Məhkəmə qərarları › İş №2-1(102)-1769/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1769/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1769/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; mübahisənin inzibati məhkəməyə aid olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Nəsrulla oğlunun, İdd iaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər: "xxxx" ASC və "xxxx" MTK) “torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1931/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı4 Nəsrulla oğlu, İddiaçı3 və İddiaçı8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib olunmuş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin xx.xx.1997-ci il tarixli texniki pasportunda “Xarici Turizm” Avtomobil Kombinatına məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.İ.Xətai prospekti 42 ünvanında yerləşən 1970-ci ildə inşa edilmiş, 4 mərtəbəli binanın yerləşdiyi ümumi sahə 5.419,5 kv. metr müəyyən olunmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli, 608 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X2 Bakı “Xarici Turizm” Avtomobil kombinatının bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyətinin təsis edilməsi və "xxxx" səhmdar cəmiyyətinin nizamnaməsinin və özəlləşdirmə planının təsdiq edilməsi qərara alınmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 107 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 01-04/69 nömrəli razılıq məktubu, "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, 24 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli 04/1370 nömrəli məktubu nəzərə alınaraq, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə, qeyri-yaşayış sahəsinin tutduğu 0,03 ha torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə həmin cəmiyyətə icazə verilməsi qərara alınmışdır 4. "xxxx" ASC ilə "xxxx" MTK arasında 05 may 2005-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 107 saylı 27 aprel 2005-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-yə özünə məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə razılıq verilmişdir. Bu müqavilə ilə "xxxx " ASC özünə məxsus Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə 0,3 hektar sahədə yaşayış binasının tikintisini "xxxx" MTK-ya həvalə edilir. 5. xx.xx.2011-ci il tarixli 3170 №-li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” müqaviləsinə əsasən "xxxx" ASC Ş.İ.Xətai prospekti 42 ünvanında yerləşən 9757.3 kv. metr torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsindən almışdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 42 ünvanında yerləşən 0,97573 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə ******** ** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 368 nömrəli reyestr kitabının 34851 nömrəli vərəqində "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır.

7. İddiaçılar cavabdehə müraciət edərək "xxxx" ASC və "xxxx" MTK-ya ayrılmış 0.97573 ha torpaq sahəsi ayrılmasına əsas olmuş sənədləri onlara təqdim edilməsini, Bakı şəhəri, Xətai prospekti, 40 A ünvanında yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan ərazidən maneəsiz şəkildə istifadə edilməsi, "xxxx" ASC və "xxxx" MTK tərəfindən qanunsuz olaraq satın alınmış dövlətin mülkiyyətində olan torpaq sahələrinin onlardan alınaraq, ümumi istifadəyə qaytarılması, şərait yaradılması və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir inzibati akt qəbul edilmişsə həmin inzibati aktın ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək son olaraq "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqısı” müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli 24 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli, 04-1370 saylı məktubu, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli,0104/69 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəh ər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 107 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə (hazırki Xətai prospekti 40A) "xxxx" ASC-nin istifadəsində olan 5419,5 kv. metr qeyri-yaşayış sahəsinin 3000 kv. metr hissəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bundan sonra "xxxx" ASC ilə "xxxx" MTK arasında həmin binanın tikintisi ilə bağlı xx.xx.2005-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqaviləyə uyğun olaraq "xxxx" MTK tərəfindən inşa edilmiş mənzillər iddiaçılarla yanaşı digər sakinlərə satılmışdır. Nəticədə "xxxx" ASC özəlləşdirildikdən sonra istifadəsində qalan 2419,5 kv. metr torpaq sahəsinin satın almaq hüququna malik olmuşdur. Bununla da Bakı şəhəri İcra Hakimiyyəti başçısını n sərəncamına əsasən çoxmənzilli binanın tikintisinə ayrılmış 3000 kv. metr torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-3-cü maddəsinə əsasən ümumpaylı mülkiyyət hüququ ilə "xxxx" MTK-nın üzvlərinin mülkiyyətinə keçmişdir. Lakin yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə ayrılmış "xxxx" ASC-nin istifadəsində olan 5419,9 kv. metr torpaq sahəsinin 3000 kv. metr də deyil ondan 50 metr arxada, dövlətə məxsus ümumi istifadədə olan ərazi zəbt edilərək tikilmişdir. Göründüyü kimi "xxxx" ASC çoxmənzilli yaşayış binasının tikilməsi üçün ayrılmış 3000 kv. metr torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan 2419,5 kv. metr torpaq sahəsini satın ala bilərdi. Lakin bu qeyd edilənlərə baxmayaraq "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Nəsimi ra yonu, Xətai prospekti 42 ünvanında ümumilikdə 0,97573 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmış və buna dair ona MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Hazırda məlum olmuşdur ki, həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd ASC ilə AR ƏMDK arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2013 saylı xx.xx.2013-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, "xxxx" ASC-yə məxsus 5419,5 kv. metr qeyri-yaşayış sahəsi “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşmüş və bununla da məhkəmə qətnaməsinə əsasən ASC-yə kompensasiya olaraq 4.587.000 manat məbləğində pulun ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Göründüyü kimi "xxxx" ASC-nin mülkiyyətində hər hansı bir torpaq sahəsi qalmamalı idi. Lakin yuxarıda qeyd edildiyi kimi "xxxx" ASC kompensasiya əldə etməsinə baxmayaraq dövlətin mülkiyyətində olan torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş və həmin ərazidə ictimai iaşə obyektləri ilə yanaşı qanunsuz avtodayanacaq yaratmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-3099/2022 nömrəli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etm işdir ki, cavabdeh inzibati orqanla “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın alqı-satqısı ilə bağlı hazırki iş üzrə üçüncü şəxs olan qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs "xxxx" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçılar "xxxx" ASC-nin razılığı və tapşırığı ilə sonuncuya məxsus Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə 0,3 hektar torpaq sahəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının sakinləridir (payçıları) ki, məhkəmə araşdırması zamanı həmin şəxslərin yaşadığı yaşayış binasının yerləşdiyi əraziyə bitişik "xxxx" ASC-yə məxsus torpaq sahəsinə dair onların və ya onlara məxsus mənzillərin yerləşdiyi "xxxx" MTK-nın hər hansı hüquqlarının (sahiblik, istif adə və ya sərəncam) olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçıların hazırki iddianı qaldırmağa heç bir subyektiv hüquqları olmamışdır.

12. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1931/2022 nömrəli qərardadı ilə (hakimlər: A.S.Hüseynov - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-3099/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılm ışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı8 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçılar kassasiya şikayətində qeyd etmişlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən ciddi prosessual pozuntulara yol verildiyindən iş üzrə qərardadı tamamilə əsassızdır. Belə ki, apellyasiya məhkəməsi İPM-in 11.1, 11.2-ci maddələrin tələblərinə əməl etməmiş, ə n əsası isə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırmamışdır. Belə ki, məhkəmə iclasının ilkin olaraq 15 iyun 2022-ci il tarixə təyin edilməsi barədə məlumat versədə həmin gün qeyri iş gününə (Milli Qurtuluş gününə) təsadüf etdiyindən, məhkəmə iclası keçirilməmiş, sonrakı yəni xx.xx.2022-ci il tarixli iclas vaxtı barədə isə ümumiyyətlə məlumatlandırılmamışdılar.

17. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, hələ birinci instansiya məhkəməsində icraat zamanı, iş üzrə iddiaçılardan olan X1 nümayəndəsi və vəkili Vəkil3 iş üçün əhəmiyyət kəsb edən sübutların tələb edilməsi barədə tutarlı və əsaslı vəsatət vermiş, lakin məhkəmə həmin vəsatətə heç bir münasibət bildirməmişdir. Həmin vəsatətdə "İnturavto” ASC ilə Azərbaycan Respublikasının Əmla k Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsinin 1.1-ci bəndində Müqavilənin predmetini təşkil edən 9757,3 kv.m. torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsində olduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilərək tədqiq edilməsi zərurəti göstərilmişdir. Həmin vəsatətin təmin ediləcəyi təqdirdə alqı-satqı müqaviləsinin qanuni bağlanıb-bağlanmadığı, yəni müqavilənin predmetini təşkil edən 9757,3 kv.m. torpaq sahəsinin nə vaxt və hansı sənədlər əsasında mübahisəli müqavilənin bağlandığı tarixədək "İnturavto” ASC-nin qanuni istifadəsinə verildiyi, bununla da cəmiyyətin həmin torpaq sahəsi üzərində hüququnun olub-olmaması halının müəyyən edilməsi birmənalı olaraq mümkü n idi. Lakin birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan "subyektiv hüququn olmaması" motivi ilə mübahisəyə yekun vurmuş, iddiaçıların konstitusiya və qanunlardan irəli gələn hüquqlarının müdafiəsini təmin etməmiş, inzibati məhkəmə icraatını qanun və məhkəmə qarşısında bərabərlik prinsipi və işin hallarının araşdırılması prinsiplərini pozmaqla həyata keçirmişdir.

18. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə qətiyyən münasibət bildirilməmiş, onlara heç bir hüquqi qiymət verilməmiş, şikayətə baxarkən İPM-nin göstərilən normasının tələbləri həddində baxmamış, birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsini köçürməklə, eləcə də istinad etdiyi sübutları sadalamaqla qərardad qəb ul etmişdir. Aşağı instansiya məhkəmələrinin “subyektiv hüquq"la bağlı mövqeyini qətiyyən əsaslı deyil, belə ki, həmin məhkəmələr öz qərardadlarında subyektiv hüququn üç elementinə formal istinad edərək iddiaçıların tələb hüququnun olmadığı nəticəsinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Üçünçü şəxs "İnturavto” ASC-nin nümayəndəsi tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1931/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqınd a) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasınd a, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliy i nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hal larının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. İddiaçıların inzibati məhkəmə icraatı qaydasında tələbi cavabdehin üçüncü şəxslə bağladığı xx.xx.2011-ci il tarixli 3170 №-li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” müqaviləsinin ləğv edilməsindən ibarətdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının hazırkı qərarın 20-ci bəndində sadalanan bəndlərinə görə dövlət hakimiyyəti orqanları xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında b axılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.

28. Hazırkı işdə cavabdeh inzibati orqan olsa da, o, üçüncü şəxslə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışdır və 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum qərarına əsasən alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Torpaq sahəsi ilə bağlı alqı-satqı müqavilələri üzrə yaranan mübahisələr inzibati məhkəmə icraatının predmetini təşkil etmədiyindən mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur.

29. İPM-in 96.7-ci maddəsinə görə apelya siya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə şikayəti təmin etmədən, qərardadı dəyişdirmədən saxlayır.

30. İddiaçılara izah edilir ki, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələrinə müraciət edə bilərlər.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı4 Nəsrulla oğlu, İddiaçı3 və İddiaçı8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1931/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar