Məhkəmə qərarları › İş №2-1(102)-1770/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1770/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1770/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: “Şəhid” statusu verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X8, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-1290/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının mərhum əri X7 1994-cü ildən hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin tərkibində torpaqların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 09.05.1996-cı il tarixində Tərtər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində vəfat etmişdir.

2. İddiaçı mərhum ərinə şəhid statusu verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 11.08.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırılmışdır ki, iddiaçının mərhum əri baş leytenant X3 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşır ıqların bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X5 şəhid adının verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum əri 16.09.1962-ci il təvəllüdlü X7 Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1994-cü ildən N saylı hərbi hissənin tərkibində baş leytenant kimi Tərtər rayonunda hərbi xidmətə başlamış, 09.05.1996-cı il tarixdə xidməti vəzifəsi ni yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mirzəbəyli kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamədə də ölümün səbəbi hərbi xidmət dövründə baş beynin əzilib dağılması kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 13.11.1996-cı il tarixdə verilmiş arayışda onun ərazi bötövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması, həmçinin N saylı hərbi hissə komandirinin verdiyi 22.05.1996-cı il tarixli bildirişində də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olması qeyd edilmişdir. X1 bilavasitə hərbi tapşırığı və xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur və ona şəhid adının verilməsi üçün bütü n əsaslar mövcuddur. Onun bu şəraitdə həlak olması Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etməkdir, həmçinin xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdən biri olmuşdur. Hərbi Komissarlıq tərəfindən verilmiş arayışda da onun ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması qeyd edilmişdir. O, X1na şəhid adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir və 11.08.2020-ci il tarixdə cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Resp ublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir

6. Bakı İnzibati Məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(112)-1673/2021 nömrəli qərarı ilə (hakim Fərid Mədətli) iddianın rədd edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, X4 əvvəllər Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatlarında iştirak etdiyi, lakin həmin vaxt deyil, daha sonra hərbi xidmətdə olan zamanı yol-nəqliyyat h adisəsi nəticəsində həlak olduğu müəyyən edilmişdir. Hərbi xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Ölümün səbəbi isə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı olmamışdır.

8. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1290/2021 saylı, 23.06.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Afaq Nuriyeva, hakimlər – Zəki Babayev və Aida Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(112)-1673/2021 nömrəli qərarı dəyişdirilmə dən qüvvədə saxlanılmışdır.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarı iddiaçıya 07.07.2021-ci il tarixində təqdim olunmuşdur.

12. İddiaçı həmin qərardan 03.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1290/2021 saylı, 23.06.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəş tlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər”. Göründüyü kimi, məhkəmə işin hallarına maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında birbaşa qeyd edilir ki, “...o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrind ə, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar”. İddiaçının mərhum əri də xidmətdə olduğu zaman avtomobil qəzası nəticəsində həlak olmuşdur. Bu fakt cavabdeh tərəfindən də verilən arayışda və məhkəmənin sorğusuna cavabda qeyd edilmişdir. Məhkəmə isə göstərilənləri nəzərə almamış, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci və 2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci, 4.1-ci maddələrinin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikay ətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 və cavabdehin vəkili X6 izahat verərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin d üşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 18. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesa b edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. 19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığın ın, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

21. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

22. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.

23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlillərində iddiaçı qeyd edir ki, mərhum ərinin hərbi xidmətdə olduğu zaman avtomobil qəzası nəticəsində həlak olması ona şəhid statusu verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası isə iddiaçının bu dəlilini əsassız hesab edir.

29. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum əri, N nömrəli hərbi hissədə xidmət keçmiş baş leyt enant X7 09.05.1996-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olmuşdur.

30. Məhkəmə tərəfindən iddiaçının mərhum ərinin hansı şəraitdə, hansı tapşırıqların (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların) icrası ilə bağlı həlak olması barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 07.12.2020-ci il tarixli, 11/5989 saylı məktubunda qeyd edilmişdir ki, X7 həlak olan zaman hərbi xidməti vəzifəsinin icrasında sayılsa da, onun atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin i crası zamanı həlak olması aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır.

31. Bundan başqa, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, motoatıcı briqadanın (N saylı hərbi hissə) motoatıcı taborunun minaatan batareyasının tağım komandiri baş leytenant X7 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə Azərbaycan Respublikası Müdafiə nazirinin 20.06.1996-cı il tarixli, 0650 saylı əmri ilə “Hərbi xidmət haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin sıyahısından, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 132 saylı əmrinə əsasən isə siyahılardan və bütün növ təminatlardan çıxarılmışdır.

32. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində X4 hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğu müəyyən edilsə də, xidmə ti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır

33. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən isə görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

34. Sözügedən səbəbli əlaqə hazırkı iş üzrə iddiaçıya münasibətdə müəyyən edilmədiyində görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının mərhum ərinin “şəhid” hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

36. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1290/2021 saylı, 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1290/2021 saylı, 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar