Məhkəmə qərarları › İş №2-1(102)-1772/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1772/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1772/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(103)-656/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 42 000 manat pulun müştərək qaydada və mənəvi zərərə görə isə 5000 manat pulun ödənilməsi öhdəliklərinin hər bir cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 sayl ı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev).

3. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı qaldırılmışdır. Həmçinin, iddiaçının müvafiq ərizə ilə, yəni inzibati orqanın hərəkətsizliyi nəticəsində dəymiş maddi ziyana görə 42000 manat pulun və mənəvi zərərə görə 5000 manat pulun ödənilməsi ərizəsi ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə müraciətin olmaması iş materialları ilə öz təsdiqini tapır.

4. Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 21(103)-656/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Aida Hüseyn və Səadət Bəktaşi) apellyasiya şikayə tinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı 05.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(103)-656/2021 nömrəli qərardadının ləğv edilərək işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətinin dəlillərində iddiaçı qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 26.04.2010-cu il tar ixli, 2(010)-560/2010 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə müvafiq cavabdehlərin çıxarılması ilə bağlı deyil, cavabdehlər X2 və X1 yaşayış sahəsi ilə təmin edilməsinin həvalə edilməsi qət edilmişdir. Qətnamənin digər hissələrinin icrası ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş öhdəliyin, yəni digər cavabdehlər X2 və X1 yaşayış sahəsi ilə təmin edilməsindən asılıdır. Ona görə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehlər X8 və X7 digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılmalıdırlar. Digər yaşayış sahəsinin verilməsi isə cavabdeh Komitəyə və İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh Komitənin və İcra Hakimiyyətinin isə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə üzərlərinə qoyulmuş vəzifəni icra etməməsi nəticəsində digər cavabdehlər R.Əhmədovun və A.Əhmədovanın yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmur və bunun da nəticəsində qətnamənin icrası hazırkı iş üzrə cavabdehlərin təqsiri üzündən mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə işin həqiqi hallarına düzgün qiymət verməmiş, mübahisənin mahiyyəti, tərəflərin hüquq və vəzifələrini düzgün müəyyən etməmiş, “İnzibati icraat haqqında” Qanunun 89.1, 89.2-ci, “İcra haqqında” Qanunun 2.1, 3.1, 3.2-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhk əmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin h allarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

12. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.\

13. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

15. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyekti v hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

18. Hə min qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.

19. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə d ə onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Hazırkı qərarın 16-cı bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

23. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlər hazırkı iddiaya cavab verməli olmayan şəxslərdir.

24. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 26.04.2010-cu il tarixli 2(010)-560/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X5, X3, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilərək cavabdehlər X4, X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəs i, Z.Şərifov küçəsində yerləşən 2 saylı evin 49 nömrəli mənzildən çıxarılmaları, İddiaçı həmin mənzilə köçürülməsi və cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə cavabdehlər X4, X1 yaşayış sahəsi ilə təmin edilməsinin həvalə edilməsi qət edilmişdir.

25. Göründüyü kimi, adıçəkilən qətnamə cavabdehlərin üzərinə X9 və X1 mənzildən çıxarılmaları ilə bağlı deyil, yaşayış sahəsi ilə təmin edilmələri barədə öhdəlik qoymuşdur. Odur ki, X9 və X1 mənzildən çıxarılmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti heç bir öhdəlik daşımır.

26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Qaç qınların və X6 üzrə Dövlət Komitəsi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olan şəxslər deyil. İddiaçı iddia ərizəsini iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırmışdır.

27. İşə aşağı instansiya məhkəmələrində baxılarkən məhkəmə tərəfindən hazırkı qərarın 11-ci bəndində göstərilən normaya uyğun olaraq iddiaçıya yardım edilmiş, cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilmişdir (iş v. 67). Lakin iddiaçı iş üzrə yekun qərar qəbul edilənədək cavabdehin əvəz edilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmişdir.

28. Beləliklə, iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaya cavab verməli olmayan şəxslər olduqlarından hazırkı iddia tələbi mümkün hesab edilə bilməz.

29. Məhkəmə kollegiya sı əlavə olaraq qeyd edir ki, iddiaçı icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət edə bilər (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli, 2-1(102)-991/2021 saylı qərarı).

30. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(103)656/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 21(103)-656/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar