Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1772/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-21/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6468 nömrəli sərəncamı ilə “Hacıkənd” firması sahibkarının xx.xx.1999-cu il tarixli 7/B-2126 saylı məktubunun nəzərə alınması və firmaya maye qaz satışı məntəqəsinin təşkili üçün Şahsevənlər küçəsi ilə Nizami küçəsinin birləşdiyi ərazidə olan boş sahədə, maye qaz satışı məntəqələri üçün nəzərdə tutulmuş normalara uyğun 35-40 metr radiusda müvəqqəti torpaq sahəsinin ayrılması, ayrılmış sahədə maye qaz satışı məntəqəsinin təşkilinə və vətəndaşların qaz balonlarının nəzarətindən keçirilməsi üçün yüngül konstruksiyadan nəzarətçi sahəsinin quraşdırılmasına icazə verilmişdir.
2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 54 nömrəli sərəncamı ilə Şahsevənlər küçəsi ilə Nizami küçəsinin kəsişməsində fəaliyyət göstərən səyyari maye qaz satışı məntəqəsinin Şəmkir şossesi ilə H.Əliyev prospektinin kəsişməsinin şimal-şərq tərəfindəki boş əraziyə köçürülməsinə və orada İddiaçı tərəfindən təsdiq edilmiş layihə əsasında stasionar maye qaz satışı məntəqəsinin inşa olunmasına icazə verilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********8 nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində icarəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahəsin dən ibarət əmlak kompleksi (maye qaz doldurma məntəqəsi) üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, daha sonra həmin əmlak komleksinin xx.xx.2008-ci il tarixli, 1770(01-67-12) inventar nömrəli texniki pasportu tərtib edilmişdir.
4. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 766 nömrəli sərəncamına əsasən, Gəncə-Şəmkir avtomobil yolu ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən, İddiaçı məxsus maye qaz və neft məhsullarının satışı məntəqəsinin yolun genişləndirilməsi ilə bağlı 28 May küçəsi ilə Ə.Mehmandarov küçəsinin kəsişməsinin cənub-şərq tərəfində yerləşən 0.225 ha torpaq sahəsində yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
5. İddiaçı Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus ə mlakın qanunsuz və əsassız uçurulmasına görə daşınmaz əmlaka münasibətdə 400 000 manat, əldən çıxmış faydaya münasibətdə 200 000 manat, cəmi 600 000 manat kompensiyanın ödənilməsini xahiş etmişdir.
6. İddiaçının müraciəti Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə 21 fevral 2020-ci ildə daxil olsa da, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixə qədər cavab məktubu göndərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ əsasında ona məxsus Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (maye qaz doldurma məntəqəsi) qanunsuz və əsassız məhv edilməsi nəticəsində 400.000 manat əmlakın dəyərinə və 200.000 manat əldən çıxmış faydaya görə, cəmi 600.000 manat miqdarında kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X2 prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv. m ümumi, 194.0 kv. m əsas, 35.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (maye qaz doldurma məntəqəsi) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev ondan maye qaz doldurma məntəqəsinin sökülməməsi üçün rüşvət tələb etmiş, iddiaçı isə ona rüşvət verməkdən imtina edəndən sonra o, vəzifəsindən sui-istifadə edərək Gəncə Şəhər İcra Hakimiyyəti adından ona məxsus maye qaz və neft məhsulları satışı məntəqəsinin yolunun genişləndirilməsini bəhanə edərək şəxsi iştirakı ilə Tik “A” sahəsi 71.4 kv.m olan operator otağını və 150 kv.m talvarı özbaşına zor tətbiq etməklə sökdürmüşdür. İddiaçı öz etirazını bildirdikdə M.Mustafayev onu hədə-qorxu ilə susdurmuşdur. İddiaçı Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının hərəkətlərindən Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə şikayət etmiş, lakin heç bir nəticə olmamışdır. Beləliklə, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətin in əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətinə qanunsuz müdaxilə olunmuş və mülkiyyətində olan tikililər sökülmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının 400.000 manat dəyərində olan əmlakı uçurulmuş, həmçinin 2013-cü ildən etibarən o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş və nəticədə 200.000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Cavabdeh tərəfindən törədilən qanun pozuntularının aradan qaldırılması və 600.000 manat kompensasiyanın ona ödənilməsi barədə iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2010-cu il tarixdə rəsmi müraciət etmiş, lakin bu günədək onun cavab verilməmişdir.
9. Birinci instansiyası məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzinin xx.xx.2021-ci il tarixli, 10/1907 nömrəli ekspert rəyində qeyd edilir ki, xx.xx.2008-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus əmlak kompleksinə dair xx.xx.2008-ci il tarixdə tərtib olunmuş 1770(01-07-12) invertar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş əmlakın “A” literli tikilisinin ümumi sahəsi 71.4 kv.m və “C” literli tikilisinin ümumi sahəsi 112.2 kv.m (cəmi 183.6 kv.m. (71.4+112.2)) sahəsinin söküldüyü və faktiki mövcud olmadığı müəyyən edilmişdir.
10. Birinci instansiyası məhkəməsinin qərardadı əsasında daxil olmuş "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli qiymətləndirmə hesabatına əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliye v prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində sökülmüş 183.6 kv.m əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 2 mart 2022-ci il tarixli, 21(114)-14/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətindən 119.400 (bir yüz on doqquz min dörd yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 400 (dörd yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilməsi q ərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmlakın sökülməsi ilə bağlı ekspert rəyinə, qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçı sökülmüş əmlakına görə ona vurulmuş real zərəri 400.000 manat həddində müəyyən etmişdir. İddiaçıya məxsus əmlak kompleksinin bərpa olunmasına tələb olunan xərcin müəyyən olunması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus sökülmüş 183.6 kv.m əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir. Göründüyü kimi, sökülmüş tikili üçün iddiaçı tərəfindən tələb edilən məbləğlə mütəxəssis tərəfindən müəyyən olunmuş məbləğ eynilik təşkil etmir, bu səbəbdən də məhkəm ə tələbin maddi ziyanla bağlı 119.400 manat həcmində təmin olunmasını məqsədəmüvafiq hesab edir. Tələbin əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə 200.000 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, tələb həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində sökülmüş əmlakın maye qaz doldurma məntəqəsi kimi fəaliyyət göstərdiyini qeyd etsə də, bunu təsdiq edən müvafiq sübutları, başqa sözlə həmin obyektin fəaliyyəti ilə bağlı sənədləri, eyni zamanda obyektin əvvəlki illərdə olmuş fəaliyyətindən əldə etdiyi gəlirləri barədə rəsmi məlumatları təqdim etmədiyindən əmlakın sökülməsindən sonrakı dövrün ehtimal olunan gəlirini hesablamaq mümkün deyil.
13. Cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti verərək, q ərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2379/2023 nömrəli məktubu ilə göndərilən 22 dekabr 2022-ci il tarixli, 001-03/22 nömrəli rəydə qeyd olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində yerləşən əmlak kompleksi olan cəmi 183.6 kv.metrin (“A” literli 71.4 kv.m + “C” literli 112.2 kv.m) 2013-cü il ərzində bazar dəyəri 230 000 (iki yüz otuz min) manat təşkil etmiş dir.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) 29 mart 2023-cü il tarixli, 2-1(104)-21/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli, 2-1(114)-14/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, inzibati orqan tərəfindən qəb ul edilmiş Gəncə-Şəmkir avtomobil yolu ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən, İddiaçı məxsus maye qaz və neft məhsullarının satışı məntəqəsinin yolun genişləndirilməsi ilə bağlı 28 May küçəsi ilə Ə.Mehmandarov küçəsinin kəsişməsinin cənub-şərq tərəfində yerləşən 0.225 ha torpaq sahəsində yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verilməsinə dair Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 766 nömrəli sərəncamı söküntü işlərinin aparıldığı dövrdə qəbul edilsə də, təqdim edilmiş sənədlərə əsasən həmin sərəncamın iddiaçının xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən qəbul edildiyi müəyyən olunur. Digər tərəfdən, Gəncə Şəhər İcra Hakimiyyətinin 27 mart 2023-cü il tarixli, 5-1/2-03/744/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətin də olan yanacaqdoldurma məntəqəsi onun xx.xx.2013-cü il tarixli müraciəti əsasında Gəncə şəhəri, 28 May küçəsində ayrılmış 0.0225 ha torpaq sahəsinə köçürülmüş, köçürülmə işləri vətəndaşın öz istəyi əsasında aparıldığından, habelə, Gəncə Şəhər İcra Hakimiyyəti və onun tabeli qurumları tərəfindən söküntü işləri aparılmadığndan İddiaçı əlavə olaraq hər hansı kompensasiya ödənilməmişdir.
18. Bununla bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan sərəncam iddiaçının ərizəsi əsasında verildiyindən, sərəncamda göstərilən sahə üzərində iddiaçının hüquqlarının qeydə alınması və ya hüquqlarının realizə edilməsi ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alına bilməz.
19. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən təyin edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli qiymətləndirmə hesabatında İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində sökülmüş 183.6 kv.m əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, 001-03/22 nömrəli rəyində qeyd edilir ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində yerləşən əmlak kompleksi olan cəmi 183.6 kv.metrin (“A” literli 71.4 kv.m + “C” literli 112.2 kv.m) 2013-cü il ərzində bazar dəyəri 230 000 (iki yüz otuz min) manat təşkil edir. Apellyasiya icraatı zama nı əmlakın bazar dəyəri daha yüksək – 230 000 manat miqdarında müəyyən edilsə də, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti verilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgün hesab edilməlidir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
21. Cavabdeh qeyd edir ki, hazırkı məsələdə onun hər hansı qanunsuz hərəkətindən söz gedə bilməz, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə qərarlarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları ü çün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir.
22. Cavabdeh hesab edir ki, əvvəlki instansiya məhkəmələri işi tam və hərtərəfli araşdırmamış, işə yalnız iddiaçının təqdim etdiyi sənədlərə və dediyi sözlərə istinadən baxaraq qərar qəbul etmişdir. Belə olan halda cavabdeh qismində Gəncə Şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanın Gəncə Şəhər İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir. 23. 2013-cü ildə Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar olaraq vətəndaş İddiaçı mülkiyyətində olan yanacaqdoldurma məntəqəsi onun xx.xx.2013-cü il tarixli müraciəti əsasında Gəncə şəhəri, 28 May küçəsi ndə ayrılmış 0.225 ha torpaq sahəsinə köçürülmüşdür. Köçürülmə işləri vətəndaşın öz istəyi əsasında aparıldığından, habelə, Gəncə Şəhər İcra Hakimiyyəti və onun tabeli qurumları tərəfindən söküntü işləri aparılmadığından İddiaçı əlavə olaraq hər hansı kompensasiya ödənilməmişdir. Əlavə olaraq qeyd edilir ki, Gəncə şəhəri, 28 May küçəsində iddiaçı tərəfindən inşa edilmiş yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və onun istifadəsində qalmaqdadır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiy yə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilm əsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədəl ənməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyi n etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol (1 saylı protokol): Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətd ən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul ed ə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin torpaq sahəsinin ayrılması barədə sərəncamın səlahiyyətsiz orqan tərəfindən verilməsi və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması barədə təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Avropa Məhkəməsi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərkən izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq mülkiyyət hüququnun mövcudluğu, mülkiyyətçinin mülkiyyət hüququndan məhrum olması, mülkiyyət hüququna müdaxilənin qanuniliyi və ədalətli kompensasiyanın ödənilibödənilməməsi araşdırılmalıdır.
36. X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mü lkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Axverdiyev Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarı).
37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********8 nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəs işməsinin şimal-şərq hissəsində icarəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahəsindən ibarət əmlak kompleksi (maye qaz doldurma məntəqəsi) üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
38. Daşınmaz əmlakın iddiaçının xüsusi mülkiyyətində olması tərəflər arasında mübahisələndirilmir. 39. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergiləri n və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 40. 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nü munələri ilə bağlıdır və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidir (bax: Kozacıoğlu Türkiyəyə qarşı [BP], № 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistiņš və Perepjolkins Latviyaya qarşı [BP], № 71243/01, § 93, 25 oktyabr 2012-ci il).
41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə olmuşdur. Belə ki, onun xüsusi mülkiyyətində olan daşınmaz əmlak sökülmüşdür. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. Daşınmaz əmlakın sökülməsi, yəni hal-hazırda mövcud olmaması tərəflər arasında mübahisələndirilmir. Belə ki, cavabdeh özü də etiraf edir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 766 nömrəli sərənca mına əsasən iddiaçıya məxsus olan daşınmaz əmlakın köçürülməsi baş vermişdir, lakin bu köçürülmə cavabdeh tərəfindən deyil, iddiaçının özü tərəfindən icra edilmişdir.
42. Bu xüsusatla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin sərəncam iddiaçının ərizəsi əsasında verildiyindən, sərəncamda göstərilən sahə üzərində iddiaçının hüquqlarının qeydə alınması və ya hüquqlarının realizə edilməsi ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alına bilməz.
43. Cavabdehin kassasiya şikayətində ödənilməli kompensasiya məbləğinin həcmi ilə bağlı mübahisə açılmasa da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə də əsaslı olmuşdur.
44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-21/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.