Məhkəmə qərarları › İş №2-1(102)-1767/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1767/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1767/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 19.10.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-1(103)-1850/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı 2017-ci il 26 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2012-ci il 8 iyul tarixdən - 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli, 2-1(82)934/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 2012-ci il 8 iyul tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 17 may tarixli, 2-1(103)-1230/2018 saylı qərarı ilə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 oktyabr tarixli, 2-1(102)-1623/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 17 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli, 2-1(103)-2947/2018 saylı qərardadı ilə cavabdehin apellyasiya şika yəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli, 2-1(102)-1010/2019 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. a. birinci instansiya məhkəməsindəki icraat

7. Cavabdeh 2021-ci il 5 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-934/2018 saylı, 2018-ci il 25 yanvar tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

8. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı pensiya işinə əlavə olunmuş əmək kitabçasına əsasən ARDNŞ “X2” Trestinin “Neft Daşları” X3 İdarəsində 1983-cü il 5 dekabr tarixdən 1 984-cü il 6 iyul tarixədək yükləyici, 1984-cü il 6 iyul tarixdən 2011-ci il 13 aprel tarixədək kran maşınisti, 2011-ci il 13 aprel tarixdən 2014cü il 3 fevral tarixədək yükləyici, 2014-cü il 4 fevral tarixdən “X2” Trestinin “Neft Daşları” İstehsalat bölümündə tekelajçı peşələrində əmək fəaliyyətində olmuşdur. Lakin məhkəmə qərarları qəbul edilərkən iddiaçının xüsusi stajının olub-olmaması, həmçinin ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»na, «Əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na uyğunluğu ümumiyyətlə araşdırılmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna “dəyişikliklər və əlavələr edilməsi barədə” 1997-ci il 13 iyun tarixli, 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddən in üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Həmin Qanunun İ bölməsinin 1,3, 7, 15, 17, 21 və 23-cü maddələri 1997-ci il 1 avqust tarixdən, qalan maddələri isə 1998-ci il 1 avqust tarixdə qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərmişdir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı, 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 2006-cı il 1 yanvar tarixədək mövcud olmalıdır. İş mate riallarına əsasən, iddiaçı müxtəlif vaxtlarda ARDNŞ “X2” Trestində yükləyici, kran maşinisti və takelajçı peşələrində işləmişdir. Lakin 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı” adlı 11000000 kodla başlayan bölməsində adıçəkilən peşələr qeyd olunmamışdır. Bu da o deməkdir ki, iddiaçıya 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Bütün bu qeyd olunanlar da, iddiaçının xüsusi stajı toplamadığı halda birinci instansiyası iddianı təmin etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-1(82)-934/2018 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı ərizə rədd edilmişdir.

10. Birinci instan siya məhkəməsi hesab etmişdir ki, cavabdehin yeni açılmış hal kimi təqdim etdiyi “məhkəmə qərarları qəbul edilərkən iddiaçının xüsusi stajının olubolmaması və müvafiq siyahılara uyğunluğu, ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmaması” xüsusatları sonradan aşkar olunmuş yeni sübut və ya hal sayıla bilməz. Həmin dəlillər ilkin məhkəmə icraatı çərçivəsində məhkəmə qərarlarından verilmiş şikayətlərin əsası kimi çıxış edə bilərdi.

11. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-1(103)-1850/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021 -ci il 27 aprel tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını yeni açılmış hallarla bağlı ərizədə göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövc ud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İPM-in yuxarıda istinad edilən 100-cü maddəsinin tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

23. İşdən göründüyü kimi ərizəçinin istinad etdiyi hallar və faktlar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud olmuş, məhkəmə araşdırması zamanı həmin hallardan məhz işə aid olanı nəzərə alınmışdır.

24. Hazırkı ərizədəki istinadlar yeni a çılmış hallar kimi təqdim edilsə də, əslində məhkəmə araşdırmasının predmeti olmuş hallara istinad etməklə cavabdeh məhkəmənin qərarını mübahisələndirir.

25. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunması üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 21(103)-1850/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar