Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1771/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “texniki şərtin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazı lı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Samir Əliyev mərkəzi küçə, 9 ünvanında yerləşən qeyri-yaşayış obyektinə qazın çəkilməsi üçün texniki şərtin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.T.Hacıbəyova) iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsini xahi ş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1600/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadı ilə dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi rədd edilmişdir.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, 14 iyun 2022-ci il tarixli qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə
23. Hüquqi müdafiə vasit ələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalx dığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-)
8. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-)
9. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qər ardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi günd ən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçının ailə üzvünə 25 iyun 2022-ci il tarixdə, iddiaçının özünə isə 8 iyul 2022-ci il tarixdə şəxsən təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 20 iyul 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt xidmətinə təqdim olunmuşdur. Beləliklə, iddiaçı tərəf hazırkı qərarın “8-ci” bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərini pozaraq prosessual müddət ötürülmüşdür.
13. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 10 oktyabr 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur.
14. Lakin iddiaçı göstərilən vaxtadək müddətin onun tərəfindən üzürlü səbəbdən ötürülməsi ilə bağlı təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, id diaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.