Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1765/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər iddia tələbinin mümkünsüzlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-1393/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh tərəfindən “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli və “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarlar qəbul etmişdir. Qərarlar onunla əsaslandırılmışdır ki, müraciətin icrası zamanı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və şəxsin xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Nəticədə şəxsin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə xx.xx.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda xx.xx.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ******* nömrəli, xx.xx.2021-ci il tarixli və ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və iddiaçının 52103/m nömrəli, xx.xx.2021-ci il tarixli və 52116/m nömrəli, xx.xx.2021-ci il tarixli müraciətlərinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının Mahaçqala şəhərində doğulmuşdur. X3 Rusiya Federasiyasının vətəndaşıdır, atası Nazir Mustafayev Azərbaycan Respublikasının vətəndaşıdır. 2003-cü ildə Bakı şəhəri 81 nömrəli məktəbin direktoru onu doğum haqqında Rusiya şəhadətnaməsi ilə birinci sinifə qəbul et məkdən imtina edərək qəti şəkildə onun adına olan AR-nin şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb etmişdir. Atası onun anasının (qanuni nümayəndəsinin) razılığı olmadan onun adına AR-nin şəxsiyyət vəsiqəsini almışdır (bu barədə anasına yalnız 2012-ci ildə məlum olmuşdur) 2012-ci ildə onun valideynlərinin yazılı razılığı ilə və iddiaçının könüllü iradə ifadəsinə əsasən RF-də güzəştli ali təhsil almaq məqsədilə o, Rusiya vətəndaşlığını rəsmiləşdirdi. xx.xx.2012-ci ildə ona RF vətəndaşının seriya 51 № ******* pasportu verildi. Sənədləşdirmə xx.xx.2012-ci ildə RF-nin AR-dəki səfirliyi tərəfindən aparılmışdır. 2014-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdə buraxılış imtahanlarının verilməsi üçün iddiaçı AR Dövlət İmtahan Komissiyasına Rusiya pasportunu təqdim etdi, sonuncu isə ondan A R- də müvəqqəti yaşamaq icazəsini tələb etdi. cavabdeh özünün u/M-1709 nömrəli, xx.xx.2014-ci il tarixli məktubunda onun Azərbaycan vətəndaşı olmasına istinad edərək, “AR vətəndaşlığı haqqında” AR Qanununa əsaslanaraq, lakin bu qanunun konkret normalarına istinad etməyərək müvəqqəti yaşamaq icazəsi verməkdən imtina etdi. xx.xx.2014-cü ildə elektron poçt vasitəsilə cavabdehə ona müvəqqəti yaşamaq icazəsi verilməsindən imtinanın qanunsuz və əsassız olması barədə məktub göndərilsə də həmin məktuba cavab verilmədi. Cavabdehin icazəsi olmadan o, Rusiya pasportu ilə imtahanların verilməsinə buraxılmırdı. Nəticədə - orta təhsil haqqında attestatın verilməsindən imtina, nəticədə - Kazan aviasiya universitetinin onun həmin ATM-nə tələbə kimi qəbul etməkdən imtina etməsi kimi real risklər yarandı. Bu hərəkətləri ilə AR DMX faktiki olaraq qüvvədə olan Rusiya pasportu olduğu halda imtahanlara buraxılması üçün onun valideynlərini tezliklə AR-nin şəxsiyyət vəsiqəsini almağa məcbur etdi. İmtahanların başlanmasına az vaxt qalırdı, Cavabdehin qərarından şikayət verilməsi isə müəyyən müddətlər, ehtimal edilir ki, həm də məhkəmə araşdırması tələb edirdi. Beləliklə, 2012-ci ildən başlayaraq və bu vaxta qədər AR-ə girişi/çıxışı, burada yaşaması RF pasportları əsasında həyata keçirilirdi. İddiaçı tərəfindən AR-nin miqrasiya qanunvericiliyinin bütün tələblərinə, o cümlədən müəyyən edilmiş qaydada dövrü olaraq müvəqqəti olduğu yer üzrə qeydiyyatdan keçmə, müvəqqəti yaşama icazəsinin alınması, 2019-2020 və 20202021-ci illərdə əmək fəaliyyətinə icazə alınması ilə bağlı tələblərə dəqiq əməl edilmiş dir. 9 il ərzində onun əcnəbi vətəndaş statusu cavabdeh tərəfindən mübahisələndirilmirdi ki, bu da hüquqi əhəmiyyətli faktdır. 2021-2022-ci illər üçün müvəqqəti yaşamaq icazəsi verilməsindən imtina və əmək fəaliyyətinə icazə verilməsindən imtina ilə “AR vətəndaşlığı” haqqında Qanunun 18-ci maddəsinin 1-ci yarımbəndinin, həmçinin AR-nin üzv olduğu 30 avqust 1961-ci il tarixli “Vətəndaşsızlıq ixtisar edilməsi haqqında” Konvensiyadan irəli gələn müddəaların tələbləri pozulur. Həmin müddəalara əsasən bir ölkənin vətəndaşlığını könüllü əldə etmək əvvəlki vətəndaşlığın itirilməsi üçün əsasdır. “Könüllülük” anlayışı onu göstərir ki, vətəndaşlıq avtomatik əldə edilmir, şəxsin azad iradə ifadəsinin nəticəsində bu baş verir ki, o, 2012-ci ildə RF vətəndaşlığını seçməklə öz iradəsini ifadə etmişdir. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “İnsan hüquqları haqqında ümumi bəyannamə” vətəndaşlığı insanın öhdəliyi kimi deyil, hüququ kimi müəyyən etmişdir. Bəyannamədə (maddə 13) deyilir ki, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək, həmçinin istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. “AR vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar olduqda vətəndaşlığa xitam verilir. “AR vətəndaşlığı haqqında” Qanunun 26-cı maddəsi ziddiyyət yarandıqda beynəlxalq müqavilənin normalarının milli qanunvericilikdən üstün olduğunu təsdiq edir.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşd ırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə xx.xx.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda xx.xx.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. Miqrasiya Məcəlləsinin 3.0.1-ci (əcnəbi - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs) və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır) uyğun olaraq xarici dövlətin vətəndaşlığına mənsubiyyətləri tanınmır. Belə olan halda, Miqrasiya Məcəlləsinin 44 və 50-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı 05.02 1997-ci il tarixdə Rusiya Federasiyasının Maxaçkala şəhərində anadan olmuşdur. Ona xx.xx.2003-cü il tarixdə Azərbayca n Respublikasına məxsus FİN nömrəsi: 1N4Z66Aolan 10017867 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bununla yanaşı, şəxs anadan olduğu vaxtda onun atası X2 Azərbaycan Respublikasının vətəndaşı olmuş və ona Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 2L3JWUH olan 09630606 və 02689784 nömrəli şəxsiyyət vəsiqələri, həmçinin XP0578533 nömrəli köhnə və C01671518 nömrəli yeni nəsil ümumvətəndaş, S0223708 və S0138262 nömrəli xidməti pasportları mövcud olmuşdur. Bununla da, İddiaçı Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyətini təsdiq edən sənədə malik olması və atası X1 Azərbaycan Respublikasının vətəndaşı olması səbəbindən İddiaçı də AR qanunvericiliyinə əsasən Ölkə vətəndaşı sayıldığı tərəfimizdən müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən ləşdirilməsi Qaydası”nın (qaydaların 4.1.5-ci bəndi) müddəalarına əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır.
6. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-8360/2021 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.1, 3.0.13, 44.1, 51.1-ci maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 1.1, 1.2, 2.0.1, 2.0.2, 2.0.11-ci maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-1393/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-8360/2021 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əcnəbi şəxs kimi müraciəti əsasında qəbul edilm iş mübahisələndirilən qərarlar iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşı olduğu dövlətdə yaşaması üçün daimi yaşamaq və iş icazəsi tələb olunmur. İddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassator hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının iddiasını mümkün saymamaqla Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin tələblərinə zidd olaraq onun məhkəmədə dinlənilmək hüququnu pozmuşdur, halbuki iddiaçı məhkəmədə dinlənilmək hüququna malikdir, belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, imtina cavabı almışdır, hazırda mübahisənin başqa mümkün həlli yolu qalmamışdır, məhkəmə isə iddianı mümkün saymamaqla əcnəbi vətəndaş olan iddiaçının inzibati orqanla olan mübahisəsini hüquqi müstəvidə məhkəmədə dinlənilməklə həlli hüququndan məhrum etmişdir.
13. Həmçinin apellyasiya məhkəməsi İPM-in 35.1-ci maddəsinin tələblərini pozaraq işin bütün hallarını araşdırmadan iddiaçının təqdim etdiyi sübutları nəzər ə almadan, mübahisənin əsasında elə iddiaçının əcnəbi vətəndaş olması, cavabdehin isə onu yanlış olaraq Azərbaycan Respublikası vətəndaşı hesab etməklə müraciətinin təmin edilməsindən imtina etməsinin dayandığını nəzərə almadan cavabdehin mövqeyində dayanaraq iddiaçının məhkəmə araşdırması aparılmadan Azərbaycan Respublikasının vətəndaşı olması əsası ilə məhkəmə müdafiəsindən istifadə etmək hüquqlarını pozmuş, heç bir əsas olmadan iddianı mümkün saymamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə
10. Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, dig ər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
16. Miqrasiya Məcəlləsi: Maddə
3. Əsas anlayışlar... 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs;... Maddə
44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu təsdiq e dən sənəd 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.... Maddə
51. İş icazəsi 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması nı, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı n əzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyi ldirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
18. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Mad də 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazır kı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
25. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
26. Hazırkı qərarın 17-18-ci bəndlərində qeyd olunan normaların məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sa yılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha mü nasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın.
28. Bu mənada, hazırkı işin hallarına görə iddiaçı cavabdehin “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli və “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarl arının ləğv edilməsini və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
29. Qərarın 16-cı bəndində qeyd olunan normalara əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir.
30. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə xx.xx.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda xx.xx.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur.
31. Beləliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əcnəbi şəxs kimi müraciəti əsasında qəbul edilmiş mübahisələndirilən qərarlar iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşı olduğu dövlətdə yaşaması üçün daimi yaşamaq və iş icazəsi tələb olunmur.
32. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il ta rixli, 21(103)-1393/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.