Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1770/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdehnə (3-cü şəxs "xxxx" MMC) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1695/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 1994-cü il tarixli 892 №li “torpaq sahəsinin ayrılması haqqında” sərəncamına əsasən, Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 №li məktubunu nəzərə alaraq, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ilə S.Zeynalov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 16 oktyabr 1995-ci il tarixli 1358 №li “sərəncamda ünvanın dəyişməsi haqqında” sərəncamında qeyd olunmuşdur ki, Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 №li məktubunu nəzərə alaraq, Nəsimi rayonu. S.Rüstəmov küçəsi ilə Mir Qasımov küçəsinin kəsişdiy i ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilən 09 mart 2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsünə” dair sənəddən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,013 hektardır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ********** qeydiyyat nömrəli, 11 mart 2006-cı il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,013 hektar sahədən ibarət torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı firmasına məxsusdur.
5. Bakı şəhəri Cavabdeh başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncama əsasən Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 02 iyun 2016-cı il tarixli 02/05-806 №li Şəhərsalma Əsaslandırılması barədə məktuba əsaslanaraq, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsin də mövcud yaşayış və qeyri- yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "xxxx" MMC-nə həvalə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icra at
6. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs "xxxx" MMC-nə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı firmasının xüsusi mülkiyyətində 130 kv.m (0,013 ha) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 mart 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 613 nömrəli reyestr kitabının 52031 vərəqində qeydiyyata alınmaqla iddiaçıya ******* nömrəli çıxarış və 051988 saylı torpaq sah əsinin plan və ölçüsü verilmişdir. İddiaçı həmin torpaq sahəsində təyinatı üzrə fəaliyyət göstərməsi ilə əlaqədar inzibati bina inşa etmək niyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə 051988 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən torpaq sahəsinin kadastr göstəriciləri, yəni torpaq sahəsinin əsas döngə nöqtəsinin koordinatları və qonşu sərhədləri müəyyən edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı şəhəri Cavabdeh başçısı 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı ilə qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Cavabdehin həmin qanunsuz sərəncamı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya olan məxsus torpaq sa həsinin bir hissəsi qanunsuz zəbt edilərək orada tikinti işlərinin aparılması başlanılmışdır. Həmin Cəmiyyət tərəfindən iddiaçının torpaq sahəsindəki 3 çoxillik ağac da kəsilərək iddiaçının mülkiyyətindəki torpaq sahəsinə daxil olması və orada inşaat işlərinə başlanması qəsdən məhdudlaşdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Bakı Şəhəri Cavabdeh tərəfindən ona verilmişdir. Cavabdeh qanunsuz olaraq 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı verməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.
8. Üçüncü şəxs "xxxx" MMC tərəfindən iddiaya dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün tələb edilən müd dət şərtlərinə əməl olunmamışdır. Buna görə də iddia mümkünsüz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Bakı şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamı ilə Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçü n torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir və Cəmiyyət bu sərəncamla ona verilmiş 0,65 ha torpaq sahəsində yaşayan sakinlərlə razılıq əldə edərək ərazidə tikinti işlərinə başlamış, artıq yeni binanın tikintisini başa çatdırmışdır. İddiaçı tərəfindən həmin sərəncamın ləğv olunması ilə bağlı inzibati orqana hər hansı müraciət olmamışdır. İddiaçının 4 ilə yaxın vaxt keçdikdən sonra 30 sentyabr 2016-cı il tarixli sərəncamın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi isə qanunun tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçı ona məxsus torpaq sahəsinin Cəmiyyət tərəfindən qanunsuz olaraq zəbt edilib orada tikinti işləri aparıldığını göstərmişdir. Halbuki onun torpaq sahəsinə müdaxilə edilməsi uydurmadır, iddiaçı tərəfindən həmin hallara dair hər hansı sübut göstərilməmişdir. Cəmiyyət Cavabdeh tərəfindən ona müvafiq sərəncam əsasında ayrılmış torpaq sahəsində lazımi qaydada icazələr almaqla tikinti aparır, iddiaçıya məxsus torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır və aparmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas ı Mərkəzinin 20 iyul 2018-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi yüksək mərtəbəli bina ilə İddiaçı Firmasının xüsusi mülkiyyətində olan 0,013 ha torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, inşa edilən yüksək mərtəbəli binanın koordinatları ilə iddiaçının xüsusi mülkiyyətində olan 0,013 ha sahənin koordinatları üstüstə düşmür. İddiaçı xüsusi mülkiyyətində olan 0,013 ha torpaq sahəsində inzibati bina inşa etmək istəyini bildirmişdir, lakin buna dair hər hansı əsas göstərməmiş və iddia ərizəsinə də əlavə etməmişdir. Tikinti qaydalarına əsasən belə istəyin həyata keçirilməsi üçün müvafiq razılaşdırma və sənədləşmə tələb olunur ki, iddiaçının əlində hər hansı sənəd, plan, cizgi yoxdur. İddiaçı tələ blərinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müxtəlif maddələrinə istinad etsə də, hansı əsas və məntiqlə bu müddəaların göstərilməsi onlara məlum deyildir və iddiaçı da bu istinadının izahını verməmişdir.
9. Cavabdeh iddia dair etiraz ərizəsində qeyd etmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır, belə ki, iddiaçı Bakı şəhəri Cavabdeh 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamını mübahisələndirir, lakin mübahisələndirmə üçün iddianın verilmə müddətinə əməl olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasının cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətindəki 130 kv.metr torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, hə min hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması, cavabdehdən kəsilmiş 3 ağaca görə 45000 manat alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. İş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi tərəfindən 12 oktyabr 2018-ci il tarixdə məlumatı olmuşdur. Qeyd edilənlərə əsasən hesab olunur ki, iddia mümkün sayılmamalıdır.
10. Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2-1(112)-879/2020 nömrəli qərardadı ilə (hakim: F.Mədətli) iddiaçının cavabdehə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir k i, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, iddiaçının pozulması müəyyən dərəcədə ehtimal olunan subyektiv hüququnun mövcudluğu və bu hal üzrə müəyyən edilmiş müddət ərzində inzibati aktdan və ya onun qəbulundan imtinadan şikayət edilməsi iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdir.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 nömrəli iş üz rə 9 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər: M.Tağızadə sədrlik edən və məruzəçi, Ü.Mayılov və X.Cəmilova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 nömrəli iş üzrə qəbul etdiyi 19 mart 2020-ci il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi marağı tanınma haqqında iddia növünə aid olduğu halda, məhkəmə iddia tələbini mübahisələndirmə haqqında iddia növü kimi qiymətləndirərək iddia müddətinin ötürülməsini rəhbər tutulmuş və iddianı mümkünsüz saymışdır. Halbuki, tanınma haqqında iddia növünə münasibətdə iddia müddətinin ötürülməsi mümkünlük şərti hesab olunmur.
15. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1725/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ilə kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı 9 iyun 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın növü mübahisələndirmə barədə iddia olmaqla, 30 sentyabr 2016-cı il tarixli sərəncamının iddiaçıya təqdim edilməsi barədə işdə hər hansı sübut olmaması əsası ilə iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti buraxılmamışdır. ç) birinci instansiya məhkəməsindəki ikinci icraat
18. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarı (hakim: F.Mədətli) ilə iddia təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ləğv olunması tələb olunan Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının iddiaçının maraqlarına toxunduğu qeyd olunsa da, lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sözügedən inzibati aktın ləğv edilməsi üçün sübutlar təqdim edilməmiş, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi müəyyən edilməmişdir.
20. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1695/2022 nömrəli iş üzrə 10 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: S.Bəktaşi, hakimlər: A.Hüseynov və A.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində göstərilir ki, məhkəmə nəzərə almayıb ki, cavabdeh üçüncü şəxs Rifah Plaza" MTK-ya bina tikintisi üçün torpaq sahəsi ayırarkən torpağın koordinatlarını dəqiqləşdirməyib, ayrıc aktı tərtib etməyib, qonşu torpaq sahələri ilə ara məsafəsinin saxlanmasını təmin etməyib, həmin torpaq sahəsinin koordinatları bərədə ayrıc aktı yalnız 16 Avqust 2021-ci il tarixdə, yəni tikinti işləri başa çatdırıldıqdan sonra tərtib olunub. 16 Avqust 2021-ci il tarixli ayrıc aktı da artıq başa çatmış tikintinin layihələndirilməsi üçün torpaq sahəsinin koordinatlarını müəyyən edə bilməz Nəticədə iddiaçının torpaq sahəsinin bır hissəsi zəbt olunub. Cavabdeh 182 saylı 30 sentyabr 2016- cı il tarixli qanunsuz sərəncamı ilə tikintinin baş plan (torpaq sahəsinin ayrıc aktı) olmadan layihələndirilməsinə qərar verib. Məhkəmə iş üzrə halların obyektiv, tam və hərtərəfli araşdırılmasından boyun qaçıraraq iş üzrə ekspertiza keçirməyib. İddiaçının torpaq sahəsi 11 mart 2016-cı ildə verilmiş, 613 saylı daşınmaz əmlakın dövlət reyestri kitabının 52031-ci vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışla və 051988 saylı plan və ölçü ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinin MXMT(112)-89/2021 saylı 24 iyun 2021-ci il tarixli qəra rdadı ilə üçüncü şəxs "xxxx" MMC və digər şəxslərə iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 130 kv.m. istifadə etməsinə maneçilik törətmələrini və iddiaçının razılığı olmadan “Rifah Plaza" MMC-nin və digər şəxslərin həmin torpaq sahəsindən istifadə etmələrini qadağan edilib. Həmin qərardadının icrası ilə bağlı 10 yanvar 2022-ci ildə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən iddiaçının torpaq sahəsinin konturlarını müəyyən edərkən aşkar olunub ki, “Rifah Plaza" MMC-nin inşa etdiyi binanın bir hissəsi 50 sm enində iddiaçının torpaq sahəsində yerləşir.
25. Apellyasiya instansiyası məhkəməsi də nəzərə almayıb ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ 11 mart 2016-cı ildə verilmiş, 613 saylı daşınm az əmlakın dövlət reyestri kitabının 52031-ci vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışla və 051988 saylı plan və ölçü ilə təsdiq olunur. Cavabdehin 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı ilə iddiaçının torpaq üzərində mülkiyyət hüququ pozularaq ayrıc aktı tərtib edilmədən, koordinatlar və plan dəqiqləşdirilmədən iddiaçının həmin torpaq sahəsinin bir hissəsi kommersiya məqsədləri üçün üçüncü şəxs "xxxx" MMC-yə ayrılıb. "xxxx" MMC-nin tikdiyi çoxmənzilli binanın bir hissəsi iddiaçının mülkiyyətindəki torpaq sahəsində yerləşir. Cavabdehin qanunsuz sərəncamı əsasında iddiaçı 6 ildir öz torpaq sahəsindən istifadə hüququndan məhrum edilib. Məhkəmənin tələb edib iş materiallarına əlavə etdiyi 8869 saylı 20 iyul 2018-ci il tarixli ekspert rəyində isə nə cavabdehin məhkəməyə t əqdim etdiyi ayrıc aktındakı koordinatlardan, nə də daşınmaz əmlakın dövlət reyestri xidmətinin təqdim etdiyi plan və ölçüdəki koordinatlardan müqayisəli şəkildə istifədə edilməyib. Həmin ekspert rəyi işin düzgün həlli üçün sübut kimi istifadə oluna bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli 2-1(103)-1695/2022 nömrəli qərarının tam ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Torpaq Məcəlləsi: Maddə 4.1 Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sə rhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 48.4 Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Maddə 50.6 Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Maddə 65 Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. T orpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 1994-cü il tarixli 892 №li “torpaq sahəsinin ayrılması haqqında” sərəncamına əsasən Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 nömrəli məktubu nəzərə alınaraq, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ilə S.Zeynalov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 16 oktyabr 1995-ci il tarixli 1358 №li “sərəncamda ünvanın dəyişməsi haqqında” sərəncamına əsasən Cavabdeh 03 may 1994cü il tarixli 0110/708 №li məktubu nəzərə alınaraq, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ilə Mir Qasımov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır.
34. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilən 09 mart 2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsünə” dair sənədə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,013 hektardır.
35. Bunun la yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ********** qeydiyyat nömrəli, 11 mart 2006-cı il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,013 hektar sahədən ibarət torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı firmasına məxsusdur.
36. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamına əsasən Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsim i rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 02 iyun 2016-cı il tarixli 02/05-806 №li Şəhərsalma Əsaslandırılması barədə məktuba əsaslanaraq, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililər inin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "xxxx" MMC-nə həvalə edilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda göstərilmiş hallarına və iddiaçının iddia tələbinin əsasları ilə bağlı yazdıqlarını nəzərə alan apellyasiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, mübahisələndirilən sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrə li Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarının 1.1-ci bəndinin tələbinə əsasən-mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, N ərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvə l) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi rəhbər tutularaq verilmişdir.
38. Beləliklə, mübahisə predmeti olan sərəncam, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli sərəncamının icra edilməsi məqsədi ilə qəbul edilmişdir.
39. Mübahisələndirilən sərəncamın 4-cü bəndində də yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi məqsədilə torpaq sahəsinin hüquqi şəxsin icarəsinə verilməsi nəzərdə tutulmuşdur.
40. Belə olan halda mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, müvafiq torpaq sahəsinin ayrılması proseduru Torpaq Məcəlləsinin 4.1., 48.4., 50.6, 65-ci maddələrinin istinad olunan normalarının tələblərinə uyğun aparılmışdır ki, bu da məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun qəbul olunduğu kimi qiymətləndirilidir.
41. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı firmasının cavabdeh "xxxx" MMC-nə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətindəki 130 kv.m (0,013 ha) torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması, cavabdehdən kəsilmiş 3 ağaca görə 45000 manat alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən qeyd olunan mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2- 2(103)813/2019 saylı qərardadı ilə dayandırılmışdır və hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
42. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 i yul 2018-ci il tarixli 8869 saylı ekspert rəyinə görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə qəbul edilmiş ekspert rəyinin nəticə hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 17 iyul 2018-cı ıl tarixli **********79 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlara əsasən reyestr nömrəsi **********20) "Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0.013 hekta r torpaq sahəsinin sərhədləri və "Rifah Plaza’’ MMC tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinatları naturada (yüksək mərtəbəli binanın sütunundan) müəyyən edilmiş və "xxxx" MMC tərəfindən inşa edilən yüksək mərtəbəli bina ilə Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, "Rifah Plaza” MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın koordinatlarının Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, "xxxx" MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın koordinatlarının İddiaçı Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunm uşdur
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qəbul olunmuş sərəncam iddiaçının hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab olunmur.
44. Bütün yuxarıda göstərilənləri əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-1695/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.