Məhkəmə qərarları › İş №2-1(102)-177/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-177/2019

14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-177/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X3 İddiaçı şirkətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-177/2019) Bakı şəhəri 14.05.2019-cu il 14.05.2019 GİRİŞ HİSSƏ Hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi hakim), R.Nəbizadə və X.Məmmədovdan ibarət tərkibdə, Cavabdeh Departamentin nümayəndəsi X2 və vəkili X5 iştirakı ilə İddiaçı X3 İddiaçı şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı tutulmuş vergilərin geri qaytarılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 İddiaçı şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 rezident olan iddiaçı şirkət ilə Azərbaycan Respublikasının rezidenti olan “xxxx MMC” arasında “Texniki xidmətlərin göstərilməsinə dair müqavilə” əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdeh Departamentin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 08 iyun 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş № 2-1(82)-1960/2018) iddia tələbinin təmin edilməsi; iddiaçı şirkət ilə Azərbaycan Respublikası rezidenti olan “xxxx” MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsi cavabdeh Departamentin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)2090/2018) cavabdeh Departament tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həm in qərardan cavabdeh Departament kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvlərə yol vermiş, vergi qanunverciliyinin tələblərini səhv təfsir etmiş, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, müəyyən məsələlər ümumiyyətlə tədqiq edilmədən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlinməmiş və iş üzrə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən dövlət dili ilə bağlı milli qanunvericiliyin tələblərini nəzərə almamış, vergi orqanı tərəfindən təqdim olunan dəlillərə hüquqi qiymət verməmişdir. Tərcüməsi təqdim edilmədiyindən qanunauyğunluğu müəyyən edilməyən sənədlər üzrə ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsini cavabdeh vergi orqanının üzərinə qoymaqla məhkəmə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarının ümumi tələblərinə iddiaçı tərəfindən əməl edilib-edilməməsi məsələsini araşdırmamışdır. Həmçinin, vergilərin geri qaytarılması vəzifəsinin cavabdeh vergi orqanının üzərinə qoyulması ilə əlaqədar, artıq ödənilmiş vergilərin qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalara əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılması vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqan tərəfindən hazırlanmış rəy əsasında maliyyə orqanları tərəfindən həyata keçirilir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi Ş.Abdullayev vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı şirkətn nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərarı ləğv edilib iş yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəll əsinin 91-ci maddəsinin tələbinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı şirkət X4 rezidentidir; həmin şirkətlə Azərbaycan Respublikasının rezidenti olan “xxxx MMC” arasında “Texniki xidmətlərin göstərilməsinə dair” bir neçə müqavilə bağlanmışdır ki, bu müqavilələr əsasında iddiaçı şirkət tərəfindən MMC-yə müvafiq xidmətlər göstərilmişdir. Bundan sonra iddiaçı şirkətdən Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. Azərbaycan Respublikasının 10.04. 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişAzərbaycan Respublikası Hökuməti ilə X6 Hökuməti arasında çfmkfyvsi “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması” haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən, razılığa gələn dövlətin müəssisəsinin mənfəəti yalnız həmin dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini X8 dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsi ilə həyata keçirməsin. İddiaçı şirkət hesab etmişdir ki, yuxarıda qeyd edilən Konvensiyaya görə, yuxarıda qeyd edilən əməliyyatlardan əldə olunmuş gəlirdən şirkət Azərbaycan Respublikasında vergi ödəməməli idi, ve bu halda ondan verginin tutulması Konvensiyaya zidd olaraq ikiqat verginin tutulması kimi qiymətləndirilməlidir. Ona görə, iddiaçı şirkə tin iddia ərizəsində qeyd edilənlərə görə, O, etibarnamə üzrə nümayəndəsi vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının 30.04.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydaları”na uyğun olaraq tutulmuş vergi məbləğinin geri qaytarılması haqqında 10.05.2017-ci il tarixli və 09.06.2017-ci il tarixli ərizələrlə cavabdeh Departamentə müraciət etmişdir. İddiaçı şirkətin müraciətlərinə cavab vermiş cavabdeh Departamentin 26.05.2017-ci il tarixli 1-ci məktubunda şirkətə bildirilmişdir ki, təqdim edilmiş DTA-06 formasının aşağıdakı bölmələrində qeyd olunan məlumatlarda kənarlaşmalar müəyyən edilmişdir, belə ki, DTA06 formasının 9-cu bəndi ya lnız fiziki şəxslər tərəfindən doldurulmalı olduğu halda tərəfinizdən həmin bənddə qeydlər aparılmışdır. DTA-06 forması qeyri-rezident tərəfindən 3 nüsxədə tərtib edilir, Azərbaycan dilində və ya notariat qaydasında təsdiq edilmiş tərcüməsi ilə birgə ingilis dilində doldurulur və xarici dövlətin qeyri-rezidentin vergi uçotunda olduğu səlahiyyətli vergi orqanı tərəfindən təsdiqlənir. Lakin təqdim olunmuş müqavilələr Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim edilməmişdir. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1” Qaydalarının 13.10-cu bəndinə əsasən DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilm əsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyri-rezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmə məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyiyyətli vergi orqanlarına sorğu göndərilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsinə əsasən, vergi maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanının hüquqları sırasına aid edilmişdir. Azərba ycan Respublikasının Vergi Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onları Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edə bilər. Qeyd olunanlarla əlaqədar ərizənin (DTA-06 forması) təsdiqlənməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın tələblərinə əsasən müvafiq ərizə (DTA-06 forması) formasının tərtibi qaydalarını və “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişdən irəli gələn tələblər nəzərə alınaraq yeni ərizənin, həmçinin vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim olunması tövsiyə olunur. Cavabdeh Departamentin iddiaçı şirkətə ünvanladığı, 2-ci, 9.06.2017-ci il tarixli **********0826 nömrəli DTA-06 formasının təsdiqi barədə məktubda bildirilmişdir ki, şirkətin nümayəndəsinin 11.05.2017-ci il tarixli müraciəti cavablandırılaraq “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları” və “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin tələbləri nəzərə alınmaqla yeni ərizənin və müraciətə əlavə edilən sənədlərin (müqavilələrin) Azərbaycan dilinə notariat qaydada təsdiq olunmuş tərcümələrinin təqdim edilməsi xahiş edilmişdir. Lakin şirkət tərəfində n təqdim olunmuş ərizə formasına vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada təsdiq olunrmuş tərcümələri və yeni ərizə əlavə edilməmişdir. Belə ki, bununla əlaqədar şirkətin məktubunda “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın 13.6-cı bəndinə əsaslanaraq müraciətə aid olmayan sənədlərin təqdim edilməli olmadığı əsas gətirilmişdir. Göstərilənlərlə əlaqədar şirkətdən müraciətə aid olmayan hər hansı əlavə sənədlər deyil, yalnız müraciətə əlavə edilmiş (və ya edilməli olan) sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri tələb edilmişdir. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırıl masına dair X1” Qaydalarının 13.10-cu bəndinə əsasən DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında bu məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyri-rezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmiş məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsinə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxa lq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanının hüquqları sırasına aid edilmişdir. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları’’nın 12.3-cü bəndinə əsasən ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması üçün, qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına bu Qaydalara əlavə edilən DTA-06 ərizə forması üzrə müraciət edilməlidir. DTA-06 forması X8 Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir. Həmin Qaydaların 13.9-cu bəndinə əsasən, formaların təsdiq edilmiş nüsxələrindən biri vergi orqanında saxlanılır, digər ikisi isə mü raciət edən şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişdə sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş surətinin tələb olunmaması və ya yalnız digər xarici dillərdə təqdim oluna biləcəyi barədə müddəa yoxdur. Qeyd olunan sənədlər və ərizə forması (DTA-06 forması) təqdim edildikdən sonra şirkətin müraciətinə yenidən baxıla bilər. Araşdırılan qərardan məlum olar ki, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Respublikasının 10.04.2007-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə X6 Hökuməti arasında “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat v ergitutmanın aradan qaldırılması” haqqında Konvensiyada məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda Azərbaycan Respublikasında qeyrirezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir. Belə ki, yuxarıda sözügedən Konvensiyanın 2.1-ci maddəsinə əsasən, bu Konvensiya, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun inzibati ərazi bölmələri və ya yerli hakimiyyət orqanları, yaxud yerli hökumətləri tərəfindən gəlirlərə və əmlaka görə tutulan vergilərə tətbiq edilir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bu Konvensiyanın məqsədləri üçün "daimi nümayəndəlik" termini, müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yerini bildirir. Həmin Konvensiyanın 8-ci maddəsinə əsasən, Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini X8 Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirməsin. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxanda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəətinin yalnız həmin daimi nümayəndəliyə aid edilə bilən hissəsi həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. İş üzrə müəyyən edilir ki, iddiaçı şirkət cavabdeh Departamentinə iddiaçı şirkətin Azərbaycan Respublikasının rezidenti olan “xxxx MMC” ilə “Texniki xidmətlərin göstərilməsinə dair” müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə bağlı müraciət etsə də, cavabdeh Departament müqavilənin Azərbaycan dilinə notarial qaydada tərcüməsinin təqdim edilmədiyindən iddiaçının müraciətə baxılmasından imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçı şirkətin müraciətlərinin təmin edilməsindən imtina etməsi ona görə əsassızdır ki, həmin orqanın istinad etdiyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 12.06.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.13-cü maddəsində müraciətə əlavə olunan sənədlərin xarici dildə olduğu halda, onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməli olması nəzərdə tutulsa da, həmin müddəa iddiaçı şirkət cavabdeh Departamentə müraciət etdiyi zaman mövcud olmamışdır. Şirkətin vergi orqanına müraciət etdiyi zaman Azərbaycan Respublikası Vergilər Nazirinin 29 mart 2007-ci il tarixli **********198300 nömrəli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları” tətbiq edilirdi ki, həmin Qaydalarda təqdim olunan sənədlərin azərbaycan dilində tərcümə olunması tələb olunmurdu. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçı şirkətin müraciətlərinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmuş olduğundan əsassız və qanusudur; enyi zamanda iddia çı şirkətin iddia tələb əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmşdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxı lmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq; 125.1.3. rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz; 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz; 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uç ota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz; 125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə... Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki işü zər gəldiyi nəticə düzgün deyil, cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlər əsassız olduğundan qəbul edilməməlidir. Əvvəla, apellyasiya instansiya məhkəməsinin qərarında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, qərarda bir tərəfdən iddiaçı şirkətin cavabdeh vergi orqanına etdiyi 10.05.2017-ci il tarixli və 09.06.2017-ci il tarixli müraciətlər zamanı Azərbaycan Respublikası Vergilər Nazirinin 29.03.2007-ci il tarixli əmri ilə təsdiq olunmuş Qaydaların mövcud oldğu qeyd edilsə də, digər tərəfindən, apellyasiya instansiya məhkəməsi göstərir ki, həmin Qaydalar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 30.04.2013-cü il tarixli qərarı ilə qüvvədən düşmüşdür. Bundan başqa, qərarda apellyasiya instansiya məhkəməsi göstərir ki, Azərbaycan Respublikası Vergilər Nazirinin 29 mart 200 7-ci il tarixli **********198300 nömrəli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın 12.1-ci bəndinə əsasən, beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən, artıq tutulmuş vergilərin qaytarılması və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməsi müv afıq qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması üçün, qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına bu Qaydalara əlavə edilən DTA 06 ərizə forması üzrə müraciət edilməlidir. DTA-06 forması X8 Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən, ərizədə göstərilən məlumatların faktiki məlumatlara və müvafiq beynəlxalq müqavilənin müddəalarına uyğunluğuna vergi orqanı tərəfindən baxılmalı və artıq ödənilmiş vergilərin qeyri-rezidentə qaytarılması barədə rəy və ərizənin surəti müvafiq maliyyə orqanına verilməlidir. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən, artıq ödənilmiş vergilərin qaytarılması üçün maliyyə orqanlarının hərəkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 12.6-cı bəndinə əsasən, artıq ödənilmiş vergilər qeyri-rezident tərəfindən vergi orqanına ərizə təqdim edildiyi tarixdən 45 gündən gec olmayaraq maliyyə orqanları tərəfindən qeyri-rezidentlərin DTA-06 formasında göstərilən bank hesablarına qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergilərin geri qaytarılması məsələsi, o cümlədən artıq ödənilmiş vergilərin qeyri-rezidentə qaytarıl masının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər xüsusi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23.02.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalara əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılması vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqan tərəfindən hazırlanmış rəy əsasında maliyyə orqanları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni rezidentliyini rəsmi təsdiq edən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən, maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Eyni zamanda, yuxarıda qeyd edilən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”n 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (DTA-05 forması) (Əlavə № 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) v ergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy" hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə göndəril ir. Göründüyü kimi, qanunvericilikdə düzgün tutulmamış və ya artıq ödənilmiş vergilərin qaytarılmasının maliyyə orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulsa da, apellyasiya instansiya məhkəməsinin təsdiq etdiyi (dəyişdirilmədən saxladığı) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.06.2018-ci il tarixli qərarı ilə bu öhdəlik birbaşa vergi orqanının üzərinə qoyulmuşdur. Nəhayət, iş üzrə müəyyən edilir ki, iddiaçı şirkət iddia ərizəsində vergilərin geri qaytarılması vəzifəsinin cavabdeh vergi orqanının üzərinə qoyulmasını xahiş etmiş və bu halda, cavabdeh inzibati orqanın vergilərin geri qaytarılması barədə qərar inzibati akt olmaqla, onun verilməsindən imtina edildiyi təqdirdə Azərbaycan Respublikası İPM-nin 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq iddiaçı məcburetmə haqqında i ddia qaldırmaq hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; Həmin məcəllənin 33-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəb ul edilmədiyi hallara şamil olunur. Müddəaların mənasına görə, məcburetmə haqqında iddianın qaldırılması üçün onun mümkünlüyünü müəyyən edən şərtlərindən birinə cavabdehə müraciət olunması təşkil edir. İş üzrə müəyyən edilir ki, iddiaçı şirkət cavabdeh Departamentə müəvafiq müraciətlər etmiş, cavabdeh Departament isə həmin şirkətə müvafiq cavab məktublar göndərmişdir. Həmin məktublarda iddiaçı şirkətin müraciətində qeyd edilən nöqasanların aradan qaldırılması təklif edilmiş, qeyd edilən sənədlər və ərizə forması (DTA-06 forması) təqdim edildikdən sonra müraciətə yenidən baxılmasının mümkün olması qeyd edilmişdir. İşdən görünür ki, cavabdeh inzibati orqanı iddiaçı şirkətin müraicətinin təmin edilməsindən imtina etməmişdir. Halbki, hazırki iddianın mümkünlük şərti iddiaçı şirkətin müvafiq ol an inzibati orqana müraciət edilməsini, həmin inzibati orqan tərəfindən isə şirkətin arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər Azərbaycan Respublikası İPM-nin 2.2.3 və 34-cü maddələrində müəyyən olunmuş öhdəliyin icrası haqqında iddia növünə də aiddir. Öhdəliyin icrası haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması yoxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsinin bu məsələləri araşdırıb əsaslı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nətic əsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdır. Kassasiy a şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar