Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1767/2018 03.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1767/18 Bakı şəhəri 03 oktyabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Mehparə Əhmədovadan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nizami Ələkbərovun və vəkili Zaur Abbasovun iştirakları ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(107)-280/2017 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Yevlax rayon Hərbi Komissarlığına (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,07 aprel 1979-cu il təvəllüdlü oğlu X1 şəhidlik statusunun tanınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “oğlu S.Cabbarovun düşmən tərəfindən açılan güllə nəticəsində şəhid olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, oğlu S.Cabbarov 16 oktyabr 1999-cu il tarixdə döyüş gözləmə mövqeyində xidməti vəzifələrini y erinə yetirərkən Daşkəsən rayonu Zuvlən kəndi ərazində həlak olmasına baxmayaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri gözlənilməmiş və ona şəhidlik statusu verilməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli, 2 inz(84)-924/2011 saylı qərarı (hakim Mübariz Hüseynov) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Söhrab Cabbarov 16 oktyabr 1999-cu il tarixində hərbi hissəsinin döyüş gözləmə mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğundan və bu halı təkzib edən sənədləri cavabdeh təqdim edə bilmədiyindən, onun ölməsi faktı hərbi xidmət dövründə xidməti vəzifəsinin icrası za manı baş vermiş hesab edilməli və o, şəhid statusu verilməli olan şəxslər kateqoriyasına aid edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, onun ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2012-ci il tarixli, 2-1(107)27/2012 saylı qərardadı ilə iş üzrə tərəf olan Yevlax rayon Hərbi Komissarlığının hüquqi varisi müəyyən olunanadək dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 01 may 2012-ci il tarixli 2-1(107)27/2012 saylı qərardadı ilə cavabdeh Yevlax rayon Hərbi Komissarlığının hüquqi varisi Azərbaycan Respublikası Cavabdeh (bundan sonra mətndə cavabdeh) müəyyən edilərək iş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin 01 iyun 2012-ci il tarixli 2-1(107)27/2012 saylı qərarı ilə (hakim: Elbrus Məmmədov, hakimlər Vidadi Qasımov, Ka mil Rəhimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda, buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2017-ci il tarixli 2-1(102)671/2017 saylı qərardadı (hakim Kəmaləddin Bədəlov) ilə kassasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Daha sonra cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinə yeni açılmış hallarla bağı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, S.Cabbarov Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar vəfat etməmiş, şəxsi münaqi şə zəminində öz komandiri tərəfindən döyülərək öldürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 03 fevral 2000-ci il tarixli, 10/2000 saylı hökmü ilə hərbi hissənin tağım komandiri P.Salayev təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökm barədə ilkin icraat zamanı məlumat olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2 inz(84)-924/2011 saylı qərardadı (hakim Rüfət Məcidov) ilə ərizə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli, 2 inz(84)-924/2011 saylı qərarı ləğv edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılması təzələnmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2 inz(84)-535/2018 saylı qərarı (hakim Rüfət Məcidov) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum oğlu nə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, nədə ki, xidməti vəzifələrinin icrası zamanı döyüş gözləmə mövqeyində həlak olmamışdır. O, şəxsi münasibətlər zəminində, yəni döyülmə nəticəsində aldığı xəsarətlər nəticəsində öldüyü üçün şəhid deyildir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və yeni sübutlar əsasında qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun2018-ci il tarixli, 2-1(107)-280/2018 saylı qərarı (sədrlik edən hakim Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2009-cu il tarixli, 107 nömrəli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, işin mahiyyəti üzrə bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasına 03 oktyabr 2018-ci il tarxində daxil olmuş teleqramla Kəmalə Cabbarova adından bildirilmişdir ki, iddiaçı olan anası 18 iyul 2018-ci il tarixində vəfat etdiyi üçün vəkillə müqavilənin bağlanması mümkün olmamış və anasının ölüm faktı məhkəmə qaydasında müəyyən edildildiyindən və həmin qətnamə qanuni qüvvəsini almadığından, ölüm şəhadətnaməsinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin 17 avqust 2018-ciil tarixində göndərildiyini nəzərə alaraq, həmin teleqramda bildirilmiş məlumatların müvafiq sənədlərlə təsdiq edilməməsi əsası ilə Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə görə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Fakti ki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının qanuni qüvvəsini almış 03 fevral 2000-ci il tarixli 10/2000 nömrəli hökmü ilə təsdiq edilmişdir ki, iddiaçının mərhum oğlu nə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, nə də ki xidməti vəzifələrinin icrası zamanı döyüş gözləmə mövqeyində həlak olmamışdır. O, Daşkəsən rayonu Murovdağ silsiləsində N saylı hərbi hissənin tağım komandiri X2 tərəfindən döyüş gözləmə mövqeyinə gedərkən sonuncunun qanunsuz hərəkətləri nəticəsində, şəxsi münasibətlər zəminində baş vermiş hadisə, yəni döyülmə nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Hüquqi məsələl ər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın qanuni əsaslar ı düzgün müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının mərhum oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və ya xidməti vəzifələrinin icrası zamanıhəlak olmadığından, o, şəhid hesab edilə bilməz. Bu mövqeyi mübahisələndirən iddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən bütün faktiki hallar tam araşdırılmamışdır. Mahiyyət etibarı ilə iddiaçı Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrinin tələblərinin pozulmasına əsaslanmışdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, şəhi d Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir; - 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının»: - 1.1-ci bəndinə əssən, şəhid - Azə rbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir; - 1.2-ci bəndinə əsasən, aşağıdakılar şəhid hesab edilirlər: 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xid məti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Sadalanmış qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumun qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, şəhid anlayışı yalnız Azərbayc an Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı hərbi əməliyyatlarda və ya döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslərin dairəsini nəzərdə tutur. Apellyasiya məhkəməsi tərəfindən isə müəyyən olunmuşdur ki, “şəhid” statusunun verilməsi xahiş olunan şəxs hərbi xidmətdə olmaqla, Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı hərbi əməliyyatlarda iştirakı zamanı və ya xidməti vəzifəsinin icrası zamanı vəfat etməmişdir. İddiaçının oğlu hərbi xidmət dövründə hərbi hissə komandiri ilə yaranmış münaqişə zamanı həlak olmuş və bu hal məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Bununla da belə müəyyən edilmişdir ki, iddiaçının oğlunun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması və yaxud xidməti vəzifəsinin icrası zamanı vəfat etməsi arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda apellyasiya məhkəməsi tərəfindən iddiaçının oğulunun vəfat etməsinin hansı şəraitdə baş verməsinin araşdırılmaması həmin məhkəmə tərəfindən “İşin hallarının araşdırılması prinsipini” müəyyən edən Azərbaycan Respublikası İPM-nin 12 və və “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən 48-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirələ bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-nin 58.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sonuncu maddəyə uyğun olaraq apellyasiya məhkəməsi düzgün olaraq qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında iddiaçının oğlunun vəfat etməsi faktını müəyyən etmiş və məsələ ilə bağlı hər hansı bir əlavə araşdırma aparmamışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 9 6.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(107)-280/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1767/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1767/2018
03.10.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver