Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1771/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1771/23) (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; operativ vergi nəzarəti; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-246/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2021-ci il tarixli **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxası, obyektin adı: Dülgər sexi (**********-10001)) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 7 sentyabr 2021-cu il tarixli, KY211623757 nömrəli çıxarışa əsasən, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəy ə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. 3. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004054 nömrəli akta əsasən, Bakı ş əhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən dülgər sexində iddiaçının iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişlərə və digər sənədlərə əsasən müxtəlif təyinatlı mebellərin istehsalına cəlb olunmuş 11 (on bir) fiziki şəxsdən 10 (on) nəfəri (X14, X5, X15, X23, X11, X12, X6, X8, X16, X20) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə, iddiaçıya Azərbaycan Respu blikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
5. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin ********* nömrəli cinayət işi üzrə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 25 fevral 2022ci il tarixli qərarın 2-ci bəndinə əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iddiaçıya məxsus olan sexdə 8 sentyabr 2021-ci il tarixdə aparılmış vergi yoxlaması zamanı aşkar olunanlarla bağlı Azərbaycan Respublikası CM-in 162-1-ci və 213-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusatlarla bağlı Azərbaycan Respublikası CM-in 39.1.2-ci maddəsinə əsasən, iddiaçının barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilir: - Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş aktda həmin sexdə 10 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunsa da, həmin xüsusatla bağlı faktiki olaraq Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 9 nəfərin izahatı alınmış və izahatı alınmış şəxslərdən biri (Məzahir Əliyev) verdiyi izahatında İddiaçı sexində işləmədiyini, özünün fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Qeyd olunan xüsusat istintaq zamanı yoxlanılarkən alınmış şahid ifadələri Dövlət Verg i Xidməti əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli aktda qeyd olunmuş 10 nəfər şəxsdən 4-nün (Qasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədov) İddiaçı sexində işləmədikləri tam şəkildə təsdiqini tapmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********9311 nömrəli, xx.xx.2021-ci il tarixli, **********9384 nömrəli və xx.xx.2021-ci il tarixli, **********9462 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəm əsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9384 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi üzrə icraat ayrılmışdır.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən mebel sexində operativ vergi nəzarəti tədbiri keçirilmiş, onun etiraz etməyinə baxmayaraq vergi əməkdaşları tərəfindən öz istəklərinə uyğun şəkildə əsassız xx.xx.2021-ci il tarixli, 007958 saylı, xx.xx.2021-ci il tarixli, 004054 saylı və xx.x x.2021-ci il tarixli, 002108 saylı aktlar tərtib olunmuşdur və bundan sonra xx.xx.2021-ci il tarixli, **********9311 nömrəli, xx.xx.2021-ci il tarixli, **********9384 nömrəli və xx.xx.2021ci il tarixli, **********9462 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul olunmuşdur. Belə ki, xx.xx.2021ci il tarixli, **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda qeyd olunmuşdur ki, guya iddiaçı 10 nəfər fiziki şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişəm və buna görə də 20 000 manat məbləğində ver gi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Fiziki şəxslərin sayının aktda 11 nəfər, qərarda isə 10 nəfər olduğu göstərilmişdir. Halbuki onların sayı 9 nəfər olmuş və onu əlavə məsuliyyətə cəlb etmək məqsədilə fiziki şəxslərin sayı artırılmışdır. Hətta həmin gün onun yanına gələn dostunu da onlar işə cəlb olunmuş fiziki şəxslərin sırasına qatmışlar. Hesab edir ki, vergi orqanının bu hərəkəti də qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasını ehtimal xarakterli hərəkətlərlə yox, qanunvericiliyin vergi orqanlarının əməkdaşlarına imkan verdiyi operativ və real üsullardan istifadə etməklə həyata keçirilməlidir. Buna baxmayaraq, vergi orqanı real faktlar əsasında yoxlamanı həyata keçirməmiş və onun müdafi əsini təşkil etmək cəhdlərini mümkünsüz hala gətirmiş, vergi orqanı tərəfindən əlavə heç bir araşdırma aparılmadan hüquqlarının təmin olunması da məhdudlaşdırılmışdır.
9. Cavabdeh iddia tələbinə dair verdiyi yazılı etirazda işin hallarına istinad edərək göstərmişdir ki, iddia ərizəsində göstərilənin əksinə iddiaçı xx.xx.2021-ci il tarixli öz etirafedici izahatında obyektdə tərəfindən işə götürülən 10 nəfər işçinin işlədiyini və onlarla əmək və ya xidməti müqavilə bağlanılmadığını qeyd etmişdir. Həmçinin onlarla qısa zamanda əmək müqaviləsinin bağlanılmasının təmin ediləcəyi bildirilmişdir. İddiaçı daha sonra izahatda qeyd etmişdir ki, 7 nəfər şəxslə əmək müqaviləsi bağlanmayıb, 3 nəfər şəxs (X20, X14, X5) isə onun yanına gəlmişdilər. Göründüyü kimi şəxsin iddia ərizəsi ilə izahatı arasın da ziddiyyət yaranmışdır. Bu hal bir daha göstərir ki, iddiaçı dürüst olmayan məlumatlar verməklə məhkəmənin ədalətli araşdırmasına maneə yaratmağa çalışmaqdadır. İddiaçının ərizəsində qeyd etdiyi işçilərin sayının aktda 11 nəfər, qərarda 10 nəfər göstərilməsi ilə bağlı fikri isə tamamilə əsassızdır. Həm xx.xx.2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli aktda, həm də xx.xx.2021-ci il tarixli **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb olunan işçilərin sayı 10 (on) nəfər qeyd edilmişdir. X3 xx.xx.2021-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 1 aydır ki, işə götürüldüyünü, maşın sürücüsü kimi daşıma xidməti göstərdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X4 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən boyaçı vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X10 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 2 gündür ki, İddiaçı tərəfindən fəhlə vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 7 gün əvvəl işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 4 nəfə r işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını bildirmiş, 1 nəfər (X20) heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə izahat verməkdən imtina etmiş X9 xx.xx.2020xx.xx.2020-ci il tarixlərində, X7 ilə xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində əmək müqaviləsi olmuşdur. Operativ vergi nəzarətinin keçirilməsindən sonra İddiaçı xx.xx.2021-ci il tarixində X12, X15 ilə, xx.xx.2021-ci il tarixində isə X6 ilə əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-3318/202 2 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarı iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş aktda həmin sexdə 10 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunsa da, həmin x üsusatla bağlı faktiki olaraq Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 9 nəfərin izahatı alınmışdır. Məhkəmə qeyd edir ki, həmin izahatların hər birində izahat verən şəxslər iddiaçı ilə əmək münasibətlərində olmasını təsdiq etmişlər. Cavabdeh tərəfindən təqdim edilən yoxlama materiallarındakı qeyd edilən izahatlar işəgötürən qismində iddiaçı ilə işçilər arasında əmək münasibətlərinin olması qənaətinə gəlmək üçün yetərlidir. İddiaçının həmin şəxslərin təsadüfən həmin vaxt onun yanına gəlmələrinə dair dəlili həmin şəxslərin qeyd edilən vaxt verdikləri izahatları ilə təkzib olunmuşdur. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi z amanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
12. İddiaçı tərəfindən təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, İPM-ə əsasən istintaq orqanının deyil, məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyy əti hissəsində məcburidir.
13. Aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan X13 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsi bildirişləri barədə məlumatda qeyd edilən adda şəxslə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi olduğu müəyyən edilir, lakin həmin vaxtda onun sexdə olması özlüyündə iddiaçı ilə əmək münasibətləri olduğu qənaətinə gəlməyə əsas vermir. Həmin şəxsin izahat verməkdən imtinasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, izahatı alınmış 9 şəxsdən heç biri orada Qasım adlı şəxsin işləməsi barədə məlumat qeyd etməmişlər. İddiaçının X20 ilə qeyd edilən vaxtda faktiki olaraq əmək münasibətlərində olması halı cavabdeh qurum tərəfindən sübut edilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-466/2023 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3318/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********9384 nömrəli qərarı iddiaçının V ergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə iddia rədd edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin operativ vergi nəzarəti zamanı izahatı alınmamış Qasım Babayevə münasibətdə, onun iddiaçı ilə əmək münasibətlərində olub-olmaması faktının cavabdeh orqan tərəfindən sübuta yetirilməli olması ilə bağlı mövqeyi ilə razılaşmışdır.
18. Apellyasiya instansiy ası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda istintaq zamanı şahid ifadələri alınmış Qasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədov - operativ vergi nəzarəti zamanı vergi orqanına verdikləri izahatlarına fərqli ifadələr versələr də, bu uyğunsuzluq birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı surətdə tədqiq olunmamış, hüquqi qiymət verilməmişdir. İstintaq zamanı şahid ifadələri alınmış həmin şəxslər operativ vergi nəzarəti zamanı vergi orqanına verdiyi izahatlarından (Q.Babayev) fərqi ifadələr verərək, israrla sexdə iddiaçının yanında işləmədiklərini bildirmişlər, lakin bütün bunları təkzib etmək cavabdeh tərəfin üzərinə düşən sübutetmə vəzifəsi olduğu halda, onları şa hid ifadələri alınması üçün məhkəməyə təqdim etməmiş, ifadələrində göstərdikləri həmin məlumatların həqiqətə uyğun olmadığı digər sübutlar da təkzib olunmamışdır. Belə olan halda, operativ vergi nəzarəti keçirilərkən həmin şəxslərin vergi orqanına verdikləri izahatlarının mötəbərliyi və sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi istisna olunur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işin qeyd olunan halları diqqətdən kənarda qalmış, ümumiyyətlə, hazırkı mübahisənin nəticəsinə təsir edən həmin hallar üzrə müvafiq araşdırmanın aparılması zəruri hesab edilməmişdir.
19. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsı iddiaçının apellyasiya şikayətinin digər (6 nəfər) fiziki şəxslərə münasibətdə iddiaçı tərəfindən onlarla əmək müqaviləsi qüvvəyə minmədən işlər in (xidmətlərin) görülməsinə cəlb olunmasına görə vergi məsuliyyətinə cəlb olunması hissəsində, mübahisələndirilən qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmamışdır. Çünki, onlar operativ vergi nəzarəti zamanı verdikləri izahatlarında iddiaçıya məxsus sexdə əmək müqaviləsi olmadan işlədiklərini etiraf etmiş, istintaq zamanı verdikləri şahid ifadələrində isə buna uyğun ifadə verərək iddiaçının yanında işlədiklərini və əmək müqaviləsi bağlanıbbağlanılmamasında məlumatları olmadıqlarını bildirmişlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bildiriş bazasında onlarla iddiaçı ilə arasında qüvvəyə minmiş əmək müqaviləsinin qeyd alınmadığı işin mübahisəsiz halıdır. İddiaçı özü də operativ vergi nəzarəti zamanı vergi orqanına verdiyi izahatında onlarla əmək müqaviləsi bağlanılmadığını etiraf etmiş, hazırkı məhkəmə iclasında iştirak edərkən də onlarla aralarında faktiki olaraq əmək münasibətləri mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. İddiaçı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 3, 36, 53, 54-cü maddələri, “İnzibati icraat haqqında” Qanunun 24 və 67-ci maddələri nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən qəbul edilmiş inzibati akt ‘‘İnzibati icraat haqqında” Qanunun tələblərinə cavab verməmişdir. Məhkəmə t ərəfindən də işin bu hallarına heç bir hüquqi qiymət verilməmişdir.
22. Bundan başqa, iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58 və 68-ci maddələrinə istinad edərək məhkəmə qərarının prosessual normaların tələblərinin pozulması ilə çıxarıldığını qeyd edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 60 00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın rədd edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı h əmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bi lər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdi kləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Azərbaycan Respublikas ının Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
32. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən ed ilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi təsbit etmişdir.
34. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, cavabdeh vergi orqanın xx.xx.2021-ci il tarixli **********7430 nömrəli qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarəti zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004054 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliy inin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
35. Birinci instansiya məhkəməsi vergi orqanın mübahisələndirilən qərarının 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qərarın 4 (dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, 6 nəfərə münasibətdə isə qərarı dəyişdirilmədən saxlamışdır.
36. Apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, istintaq zamanı şahid ifadələri alınmış 4 nəfər şəxsin (Q.Babayev, M.Əliyev, T.Əliyev və İ.Əhmədov) operativ vergi nəzarəti zamanı vergi orqanına verdiyi izahatlarından fərqi ifadələr verərək, israrla sexdə iddiaçının yanında işləmədiklərini bildirmiş, lakin bütün bunları təkzib etmək cavabdeh tərəfin üzərinə düşən sübutetmə vəzifəsi olduğu halda, onları şahid ifadələri alınması üçün məhkəməyə təqdim etməmiş, ifadələrində göstərdikləri həmin məlumatların həqiqətə uyğun olmadığı digər sübutlar da təkzib olunmamışdır.
37. Belə olan halda, apellyasiya məhkəməsi cavabdeh orqanın mübahisələndirilən qərarını 4 (dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, 8000 (səkkiz mi n) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi hissəsinin ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
38. İddianın təmin edilməyən hissəsi ilə bağlı və iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının qeyd olunan təsərrüfat subyektlərində əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilən 6 nəfər şəxs operativ vergi nəzarəti zamanı verdikləri izahatlarında iddiaçıya məxsus sexdə əmək müqaviləsi olmadan işlədiklərini etiraf etmiş, istintaq zamanı verdikləri şahid ifadələrində isə buna uyğun ifadə verərək iddiaçının yanında işlədiklərini və əmək müqaviləsi bağlanıb-bağlanılmamsında məlumatları olmadıqlarını bildirmişlər. Həmçini n iddiaçı özü də operativ vergi nəzarəti zamanı vergi orqanına verdiyi izahatında onlarla əmək müqaviləsi bağlanılmadığını etiraf etmişdir.
39. Beləliklə, iddiaçı həmin fiziki şəxslərlə aralarında faktiki əmək münasibətlərinin mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə olan halda, iddiaçının özünün də etiraf etdiyi və sözügedən şəxslərin operativ vergi nəzarəti keçirilərkən vergi orqanına verdikləri izahatlar mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir.
40. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılma lıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 21(103)-246/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.