Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1767/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqda qərarın ləğvi, operativ vergi nəzarəti; nizamnamə kapitalına qoyulmuş malların alış sənədlərinin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1623/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 8 iyul 2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 8 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri dairəsi, daş-qum bazarında yerləşən dəmir məmulatlarının satışı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan ümumi çəkisi 787,483 t. olan 750.635,15 manat dəyərində metal borular aşkar edilmiş və həmin malların alışını təsdiq edən sənədlərin olmadığı müəyyən olunmuşdur. 2. 9 iyul 2021-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməs i üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 002373 nömrəli akt tərtib edilmişdir.
3. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23 avqust 2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75,063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İn zibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 23 avqust 2021-ci il tarixli, **********4939 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC 11 mart 2021-ci il tarixində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İlkin qeydiyyat zamanı nizamnamə kapitalı 10 manat olmuşdur. 1 iyun 2021-ci il tarixində Cəmiyyətin təsisçisinin qərarı ilə nizamnamə kapitalının artırılması qərara alınmışdır. X2 özünə məxsus olan və 2016-cı ildə borc əvəzinə ona verilmiş mal-materialı qiymətləndirərək nizamnamə kapitalının artırılmasına yönəltmişdir. Ələddin Cəfərov müstəqil X1 müraciət edərək özünə məxsus olan mal-materialların auditinin keçirilməsi və qiymətləndirilməsini xahiş etmişdir. Müstəqil Auditorun 7 iyun 2021-ci il tarixli Nizamnamə kapitalının formalaşdırılmasına dair Auditor Rəyi alınmışdır. Həmin rəyə əsasən X2na məxsus olan 750.638 manat dəyərində qiymətləndirilən mal- materiallar nizamnamə kapitalına əlavə edilməsi üçün sənədlərlə birlikdə 11 saylı Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Həmin İdarə tərəfindən sənədlər qəbul edilmiş və İddiaçı MMC-nin nizamnamə kapitalının 750.648 manat olması müəyyən edilməklə 16 iyun 2021-ci il tarixində **********386900 saylı Çıxarış verilmişdir. Vergi orqanı tərəfindən operativ nəzarət tədbirinin keçirilməsi zamanı DVX№002373 seriyalı akt tərtib edilmişdir. Müvafiq olaraq yoxlama zamanı sənədlərinin olmadığı iddia edilən mal-materialların nizamnamə kapitalı olduğu bildirilsə də, vergi əməkdaşları bunu nəzərə almamışdır.
6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində ona məxsus təsərrüfat subyektində aşkar edilmiş alış sənədləri olmayan malların X2na məxsus olmasını, müəssisənin nizamnamə kapitalının auditor rəyi ilə 750.638 manat dəyərində qiymətləndirilən mal-materialların hesabına artırıldığını, qiymətləndirmə və auditor rəyinin alış sənədi olaraq nizamnamə kapitalının artırılması üçün rəsmiləşdirildiyini qeyd etmiş və aşkar edilmiş malların satışını təşkil etmək üçün həmin malları rəsmi şəkildə nizamnamə kapitalına əlavə etdiyini bildirmişdir. Göründüyü kimi, vergi ödəyicisi özü qeyd edilən malların məhz satış məqsədi ilə MMC-nin obyektində olduğunu etiraf etmişdir. İddia ərizəsində qeyd edil ənlərdən fərqli olaraq müəssisənin rəhbəri X6 yoxlamaya təqdim etdiyi 9 iyul 2021-ci il tarixli izahatında mağazada aşkar edilmiş 750.635,15 manat dəyərində malların İddiaçı MMC-yə məxsus olduğunu, malların alış qiymətlərinin özü tərəfindən yoxlamaya təqdim edildiyini bildirmişdir. Həmçinin, iddia ərizəsində aşkar edilmiş alış sənədləri olmayan malların İddiaçı MMC-yə deyil, MMC-nin təsisçisinə məxsus olduğu bildirilsə də, malların X3 mülkiyyətində olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən auditor rəyinin həmin mal-materialların alış sənədi olaraq qəbul edilməsi isə mövcud qanunvericiliyə tamamilə ziddir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2022 nömrəli, 11 yanvar 2022-ci tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, “Vergi ödəyicisin in vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 avqust 2021-ci il tarixli, **********4939 saylı qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23 avqust 2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75.063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hüquq pozuntusunun əsası malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmamasıdır. Lakin, qeyd edilən dəmir borular şirkətin nizamnamə kapitalına 7 iyun 2021-ci il tarixli auditor rəyinə əsasən qoyulmuşdur və bu faktı vergi orqanının özü (11 saylı Ərazi Vergilər Baş İdarəsi) təsdiq etmiş və baş vermiş dəyişikliklər 16 iyun 2021-ci il tarixində hüquqi şəxslərin dövlət reyestrinə daxil edilərək, cəmiyyətə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Göründüyü kimi, malların mədaxilini təsdiq edən sənədlər mövcuddur və bu vergi orqanı tərəfindən təsdiq olunmuşdur. Müvafiq məbləğ cəmiyyətin nizamnamə kapitalına qoyulduğundan və bu vergi orqanı tərəfindən təsdiq edildiyindən, bununla baş vermiş dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyindən, həmçinin mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması faktı əsaslandırılmadığından və MMC-nin təqsiri sübuta yetirilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı hər hansı əlavə sübut və dəlillər məhkəməyə təqdim edilmədiyindən, iddiaçı 23 avqust 2021-ci il tarixli, **********4939 saylı “Ver gi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” ilə vergi məsuliyyətinə cəlb edilə bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: A.P.Oruczadə-sədrlik edən, X.A.Cəmilova və M.N.Tağızadə) 2-1(103)-1623/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)2626/2022 nömrəli, 11 yanvar 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təsisçisinin 2 sayl ı 1 iyun 2021-ci il tarixli qərarı ilə nizamnamə kapitalının artırılması ilə əlaqədar nizamnamənin müvafiq bəndlərində dəyişiklik edilməsi qərara alınmış, nizamnamə kapitalının formalaşmasına dair auditor rəyi 11 saylı Ərazi vergilər Baş İdarəsinə təqdim edilmiş, 5 gün müddətində inzibati orqan öz səlahiyyətləri çərçivəsində imtina əsaslarını yoxlamış və imtina üçün əsaslar olmadığından auditor rəyi əsasında təsisçiyə məxsus olan malların nizamnamə kapitalına daxil edilməsi ilə bağlı nizamnamə kapitalındakı dəyişikliyi qeydə almış və buna dair çıxarış təqdim edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qurumu olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmış inzibati icraat və onun nəticəsi mübahisələndirilmədiyi hald a, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən nizamnamə kapitalına qoyulmuş malların sənədlərinin olmamasına istinad edilərək maliyyə sanksiyasının tətbiq edilməsi inzibati icraat haqqında qanunun da normalarına ziddir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKYAƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə qarşı verilmiş etirazın dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbl ərini tam araşdırmamış, maddi hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Belə ki, iddiaçının xeyrinə qərar qəbul etmiş məhkəmənin dəlili ondan ibarət olmuşdur ki, MMC-nin nizamnamə kapitalının formalaşmasına dair auditor rəyi 11 saylı ƏVBİ-yə təqdim edilmiş, 5 gün müddətində inzibati orqan öz səlahiyyətləri çərçivəsində imtina əsaslarını yoxlamış və imtina üçün əsaslar olmadığından nizamnamə kapitalındakı dəyişikliyi qeydə almış və buna dair çıxarış təqdim edilmişdir. Beləliklə, DVX-nın bir qurumu olan 11 saylı ƏVBİ tərəfindən aparılmış inzibati icraat və onun nəticələri mübahisələndirilmədiyi halda DVX-nın digər bir qurumu tərəfindən nizamnamə kapitalına qoyulmuş malların sənədlərinin olmamasına istinad edilər ək maliyyə sanksiyasının tətbiq edilməsi inzibati icraat haqqında qanunun da normalarına ziddir. Cavabdeh bununla razılaşmayaraq bildirir ki, vergi orqanı qanunazidd əməli birinci dəfə aşkar etməyibsə, o zaman növbəti dəfə də eyni nöqsanı aşkarlasa o zaman həmin nöqsana hüquqi qiymət verməməli və vergi ödəyicisinin qanunsuz əməlinə göz yummalıdır. MMC-nin sahibliyində olan malların sənədsiz olduğu işin mübahisəsiz hallarındandır və bu dəlil heç bir halda iddianın təmin edilməsinə əsas verə bilməz.
14. Bundan əlavə, məhkəmənin qərar qəbul edərkən istinad etdiyi dəlillərdən biri də ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus təsərrüfat subyektində aşkar edilmiş mallar iddiaçının nizamnamə kapitalına 7 iyun 2021-ci il tarixli auditor rəyinə əsasən əmlak şəklində qoyulmuş və bu fakt vergi orqan ının özü tərəfindən də təsdiq edilmişdir. Halbuki, iddiaçı ona məxsus təsərrüfat subyektində aşkar edilmiş alış sənədləri olmayan malların X2na məxsus olmasını, müəssisənin nizamnamə kapitalının auditor rəyi ilə 750.638,0 manat dəyərində qiymətləndirilən malmaterialların hesabına artırıldığını, qiymətləndirmə və auditor rəyinin alış sənədi olaraq nizamnamə kapitalının artırılması üçün rəsmiləşdirildiyini qeyd etmiş və aşkar edilmiş malların satışını təşkil etmək üçün həmin malları rəsmi şəkildə nizamnamə kapitalına əlavə etdiyini bildirmişdir. Aşkar edilmiş alış sənədləri olmayan malların "xxxx" MMC-yə deyil, MMC-nin təsisçisinə məxsus olduğu bildirilsə də, malların X3 mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə isə qeyd edilən hala ümumiyyətlə münasibət bildirməmişdir. Keçirilən auditor yoxlaması ilə malların dəyərləndirilməsi həyata keçirilmiş və müvafiq olaraq mal-materialın dəyəri hesabına nizamnamə kapitalı artırılmışdır. Auditor rəyinə istinad edərək ona malların mədaxilini təsdiq edən sənəd kimi yanaşması ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassız və qanunaziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin 90.4-cü maddəsində nizamnamə kapitalının artırılmasının 3 üsulu qeyd olunmuşdur: cəmiyyətin əmlakı hesabına i ştirakçıların nizamnamə kapitalındakı mayaların dəyərinə mütənasib şəkildə artırılması, iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə, cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına. Qanunvericilikdə qeyd olunmamışdır ki, hüquqi şəxsin nizamnamə kapitalının artırılması üçün əmlak Vergi Məcəlləsinə əsasən elektron qaimə faktura əsasında alınmalıdır. Yazılıb ki, əlavə mayaların qoyulması vasitəsilə artırıla bilər, təqdim olunması yox. Eyni zamanda, bu əmlakın tərkibinə və çeşidinə məhdudiyyət qoyulmamışdır. Mülki Məcəllənin 154.3-cü maddəsində isə qeyd edilmişdir ki, kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyy ətçiləridir. Mövcud halda vergi orqanı özü həmin əmlakı müəssisənin mülkiyyəti kimi tanımışdır. Bu faktdan sonra ilk qərarlarını mübahisələndirmədən ikinci qərarla sanksiya tətbiq edilməsi qanunaziddir.
16. Vergi Məcəlləsinin 58.8.2-ci və 71-1.1-ci maddələrinin dispozisiyasında malların alışı və mədaxilini təsdiq edən sənədin olmaması maliyyə sanksiyası tətbiqi üçün əsas sayılır. Mövcud halda malların 3-cü şəxslərdən sənədsiz alınması sübut edilməmişdir. Burada hər hansı alışdan söhbət getmir. Mallar Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən iştirakçının əlavə maya qoyması hesabına nizamnamə kapitalına mədaxil edilmişdir və bu mədaxili təsdiq edən sənəd elə vergi orqanının digər bir strukturu tərəfindən təsdiq edilib. Kassasiya şikayətində iddia olunur ki, auditor rəyinin malların nizamnam ə kapitalına daxil edilməsini təsdiq edən sənəd kimi qəbul edilməsi qanunvericiliyə ziddir. Halbuki, bunun qanunvericiliyə zidd olmaması Mülki Məcəllənin 90.4-cü maddəsi ilə təsbit edilmişdir. Xüsusilə diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının bu yanaşmasına əsasən ölkədə nizamnamə kapitalında əmlak olan bütün hüquqi şəxslərə həmin əmlakın dəyərinin 10%-i həcmində maliyyə sanksiyası tətbiq edilməlidir. Mövcud hal üzrə iddia ərizəsi təmin olunmayacağı təqdirdə TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan dig ər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-); 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; (-). Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəz arəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.8. (mübahisələndirilən qərar qəbul edilən anda qüvvədə olan redaksiya) Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gə lirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala bi rinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; Maddə 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. 71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətl əri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfində n tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikay ətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
22. Belə ki, işin apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 8 iyul 2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri dairəsi, daş-qum bazarında yerləşən dəmir məmulatlarının satışı obyektində 8 iyul 2021-ci il tar ixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan ümumi çəkisi 787,483 t. olan 750.635,15 manat dəyərində metal borular aşkar edilmiş və həmin malların alışını təsdiq edən sənədlərin olmadığı müəyyən olunmuşdur. Nəticədə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 9 iyul 2021-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəq liyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 002373 nömrəli akt tərtib edilmişdir. Daha sonra isə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23 avqust 2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75.063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
23. Göründüyü kimi, mübahisələndirilən qərarla iddiaçıya maliyyə sanksiyasının hesablanmasının əsasını operativ vergi nəzarəti tədbiri çərçivəsində aparılan yoxlama zamanı aşkar edilmiş (nizamnamə kapitalı kimi qoyulmuş) malların alış sənədlərinin olmaması təşkil edir.
24. İddi a tələbinin əsaslı olması nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi ona istinad etmişdir ki, dəmir borular şirkətin nizamnamə kapitalına 7 iyun 2021-ci il tarixli auditor rəyinə əsasən qoyulmuş, bu faktı vergi orqanının özü təsdiq etmiş və baş vermiş dəyişikliklər 16 iyun 2021-ci il tarixində hüquqi şəxslərin dövlət reyestrinə daxil edilərək, cəmiyyətə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi auditor rəyini malların mədaxilini təsdiq edən sənəd kimi qiymətləndirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən auditor rəyi əsasında təsisçiyə məxsus olan malların nizamnamə kapitalına daxil edilməsi ilə bağlı nizamnamə kapitalındakı dəyişiklik qeydə alındığından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qurumu olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmış inzibati icraat və onun nəticəsi mübahisələndirilmədiyi halda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən nizamnamə kapitalına qoyulmuş malların sənədlərinin olmamasına istinad edilərək maliyyə sanksiyasının tətbiq edilməsi inzibati icraat haqqında qanunun normalarına ziddir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə razılaşmır.
26. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uç otdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanksiyası tətbiq edilir.
27. Göründüyü kimi, qanunvericilik malların alışını təsdiq edə n sənədlərin konkret siyahısını müəyyən etmişdir və həmin sənədlərin mövcud olmaması maliyyə sanksiyasının tətbiqinə əsas verir.
28. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən ümumi çəkisi 787,483 ton olan 750.635,15 manat dəyərində metal borularla bağlı həmin normada adıçəkilən alış və ya mədaxili təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır.
29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən auditor rəyi əsasında təsisçiyə məxsus olan malların nizamnamə kap italına daxil edilməsi ilə bağlı nizamnamə kapitalındakı dəyişiklik qeydə alındığından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qurumu olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmış inzibati icraat və onun nəticəsi mübahisələndirilmədiyi halda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən nizamnamə kapitalına qoyulmuş malların sənədlərinin olmamasına istinad edilərək maliyyə sanksiyasının tətbiq edilməsi inzibati icraat haqqında qanunun normalarına ziddir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, məhkəmənin istinad etdiyi iki hal, yəni nizamnamə kapitalına dəyişiklik olunması və maliyyə sanksiyasının tətb iq edilməsi hər biri özözlüyündə ayrıca inzibati icraatlar olmaqla biri digərindən asılı deyildir. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən nizamnamə kapitalındakı dəyişikliyin qeydə alınması, iddiaçıya gələcəkdə maliyyə sanksiyasının tətbiqini istisna etmir. Başqa sözlə, nizamnamə kapitalının artırılması proseduru zamanı nizamnamə kapitalına qoyulmuş malların alış sənədlərinin tələb edilməməsi vergi ödəyicisini həmin sənədlər əsasında malları almaq və Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbləri baxımından təqdim etmək öhdəliyindən azad etmir (bununla bağlı qanunvericilikdə hər hansı istisna hal nəzərdə tutulmamışdır).
31. Beləliklə, sübutetmə yükü üzərində düşən tərəf olaraq cavabdeh vergi orqanı 23 avqust 2021-ci il tarixli, **********4939 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının hərəkətləri Vergi Məcəlləsinin 58.8-ci maddəsinin təsiri altına düşür.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1623/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-1623/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 avqust 2021-ci il tarixli, **********4939 saylı qərarın ləğv edilməsi” tələbi rədd edilsin. Qərar qətidir.