Məhkəmə qərarları › İş №2-1(102)-177/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-177/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-177/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fond unun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1422/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikasının pensiya qanunvericiliyinin müddəalarını nəzərə alaraq onun hərbi xidmət stajının azaldılması ilə və cavabdehin ona vurulmuş maddi ziyanın ödənilməsindən imtinası ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qısa müddət ərzində onun hərbi xidmət stajının və ona müvafiq əlavənin bərpa olunması, eləcə də pensiyaya çıxmamışdan əvvəlki xidmət illəri nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması, onun yaşı (77 yaş) və əlilliyi, eləcə də digər ciddi xəstəlikləri nəzərə alınmaqla hazırkı iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günə olan normalara uyğun hesablanmaqla ona vurulmuş ziyana görə birdəfəlik kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində kompensasiyanın ona ödənil məsi, eləcə də iddia tələbini kasasiya instansiyası mərhələsində müdafiə edəcəyi təqdirdə ona vəkil xidmətlərinə görə xərclərinin kompensasiya edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qarabağ müharibəsində Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona Qarabağ müharibəsi veteranı statusu və ikinci qrup əlillik vəsiqəsi verilmişdir. xx xxxxxx 1997-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən ona yaşa görə yüz faizlik əmək pensiyası təyin olunmuşdur. xx xxxxxx 2007-ci il tarixdən pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Belə ki, həmin tarixdə onun pensiyası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq hesablanıb ödənilirdi. Lakin cavabdeh orqanın sektor müdiri vəzifəsinə Anar İsayev təyin edildikdən sonra, ona aydın olmayan səbəblərdən və qanunun tələblərini pozaraq bir çox hərbi qulluqçuların stajının azaldılmasını mümkün hesab etmişdir. Bu səbəbdən ona ödənilən pensiyanın məbləği 13 faiz azaldılmışdır. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etsə də, ona “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun öz qüvvəsini itirdiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə:

4. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-562/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5, 2.0.14, 26.3-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 1.1, 1.2, 2.5-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 52, 58.1, 68.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia əsassızdır.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1422/2020 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-562/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normaları tətbiq edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qər arı qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri:

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarını pozmaqla apelyasiya instansiyası məhkəməsi bu şikayəti təmin etməmişdir. Kasasiya ərizəçisi və onun vəkili belə hesab edirlər ki, bu kollegiya işə qərəzli şəkildə baxmış və bununla da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli Qərarının kobud şəkildə pozulmasıdır. Xatırlatmaq istəyir ki, «Normativ-hüquqi aktlar haqqında» xx xxxxxx 2010-cu il tarixli Konstitusiya Qanununun 94-cü maddəsində deyilir ki, Normativ hüquqi aktların icra olunmamasında təqsirli bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Daha sonra məlumat verərək bildirir ki, işə baxılması zamanı Mülki Prosessual Məcəllənin 386-cı maddəsinin, eləcə də, 13.7-ci maddəsinin tələblərini pozmaqla növbəti aktları tətbiq etmiş və ya qanunu düzgün şərh etməmişdir: - Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsi; - Mülki Məcəllənin 7.3-cü maddəsi; - «Əmək təqaüdləri haqqında» xx xxxxxx 2006-cı il tarixli Qanunun 9.8-ci maddəsi; - «Hərbi qulluqçuların təqaüd təminatı haqqında» xx xxxxx 1992-ci il tarixli, 109 saylı Qanunun 1 və 13-cü maddələri; - 2x xxxxxx 2006-cı il tarixli, 184-İİİQD saylı Qanun; - «Konstitusiya Məhkəməsi haqqında» xx xxxxxx 2004-cü il tarixli, 561-İİQ saylı Qanunun 63.4, 66.1 və 66.2-ci maddələri; - «Normativ-hüquqi aktlar haqqında» xx xxxxxx 2010-cu il tarixli Konstitusiya Qanununun 2.5,5.1, 87.1 və 87.2-ci maddələri; - Əsasında Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarının qəbul olunduğu xx xxxxxxxx 2004-cü il tarixli Qanun; - Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli, 633 saylı Fərmanının 3-cü bəndi; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarının 2 «A» bəndi.

10. Eyni zamanda, məhkəmələr yuxarıda qeyd olunan normativ-hüquq aktları ilə müqayisədə daha az hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 saylı Fərmanını yanlış şəkildə şərh etmişdirlər. Həmçinin o, mənə ömürlük təqaüdün təyin olunmasından sonra qanuni qüvvəyə minmişdir (xx xxxxxx 1997-ci il). Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə, Mülki Məcəllənin 7.3-cü maddəsinə, eləcə də «Normativ-hüquqi akt lar haqqında» xx xxxxxx 2010-cu il tarixli saylı Konstitusiya Qanununun 87.1 və 87.2-ci maddələrinə əsasən yuxarıda qeyd olunan Fərman onun vəziyyətini dəyişir və buna görə də o, tətbiq olunmalıdır. Məlumat verərək bildirmək istəyir ki, «Konstitusiya Məhkəməsi haqqında» xx xxxxxx 2003-cü il tarixli, 561 saylı Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərinin pozulması ilə bu iş ilə bağlı məhkəmə icraatı zamanı məhkəmə nədənsə Azərbaycan Respublikası gətirdiyi və ya təqdim etdiyi dəlillər, izahatlar və sənədlər əsasında yalnız tərəflər çəkişmə şəraitində müzakirə etdikdə əsas tuta bilər. Məlumat üçün bildirir ki, APMnin 47.2, 48.2 və 48.3-cü maddələrinin, eləcə də 154.1-ci maddələrinin tələblərinin pozulmasına görə cavabdeh, ümumiyyətlə, onun hüququ yox, prosessual vəzifələri olsa da, iddiasını məhkəməyə təqdim etməyib. Bildirir ki, cavabdehin iddiaçı iddiasına qarşı etirazını məhkəməyə təqdim etməyib. Eyni zamanda, məhkəmə işinin materiallarında onun mübahisəli hərəkətlərinə haqq qazandıran heç bir başqa sənəd yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1inz(103)-1422/2020 saylı iş üzrə yanlış qərarının tamamilə ləğv edilməsini, bu iş üzrə qanunçuluq, tərəflərin hüquq bərabərliyi, ədalətlilik, humanizm, habelə cavabdehlə çəkişmə prinsiplərinə əsaslanan yeni məhkəmə qərarı qəbul edib iddiaçının bütün iddia tələblərinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edil ənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının tamamilə ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının tamamilə ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:

14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarının dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçı nın kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasınd a tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

17. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətindəki dəlilləri formal və təsbit edilməmiş mülahizələrə istinad edilməklə əsassızdır.

18. Belə ki, iddiaçı kasasiya şikayətində qeyd edir ki, «maddi və prosessual hüquq normalarını pozmaqla apelyasiya məhkəməsi bu şikayəti təmin etməmişdir».

19. Bundan sonra iddiaçı kasasiya şikayətinin «İİ maddi hüquq normalarının pozulması» adlanan hissəsində, onun qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuş bir sıra hüquq normalarının adlarını sadalasa və apelyasiya instansiyası məhkəməsinin onları düzgün tətbiq edilməməsini və şərh edilməməsini göstərsə də, bunun, yə ni, pozuntuların konkret şəkildə nədən ibarət olmasını ümumiyyətlə qeyd etməmişdir. Başqa sözlə, bu dəlil deklarativ və formal xarakter daşıyır.

20. Digər tərəfdən iddiaçı kasasiya şikayətində yazır ki, «bu kollegiya işə qərəzli şəkildə baxmış və bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarı kobud şəkildə pozulmuşdur».

21. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin bu işə qərəzli şəkildə baxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir, yəni, iddiaçının bu dəlili də sırf deklarativ xarakter daşımaqdadır.

22. Həmçinin iddiaçı kasasiya şikayətində anlaşılmayan bir cümlə yazmışdır ki, «Məlumat üçün bildiririk ki, APM-nin (bu söz kasasiya şikayətində olduğu kimi verilmişdir) 47.2, 48.2 və 48.3-cü maddələrinin, eləcə də 154.1-ci maddələrinin tələblərinin pozulmasına görə cavabdeh, ümumiyyətlə, onun hüququ yox, prosessual vəzifələri olsa da, iddiasını məhkəməyə təqdim etməyib».

23. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə cavabdehin iddiaçıya qarşı iddiası olmamış, əksinə iddiaçının cavabdehə qarşı iddiası olmuş, buna görə də iddiaçının kasasiya şikayətindəki «iddiasını məhkəməyə təqdim etməyib» cümləsi anlaşılmazdır.

24. İddiaçı kasasiya şikayətində daha sonra yazır ki, «Bildiririk ki, cavabdehin iddiaçı iddiasına qarşı etirazını məhkəməyə təqdim etməyib».

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, işin İ cildinin 135–137-ci səhifələrində cavabdehin iddiaya qarşı yazılı etirazı mövcuddur və hətta 135-c i səhifənin üstündə iddiaçının həmin etirazın olması barədə imzası var və xx xxxx 2020-ci il tarixi qoyulmuşdur.

26. Beləliklə, iddiaçının bu dəlili də formal olmaqla əsassızdır.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 1942-ci ildə doğulmuşdur. İddiaçıya məxsus pensiya işində olan Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1997-ci ildə xidmətdən tərxis olunmuşdur, yaşa görə əmək pensiyası təyin edilmişdir, təqvimi xidmət illəri 27 il 3 ay 19 gün, güzəştli xidmət illəri 8 il 9 ay 5 gün, cəmi iş stajı və xidmət illəri 36 il 24 gündür.

28. Cavabdeh tərəfindən iddiaçıya göndərilən xx xxxxxxx 2019-cu il tarixli ********* *4 saylı məktubda iddiaçının pensiyanın yenidən hesablanması barədə tələbindən imtina edilmiş və təyin edilən pensiya məbləğinin qanunvericiliyə uyğun olaraq hesablandığı göstərilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illər inə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

31. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər i li (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla.

32. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nö mrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.

34. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məblə ği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır.

35. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məblə ği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

36. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 1997-ci ildə xidmətdən tərxis olunmuş və ona yaşa görə əmək pensiyası təyin edilmiş, sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyi 36 il 24 gün xidmət müddətinə görə 100 faiz miqdarında pensiya hesablanaraq ödənilir. « Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla 20 il hərbi xidmət üçün müvafiq təminatı xərcliyinin 55 faizi və 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə olunmaqla (16 x 2) təminat xərcliyinin artım hissə sinə tətbiq olunan cəmi faiz dərəcəsi 87 faiz təşkil edir.

37. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması, onun hərbi xidmət stajının və ya ilinin azaldılması, hərbi xidmət illərinə görə hesablanmış pensiya məbləğinin azaldılması halları mövcud deyildir. Təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi isə qeyd olunan qanunvericilik aktlarının tələblərinə uyğun müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya qarşı verd iyi etirazından göründüyü kimi, iddiaçının xx xxxx 2018-ci il tarixinədək olan pensiyanın (1423,15 manat) üzərinə əlavə olunmaqla 1638,48 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçıya ödənilir.

40. Başqa sözlə, iddiaçının pensiyasında azalma deyil, əksinə artırma var.

41. Bütün yuxarıda göstərilənlərə əsasən kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 21(103)-1422/2020 nömrəli qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar