Məhkəmə qərarları › İş №2-1(102)-1767/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1767/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1767/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş pensiyanın tələb edilməsi; etimad hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo ndu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi tələbinə dair” və Mərkəzi Filialın da, həmçinin, İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-519/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı daxili işlər orqanlarından tərxis olunduğu xx.xx.1995-ci il tarixə olan xidmət müddəti 22 il 2 ay 16 gün təşkil etdiyi nəzərə alınmaqla, cavabdeh tərəfindən xx.xx.1996-cı il tarixdən ona pensiya təyin edilmişdir.

2. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Filialın xx.xx.2019-cu il tarixli **********6 saylı qərarı ilə ona xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.7-cı maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə 1193,43 manat məbləğində pensiya təyin edilmişdir. Lakin sonradan, xx.xx.2021-ci il tarixdə Mərkəzi Filialın ona təyin olunmuş həmin “əmək pensiyasının dayandırılması haqqında” **********7 saylı qərar qəbul edilərək dövlət qulluqçusu kimi pensiya ödənişi dayandırılmışdır. Daha sonra, isə Filialın xx.xx.2021-ci il tarixli ********** saylı qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və İ ddiaçı xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq sonuncunun dövlət qulluğu stajının 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə, ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edildiyi bildirilərək, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində dövlət qulluqçusu kimi 24480,61 manat məbləğində vəsaitin büdcəyə bərpa edilməsi üçün onun yazılı razılığının təqdim edilməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə mə hkəməyə müraciət edərək, əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli xx.xx.2021-ci il tarixli qərarın ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə iddiaçı 2006-cı ildən şöbə müdiri vəzifəsində işlədiyi Müdafiə Sənayesi Nazirliyindən yaş həddi çatdığına görə 2019-cu ilin iyun ayında işdən azad olunduqdan sonra sənədlərini cavabdeh İdarəsinə təqdim edərək Daxili İşlər Nazirliyinin («DİN») pensiyasını dövlət qulluğu pensiyasına dəyişdirilməsi barədə müraciət etmiş, idarə tərəfindən 20 il 02 ay 22 gün staja müvafiq olaraq dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş və 2021-ci ilin aprel ayı da daxil olmaqla bu pensiya ödənişini almış, lakin may ayından pensiyanın verilməsi dayand ırılmışdır. Bununla əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli məktubunda onun DİN-də işlədiyi dövrün qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu stajına daxil edilməsinin mümkünsüz hesab etmişdir. Halbuki 7 il 7 ay 2 gün DİN- də, 12 il 7 ay 20 gün Müdafiə Sənayesi aparatında şöbə müdiri vəzifəsində çalışdığı dövr qanunvericiliyə əsasən dövlət qulluğu stajı sayılır.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və d aha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün cavabdehə ümumilikdə, 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur.

6. Mərkəzi Filial da, həmçinin, xx.xx.2022-ci il tarixdə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncuya artıq ödənilmiş 24.480,61 manat pensiya məbləğinin ondan tutularaq Fil ialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Buna görə də şəxsin Daxili İşlər Nazirliyində işlədiyi dövrün ona 1 iyul 2019-cu il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdehin dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün cavabdehə ümumilikdə, 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23848 nömrəli iddiaçıya məxsus məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2019-cu il tarixindən hesablanmaqla 22 il 2 ay 16 gün xidmət müddəti üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1-ci maddə lərinə uyğun olaraq yaşa görə əmək pensiyası bərpa edilmiş və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün ümumilikdə 12947,25 manat ödənilməmiş pensiya məbləği hesablanmışdır. Həmin məbləğ, xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi artıq ödənilmiş 37427,86 manat pul vəsaitindən çıxılmaqla, ümumilikdə, 24480,61 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmiş və bu barədə yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən razılıq təqdim olunmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(112)-2064/2022 saylı qərarı ilə (hakim: S.İ.Salahova) iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “İddiaçı artıq ödənilmiş 24480,61 manat pensiya məbləğinin ondan tutularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” barədə iddiası təmin edilməmiş, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi İddiaçı Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının ləğv edilməsinə dair tələbi təmin edərkən qeyd etmişdir ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş ha llardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.

10. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki Filial İddiaçı təyin edilmiş əmək pensiyasını dayandırarkən qanunvericiliyin normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. Belə olan halda, nə qədər ki, İddiaçı əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş və ona təyin edilən pensiya ödənişinin bərpa olunması qərara alınmışdır, Filialın İddiaçı hazırkı dövrədək ödənilən pensiya məbləğinin geri qay tarılmasında ibarət iddiası əsaslı sayıla və təmin edilə bilməz.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddia tələbinin təmin edilməsi, İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-519/2023 nömrəli iş üzrə 13 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: Ş.A.Məmmədova və P.A.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəm əsinin 13 may 2022-ci il tarixli, 2-1(112)-2064/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının pensiyasının dayandırılması və ona ödənilmiş olan məbləğin geri tələb olunması inzibati və əmək pensiyları haqqında hüquq normalarına uyğun olmamışdır. İddiaçı, onun pensiya işi araşdırılıb pensiyanın dayandırılması barədə qərar qəbul olunarkən, inzibati icraata da cəlb olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddia tələbinin təmin edilməsini, İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1, 20.11.2, 39.1-ci maddələrinə, “Dövlət qulluq haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 23.2-cü maddələrinə və İnzibati Prosessual Məcəllənin 90.1, 94.1, 96.9-cu maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındaki dövr üçün ona ümumilikdə 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.

17. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23848 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2019-cu il tarixindən hesablanmaqla 22 il 2 ay 16 gün xidmət müddəti üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1-ci maddələrinə uyğun olaraq yaşa görə əmək pensiyası bərpa edilmiş və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün ümumilikdə 12947,25 manat ödənilməmiş pensiya məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən ona ödənilməmiş 12947,25 manat pensiya məbləği xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi artıq ödənilmiş 37427,86 manat pul vəsaitindən çıxılmaqla ümumilikdə 24480,61 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarları qanunsuz və əsassızdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlar a əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlav ənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyət inə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedu r qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxs ə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün halla rının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci mad dəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati o rqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanı n əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.... Maddə

68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulun dan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzin də ləğv edilə bilər....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla belə məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kassasiya şikayətinin dəllilərindən də göründüyü kimi kassator Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddia tələbinin təmin edilməsini, İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi barədə iddia tələbinin rədd edilməsini xahiş edir.

30. İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi barədə iddia tələbinin rədd edilməsi tələbinə dair kassasiya şikayətində mübahisə edil ən məsələ ilə əlaqədar olaraq məhkəmə tərkibi qeyd edir ki, Filial xx.xx.2019-cu il tarixdə İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt İddiaçı əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən 2021-ci ilin aprel ayından etibarən İddiaçı təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız 4 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir.

31. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə tam razılaşaraq bildirir ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın al ınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır.

32. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə Filial müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir.

33. Yalnız pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsin də təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Q anunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Filial İddiaçı təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə İddiaçı hüquqlarının pozulmasına yol vermişdir. Belə olan halda Filialın İddiaçı təyin edilmiş dövlətə qulluğuna görə əmək pensiyasının dayandırılması barədə qərarı və pensiya ödənişinin ver ilməməsindən ibarət hərəkəti qanunsuzdur və buna görə də İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası təmin etməklə məhkəmələr düzgün nəticəyə gəlmişdir.

36. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə kassasiya şikayətinin dəlilinə gəlincə bu hissədə də məhkəmə tərkibi kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

37. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan aydın olur ki, Filial İddiaçı təyin edilmiş əmək pensiyasını dayandırarkən qanunvericiliyin prosessual hüquq normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. Belə olan halda, nə qədər ki, İddiaçı əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş və ona təyin edilən pensiya ödənişinin bərpa olunması qərara alınmışdır, Filialın İddiaçı hazırkı dövrədək ödənilən pensiya məbləğinin geri qaytarılmasında ibarət iddiası əsaslı sayıla və təmin edilə bilməz.

38. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməmə li, qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-519/2023 saylı iş üzrə 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar