Məhkəmə qərarları › İş №2-1(102)-1768/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1768/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1768/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, 17.11.2021 İddiaçı cavabdeh Bakı şəhər Prokurorluğuna qarşı “Azərbaycan Respublikası CM-nin 186, 308, 309, 322-ci maddələrini rəhbər tutaraq tədbir görülməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(103)940/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bir sıra dövlət təşkilatlarının qanunsuz hərəkətləri, o cümlədən ona qarşı yol verilmiş qanunsuzluqlar barədə tədbirin görülməməsi haqqında Bakı şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini bildirmişdir.

2. Cavabdehin iddiaçıya ünvanladığı 19.12.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı X1 18.01.2017ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov (7-ci Sverdlov) küçəsi, ev 13-də yerləşən 2 otağın bir hissəsini oğlu Alim Rəhimova bağışlanması ilə əlaqədar 13 saylı Notariat kontoruna müraciət etmiş, 19.01.2017-ci il tarixdə 13 saylı Notariat kontorunda 2-ci dövlət notariusu Kəmalə Hüseynzadə həmin mənzilin Suriddin Rəhimova məxsus hissəsinin 1/2 hissəsini oğlu Alim Rəhimova bağışlaması ilə əlaqədar bağışlama müqaviləsinə S.Rəhimovun istəyi ilə müvafiq düzəliş aparmaqla imzalamış, möhürləmiş və vətəndaşa təqdim etmişdir. Bununla əlaqədar Kəmalə Hüseynzadə S.Rəhimovdan yaxud kənar şəxslərdən pul və sair maddi nemət istəməmiş, almamış, onun tamah niyyəti olmamış və o, həmin müqaviləyə bilə-bilə yalan məlumat daxil etməmişdir. Bundan başqa 19.03.1985-ci ildən Bakı Dəmir Yolu Xəstəxanasının Qan köçürmə şöbəsində müdir vəzifəsində işləməklə 10 may 2007-ci il tarixdən 15 may 2007-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyinə, 11 may 2007-ci il tarixdə Cərrahiyyə şöbəsində əməliyyat olduğu halda iş yerində olmadığına görə Cərrahiyyə şöbəsinin əməliyyat blokunun qanla təmin edilməsində təqsi rli olduğuna görə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18.05.2007-ci il tarixli, 105/K nömrəli əmr əsasında ləğv edilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində cinayət tərkibin olması müəyyən edilməmişdir. Həmçinin, araşdırma zamanı Azərbaycan DYQSC-nin Bakı Dəmir Yol Xəstəxanasının baş həkimi Laçın İmanovun əməlində də cinayət tərkibi aşkar edilməmişdir. Ona görə də iddiaçının müraciəti əsasında Nəsimi rayon prokurorluğunda toplanmış material üzrə 22.11.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildiyi, hazırda material üzrə qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyi, Azərbaycan Respublikası CPM-nin 212.3cü maddəsinə əs asən həmin qərardan yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 186, 308, 309, 322-ci maddələrini rəhbər tutaraq tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-6544/2020 nömrəli (hakim Fərid Mədətli - sədrlik edən) qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edi lmişdir. Həmin Təsnifatda Bakı şəhər Prokurorluğu inzibati orqan kimi müəyyən edilməmişdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə araşdırması zamanı şifahi izahatından müəyyən olunur ki, onun tələbi cavabdehin cinayət prosessual fəaliyyəti ilə bağlıdır, iddiaçı ilə cavabdeh arasında hər hansı inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə yarana bilməz.

6. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-940/2021 nömrəli (hakimlər Nuriy eva Afaq - sədrlik edən və məruzəçi, Abbasov Mirzəli və Nağıyeva Elmira) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin, apelyasiya şikayətinin və işin hallarının məzmununa uyğun verilmişdir. Əlavə o laraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi iddianı icraata qəbul edib mahiyyəti üzrə araşdırmalı idi, lakin o bunu etməmiş və maddi-prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

12. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

14. İddiaçı şifahi məhkəmə baxışının keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə şifahi məhkəmə baxışının keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmadığı üçün vəsatət təmin olunmamalıdır. Tətbiq edilən hüquq

15. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edir. 16. “İnzibati icraat haqqında” Qanun Maddə

3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yo xlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bu mənada hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkə məsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inz ibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

22. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Hazırkı mübahisəyə münasibətdə isə iddiaçının tələbi cavabdeh tərəfindən Azərbaycan Respublikası CMnin 186, 308, 309, 322-ci maddələrinə əsasən üçüncü şəxslər barəsində tədbir görülməsi ilə bağlıdır.

23. Hazırkı qərarın 16-cı bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olub-olmamasıdır.

24. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Həmin Təsnifatda Bakı şəhər Prokurorluğu inzibati orqan kimi müəyyən edilməmişdir.

25. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə ara şdırması zamanı verdiyi izahatından müəyyən olunur ki, iddiaçının tələbi cavabdehin cinayət prosessual fəaliyyəti ilə bağlıdır. Belə ki, iddiaçı cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən cavabdeh tərəfindən başqalarına münasibətdə məsuliyyət tədbirinin tətbiqi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bu Qərarın 15-ci bəndində istinad olunan normaya görə həmin qanun cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətə və inzibati xətalara dair işlər üzrə fəaliyyətə şamil olunmur. Bu baxımdan tərəflər arasındakı hüquq münasibəti inzibati hüquq münasibəti, ondan yaranan mübahisə isə inzibati hüquq mübahisəsi kimi qiymətləndirilə bilməz. Mübahisənin inzibati-hüquqi xarakter daşıması isə əsas mümkünlük şərtidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslı lığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

27. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli 2-1(103)-940/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar