Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-177/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə (üçüncü şəxslər X19, X12, X8 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın ləğvi və çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə (üçüncü şəxslər X19, X12, X8 iştirakı ilə) qarşı çı xarışın ləğvi və çıxarış verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1779/2021 nömrəli iş üzrə 24.09.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X19 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin “A” tikili sindən ibarət olan və 58 il yaşadığı 2 otaqlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilməsi üçün əsas olan Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi tərəfindən verilən 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi ləğv olunduğu üçün həmin məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən 10.01.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM N 013552 saylı qeydiyyat vəsiqəsinin 58 il yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilə dair hissədə ləğv olunması, qanuni əsaslarla 58 ildən çox qeydiyyatda olaraq yaşadığı və istifadə hüququna dair hüquqmüəyyənedici sənəd olan həmin mənzildə 58 il qeydiyyatda ol duğunu təsdiq edən qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair adına çıxarışın verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə etdiyi sənədlərdən də göründüyü kimi 1962-ci ilin yanvar ayından başlayaraq indiyə qədər 58 ildən çoxdur ki, qanuni əsaslarla qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin "A" tikilisində olan 2 otaqlı mənzilində yaşayır. 2012-ci ildə, yəni həmin mənzildə 40 il yaşadıqdan sonra ona məlum olmuşdur ki, 2001-ci ildə Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən 29 yanvar 2001-ci il tari xində xəbəri olmadan verilən məhkəmə qətnaməsi əsasında Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsindən sonra yaşadığı həmin Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 saylı ev "A", "B", "V" və "Q" tikililər adlanan mənzillərə bölünmüş və həmin mənzillər barəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə çıxarışlar verilmişdir. Bu iş barəsində 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi qərardad verərkən iş materiallarının işində 21 may 2013-cü il tarixində İdarə tərəfindən Seriya RX N 013552 saylı çıxarışı olmuşdur. Həmin çıxarışdan da göründüyü kimi, onun 58 ildən çox yaşadığı "A" tikilisində olan 2 otaq mənzil Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilmişdir. Yuxarıda göstərdiyi kimi, bu işlə maraqlananda öyrənmişdir ki, isitfadə h üququna malik olduğu mənzillə bağlı istifadə hüququnun yaranmasından 40 ilə yaxın vaxt keçdikdən sonra xəbəri olması 2001-ci ildə mənzilinə dair başqasının adına qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas da 2001-ci ilin yanvar ayında xəbəri olmadan qanunsuz olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən verilən məhkəmə qətnaməsi olmuşdur (halbuki aidiyyətlə əlaqədar olaraq bu işə Sabunçu rayon Məhkəməsində baxıla bilməzdi, çünki mübahisəli mənzil sahəsi və maraqlı şəxslər Yasamal rayonunun ərazisində olublar). Məhkəmə qətnaməsi ilə də real vəziyyət saxtalaşdırılaraq göstərilmişdir ki, guya həmin şəxs 40 ildir ki, həmin mənzildə, yəni onun həmin vaxta qədər 40 il yaşadığı mənzildə o yaşamışdır. Halbuki, işin faktiki halları ilə təsdiq olunur ki, həmin şəxs nəinki həmin mənzildə, he ç həmin həyətdə belə onun yaşadığı 58 il müddətində heç bir gün də yaşamamışdır. Sonra da həmin şəxs guya yaşadığı həmin mənzili oğluna bağışlamışdır. 6 ilə yaxın gedən məhkəmə proseslərində həmin şəxsin mövcudluğu sual altında qalsa da, guya həyat yoldaşı olan X14 adında olan bir şəxs Nəsimi rayon Məhkəməsində 7 il qabaq iddia qaldıraraq onu mənzildən çıxartmaq istəyirdi. Lakin məhkəmə onun iddiasını təmin etməyərək onun 58 il yaşadığı mənzilə istifadə hüququnu tanımışdır. Sonra da o, mənzilinin xəbəri olmadan qanunsuz olaraq özəlləşdirilməsi üçün əsas olan və 2001-ci ildə Sabunçu rayon Məhkəməsi tərəfindən verilən qətnaməni rəsmi qaydada tələb edərək, həmin qətnamədən maraqlı tərəf kimi apellyasiya şikayəti vermişdir. Uzun müddətli məhkəmə çəkişmələrindən sonra Bakı Apellyasiya Məhkəməsi 20 sentyabr 2017-ci il tarixində, 2(103)-9276/2017 saylı iş üzrə apellyasiya şikayətini qismən təmin edərək, həmin məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qərardad vermişdir. Qarşı tərəf də kassasiya şikayəti vermək hüququndan istifadə edərək Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyası 02 mart 2018-ci il tarixində verdiyi 2(102)-1298 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarını qüvvədə saxlamışdır. O, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası üçün, ilk dəfə həm Bakı Apellyasiya Məhkəməsinə, həm də idarəyə ərizə ilə müraciət etmişdir. İdarənin aidiyyətli vəzifəli şəxsləri tərəfindən qəbul olunmuşdur. Sənədlərə baxış zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən qərardadda işin nömrəsin in qeyd olunmasında texniki səbəblərdən yanlışlığa yol verilmişdir. Ona görə də yenidən Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. 30 iyul 2019-cu il tarixində həmin həmin yanlışlığın aradan götürülməsi barəsində qərardad vermişdir. Məhkəmə qərardadında yol verilən yanlışlığı aradan qaldıran zaman Bakı Apellyasiya Məhkəməsində ona tövsiyə olunmuşdur ki, məlum məhkəmə qərardadından sonra onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu A.Qurbanov küçəsindəki 49 nömrəli evin "A" tikilisi barəsində İdarə tərəfindən verilən Seriya RX N; ******* saylı çıxarışın Kərimov Kamil Sabir oğluna aid olan hissəsi qüvvədən düşmüşdür. Ona görə də həmin evin onun yaşadığı mənzilə aid olan hissəsinə adına çıxarışın verilməsinə dair aidiyyətli icra hakimiyyəti orqanlarına müraciət etsin. İmtina cavabı alandan sonra məhkəməyə müraciət edə bilər.
4. Birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)2223/2021 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara almışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8, 8.0.4, 10.2, 12.1, 15-ci maddələr inə istinad edərək hesab etmişdir ki, iddia qismən əsaslıdır.
6. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-2223/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-2223/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.09.2021-ci il tarixli, 2-1(103)-1779/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Xəyalə Cəmilova) qərarı ilə üçüncü şəxs və cavabdehin apellyasiya şikay ətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-2223/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2- 229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın İddiaçı aid olan hissədə ləğv olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Cavabdeh və üçüncü şəxs Kərimov Kamil Sabir oğlu həmin qərardan kassasiya şikayətləri verərək, apelyasiya instansiyası məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(103)-1779/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin X24, X25, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəyə ərizəçi Kərimov Sabir Mirzə oğlunun mülkiyyət hüququnun tanınması, ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri, A.D.Qurbanov küç əsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunaraq bununla bağlı 17.03.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülkün bölünərək “A” və “V” yaşayış tikililərinin Kərimov Sabir Mirzə oğluna, “B” və “Q ” yaşayış tikililərinin X2 verilməsi qət edilmişdir.
11. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2255/2001 saylı qətnaməsi icra olunaraq bununla bağlı 29.09.2001-ci il tarixdə da şınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 29.11.2001-ci il tarixdə, 14 saylı DNK-da bağlanmış bağışlama müqaviləsinə əsasən Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsini (“A ” və “V ” tikililəri) Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bununla bağlı 10.01.2002-ci il tarixdə müvafiq əmlaka dair Kərimov Kamil Sabir oğluna adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 15.02.2002-ci il tarixdə 12 saylı DNK-da bağlanmış alğı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “A ” tikilisindən 2 otağı X6 satmışdır. Bununla bağlı 27.03.2002-ci il tarixdə müvafiq əmlaka dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 29.05.2003-cü il tarixd ə, 12 saylı DNK-da bağlanmış alğı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “V ” tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X1. Bununla bağlı 10.07.2003cü il tarixdə müvafiq əmlaka dair X15 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 20.05.2014-cü il tarixdə, 14 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X21 mülkiyyətində olan müvafiq evin “V ” tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X13 satmışdır. Bununla bağlı 18.07.2014-cü il tarixdə müvafiq əmlaka dair X10 adına daşınmazəmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 saylı qərardadı ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun "daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması” barədə ərizəsi üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2229/2001 saylı qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(102)1299 saylı qərarı ilə Kərimov Kamil Sabir oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə müvafiq fərdi yaşayış evinə dair yuxarıda qeyd edilən dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara münasibət bildirilməmişdir. Bununla əlaqədar bildirir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məhkəmə aktı İdarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə, iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məlumat üçün bildirir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi üzərində hüququn növü istifadə, mülkiyyət növü - dövlət) hal-hazırda paylı mülkiyyətdə olmaqla “A ” t ikilisindən 2 otaq və “V ” tikilisindən 1 otaq y/s - 10,3 kv.m hissəsi Kərimov Kamil Sabir oğlunun, “A” tikilisindən 2 otaq X3, “V ” tikilisindən 2 otaq, y/s - 34,4 kv.m, k/s - 1,7 kv.m hissəsi X10, “Q ” tikilisindən 3 otaq y/s - 31,8 kv.m, k/s - 9,2 kv.m hissəsi X11, “Q ” tikilisindən 1 otaq (y/s 15,0 kv.m), k/s -10,5 kv.m hissəsi X7, “B” tikilisi isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və onların paylı mülkiyyətindədir.
12. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həm bu iddia ərizəsində, həm də əvvəllər müraciət etdiyi iddia ərizəsi üzrə keçirilmiş məhkəmə işlərində dəfələrlə bildirir ki, onun mülkiyyət hüququ pozulur və Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 49 A hissəsindəki olan 2 otağa dair 58 il qeydiyyatda olduğ una görə onun mülkiyyət hüququnun yarandığını iddia edir. Amma hamıya bəllidir ki, hər hansı bir ünvanda qeydiyyatda olmaqla, həmin daşınmaz əmlaka dair mülkiyyət hüququ yaranmır. Bu haqda kifayət qədər forlaşmış vahid məhkəmə təcrübəsi, həm Ali, həm də Konstitusiya Məhkəmələrinin Plenumlarının müvafiq Qərarları var. Həmçinin qeyd edir ki, iddiaçı məhz A.Qurbanov küçəsi, 49 “A ” hissəsində qeydiyyatda deyil, o ümumi ünvanda qeydiyyatdadır. Bu da onu bir daha göstərir ki, 1960-cı illərdə mərhum anası, bacı, qardaşı ilə birgə qeydiyyata alındıqları ünvan məhz A.Qurbanov (keçmiş Melniçni) 49-dur. 59 nömrəli MKİS-nin arayışlarına əsasən anası vəfat etdiyindən, digər bacı və qardaşı isə ümumiyyətlə başqa ünvanlara köçdüklərindən həmin qeydiyyatdan çıxarılmışdır. Əgər iddiaçının dediyi kimidirsə ki, guya 60 il bundan öncə anaları tərəfindən 3-cü şəxsin mərhum babası X17 ödədiyi 12.000 rubl pulun müqabilində “ A ” hissəsinin satın-alınmışdırsa, onda niyə onun bacı və qardaşı həmin ünvandan qeydiyyatdan çıxaraq başqa yerlərə getmişdirlər? Niyə onun kimi bu mülk iddiasına qoşulmurlar? Nəzərə almaq lazımdır ki, bu 58 il qeydiyyatda olmağının əsası məhz onun kirayəçi olmasıdır. Amma məhkəmə bu faktlara da lazımi qiymət verməmişdir. Halbuki, əvvəlki olan məhkəmə işlərində də kifayət qədər sənəd (sübut) var ki, məhz iddiaçı (eləcə də onun ailə üzvləri) kirayəçidir.
13. Bundan başqa işin sənədlərindən görünür ki, Kamil Kərimov mülkiyyətində olan “A ” hissəsini 2 otağı 16.02.2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X6 satmışdır. Digər 2 otaq isə özünün mülkiyyətində saxlanılmışdı r. Əgər həqiqətən də, ididaçının dediyi kimidirsə, onda o zaman niyə alğı-satqı müqaviləsi bağlanılan zaman ondan (eləcə də onun ailə üzvlərindən) razılıq alınmamışdır? Ümumiyyətlə o sübut edə bilməmişdir ki, o ərəfədə qeydiyyatda olduğu zaman həmin ünvanda yaşayıbmı? Və əgər yaşayıbsa, o zaman məhz hansı “ A ” hissəsində yaşadığını sübut edə bilməyib. İşin hallarına görə isə, X28 Rüstəmova ilə arasında alğı-satqı müqaviləsi bağlanılan zaman, nə də ki sonrakı dövrlərdə aralarında payların naturada bölgüsü aparılmamışdı və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, məhz hazırda Kamil Kərimovun mülkiyyətində qalan “A ” hissəsinin 2 otağı məhz iddiaçıya aid olan “A ” hissəsi ilə eynidir. Bundan başqa, iddiaçının irəli sürülmüş iddia tələbi üzrə icraata xitam verilməsi əsasları da mövcuddur. Lakin birinci instansiya məhkəməsi buna diqqət yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsində 3-cü şəxsin hüquqi varisi Aybəniz Kərimova bu haqda dəlil gətirərək “icraata xitam verilməsi haqqında” ərizə ilə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının vaxtilə eyni məzmunlu iddia tələbi və eyni cavabdehə qarşı Nəsimi rayon Məhkəməsində iddia tələbi irəli sürmüş və iş üzrə 19.06.2015-ci il tarixli, 2(006)-2606/2015 nömrəli qətnamə də çıxarılmışdır. Beləliklə, belə qənaətə gəlmək olar ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Sabunçu Rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv olunduğundan, mərhum Sabir Kərimova qətnamə ilə mülkiyyətinə verilmiş evin digər hissələrə dair mülkiyyət hüququnu yalnız 3-cü şəxsə aid olan “A ” hissəsinə qeydiyyat vəsiqəsini ləğv etmişdir. Halbuki, Kamil Kərimovun adına qalan hissələrindən daha öncə 1960-cı ilə qədər də onun babasına X17 məxsus idi. Amma buna baxmayaraq həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi absurd iddianı qismən də olsa təmin etmişdir.
14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin "A" tikilisindən ibarət olan və 58 il yaşadığı 2 otaqlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilməsi üçün əsas olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən verilən 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsin ləğv olunduğu üçün, həmin məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri İcra H akimiyyəti "Texniki İnventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi" tərəfindən 10.01.2002-ci il tarixində Kərimov Kamil Sabir oğlunun adına verilən "seriya İ M N; 013552 saylı Qeydiyyat Vəsiqəsinin 58 il yaşadığı Bakı şəhəri. Nəsimi rayonu, A. İ). Qurbanov küçəsi 49 saylı evin "A" tiklisində olan 2 otaqlı mənzilinə dair hissəsi ləğv olunsun; 2) Qanuni əsaslarla 58 ildən çox qeydiyyatda olaraq yaşadığı və istifadə hüququna dair hüquqmüəyyənedici sənəd olan həmin mənzildə 58 il qeydiyyatda olduğunu təsdiq edən qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A. D. Qurbanov küçəsi, 49 saylı evin "A" tiklisində olan 2 otaqlı mənzilinə dair adına çıxarışın verilməsi barədə qərar verəsiniz. İddia tələblərindən də göründüyü kimi, iddia tələbləri maraqlı şəxsin ərizədə göstərdiy i kimi nə eyni tələblərlədir, nə də eyni əsaslarladır. İddia tələbinin əsası isə ailə üzvlərində birlikdə qeydiyyatda olaraq yaşadığı mənzil barəsində razılığı və xəbəri olmadan verilən Çıxarış olmuşdur.
15. İkinci, yəni indiki iddia tələbi ilə bağlı mübahisə predmeti isə qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlıdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən verilən 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti "Texniki İnventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi" tərəfindən 10.01,2002-ci il tarixində Kərimov Kamil Sabir oğlunun adına verilən "seriya FM N; 013552 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsi də Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən verilən 29 yanvar 2001ci il tarixli, 2-229/2001 saylı qətnaməsini ləğv etmişdir. Ləğv olunan məhkəmə qətnaməsinin yaratdığı hüquqi nəticələr də qanunla ləğv olunmalıdır. Məlumat üçün onu da bildirir ki, əvvəllər məhkəmələr belə qətnamələr verəndə, eyni zamanda məhkəmə qətnaməsində mübahisə predmeti olan əmlakla bağlı geriyə dönüş edilməsini (əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı) də göstərirdilər. Ona görə də o, əvvəl bu barədə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Lakin 2000-ci illərin axırlarında həmin maddə AR MPM-dən çıxarıldığı üçün, Sabunçu rayon Məhkəməsindən ona Bakı İnzibati Məhkəməyə müraciət etməyi bildirdilər. Bütün bunlardan belə bir nəticə çıxır ki, cavabdeh və maraqlı şəxsin nümayəndəsi A.Kərimova və vəkili tərəfindən verilən kassasiya şikayəti qanunsuzdur. Çünki Bakı Apellyasiya Məhkəməsi qərar verərkən heç bir maddi və prosessual hüquq normalarını pozmamışdır. İşin faktiki halları ilə də təsdiq olunur ki, belə mübahisələrə baxan zaman, məhkəmələr tərəfindən maddi və prosessual hüquqların pozulması heç mümkün də deyildir. Dövlət adından verilən və qanuni qüvvədə olan məhkəmə qərarı varsa, təbii ki, həmin qərar icra olunmalıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 1-ci instansiya məhkəməsi tərəfindən iddianın onun yaşadığı mənzilə aid olan hissəsi barəsində təmin olunan hissəsinin qüvvədə saxlanılması barəsində qərar vermişdir. Dövlət adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə verilən iddia barəsində başqa formada, yəni iddianın rədd edilməsi barəsində qərar vermək olarmı? 16. "Etiraza əlavə etdiyi 2-ci kassasiya şikay ətindən göründüyü kimi, qanuni qüvvədə olan-məhkəmə aktını icra etmədiyi üçün işdə cavabdeh kimi qoyduğum inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidovdan və onun vəkili Aidə Məmmədlinin adından da Ali Məhkəməyə kassasiya şikayəti daxil olmuşdur. Dəhşətlisi odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi qanuni qüvvədə olan məhkəmə aktının icra olunmasını təmin etmək əvəzinə, nümayişkaranə şəkildə onu icra olunmaması üçün canfəşanlıq edir. Maraqlı şəxsi başa düşmək olar, nəyin bahasına olursa-olsun əlavə pul əldə eləmək istəyir, çünki onun evi ona yaşamaq üçün lazım deyildir, satıb pul əldə etmək istəyir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi, həmin həyətdə 2002-ci ildən bu yana 2-3 səhifəlik əmlak satılmışdır. Həmin əmlakların hamısı cavabdeh tərəfindən yol verilən qanunsuz hərəkətlər nəticəsində maraqlı şəxs tərəfindən əldə olunaraq satılmışdır. Bu da onu göstərir ki. cavabdehin iştirakı ilə bu iş barəsində böyük korrupsiya hallarına yol verilmişdir. Ən dəhşətlisi də odur ki, məhz həmin korrupsiya hallarının açılmasının qarşısını almaq üçün cavabdeh qanuni qüvvədə olan məhkəmə aktının icrasına maneələr yaradır. Halbuki, qanunla vəzifəli şəxslər tərəfindən qanuni qüvvədə olan məhkəmə aktının icrasına maneələrin yaradılması cinayətdir və həmin cinayəti törədən vəzifəli şəxslərə 3 i lə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə proseslərində maraqlı şəxsə qoşulub vəzifə cinayətlərini törətməkdən belə çəkinmir. Ona görə də məcbur olub ərizənin nüsxələrindən Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə və Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərir ki, bu barədə araşdırma aparsınlar və inzibati orqan olan cavabdehin qanuni qüvvədə olan məhkəmə aktının icra olunmasına edilən maneələrə aydınlıq gətirsinlər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (b undan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3.Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4 Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
18. Mülki Prosessual Məcəllə: Maddə 2
61. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə t ərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.
19. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdır mağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələ rində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxı lır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kas sasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı ilə üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X20 Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi İdarə tərəfindən icra olunaraq Kərimov Sabir Mirzə oğluna 17.03.2001-ci il tarixli, r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülkün bölünərək “A” və “V” yaşayış tikililərinin X18, “B” və “Q” yaşayış tikililərinin X2 verilməsi qət edilmişdir. Bakı şəhəri N əsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi icra olunaraq bununla bağlı 29.09.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Daha sonra Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan daşınmaz əmlakı oğlu Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadına əsasən Kərimov Sabir Mirzə oğluna 17.03.2001-ci il tarixli, r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsi ləğv edilmişdir. İddiaçı və Kərimov Sabir Mirzə oğlunun A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əs as olmuş məhkəmə qətnaməsinin ləğv edilməsini əsas göstərərək həmin qeydiyyatın ləğv edilməsi üçün Sabunçu rayon məhkəməsinə, həmçinin cavabdeh inzibati orqana müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi icraya dönüşün qanunvericilikdə nəzərdə tutulmamasını, cavabdeh inzibati orqan isə dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara məhkəmə qərarlarında münasibət bildirilməməsini əsas gətirərək iddiaçının müraciətlərini təmin etməmişlər. Bundan sonra iddiaçı cavabdeh orqanın imtinası əsasında müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia tələbinin qismən təmin etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə etmişdir.
24. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırda Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisindən digər iki otaq, “V” tikilisində 1 otaq Kərimov Kamil Sabir oğlunun adına dövlət reyestrində qeydiyyatdadır. İddiaçı isə istifadəsində olan həmin “A” tikilisindən 2 otağlı mənzilə dair Kərimov Kamil Sabir oğlunun adına aparılmış qeydiyyatın ləğvini tələb edir.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia etdiyi Bakı şəhər i, A.Qurbanov küçəsindəki 49 saylı evin “A” tikilisindəki 2 otağlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına dövlət reyestrində qeydiyyata alınmasına Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrasının nəticəsində Kərimov Sabir Mirzə oğlunun adına aparılmış qeydiyyat əsas olmuşdur. Sözügedən qətnamə isə Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadına əsasən ləğv edildiyindən onun hüquqi nəticəsi kimi aparılmış qeydiyyat da iddiaçıya aid hissədə ləğv edilməlidir.
26. Belə ki, mübahisəsiz məsələdir ki, sözügedən daşınmaz əmlakın S.M.Kərimovun adına dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmişsə, o zaman həmin məhkəmə qətnaməsi əsasında aparılmış qeyd iyyat və nəticə etibarı ilə verilmiş qeydiyyat vəsiqəsi (çıxarış) də ləğv edilməlidir.
27. Bu səbəbdən cavabdehin iddiaçının bu barədə müraciətinə imtina cavabı verməsi əsassız olmaqla, qanuna uyğun deyil və həmin xüsusta apellyasiya məhkəməsi düzgün olaraq maddi hüquqi normaları tətbiq etmişdir.
28. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; A zərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (2.2); daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3); hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4)
29. Həmin Qanunun 8.0.4-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Bununla yanaşı apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarının təsviri hissəsində həm iddia tələbinin mahi yyətini qeyd edərkən, həm də məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmiş halları sadalayarkən İddiaçı cavabdeh tərəfindən 10.01.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM N 013552 saylı qeydiyyat vəsiqəsinin Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin onun istifadəsində olan “A” tikilisindən 2 otaqlı mənzilə dair hissədə ləğv olunmasını, onun həmin mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsini tələb etdiyini göstərmişdir. Lakin qərarın nəticə hissəsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağ lı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ümumilikdə ləğv olunması öhdəliyini həvalə etmişdir, bununla da birinci instansiya məhkəməsi dövlət reyestrində üçüncü şəxs Kərimov Kamilin adına aparılmış müvafiq qeydiyyatın tamamilə ləğv edilməsi nəticəsinə gəlməklə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur.
31. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, “üçüncü şəxs Kərimov Kamil Sabir oğlunun prosessual hüquq varisi X5 vəkili məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş q ətnaməsi mövcuddur. AR MM-nin 261-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ərizəyə əlavə edilmiş qətnamə surətindən görünür ki, hazırki iş üzrə iddiaçı AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı eyni predmet (çıxarışın ləğvi) barəsində, lakin fərqli əsasla iddia qaldırmışdır. Belə ki, İddiaçı Nəsimi rayon Məhkəməsində iddia qaldırarkən, Kərimov Sabir Mirzə oğlunun Kərimov Kamil Sabir oğluna öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” və “ V” tikililərini bağışladığı bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyət hüquqlarının yaranması faktını mübahisələndirmiş, məhkəmə isə bu halın sübut olunmadığı nəticəsinə gəlmiş, iddianı əsassız hesab edərək rədd etmişdir. Hazırkı iş üzrə isə iddiaçı eyni tərəfə qarşı, eyni predmet barəsində iddia qaldırmış olsa da, tələbini eyni əsasla deyil, sözügedən bağışlama müqaviləsinin bağlanmasına əsas olmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadının ləğv edilməsi faktı ilə əsaslandırmışdır.”
32. Sadalanan halları nəzərə alan apellyasiya məhkəməsi haqlı olaraq şikayətçinin bu dəlili ilə razılaşmamışdır.
33. Bütün yuxarıda göstərilənlərə gör ə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 24.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.09.2021-ci il tarixli, 21(103)-1779/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.