Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1772/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2-1(103)-3108/2021 nömrəli qərardadından iddia çı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 1 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8056/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2-1(103)-3108/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
7. Ali Məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 6 yanvar 2022-ci il tarixdə tə qdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 18 yanvar 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya məhkəməsinə (elektron qaydada) təqdim olunmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti və ya prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. ç. kassasiya instansiya məhkəməsindəki ikinci icraat
8. İddiaçının vəkili ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ona rəsmi qaydada təqdim edilməmiş və iddiaçıya təqdim olunmuş qərardad barədə məlumat ona gec verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA MƏHKƏMSİNİN MÖVQEYİ
10. Ərizə və şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 96-cı maddəsinin istinad edilə n müddəalarının tələblərindən göründüyü kimi, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
12. İşin materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 6 yanvar 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 18 yanvar 2022-ci il tarixdə, yəni qərardaddan kassasiy a şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya məhkəməsinə (elektron qaydada) təqdim olunduğundan şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. İddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, bunun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən prosessual müddətin ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyas ının 19 aprel 2022-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Ali Məhkəmənin həmin qərardadı qəbul edildiyi tarixdən qanuni qüvvəyə minmişdir. Eyni ilə, şikayətin qəbulundan imtina edildiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir.
13. Beləliklə, iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərardadının və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2-1(103)-3108/2021 nömrəli qərardadının qüvvəyə minməsi ilə başa çatmışdır. Qeyd olunanlar iddiaçının təkrar şikayətlə kassasiya instansiya məhkəməsinə müraciət etməsini istisna edir. Bu səbəbdən, müddətin bərpasına dair ərizə də m ümkünsüzdür.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2-1(103)-3108/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə üzrə kassasiya mümkün sayılmır, kassasiya şikayətinin və ərizənin qəbulundan imtina edilir.