Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1769/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirinin Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Kliniki Hospitalında pulsuz müa yinə və müalicə olunması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2-1(105)-409/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirinin Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Kliniki Hospitalında pulsuz müayinə və müalicə olunması ö hdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)2489/2024 nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105) 409/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-2489/2024 nömrəli qərardadı ləğv edilmiş, inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2-1(105)-409/2024 nömrəli qərardadı ilə (hakimlər Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və F.Ə.Məmmədov) iddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.
6. Apellyasiya məhkəməsinin mövqeyinə görə, hazırkı halda sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq iddiaçı maddi imkanının aşağı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, həmin hala dair iddiaçı tərəfindən ərizədə iddiaçının 2-ci qrup əlil olması bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının 2-ci qrup əlil olması halı özü-özlüyündə az təminatlılığının təsdiqi üçün yetərli deyildir. İndiki halda isə iddiaçı hazırkı iş üzrə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığına dair başqa sübutlar təqdim edə bilməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının mülkiyyətində əmlak kompleksi kimi müəssisə, mənzil, müxtəlif markalı nəqliyyat vasitələri mövcuddur. Əmək müqaviləsinə dair məlumatlardan isə görünür ki, iddiaçı ümumi təhsil məktəbində müəllim kimi işləyir, əmək haqqı 1218.89 manat təşkil edir.
7. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2-1(105)- 409/2024 nömrəli qərardadının ləğv edilməsini, dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özə l xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsas landırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədə r müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-109/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 21(102)-683/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-654/2023 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-771/2022 nömrəli; xx.xx.2 022-ci il tarixli 2-1(102)-358/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-270/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-308/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-157/2022 nömrəli qərarları (qərardadları)).
12. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır. Hazırkı halda isə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı az təminatlı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının mülkiyyətində əmlak kompleksi kimi müəssisə, mənzil, müxtəlif markalı nəqliyyat vasitələri mövcuddur. Əmək müqaviləsinə dair məlumatlardan isə görünür ki, iddiaçı ümumi təhsil məktəbində müəllim kimi işləyir, əmək haqqı 1218.89 manat təşkil edir. Bu səbəbdən onun aylıq gəliri vəkilin göstərəcəyi hüquqi yardımı müqabilində tələb olunan məbləği ödəməyə kifayət edir. İddiaçı kassasiya şikayətində göstərilənləri inkar edən hər hansı dəlil irəli sürməmiş, müvafiq sübutlar təqdim etməmişdir.
13. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qə dər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).
14. Kollegiya sonda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın ap arılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2-1(105)-409/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.