Məhkəmə qərarları › İş №2-1(102)-1768/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1768/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1768/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: polis işçisi, işə bərpa 30.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabeh Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “Cavabdeh xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-132/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X9 xidmət etmişdir.

2. İddiaçının cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd olaraq ailəli və himayəsində 3 azyaşlı övladının olmasına baxmayaraq, vətəndaş S.A.Musayeva ilə tanış olaraq xidmətdə və xidmətdən kənar vaxtlarda qadın-kişi münasibətində riyakarlığa və pozğunluğa yol verdiyinə, öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xidməti məsələlərə müdaxilə etdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərməklə” Daxili işlər orqanları əməkdaşlarının e tik davranış kodeksi”nin, İntizam Nizamnaməsinin tələblərini pozduğunu əsas götürərək, cavabdeh xx.xx.2018-ci il tarixli əmr ilə iddiaçını X9n xidmətdən xaric etmişdir.

3. Belə ki, iddiaçı mütəmadi olaraq polis geyimi formasında vətəndaş S.A.Musayevanın yaşadığı ünvanda olmuş, yaşadıqları mənzildə olarkən S.Musayeva ilə onun azyaşlı övladı L.M.Mansurovanın gözü qarşısında etik qaydalara zidd hərəkətlər etmiş, baş verənlərə etiraz etdiyi üçün L.Mansurovanın özünə xəsarət yetirməsi barədə məlumatlı olduğu halda aidiyyəti üzrə xidmət etdiyi polis şöbəsinə məlumat verməmişdir. S.A.Mansurova xx.xx.2018-ci il tarixdə yaşadığı mənzildə özünü asaraq öldürmüş, faktla bağlı başlanılmış cinayət işinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansi ya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli Ə126 ş/h-158-18 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2002-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına xidmətə qəbul olunmuş, həmin tarixdən Cavabdehndə polis nəfəri vəzifəsində işləmişdir. Cavabdehndə sonuncu vəzifəsi Növbətçi hissədə sürücü polis nəfəri olmuşdur. O, X9 işlədiyi müddətdə həmişə qüsursuz xidmət etmişdir. İşlədiyi müddətdə həmişə Azərbaycan Respublikasının Konstitusiyasının, Qanunlarının və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutmuş, insan və vətənd aş hüquq və azadlıqlarını qorumaqla üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. Eyni zamanda, xidmət etdiyi 17 il 05 ay 26 gün ərzində həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini və işlədiyi Cavabdeh rəhbərliyinin və özündən yuxarı rəis heyətinin əmr, göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Vətəndaşların hüquqlarını qorumaqla, onları cinayətkar qəsdlərdən qorumuşdur. Həmişə ictimai qaydanı və ictimai əsayişi qorumaqla bir polis əməkdaşı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidmətdə fərqlənmiş və dəfələrlə Cavabdeh rəhbərliyinin mükafatlarını almışdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Qüsursuz xidmətlərinə b axmayaraq cavabdeh orqanın xx.xx.2018-ci il tarixli ə 126 ş/h158-18 saylı əmri ilə xidmətdən xaric edilmişdir. Əslində isə heç vaxt polis adına ləkə gətirən hərəkətlər etməmiş, polis andına sadiq olmuşdur.

6. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Daxili işlər orqanları əməkdaşının etik davranış qaydalarını pozmaqla vətəndaş S.Musayeva ilə yaxın münasibətlər qurmuş, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərə zidd hərəkətlər etmişdir. Onun hərəkətləri nəticəsində S.Musayevanın azyaşlı uşağı L.M.Mansurova evdən çıxıb getmiş, tapıldıqdan sonra polis şöbəsində Bəhruz adlı polis əməkdaşının anası ilə münasibətlərinə etiraz olaraq evdən getdiyini bildirmişdir. Həmin vaxt Cavabdeh Bəhruz adlı üç əməkdaşı olmuşdur. Onların şəxsi işləri çıxarılm ış və L.M.Mansurova həmin şəxsin iddiaçı olduğunu təsdiqləmişdir. L.M.Mansurova polis şöbəsində olduğu vaxt onun olduğu otağa iddiaçı çağrılaraq onu tanıyıb-tanımadığını soruşduqda L.Mansurovanı tanıdığını, lakin, evlərinə gedibgəlmədiyini bildirmişdir. L.M.Mansurova evdən qaçdığı zaman Zərdab rayonunda yaşayan ata nənəsinin yanında olmuşdur. İddiaçı vəzifə səlahiyyətlərini aşaraq həmin şəxsə hədəqorxu gəlməklə onun evinə qayıtmasını tələb etmişdir. İddiaçının X9n xidmətdən xaric olunması barədə qərar əsaslıdır. L.M.Mansurova polis şöbəsində onun yanında olarkən bildirmişdir ki, o, özünə xəsarət yetirəndən sonra onu iddiaçı həkimə aparmış, həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və ona demişdir ki, uzun qol paltar geyin özünə xəsarət yetirdiyini görməsin lər. Onun dediklərini hamı eşitmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) x xxxxx 2019-cu il tarixli 2-1(84)-263/2019 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli Ə121-158-18 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan mübahisə predmeti olan əmri qəbul edərkən ətraflı araşdırma aparmamış və əsassız qərar qəbul etmişdir. Belə ki, iddiaçının yalnız L.M.Mansurovanın izahatı əsasında X9n xidmətdən xaric edilmişdir. Halbuki iş materiallarında olan protokollardan göründüyü kimi L.M.Mansurova fərqli- fərqli izahatlar vermiş, təhqiqat zamanı verdiyi izahatı, istintaq zamanı inkar etmişdir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər X10məruzəçi, Rəfiyev Rövşən Rafiq oğlu və X6, 2-1(107)-362/2019 saylı iş) xx xxxxxx 2019cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır.

11. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Cavabdeh növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsində işləyən zaman Azərbaycan Respublik asının X9 xidmət keçmə haqqında Əsasnamənin, “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin, İntizam Nizamnaməsinin tələblərini pozması iş materialları, tərəflərin izahatları və apelyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh xx.xx.2018-ci il tarixli əmrin qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğunu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun əsaslandıra bilməmişdir.

12. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü qədər L.M.Mansurova təhqiqat və istintaq zamanı səmimi olmamış və bir-birinə zidd ifadələr vermişdir.

13. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat

14. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X11 - məruzəçi, X4 və Quliyev Zakir Müslüm oğlu 2-1(102)-3254/19 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-362/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.

15. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası qərar qəbul edərkən nəzərə almamışdır ki, mübahisələndirilən əmrin qəbul edilməsinin səbəbi kimi, təkcə iddiaçının mərhum S.Musayeva ilə qarşılıqlı münasibətləri deyil, həm də xidməti yoxlama zamanı iddiaçının ona verilən suallara münasibətdə özünü qeyrisəmimi a parması da göstərilmişdir.

16. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmrdə və cavabdehin apelyasiya şikayətində qeyd edilən İntizam Nizamnaməsinin 3, 2, 3.7, 3.9-cu maddələrinin tələblərinin pozulması ilə bağlı işin halları ümumiyyətlə araşdırılmamışdır. d) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X8 və X12, 2-1(107)-132/2020 saylı iş) xx xxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.

18. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmrin qəbul edilməsinin səbəbi kimi, təkcə iddiaçının mərhum S.Musayeva ilə qarşılıqlı münasibətləri deyil, həm də xidməti yoxlama zamanı iddiaçının ona verilən suallara münasibətdə özünü qeyri-səmimi aparması da göstərilmişdir. Həmçinin məhkəmə kollegiyasında şahid qismində dindirilmiş şəxslərin ifadələri təsdiq edir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur.

19. İddiaçı apelyasiya m əhkəməsinin xx xxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə qəbul etmiş, qərardan x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

20. Kasasiya şikayətinin dəlillərində iddiaçı qeyd etmişdir ki, apelyasiya instansiyası tərəfindən iddiaçının xidmət zamanı nöqsanlarının olmasını dəlil kimi qeyd edilsə də, o, xidmət etdiyi 17 il 5 ay 26 gün ərzində həmişə AR DİN-nin əmr və göstərişlərini və Cavabdeh rəhbərliyinin özündən yuxarı rəis heyətinin əmr, göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. İddiaçı xidmətdə fərqlənmiş, Cavabdeh rəhbərliyinin mükafatların ı almışdır. AR DİN-nin xx.xx.2016-cı il tarixli Ə 3573 ş/h nömrəli əmri ilə “qüsursuz xidmətə görə 3-cü dərəcəli medal” ilə təltif edilmişdir.

21. Həmçinin kasasiya şikayətində qeyd olunur ki, apelyasiya instansiya məhkəməsi qərarda öz şəxsi mülahizələrini izah etmiş, apelyasiya şikayətinin dəlillərini təhlil etmədən və hər hansı hüquq normasının tətbiq edilməsini göstərmədən qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının x xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsində qeyd edilir ki, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (...); 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; (...). 26. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”: Maddə

2. Anda, xidməti və vət əndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə

12. Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. Maddə

14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xid mət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə

17. Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Maddə 19.Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir. Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DİN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Faktiki olaraq apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İddiaçının əsas dəlili ondan ibarətdir ki, X9 qüsursuz xidmət etmiş, işlədiyi müddətdə daim Azərbaycan Respublikasının Konstitusiyasının, Qanunlarının və “Polis haqqında” Qanunun tələblərini rəhbər tutmuş, insan və vətəndaş hüquq və azadlıqlarını qorumaqla üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. Eyni zamanda, xidmət etdiyi 17 il 05 ay 26 gün ərzində həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini və işlədiyi Cavabdeh rəhbərliyinin və özündən yuxarı rəis heyətinin əmr, göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Vətəndaşların hüquqla rını qorumaqla, onları cinayətkar qəsdlərdən qorumuşdur. Həmişə ictimai qaydanı və ictimai əsayişi qorumaqla bir polis əməkdaşı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidmətdə fərqlənmiş və dəfələrlə Cavabdeh rəhbərliyinin mükafatlarını almış, işlədiyi müddətdə riyakarlığa və pozğunluğa yol verməmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab etmir.

34. Mübahisələndirilən əmrə görə, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd olaraq ailəli və himayəsində 3 azyaşlı övladının olmasına baxmayaraq vətəndaş S.A.Musayeva ilə tanış olaraq xidmətdə və xidmətdən kənar vaxtlarda qadın-kişi münasibətində riyakarlığa və pozğunluğa yol verdiyinə, öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xidməti məsələlərə müdaxilə etdiyinə, xidməti təhqiqat pro sesində qeyrisəmimilik göstərməklə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2, 12, 14, 17 və 19-cu maddələrinin, İntizam Nizamnaməsinin 3.2, 3.7. 3.9-cu maddələrinin tələblərini pozduğuna görə şəhər polis şöbəsinin növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı olan iddiaçı “AR DİO-da xidmət keçmək haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X9 xidmətdən xaric edilmişdir.

35. Cinayət işi üzrə dindirilən və iddiaçı ilə üzləşdirilən L.M.Mansurova iddiaçı ilə üzləşmə zamanı yalnız “özünə xəsarət yetirəndən sonra onu iddiaçı həkimə aparmış, həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və ona demişdir ki, uzun qol paltar geyin, özünə xəsarət yetirdiyini görməsinlər” söylədiyini inkar etmiş, digər hallar – iddiaçın ın onun mərhum anası ilə yaxın, qeyri-rəsmi əlaqədə olduğunu, onların mənzilinə gəlib-getdiyini, onu öz maşını ilə və xidməti maşınla məktəbə, habelə stadiona, şahmat məktəbinə aparıb-gətirdiyini təkrar təsdiq etmişdir. O, həmçinin təsdiq etmişdir ki, onun yanında iddiaçı polis şöbəsinin rəisinin suallarına cavab olaraq, əvvəlcə onu (L.M.Mansurovanı) tanımadığını, daha sonra qohumluq münasibətlərində olduqlarını, növbəti sualdan sonra, yalnız tanış olduqlarını, mərhum S.A.Musayevanın telefon nömrəsinin onda olduğunu əvvəlcə inkar etdiyini, sonra təsdiq etmək məcburiyyətində qaldığını, beləliklə də, özünü qeyri-səmimi apardığına görə işdən çıxarıldığını bildirmişdir (iş v. 81-84; həmçinin bax: iş v.43, 49/2).

36. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, həmin məzmunda əmrin qəbul ed ilməsinin səbəbi kimi, təkcə iddiaçının mərhum S.Musayeva ilə qarşılıqlı münasibətləri (və həmin münasibətlərin xarakteri) deyil, həm də xidməti yoxlama zamanı iddiaçının ona verilən suallara münasibətdə özünü qeyri-səmimi aparması da göstərilmişdir. Bundan başqa, mübahisəli əmrdə qeyd edilən İntizam Nizamnaməsinin 3,2, 3.7, 3.9-cu maddələrinin tələblərinin pozulması ilə bağlı işin halları ümumiyyətlə araşdırma predmeti olmayıb.

37. Digər tərəfdən, iş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Mingəçevir şəhər prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçı ilə S.Musayeva arasında 25 dəfə telefon danışığı olmuşdur. Bu danışıqlardan altısı xx.xx.2018-ci ildə, digər altısı isə xx.xx.201 8-ci il tarixdə, yəni S.Musayevanın ölümündən bir gün əvvələdək olmuşdur. Hansı ki, istintaqla müəyyən edilib ki, S.Musayeva xx.xx.2018-ci il tarixdə özünü öldürmüşdür.

38. Həmçinin, mübahisələndirilən əmrdən görünür ki, iddiaçı cinayət əməlini törətməkdə ittiham olunmayıb. Lakin iddiaçının barəsində DİN-nin X3, Mingəçevir ŞPŞ-nin apardığı araşdırmalar, Mingəçevir şəhər Prokurorluğunun apardığı istintaq, eləcə də apelyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri təsdiq edir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur. Bunun nəticəsində xx xxxxxxx 2018-ci il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikası “X9 Xidmət Keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X9 xidmətdən xaric edilmişdir.

39. İddiaçının yuxarıda qeyd edilən hüquq normalarını pozması apelyasiya məhkəməsinin araşdırması zamanı sübuta yetmişdir.

40. Bəhs olunanlara əsasən cavabdehin 26 oktyabr 2-18-ci il tarixli əmri əsaslı olduğundan apelyasiya məhkəməsi iddianı təmin etməməklə haqlı olmuşdur.

41. Odur ki, kasasiya şikayəti əsaslı olmadığından təmin edilm ədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-cici maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 may tarixli 21(107)-132/2020 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar