hücumların əsas motivi əslində dini dözümsüzlük və dini ayrı-seçkilik olmuşdur. Digər dinə mənsub radikallar fermer təsərrüfatlarına və inəklərinə hücum etmək yolu ilə onları məhz dini baxışlarına görə təqib edirlər, kənd təsərrüfatı məsələləri sadəcə bir örtükdür. Məhz ona görə də, oranı tərk edəndən sonra anası və uşaqları Kilsədə sığınacaq tapmağa məcbur olublar. Münaqişənin cənub əyalətlərinə yayılması ölkənin əsas regional, etnik və dini qrupları arasında onsuz da kövrək olan münasibətləri gərginləşdirir. Cənubun əksər xristian icmaları bəzi mənbələrdə “İslamlaşdırma qüvvəsi” kimi təsvir edilən, əsasən müsəlman çobanların axınından narazıdırlar. Çobanlar əsasən Fulanilərdir, münaqişələrə etnik ölçü verirlər. Fulanilər Qərbi və Mərkəzi Afrikanın bir çox ölkəsinə yayıldıqca, onlarla digər Nigeriya qrupları arasında istənilən böyük qarşıdurma qonşu ölkələrdən döyüşçüləri cəlb edərək regional təsirlərə səbəb ola bilər. Bütün xəbər saytlarını nəzərdən keçirəndə aydın olacaqdır ki, 2015-ci ildən qarşılaşdıqları münaqişələrin, xüsusən də fermer-çobanların hücumlarının kökündə etnik, dini məsələlər durur. Yəni, ilk əvvəl torpaq məsələləri ilə başlayan münaqişələr artıq təhlükəli etnik-dini məziyyətlər də kəsb etmişdir. xx.xx.2016-cı ildə Nigeriya Senatının qəbul etdiyi qətnamədə göstərilmişdir ki, Benue, Taraba, Plateau və digər ştatlarda fermer icmalarına hücumların arxasında Boko Haram qiyamçıları durmuşlar. Kənd təsərrüfatı ilə məşğul olanların böyük əksəriyyəti əsasən katolik xristianlar idi. Ona görə də dini baxışlarına görə artıq Tara ba (Benue ştatının paytaxtı) və digər ştatlarda yaşamaq çox təhlükəli olmaqla bərabər, həm də fermer təsərrüfatları ilə məşğul olmağın heç bir əhəmiyyəti qalmırdı, sadəcə, bir gün çəkdiyin əziyyətlər boşa çıxmış olur. 2018-ci ilin yanvarından zorakılıq artdığından, həmin dövrdə 300 min insan yaşayış yerlərini tərk edərək öz torpaqlarında məcburi köçkün oldular. Adamava, Benue, Nasarava, Plateau və Taraba əyalətlərinin bir hissəsində geniş miqyaslı yerdəyişmə və etibarsızlıq əkinçiliklə yanaşı, maldarlığa da mane olur və ərzaq qiymətlərini artırır. Zorakılıq nəticəsində ordunun, polisin və digər təhlükəsizlik xidmətlərinin üzərinə ağır yük düşür və onları Boko Haram qiyamına qarşı mübarizə kimi digər mühüm missiyalardan yayındırır. Onlara qarşı, mülklərinə, təsərrüfatlarına olan hücumlarda görünən ilkin məqsəd torpaqlarına basqın edib heyvanlarını ələ keçirmək və tarlalarını məhv etmək və onlara zülm etmək olsa da, sonradan bu hücumlara dini və etnik komponentlər də əlavə olunmağa başlandı ki, bu da münaqişə yerləri üçün xarakterik xüsusiyyətdir. O, xx.xx.1985-ci il təvəllüdlü həyat yoldaşı ilə bərabər 2015-ci ildə öz ölkəsindən qaçaraq, özü və ailəsi üçün yeni yaşayış yeri seçmək üçün əvvəlcə Dubaya getmiş, bir müddət orada yaşayandan sonra ailəsi üçün darıxdığından bir həftəliyə tək Nigeriyanın Laqos şəhərinə qayıtmış və istəmişdir ki, uşaqları və anası ilə görüşsün. Lakin Laqosda olarkən dostları ilə telefonla əlaqə saxlamış, bu zaman dostları ona demişlər ki, gizlənməli və kilsədə yaşayan uşaqları görmək üçün kəndə qayıtmamalıdır, əks təqdirdə bu onun üçün təhlükəli olar. Nigeriyadan sonra yenidən Dubaya qayıtmış, Dubaydan Gürcüstana və Türkiyəyə, oradan isə xx.xx.2022-ci ildə Azərbaycana pənah gətirmişdir. Qardaşı da katolikliyi qəbul etdiyi üçün Nigeriyanı tərk etmişdir və Omana qaçmışdır. Lakin Omanda katolik olduğunu gizlədir və bu barədə danışmır. O, 2000-ci ildə katolikliyi qəbul etmişdir. Onun valideynləri xristian, sonuncuların valideynləri isə müsəlman olublar. Həyat yoldaşının valideynləri də müsəlman olmuş və vəfat etmişlər. Lakin həyat yoldaşı katolikdir. Nigeriyada anası və uşaqları təhlükəsizliyini təmin etmək üçün kilsədə yaşamağa məcburdur. Anası və uşaqları hazırda Nigeriyada katolik kilsəsi olan “St.Mary Angelica missionary church State of Benue, 17 b Buruku street Nigeria” ünvanında qalırlar. Yeganə sığınacaq yer kilsədir. Anası və uş aqları başqa yerdə yaşaya bilmirlər. Kilsə onlar üçün artıq ev olmuşdur. Uşaqlarının və anasının yaşadığı Katolik Kilsənin telefon nömrəsi **********8, kilsədəki keşişin adı Rev. Pauldur. Azərbaycanda qaçqınlıq statusunun alınması üçün xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etmiş, həmin dövrdə adına ***-**** saylı şəxsi iş açılmış, MS-114-2022 nömrəli müvəqqəti şəhadətnamə verilmişdir. Dövlət Miqrasiya Xidmətində onunla və arvadı ilə müsahibə keçirilmiş, xx.xx.2022-ci il tarixli İQ-46/2 nömrəli qərarla ona və arvadına qaçqın statusunun verilməsindən imtina edilmişdir. Xidmət ilk müraciətinə baxaraq ona qaçqınlıq statusunun verilməsindən imtina etmiş və imtina qərarını xx.xx.2022-ci il tarixdə Xidmətin ofisindən əldə etmişdir. O və arvadı bu qərarla razılaşmı r, çünki bu qərarın qəbul edilməsi üçün söylədikləri fikirlərdən Xidmətin əməkdaşlarının gəldikləri qənaət əsl həqiqəti əks etdirmir. Xidmət tərəfindən onun və arvadının hüquqlarının qorunmasına biganəlik göstərilmişdir.

7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçıya qaçqın statusunun verilməsindən imtina haqqında qərarın dəlilləri ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 27 oktyabr 2023-cü il tarixli, 21(112)-12317/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən, cavabdeh bu səlahiyyətini qanunla müəyy ən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. İrqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. İddiaçının və onun ailə üzvünün barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən, inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.T.Axundova və R.Ə.Səmədov) 22 fevral 2024-cü il tarixli, 21(103)-1249/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayət i verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, faktiki olaraq iddiaçı və ailəsi Nigeriyaya qayıtmaq istəmir. Hətta gələcəkdə anasının və övladlarının da Nigeriyanı tərk etmələri üçün hüquqi vasitələrdən istifadə edəcəkdir. Məhkəmə təqdim olunan sübutlardan əlavə Nigeriyadakı kilsəyə və ya Nigeriyanın aidiyyəti dövlət qurumlarına sorğu göndərib və ya ən azından, kilsədəki keşişə zəng edib uşaqların və anasının kilsədə yaşaması faktını dəqiqləşdirə bilərdi. Məhkəmə işin qeyd edilən hallarını araşdırmamış, bununla da qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş dur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qa yıtmaq istəməyən şəxsdir.

17. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası: Preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edi r. “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerl ər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikay ətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona qaçqın statusunun verilməsindən ibarət olmaqla, tələbin hüquqi əsası kimi iddiaçının mənsubiyyəti olduğu ölkədə həyatının təhlükədə olması göstərilmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 16-17-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilməsi barədə cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur.

26. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı Nigeriya Federativ Respublikası, yəni vətəndaşı olduğu dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbayca n Respublikasının Qanununun 1.1.1-ci maddəsində, habelə 1951-ci il Konvensiyasının 1- ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə) təqib olunmamışdır. Belə olan halda isə qanunvericiliyin tələbinə əsasən ona qaçqın statusu verilə bilməz. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübut yetirilmişdir.

27. Kassasiya şikayətinin dəlillərinə (Nigeriya Federativ Respublikasının təhlükəsizlik problemləri olması, ölüm hallarının artması, dini təriqətlər arasında ədavətin güclənməsi və s.) münasibətdə məhkəmə kollegiyası əvvəla, onu qeyd edir ki, iddiaçı ailə üzvlərinin həyatının təhlükədə olması ilə bağlı vətəndaşı olduğu ölkənin (Nigeriya Federativ Respublikasının) hüquq mühafizə orqanlarına müraciət edə bilər.

28. Bundan başqa, iddiaçının kassasiya şikayətində sadaladığı hallar ona qaçqın statusunun verilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı əgər vətəndaşı olduğu ölkədə yaşaya bilməməsi qənaətindədirsə və Azərbaycan Respublikasında yaşamaq arzusundadırsa, bu zaman qanunvericiliyin tələbinə uyğun qaydada Azərbaycan Respublikasında yaşamaq üçün icazənin alınması məqsədilə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət edə bilər.

29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(103)-1249/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar