Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1765/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-910/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonunun Mutudərə kəndinin özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.1992-ci il tarixdə hərbi travma almışdır.
2. Mingəçevir şəhər X2 şöbəsi tərəfindən tərtib olunan “Xəstənin stasionar tibbi kartı” ndan çıxarışa əsasən, iddiaçı xx.xx.1992-ci il tarixdə stasionara göndərilmişdir, tam diaqnozu sağ borunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarasıdır.
3. N nömrəli hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli, 23 nömrəli protokollar kitabında 234-cü sırada 1954-cü il təvəllüdlü iddiaçının Mingəçevir HHK tərəfindən şəhadətləndirilməyə göndərildiyi, xəstənin şikayətləri və anamnezi, həkim müayinəsinin obyektiv göstəriciləri və diaqnozu qeyd edilmişdir.
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1123 nömrəli qərarında göstərilmişdir ki, iddiaçı Mingəçevir ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır, Qazax hərbi prokurorluğunun xx.xx.2017-ci il tarixli, HP-12/2635 saylı məktubunda barəsində cinayət işi və təqsirləndirici material yoxdur, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə yara almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci tarixədək Tovuz rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdu r. Diaqnoz - sağ çiyin nahiyəsinin güllə yarası, Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnozu - sağ bazunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası (Azərbaycan Respublikası SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli, 601 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli, 411 nömrəli arayışı, Tovuz rayon Mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli epikriz çıxarışı, Mingəçevir şəhər Mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli epikriz çıxarışı, N nömrəli hərbi hissənin hərbi həkim komissiyasının protokol kitabından çıxarış, MN MHHK-nın həkim-mütəxəssis cərrahının rəyi ilə təsdiq edilir), hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır.
5. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, aidiyyəti üzrə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət edilməsi məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1326/2021 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş və məhk əmənin icraatına qəbul edilmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü il tarixdə Gədəbəy rayonunun Mutudərə kəndində doğulmuşdur və hal-hazırda Mingəçevir şəhərində yaşayır. Gədəbəy rayonunun doğulduğu Mutudərə kəndi erməni silahlı birləşmələrinin hərbi hücumuna məruz qalan zaman xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Mutudərə kənd özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında könüllü iştirak etmiş və xx.xx.1992-ci il tarixdə döyüş əməliyyatında sağ çiyin nahiyəsindən avtomat gülləsi yarası almışdır. xx.xx.1992-ci il tarixədək Tovuz rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında sağ bazunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası diaqnozu ilə müayin ə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1123 nömrəli qərarında qeyd edilir ki, o, xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992xx.xx.1992-ci ildə Tovuz rayon Mərkəzi Xəstəxanasında “Sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992-xx.xx.1992-ci ildə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuşdur, hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır. Eyni zamanda ona məxsus HZ seriyalı, ******* nömrəli hərbi biletin 6-cı səhifəsinin 17-ci, 18-ci və 24-cü bəndlərində xx.xx.1992 - xx.xx.1992-ci ildə Gədəbəy rayonu Mutudərə kəndinin müdafiəsində özünümüdafiə bataly onunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qeyd olunmuşdur. Lakin, bütün bu qeyd edilənlərə baxmayaraq, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirak ı sübut edən başqa sənədlər nəzərdə tutulur. Gədəbəy rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmişdir, lakin tərtib olunmuş siyahıda iddiaçının adı mövcud deyil. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1123 nömrəli qərarına əsasən, iddiaçı xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992 - xx.xx.1992-ci il tarixlərdə Tovuz MRX-da “sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992 - xx.xx.1992-ci il tarixlərdə Mingəçevir MŞX-da “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu i lə müayinə və müalicə olunmuşdur, hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır qərarı verilmişdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının adıçəkilən qərarından görünür ki, iddiaçı “döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış” və buradan da görünür ki, o, hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Yerli icra hakimiyyətləri tərəfindən yaradılmış özünümüdafiə dəstələri (batalyonları) hərbi xidmət növünə aid deyil və bu səbəbdən iddiaçıya qanuna müvafiq olaraq Müdafiə Nazirliyinə müraciət etməsini tövsiyə edilmişdir. Həmçinin, hərbçi olmayan (mülki) şəxsin hərbi hospitalda şəhadətləndirilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq o lunmalıdır. Cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkünsüzdür.
9. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-3304/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə etirazını onunla əsaslandırmışdır ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Halbuki, qanunvericiliyin tələblərindən göründüyü kimi, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatının) verilməsi üçün yerli icra haki miyyəti orqanlarının təsdiq etdikləri siyahının mövcud olması tələbi məcburi şərt kimi nəzərdə tutulmamışdır. İddiaçıya veteran adının verilməsini istisna edən hallar (haqqında cinayət işinin və araşdırma materialının olması) barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşin faktiki hallarına əsasən, iddiaçının özünümüdafiə batalyonun tərkibində döyüş əməliyyatlarında iştirakı iddiaçının hərbi biletində, cavabdehdə saxlanılan uçot kartoçkasında olan qeydlərlə təsdiq olunur. Bundan başqa, iddiaçının döyüş əməliyyatları zamanı yaralanması barədə iş materiallarında təkzibedilməz sübutlar mövcuddur.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-910/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şi kayətinin dəlilləri iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. döyüş Maddə
7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 18. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli, 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan dö yüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
20. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinc i yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azər baycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fun damental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 2
4. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (dö yüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
27. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı, yaralandığı, sağ çiyin nahiyəsinin güllə yarası diaqnozu ilə müayinə və müalicə olunduğu mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə tam təsdiq olunur.
28. Cavabdehin kassasiya şikayətinin Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nda iddiaçının adının mövcud olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallara c avabdehin müvafiq qurumu tərəfindən vaxtilə verilmiş arayışlar əlavə edilmişdir və həmin arayışlarda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-cı il tarixə kimi Gədəbəy rayon Mutudərə kənd Özünümüdafiə Batalyonunun tərkibində könüllü surətdə xidmət etdiyi qeyd edilmiş və bunu təsdiq edən sənədlər sırasında Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyinin aktına istinad olunmuşdur.
29. Bununla bağlı qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyi yuxarıda istinad olunan normada nəzərdə tutulmuş yerli icra hakimiyyəti orqanı qismində təfsir olunmalıdır. Yəni həmin norma yalnız rayon və ya şəhər icra hakimiyyəti orqanlarını deyil, ümumi olaraq yerli icra hakimiyyəti orqanlarını, o cümlədən də icra hakimiyyəti orqanları sisteminə daxil olan i cra nümayəndəliyini də nəzərdə tutur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Başqa sözlə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. Odur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 30 mart 2023-cü il tarixli, 21(103)-910/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.