Məhkəmə qərarları › İş №2-1(102)-1773/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1773/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1773/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1945-ci il təvəllüdlü; FİN: xxxxxxx) cava bdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-1260/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 7 may 1999-cu il tarixli, 356 nömrəli “Təsərrüfat damının E.A.Məmmədəliyevin adına keçirilməsi haqqında” sərəncamına əsasən, N.Nərimanov küçəsi, 7 nö mrəli evin 36 nömrəli mənzilində yaşayan X3 (iddiaçının əri) Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət edərək, əvvəllər erməni millətinə mənsub olmuş və uzun müddət istifadə etdiyi sahəsi 16 kv.m olan təsərrüfat damının öz adına sənədləşdirilməsini xahiş etmişdir. 35 nömrəli MKİS-nin 21 nömrəli 22 mart 1999-cu il tarixli arayışı ilə bildirilmişdir ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan E.A.Məmmədəliyev həqiqətən də 909-cu məhəllədə yerləşən sahəsi 16 kv.m olan, əvvəllər erməni millətindən olan sakin tərəfindən köməkçi sahə (təsərrüfat damı) kimi istifadə edilmiş tikilidən uzun müddətdir ki, istifadə edir və icarə pulunu ödəyir. Göstərilənlər nəzərə alınaraq, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan daş tikilinin (təsərrüfat damı nın) E.A.Məmmədəliyevin adına sənədləşdirilməsi qərara alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə E.A.Məmmədəliyev arasında bağlanmış 14 may 1999-cu il tarixli, 100 nömrəli istismar yığımı müqaviləsinə əsasən, E.A.Məmmədəliyev N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damı ilə bağlı istismar yığımı haqqını ödəyir.

3. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 2001-ci il tarixli 409 nömrəli “Təsərrüfat damının B.M.Ələsgərovanın adına keçirilməsi haqqında” sərəncamına əsasən, iddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, mərhum həyat yoldaşı X2 istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının onun vəfat etməsi ilə əlaqədar öz adına keçirilməsini xahiş etmişdir. Göstər ilənlər nəzərə alınaraq, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damının iddiaçının adına keçirilməsi, tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə tikilinin sökülə biləcəyinin iddiaçıya xəbərdarlıq edilməsi, sərəncamın icrasına nəzarətin RMKTBnə və 16-cı PB-nə tapşırılması, sərəncamın surətlərinin lazımi ünvanlara göndərilməsi RİH Başçısı Aparatının ümumi şöbəsinə tapşırılması qərara alınmışdır.

4. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən qeyri-yaşayış binası (təsərrüfat damı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etmiş, cavabdeh 22 iyul 2021-ci il tarixli, **********96 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.

5. İmt ina onunla əsaslandırılmışdır ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Cavabdeh imtinasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə istinad etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəs i ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 7 may 1999-cu il tarixli 356 saylı sərəncamına əsasən, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan təsərrüfat damı onun mərhum əri X1 adına rəsmiləşdirilmişdir. O, Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, mərhum əri E.A.Məmmədəliyevin vəfat etməsi ilə əlaqədar ərinin istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının öz adına keçirilməsini xahiş etmişdir. Nərimanov Ra yon İcra Hakimiyyəti Başçısının 1 avqust 2001-ci il tarixli 409 nömrəli sərəncamına əsasən, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damının onun adına keçirilməsi qərara alınmışdır. O, 10 iyun 2021-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən qeyri-yaşayış binası (təsərrüfat damı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə 22 iyul 2021-ci il tarixli, **********96 nömrəli məktubla onun müraciətini təmin etməmişdir. Hazırda mübahisələndirilən qeyri-yaşayış obyekti Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 356 saylı sərəncamına əsasən onun mərhum ərinin adına sənədləşdirilmi şdir. Həmin sərəncam verilərkən icra hakimiyyəti orqanlarının səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsi ilə müəyyən edilirdi. Həmin maddənin məzmunundan isə görünür ki, icra hakimiyyəti başçısının əsas səlahiyyətləri siyahısında qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərinin həlli də qeyd olunmuşdur. Mübahisələndirilən təsərrüfat damı səlahiyyətli orqan tərəfindən qanunvericiliyə uyğun qaydada onun mərhum ərinin mülkiyyətinə verilmiş, əri vəfat etdikdən sonra isə müraciəti əsasında Nərimanov Rayon İcra Hakimiyyətinin 1 avqust 2001-ci il tarixli sərəncamı ilə onu adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə, cavabdeh orqan onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hər hansı sənədi müraciətinə əlavə etmədiyini bildirsə də, həmin maddənin məzmunundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin imtinasının digər dəlili qeyri-yaşayış binasına dair yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsidir. Halbuki, cavabdeh orqana müraciət edərkən o, Nərimanov Rayon İcra Hakimiyyəti təsərrüfat idarəsinin 35 saylı MKİS tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi təqdim etmişdir və həmin cizgidə qeyri-yaşayış obyektinin yerləşdiyi yer və məsafələr dəqiq göstərilmişdir. Həmçinin, cavabdehin imtina məktubunda qeyd etdiyinin əksinə, qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşmir. Beləliklə, cavabdehin imtina məktubunda göstərdiyi dəlillər əsassızdır.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etiraz cavabdehin imtina məktubu ilə eyni məzmundadır.

9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 7 oktyabr 2021-ci il tarixli, BA-04676-2021 nömrəli məktubu ilə vətəndaş X4 və vətəndaş İddiaçı barələrində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 7 may 1999-cu il tarixli, 356 nömrəli və 1 avqust 2001ci il tarixli, 409 nömrəli sərəncamlar, habelə o nlara əlavə edilmiş sxemlər təqdim edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-9263/2021 nömrəli qərarı (hakim A.Ə.Əhədova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 2001-ci il tarixli 409 nömrəli sərəncamı mübahisələndirilən qeyri-yaşayış binasının iddiaçının adına qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Adıçəkilən sərəncamın verildiyi dövr qüvvədə olan “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə ilə yerli icra hakimiyyəti başçısının qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin fiziki şəxslərin icarəsinə vermək səlahiyyəti nəzərdə tutulmuşdur. Beləliklə, Nərimanov Rayon İcra Hakimiyyəti Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binasını iddiaçının mərhum ərinin adına, daha sonra iddiaçının müraciəti əsasında onun adına keçirməkdə səlahiyyətli olmuşdur. Bundan başqa, qeydiyyata alınması mübahisələndirilən qeyri-yaşayış binasının yerləşdiyi yer və sahə ölçüsü bəllidir. Nərimanov Rayon İcra Hakimiyyətinin adları çəkilən hər iki sərəncamında təsərrüfat damının N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşdiyi, ümumi sahəsinin 16 kv.mdən i barət olduğu göstərilmişdir. Eyni zamanda, Dövlət Arxivindən sözügedən sərəncamların arxiv nüsxələri ilə yanaşı, onlara əlavə edilmiş cizgi-sxemlər də təqdim edilmişdir. Təqdim olunmuş cizgi sxemlər Nərimanov Rayon İcra Hakimiyyətinin 7 may 1999-cu il tarixli 306 nömrəli sərəncamının icrasına nəzarətin bilavasitə tapşırıldığı 35 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi tərəfindən tərtib edilmiş və həmin MKİS-nin möhürü ilə təsdiqlənmişdir. Cizgi-sxemlərdə tikilinin yerləşmə vəziyyəti, eləcə də eni 3.2 m, uzunluğu 5 m olmaqla ümumi sahəsi 16 kv.m göstərilmişdir. Beləliklə, qeyriyaşayış binasının texniki göstəriciləri, ətrafında mövcud qonşu obyektlər təsvir edilməklə yerləşmə vəziyyəti müəyyəndir. İddiaçı tərəfindən təqdim edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin fotoşəkilləri ndə tikilinin ümumi istifadədə olan yaşıllıqlar - park, meşə-park, bağ, bağça ərazisində yerləşdiyi müəyyən olunmur. Yerli icra hakimiyyətinin hazırkı iş üzrə müvafiq sərəncamlarında təsərrüfat damının məhəllədə yerləşdiyi göstərilmiş, tərtib olunmuş cizgilərdə də sahənin ümumi istifadədə olan yaşıllıq, park, park-meşə ərazisinə düşməsi ilə bağlı hər hansı qeydlər edilməmişdir. Yerli icra hakimiyyəti orqanı istər hazırkı iş üzrə araşdırılan sərəncamlarının qəbul edilməsi zamanı qüvvədə olmuş qanunvericiliyə əsasən, istərsə də hazırkı halda qüvvədə olan yaşıllıqların mühafizəsi ilə bağlı qanunun tələblərinə uyğun olaraq bu sahədə müvafiq dövlət nəzarətini həyata keçirən qurum olaraq mübahisə predmeti olan qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsini mübahis ələndirməmiş, bu barədə hər hansı tələb və ya icrası məcburi olan göstəriş verməmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-1260/2022 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və M.N.Tağızadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-9263/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin “sərəncamlarda d aşınmaz əmlakın istifadəyə verilməsi zamanı vətəndaşa əmlakın abadlıq işləri ilə əlaqədar lazım gəldikdə sökülə bilməsi ilə bağlı xəbərdarlıq edilməsi” dəlilinə dair əlavə olaraq qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi sərəncamla iddiaçının mərhum ərinə verilməzdən əvvəl başqa şəxs tərəfindən istifadə edilmiş, daha sonra 7 may 1999-cu il tarixli 356 nömrəli sərəncamla iddiaçının mərhum ərinə, onun vəfatından sonra isə hazırki iddiaçının adına istifadə üçün verilmiş və artıq azı 25 ilə yaxın bir müddətdir ki, iddiaçı tərəfindən maneəsiz şəkildə sahiblik və istifadə edilir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlillər i

16. Cavabdeh qeyd edir ki, iddiaçı müvafiq tələb ilə bağlı 10 iyun 2021-ci il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyri - yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş və qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sərəncamlarda daşınmaz əmlakın istifadəyə verilməsi qeyd edilmiş və vətəndaşa xəbərdarlıq edilmişdir ki, əmlak abadlıq işləri ilə əlaqədar lazım gəldikdə sökülə bilər. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyə t hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir....

19. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol (1 saylı protokol): Maddə 1 Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz....

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qe ydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim ed ilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ...

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.... 23. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağ ıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu;... Maddə

12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi... 12.3. Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kas sasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya inst ansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia ərizəsinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 7 may 1999-cu il tarixli 3 56 saylı sərəncamına əsasən, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan təsərrüfat damı iddiaçının mərhum əri X1 adına rəsmiləşdirilmişdir. İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum əri E.A.Məmmədəliyevin istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının onun vəfat etməsi ilə əlaqədar öz adına keçirilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1 avqust 2001ci il tarixli 409 nömrəli sərəncamına əsasən, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damının iddiaçının adına keçirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən vətəndaş X4 və vətəndaş İddiaçı barələrində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 7 may 1999-c u il tarixli, 356 nömrəli və 1 avqust 2001-ci il tarixli, 409 nömrəli sərəncamlar, habelə onlara əlavə edilmiş sxemlər əldə edilmişdir. Adıçəkilən sərəncamın verildiyi tarixdə qüvvədə olan “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə ilə yerli icra hakimiyyəti başçısının qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin fiziki şəxslərin icarəsinə vermək səlahiyyəti nəzərdə tutulduğundan Nərimanov Rayon İcra Hakimiyyəti Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binasını iddiaçının mərhum ərinin adına, daha sonra iddiaçının müraciəti əsasında onun adına keçirməkdə səlahiyyətli olmuşdur.

33. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1 avqust 2001-ci il tarixli 409 nömrəli sərəncamı mübahisələndirilən təsərrüfat damını üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsində göstərilən əsaslardan (2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri) biridir.

34. Kassasiya şikayətinin qeyri-yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməməsi və qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi ilə bağlı təkrarlanan dəlillərinə münasibətdə məhkəmə ko llegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən təsərrüfat damının yerləşməsi ilə bağlı müvafiq sxemlər dövlət arxivindən əldə edilərək iş materiallarına əlavə edilmiş, bununla belə 25 ilə yaxın müddətdir ki, həmin daşınmaz əmlakın yerləşməsi ilə bağlı nə sərəncam qəbul edən Nərimanov Rayon İcra Hakimiyyəti, nə də digər şəxslər tərəfindən hər hansı mübahisənin olması müəyyən edilməmişdir. Bu xüsusatlar da təqdim edilən sxemlərin mötəbərliyinə dəlalət edir.

35. Yerli icra hakimiyyəti orqanı istər hazırkı iş üzrə araşdırılan sərəncamlarının qəbul edilməsi zamanı qüvvədə olmuş qanunvericiliyə əsasən, istərsə də hazırkı halda qüvvədə olan yaşıllıqların mühafizəsi ilə bağlı qanunun tələblərinə uyğun olaraq bu sahədə müvafiq dövlət nə zarətini həyata keçirən qurumdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, mübahisələndirilən daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilən sərəncam da yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini icra edən qurum – Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş və bu günə qədər də həmin sərəncam mübahisələndirilməmişdir.

36. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən əsaslandığı dəlilləri, habelə, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı xüsusatı sübut edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri əsassızdır.

37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün t ətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(103)-1260/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar