Məhkəmə qərarları › İş №2-1(102)-1768/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1768/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1768/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X2 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə nəzarət baş i darəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-194/2023 nömrəli iş üzrə 30 mart 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DVX İdxal-ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7115 nömrəli qərarına əsasən İddiaçı məxsus obyektdə (“Sədərək firması”) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. Aparılmış operativ vergi nəzarəti tədbirləri nəticəsində iddiaçıya məxsus sözügedən obyektdə quraşdırılmış NKA-ya ümumi məbləği 898.224 manat olmaqla 866 sayda çek vurulduğuna, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq heç bir elektron qaimə-faktura verilmədən 898.224 manat məbləğdə malların topdan qaydada satılması faktının aşkar edilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX 006402 nömrəli Operativ vergi yoxlamasının nəticələri haqqında akt əsasında DVX İdxal-ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin xx.xx.2022-ci il tarixli **********7949 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə İddiaçı AR Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 89.822,40 manat məbləğdə vergi m əsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7949 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) 2-1(114)-2882/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad e dilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir.... Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki h əyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.... Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanının iddiaçıya məxsus mağazada quraşdırılmış NKA-ya ümumi məbləği 898224 manat olmaqla 866 sayda çek vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi əsassız sayılmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan a pellyasiya şikayəti vermişdir.

7. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və A.İsgəndərova) 2-1(104)-194/2023 nömrəli iş üzrə 30 mart 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddia rədd edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “... cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə operativ vergi nəzarəti təyin edilmiş və aparılmış nəzarət tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixli 006414 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə də, qərar qəbul olunan zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Belə ki, apellyator şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə Baş İdarə tərəfindən X1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət D/Y st-nin cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura tələb olunduğu halda heç bir elektron qaimə-faktura verilmədən 898224 manat məbləğində malların topdan qaydada sa tılması faktı aşkar olunmuş və xx.xx.2022-ci il tarixli 006402 nömrəli akt tərtib edilmişdir. Həmin akt X3 tərəfindən imzalanmamış, lakin aktın bir nüsxəsini qəbul etmişdir. Araşdırma zamanı onlayn NKA çeklərinə baxış keçirilmiş, vergi ödəyicisi tərəfindən 9 vətəndaşın adına 898224 manat dəyərində satış əməliyyatlarının ƏDV geri al layihəsi çərçivəsində daxil edildiyi müəyyən edilmişdir. Qeyd olunan hal vergi ödəyicisi tərəfindən malların irihəcmli partiyalarla topdansatış formasında təqdim edilməsinə baxmayaraq, formal olaraq onlayn NKA-ya daxil edilməsi və dolayısı ilə vergidən yayınma hallarına yol verməsi kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası işin hallarını və tərəflərin dəlillərini nəzərə almaqla hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi mübahisələndirilən qərar ın və həmin qərarla hesablanmış məbləğin vergi qanunvericiliyinin normalarına uyğun olması halına düzgün qiymət verməmişdir.... İş materiallarına əlavə edilmiş foto şəkillərdən də müəyyən etmək olur ki, iddiaçının fəaliyyəti topdansatışdır. Həmçinin vergi ödəyicisi tərəfindən onlayn NKA ilə 1 158 064 manat dəyərində satış əməliyyatı həyata keçirilmişdir. Araşdırma zamanı onlayn NKA çeklərinə mədaxil edilmiş 259 840 manat məbləğində malın pərakəndə qaydada satıldığı, 898 224 manat məbləğində malın isə vergi ödəyicilərinə topdan qaydada satıldığı, lakin elektron qaimə faktura təqdim edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 898 224 manat məbləğində malın pərakəndə qaydada satılması ağlabatan deyildir. Bununla da, iddiaçı X3 ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət D/Y st-nin cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura tələb olunduğu halda heç bir elektron qaimə-faktura verilmədən 898224 manat məbləğində malların topdan qaydada satılmasının həyata keçirilməsi iş materiallarındakı kassa çeklərində də öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən də müəyyən olunduğu kimi, pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və elektron vergi hesab fakturası təqdim edilir, lakin topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satış zamanı birmənalı olaraq elek tron-qaimə təqdim edilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

9. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı ope rativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanının iddiaçıya məxsus mağazada quraşdırılmış NKA-ya ümumi məbləği 898.224 manat olmaqla 866 sayda çek vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi əsassız sayılmalıdır. Qanunvericlikdə hansı məbləğin pərakəndə, hansı məbləğin topdansatış olması konkret olaraq göstərilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən aparılan əməliyyatı hansı əsasla topdansatış kimi qiymətləndirdiyini əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına uy ğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (VM): Maddə 13.2.62. Pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edi lmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; Maddə 13.2.63. Topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab- faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24.1. Vergi orqanları: 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə... borcludur; Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur; Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfi ndən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır; Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron q aimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yet irmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyat a keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir; Maddə 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) n əqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq n ormalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; Maddə 67.3 Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və x ərclərin uçotunun aparılması Qaydası”: Bənd 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir; Bənd 4.2. Vergi ödəyicisinin təsərrüfat suby ektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır; Bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qə bulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarş ı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

18. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün sayılmışdır. b) Kassasiya baxışının hədləri

19. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. c) İşə baxılması qaydası üçün, apellyasiya

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında bax mışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin edilməsini şərtləndirən əsaslar aşağıdakılardır.

23. İlk olaraq, VM vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması, o cümlədən vergilərin hesablanması məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kamera l vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

24. Operativ vergi nəzarətinin həyata kecirilməsi əsaslarının (VM-in 50.2-ci maddəsi) qanunvericiliklə dəqiq və məhdud şəkildə müəyyən edilməsi bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəali yyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman nəzərə alınmalıdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi yoxlamasının həyata keçirilməsi nəticəsinə gəlmişdirsə, onda VM-in 50.2-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə m əhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Vergi ödəyicisinin isə inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

25. Bu baxımdan, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göst ərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

26. Hazırkı iş üzrə də keçirilən operativ vergi yoxlamasının başlanması barədə qərar əsaslandırılmadığından inzibati icraat (operativ vergi nəzarətinin keçirilməsi) qanunsuz akt əsasında başlanmışdır. Odur ki, aparılmış yoxlamanın nəticəsi qanuni sayıla bilməz.

27. Həmçinin, operativ vergi nəzarəti mahiyyət etibari ilə VM-in 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyil ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyət ində vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir.

28. Digər tərəfdən, vergi qanunvericiliyi vergi orqanına keçmiş dövrün yoxlanılması ilə bağlı digər alternativ imkanlar verir (növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması; kameral vergi yoxlaması). Operativ vergi nəzarəti isə sürətli, çevik şəkildə VMin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunubolunmamasının müəyyən olunmasına xidmət edir.

29. Eyni zamanda, VM-də operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanını nəzərdə tutan norma da mövcud deyil. Belə ki, VM-in 50.3-cü maddəsində təsbit edilmişdir ki, operativ vergi nəzarətinin keçirilməsinə dair qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələlər, operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilməlidir.

30. Göründüyü kimi, qanunverici operativ vergi nəzarəti zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Bu halın, vergi orqanının xeyrinə şərh olunması VM-in 3.11-ci maddəsinin müddəalarına görə mümkün deyil. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

31. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçıya maliyyə sanksiyası nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi y oxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir. Bu hal isə operativ vergi nəzarətinin mahiyyətinə ziddir. Həmçinin, operativ vergi yoxlamasının cari fəaliyyətin qiymətləndirilməsi ilə məhdudlaşdırılması vergi orqanının hüquqlarının pozmur. Belə ki, vergi orqanı səyyar və kameral yoxlamanı keçirməklə qeyd edilən məsələlərə riayət edilməsi halını keçmiş dövr üçün yoxlamaq imkanından məhrum olmur.

32. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının pərakəndə satış fəaliyyəti adı altında faktiki topdansatış fəaliyyətini həyata keçirməsi ilə bağlı iddiaları ehtimala əsaslanır. Belə ki, cavabdeh əməliyyatların topdansatış olduğunun sübutu kimi satılan malların say həddinə və ya həcminə (bir kassa çeki vurulmaqla satılmış malın pərakəndə satılmasının ağlabatan mühaki məyə görə mümkün olmadığına, əməliyyatın əslində topdansatış olduğunun aşkar olduğuna) istinad edir.

33. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmlə məhdudlaşdırılmamışdır. Odur ki, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanunaziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (§16).

34. İşdən o da aşkar olunur ki, iddiaçı, vergi orqanında pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmış, obyektə kassa qoymuş, mübahisəli satışları da kassaya çek vurmaqla aparmışdır. Başqa sözlə, mübahisəli vergi bazası ilə bağlı vergi hesabatlılığı təmin olunmuşdur.

35. Bundan başqa, iddiaçı satıcı olaraq ona mal almaq üçün müraciət etmiş şəxsdən sırf sayı və həcmi çox olduğu üçün elektron qaimə tələb etmək hüququna malik deyil. Qanun belə bir imkan nəzərdə tutmur. Satıcı bu vəziyyətdə alıcının topdansatış üçün malı aldığını güman edərək yalnız faktiki olaraq malı satmaqdan imtina edə bilər ki, ondan bunun tələb edilməsi hər hansı qanuni istinad olmadığı üçün yolverilməzdir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından həmçinin sabit olur ki, cavabdeh operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan kassa çeki vurulmaqla satılmış əməliyyatları istisnasız olaraq topd ansatış kimi qəbul etmiş, hər hansı fərqləndirmə aparmamşdır. Heç bir istisna olmadan əməliyyatların topdansatış olduğu yalnız ehtimala əsaslanır. Vergi orqanı yalnız malların say həddinə və ya həcminə istinad etmiş, əlavə olaraq obyektin fotoşəkillərini təqdim etmiş, başqa heç bir sübut təqdim olunmamışdır. Beləliklə, əməliyyatların topdansatış olduğu qənaətinə gəlmək üçün iş üzrə kifayət qədər şübhədənkənar mötəbər sübutlar mövcud deyil. Əməliyyatın topdansatış olduğunu sübut etmək isə vergi orqanının üzərinə düşür. Belə sübutlar olmadığı üçün qaldırılmış iddia əsaslı hesab olunmalıdır.

37. Qeyd edilənlər ümumiləşdirilərsə, ilk növbədə operativ vergi yoxlamasının başlanılması qanuni (əsaslandırılmış) aktla olmalıdır ki, operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş məsuliyyət qərar ı qanuni inzibati icraatın nəticəsi kimi tanınsın. Digər tərəfdən, vergi orqanı vergi qanunvericiliyinin vergiləri hesablamaq və digər vergi hüquqpozmalarının qarşısının alınması ilə əlaqədar ona verdiyi imkanlardan düzgün və səmərəli, xüsusilə qanunun yol verdiyi hədlərdə və qaydada istifadə etməli, vergi qanunvericiliyində olan ziddiyyətlər və aydın olmayan məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməli olması ilə bağlı imperativ tələb (VM-in 3.11-ci maddəsi) diqqətdən yayınmamalıdır. Vergi ödəyicisinin topdansatış fəaliyyətini pərdələməsi ilə bağlı əsaslı şübhələr olduqda, bu şübhələrin həqiqi olub-olmaması araşdırılmalı, bu zaman ehtimallara yox, mötəbər sübutlara əsaslanan qərarlar qəbul edilməlidir. Belə ki, vergi orqanı əldə etdiyi həmin məlumatlar əsasında növbədənkənar səyyar vergi yoxlaması keçirməklə, həmin yoxlamanın gedişində əməliyyatın qarşı tərəfi (alıcı) ilə bağlı məlumatlar və digər mötəbər sübutlar toplanılmaqla, qanuni və əsaslandırılmış məsuliyyət tədbiri görə bilər.

38. Beləliklə, işin müzakirə edilən hallarının məhkəmə kollegiyasında formalaşdırdığı qənaətə görə, cavabdeh vergi orqanı tərəfindən iddiaçının barəsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli **********7949 nömrəli qərar qəbul edilərkən inzibati icraat və vergi qanunvericiliyinin tələbləri pozulmuşdur, sözügedən hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsasdır.

39. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşır və onun dəlillərini əsaslı sayır.

40. Yekunda, inzibati işə kassasiya qayd asında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia əsaslı olduğu üçün təmin edilməlidir.

41. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-194/2023 nömrəli iş üzrə 30 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxalixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haq qında 02 sentyabr 2022-ci il tarixli **********7949 nömrəli qərarı ləğv edilsin. İddiaçı kassasiya şikayəti təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar