Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1766/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydə dair çıxarışda düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə “çıxarışdakı yanlışlıqların düzəldilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-1834/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 4 may 2005-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəh ər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 7 oktyabr 2005-ci il tarixli 573 nömrəli sərəncamı ilə Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahənin mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilməsi, mövcud sərəncam əsasında mərhum Təhməz Səfəralı oğlunun adına şəxsi qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsi qərara alınmışdır.
3. Səbail RİH başçısının Bibi-Heybət qəsəbə nümayəndəliyinin 29 noyabr 2005ci il tarixli arayışına əsasən, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 13 nömrəli ev 1 mərtəbə, 3 otaqdan ibarətdir, yaşayış sahəsi 40.4 kv.m, köməkçi sahəsi 19.1 kv.m, ümumi sahə 59.5 kv.m-dir.
4. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışı ilə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, - kv.m. qeyriyaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının – 3 otaq (y/s 40,4 kv.m., ü/s-59 kv.m.) adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********4 6-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24 avqust 2006-cı il)
5. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, - kv.m. qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24 avqust 2006-cı il)
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən 22 oktyabr 2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş vərəsəlik işində (15 iyul 2006-cı il tarixli, 2V/1-69 reyestr nömrəli) olan 15 iyul 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 vərəsəsi oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13-də 3 otaqlı evdir. Həmin notariat işində olan Azərbaycan Respublikası Bakı ŞİH Tİ və MHQİ tərəfindən verilmiş FM seriyalı 040428 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi (3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m) Təhməz Səfəralı oğlunun adına 14 dekabr 2005-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
7. İddiaçı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə 25 noyabr 2020-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 15 yanvar 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına bütün payçılar tərəfindən şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha. torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədəki MH seriyalı, ******* saylı, **********4610301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdakı və MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdakı yanlışlıqların düzəldilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 avqust 2006-cı il tarixdə 2 ədəd müxtəlif məzmunlu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışda həmin fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınması qeyd edilmişdir. MH seriyalı, ******* saylı, **********4610301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışda həmin fərdi yaşayış evinin 3 otağının (y/s-40,4 kv.m, ü/s59,5 kv.m) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınması qeyd edilmişdir. Hər iki çıxarış Bakı şəhər Ərazi İdarəsinin rəisi və qeydiyyat icraçısı tərəfindən imzalanmışdır. Həmin çıxarışlardakı ziddiyyətlər yaşayış evi üzərində onun mülkiyyət hüququnu həyata keçirməyə mane yaradır. Ona görə də həmin yanlışlıqların düzəldilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Onun müraciətinə cavabdeh tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli **********58 saylı cavabla müraciəti təmin olunmamışdır. İddiaçı, cavabdeh tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli **********58 saylı cavabı qanunsuz və əsassız hesab edir. O, şəxsi mülkiyyətində olan yaşayış evinə dair cavabdeh tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışlardakı yanlışlıqların düzəldilməsini tələb edir, həmin çıxarışlardakı yanlışlıqların düzəldilməsi vəzifəsi qanunvericiliklə cavabdehin üzərinə qoyulmuşdur, onun müraciətinin təmin olunmasından imtina olunması səbəbi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi hüquqmüəyyənedici sənədlərə əsasən (3 otaq, yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydi yyata alınmış və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bununla bağlı İdarə tərəfindən iddiaçıya 10 fevral 2021-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 4 may 2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2- 756/2005 nömrəli 4 may 2005-ci il tarixli qətnaməsi, habelə Səbail rayon İcra Hakimiyyəti başçısının 573 nömrəli 7 oktya br 2005-ci il tarixli sərəncamına əsasən (sərəncamda da Təhməz Səfəralı oğlunun adına sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlarının sənədləşdirilməsi qeyd edilmişdir) müvafiq fərdi yaşayış evinə dair X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 adına tərtib olunmuş 14 dekabr 2005-ci il tarixli qeydiyyat vəsiqəsində sözügedən fərdi yaşayış evinin ona məxsus olan sahələrin ölçüsü (yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) göstərilmişdir. Bundan sonra 15 iyul 2006-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən iddiaçının adına MH seriyalı ******* qeydiyyat nömrəli 24 avqust 2006-cı il tarixli çıxarışda fərdi yaşayış evinin ona məxsus hissəsi 3 otaqlı yaşayış sah əsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m olaraq qeyd edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-641/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus evin 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, köməkçi sahəsi 62,4 kv.m olduğunu, buna görə də çıxarışdakı yanlışlıqların düzəldilməsini və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasını tələb etsə də, qeyd olunan ünvana dair ilkin hüquqmüəyyənedici sənədlərdə həmin ev 3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m qeyd olunmuşdur. Cavabdeh tərəfindən həmin sənədlərə uyğun olaraq da daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyat aparılaraq MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.
13. İddiaçı apellyasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli 2-1(103)-1834/2022 nömrəli qərarına əsasən (sədrlik edən A.P.Oruczadə, hakimlər C.V.Hüseyn və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-641/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Ka ssasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən “həmin ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına bütün payçılar tərəfindən şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır” səbəbi ilə imtina etmişdir. Məhkəmə isə həmin halı araşdırmamış, müvafiq işlərin aparılması üçün qanuni tədbirlər görməmişdir. Məhkəmə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul etmi ş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.
18. Məhkəmə maddi hüquq normalarının tətbiqində də səhvə yol vermiş, Mülki Məcəllənin 139.1, 139.3, 146.2, 149.2, 152.1, 152.5-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1, 8.0.1, 8.0.4, 15.1.1-ci maddələrini işin hallarına düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaran an münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınm amış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşk il etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçı İdarənin arxivində aşkar edilməyən MH seriyalı, ******* saylı, **********4610301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı evin onun tam mülkiyyətində olduğunu qeyd edərək, İdarənin arxivində mövcud olan MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdakı yanlışlığın düzəldilməsini tələb etsə də, iddiaçıya 3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m fərdi yaşayış evinin miras qaldığı, həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirildiyi iş materialları ilə öz təsdiqini tap mışdır.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(103)-1834/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.