Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1765/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddiaçıya pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1160/202 1 nömrəli iş üzrə 02.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hərbi xidmətdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 sentyabr 1983cü il tarixdən 28 iyun 1990-cı il tarixədək Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil almış və həmin dövrdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keç mişdir. Həmin illər onun fəaliyyətini əks etdirən əmək kitabçasında qeyd olunmuşdur. O, həmçinin 2 avqust 1990-cı il tarixdən 13 iyun 1994-cü il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektromexanizasiya Trestinin 4 nömrəli Avtomobil nəqliyyat kontorunda müxtəlif vəzifələrdə işləmişdir. 14 iyun 1996-cı il tarixdən 1 yanvar 1997-ci il tarixədək “Azəravtoyol” X1 vergi inspeksiyasında müfəttiş vəzifəsində, bundan başqa, 3 mart 1997-ci il tarixdən 10 yanvar 2012-ci il tarixədək AR Dövlət Gömrük Komitəsində (14 il, 9 ay, 16 gün) müxtəlif vəzifələrdə çalışmışdır. 10 avqust 2016-cı il tarixdən halhazıradək isə, Qazax Dövlət Sosial İqtisad Kollecində inzibati təsərrüfat işləri üzrə direktor müavini işləyir. Əmək kitabçasına əsasən AT Dövlət Gömrük Komitəsində işlədiyi dövr daxil olmaqla onun ümumi iş stajı 28 ildən artıqdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinin tələblərindən çıxış edərək hazırkı halda onun ümumi iş stajının 12 il 6 ayı hərbi xidmətdə (gömrük orqanlarında) keçdiyinə görə əmək pensiyası hüququ yaranmış olur. O, göstərilənləri nəzərə alaraq, 2009-cu ilin əvvəllərində cavabdeh AR Dövlət Gömrük Komitəsinə müraciət etmiş və ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh həmin məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız sayılır. Belə ki, 4 aprel 2019-cu il tarixli imtina məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə istinad edilmişdir. Hesab olunur ki, imtinada sözügedən hüquq normasına istinad olunm ası yanlışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsi imkan verir ki, o, hərbi xidmət üzrə yaşa görə əmək pensiyası hüququndan istifadə etsin. Çünki, onun ümumi iş stajı (hərbi xidmətdən sonra) 28 ildən artıq təşkil edir. Deməli o (iddiaçı), qanunla tələb olunan ümumi 25 il iş stajını ödəməklə yanaşı, 14 il, 9 ay, 16 gün müddətini hərbi xidmətdə keçmişdir. Bu hal ona, hərbi xidmətdən yaşa görə pensiya təyin olunması üçün hüquqi əsas verir. Lakin hansısa səbəbdən cavabdeh bütün bunları nəzərə almamış və əsassız imtina cavabı vermişdir. Cavabdeh tərəfindən 4 aprel 2019-cu il tarixli imtina məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə istinad olunması ümumiyyətlə düzgün yanaşma sayıla bilməz. Qanunun bu maddə si hərbi qulluqçulara təyin olunan pensiyalar üçün əlavələrdən bəhs edir. Lakin onun (iddiaçının) tələbi hərbi xidmətdə yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir.
3. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)5080/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı iddiaçıya pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmı şdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 2.0.6, 13-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 9.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndinə, maqla uzun müddət xidmətə daxil edilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007- ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə, İPM-in 2.2.2, 35.1, 38.1, 38.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-5080/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 0 2.06.2021-ci il tarixli, 2-1(103)-1160/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-5080/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi normalara əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 1 sentyabr 1983-cii il tarixdə n 28 iyun 1990-cı il tarixədək Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil almış və həmin dövrdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra 02 avqust 1990-cı ildən 13 iyun 1994-cü il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Blektromexanizasiya Trestinin 4 nömrəli avtomobil nəqliyyat kontorunda müxtəlif vəzifələrdə çalışmışdır. 14 iyun 1996-cı il tarixdən 1 yanvar 1997-ci il tarixədək “Azərravtoyol” Dövlət konserinin Tranzit vergi inspeksiyasında müfəttiş vəzifəsində 03 mart 1997-ci il tarixdən 10 yanvar 2012-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. Dövlət Gömrük Komitəsində əmək stajı 14 il 9 ay 16 gün təşkil edir. 10 avqust 2016-cı il tarixdən hal-hazıradək Qazax Dövlət So sial İqtisadi Kollecində inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır. Ümumi əmək stajı 28 ildən artıqdır. İddiaçı qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehə pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1ci bəndinə görə bu Qaydalar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22.4-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbayc an Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində. Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokururluğda, Dövlət Təhlükəsizlik Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xi dmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir.
10. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddiaçı pensiyasının təyin olunması üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına müraciət etmişdir. Filialdan iddiaçıya ünvanlanmış 08.01.2021-ci il tarixli məktubda qeyd edilir ki, "Ərizənizə baxaraq bidirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları" nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hü ququnun yarandığı tarixdən onların müraciəti əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilir.
11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(103)-1160/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil edilmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq 13. “Əmək pensiy aları haqqında” Qanun:
14. Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
15. Maddə 9.5. aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçula r, (9.5.2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.3) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.4) hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndi: zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir:... Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən. Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rə is heyətinə mənsub şəxslərə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
17. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» 1-ci bənd: bu Qaydalar «Ə mək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəl adə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir.
18. Qaydalar 2-ci bənd: «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
19. Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə AR Qanunu
20. Maddə 27: Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər: 21. gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş;
22. Maddə 120: Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilə n hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə;...
28. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
25. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin mə ruzəsini, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.
27. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçıya pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
28. İş materiallarından görünür ki, iddiaçının təhsil və hərbi xidmət illəri nəzə rə alınmadıqda gömrük orqanlarında xidmət müddətinin 14 il 09 ay 16 gün təşkil edir, 2 il hərbi xidmət dövrü, 5 il əyani təhsil müddətinin yarısı kimi 2 il 6 aylıq dövr də nəzərə alındıqda, onun ümumi xidmət dövrü 19 il 3 ay 16 gündür.
29. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli halın əsas xüsusatı AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarında göstərilən “mülki ali təhsil müəssisələrində beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla” müddəasının iddiaçıya münasibətdə necə tətbiq olunmasıdır.
30. Sözügedən qərarın qəbulundan (qüvvəyə minməsindən) əvvəlki dövrdə həmin təhsil müddətinin uzunmüddətli xidmət dövrünə daxil edilməsini nəzərdə tutan hər hansı qanunvericilik norması qəbul edilmədiyindən, AR Nazirl ər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının qeyd olunan müddəasının iddiaçıya münasibətdə tətbiqi qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğundur.
31. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, hazırkı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və qanunvericilik bu qəbildən olan iddialar üçün iddia müddəti müəyyən etməmişdir. İPM-in 38.1 və 38.2-ci maddələrinin tələbləri “mübahisələndirmə haqqında” və “məcburetmə haqqında” iddialarla bağlıdır, analogiya üzrə həmin tələbin “öhdəliyin icrası haqqında” iddialara münasibətdə tətbiqi isə yolverilməz haldır. İddiaçı əvvəlcədən məsələ ilə bağ lı cavabdehə müraciət etdiyindən, cavabdeh də müvafiq səlahiyyətə malik qurum kimi məsələnin həllindən imtina barədə ona məktubla cavab verdiyindən, habelə iddianın mümkünlüyünü istisna edən digər xüsusatlar mövcud olmadığından, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 21(103)-1160/2021 nömrəli qəra