Məhkəmə qərarları › İş №2-1(102)-1773/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1773/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1773/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: X7 iş stajı dövrünün dövlət qulluğu stajı kimi nəzərə alınması, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illərinin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2-1(104)-261/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 nömrəli qətnaməsi ilə, iddiaçının 1980-ci ildən 1985-ci ilədək Kəlbəcər rayon X3 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işləməsi faktı müəyyən edilmişdir.

2. İddiaçıya xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyi n edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Həmin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 735 manat, qulluq stajına görə əlavə 71,96 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 110,25 manat, yüksəkliyə görə əlavə 1 47 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 245 manat olmaqla, orta aylıq əməkhaqqı 1389,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1389,21 manat) 47 faizi – 652,93 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-c i maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uy ğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin xx.xx.2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 6 il 11 ay 5 gün qulluq stajına görə iddiaçının əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 23,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 810 manat, qulluq stajına görə əlavə 79,30 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 121,50 manat, yüksəkliyə görə əlavə 162 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 270 manat olmaqla, orta aylıq əməkhaqqı 1522,80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (1389,21 manat) ilə xx.xx.2018-ci il tarixindən sonrakı orta aylıq əməkhaqqı (1522,80 manat) arasındakı fərq məbləğinin (133,59 manat) 23,06 faizi – 30,81 manat xx.xx.2018-ci il tarixinədək hesablanmış pensiyasının (652,93 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 683,74 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215 manat, qulluq stajına görə əlavə 118,95 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 182,25 manat, yüksəkliyə görə əlavə 243 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 405 manat olmaqla, orta aylıq əməkhaqqı 2244,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (1522,80 manat) ilə xx.xx.2019-cu il tarixindən sonrakı orta aylıq əməkhaqqı (2244,20 m anat) arasındakı fərq məbləğinin (721,40 manat) 23,06 faizi – 166,35 manat xx.xx.2019-cu il tarixinədək hesablanmış pensiyanın (683,74 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 850,09 manat məbləğində hesablanmalı olduğu halda, 1975 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesaba köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 34872,21 manat pul vəsaiti ödənilmişdir. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar xx.xx.2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1072,56 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2491,86 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 7096,50 manat artıq pul vəsaiti ödənilmişdir. Əlavə olaraq, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 1349,89 manat artıq pul vəsaiti ödənilmişdir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən ona vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona xx.xx.2023-cü il tarixində məktub göndərilməklə xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınaraq onun əmək pensiyasının y enidən hesablanmasından imtina edilmişdir.

5. X4 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya o rqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsn ifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1980-1992-ci illərdə rayon aqrar-sənaye birliklərinin aparatlarında mövcud olmuş zootexnik (mütəxəssis) və baş zootexnik vəzifələrində iş müddəti ilə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 1.18-ci bəndində rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən 1980-1992-ci illərdə rayon aqrar-sənaye birliklərinin aparatlarında mövcud olmuş zootexnik (mütəxəssis) və baş zootexnik vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X7 1980-ci ildən 1985-ci ilədək zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illər dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF-nin Kəlbəcər rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və o, 2023-cü ilin iyun ayına kimi həmin qayda ilə pensiya almış, ona pensiya da hər ay 2475 manat hesablanmışdır. Lakin 2023-cü ilin iyun ayında pensiyası azaldılaraq 1100 manat hesablanmışdır. İddiaçıya şifahi qaydada bildirdirilmişdir ki, onun Kəlbəcər rayon X7 1980-ci ildən 1985-ci il tarixədək zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi 12 il əmək stajına daxil edilmir, səbəbi isə Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 nömrəli qətnaməsində işlədiyi idarənin adının “Kəlbəcər rayon X5” göstərilməsi olub. İddiaçı Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X7 1980-ci ildən 1985-ci ilədək zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işləmiş və işlədiyi idarənin də adı əvvəllər Kəlbəcər rayon X5, sonradan isə Kəlbəcər rayon X6b. Hazırda cavabdeh orqan tərəfindən iddiaçının 6 il 11 ay 5 gün qulluq stajı nəzərə alınaraq ona pensiya hesablansa da, onun Kəlbəcər rayon X7 1980-ci ildən 1985-ci ilədək zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illər nəzərə alınmır. 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt iddiaçıya məxsus əmək kitabçası Kəlbəcər rayonu ərazisində qaldığı üçün onun Kəlbəcər rayon X7 1980-ci ildən 1985-ci ilədək zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illər Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Qeyd olunan qətnamədə işlədiyi müəssisənin adı Kəlbəcər rayon İstehsalat Birliyi göstərilmişdir. Cavabdeh orqan isə bunu bəhanə edərək onun 12 il iş stajını nəzərə almır ki, bu da, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsi ilə təminat verilən sosial təminat (pensiya) hüququnu pozur.

8. İş üzrə birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının 1980-1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Kəlbəcər rayon X5 və həmin Birlikdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bununla əlaqədar həmin dövrün iddiaçının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 16 noyabr 2023-cü il tarixli, 2-1(114)-4103/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1980-ci ildən 1985-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X7 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədi yi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, müvafiq Siyahının 1.18-ci bəndində rayon aqrar sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış və qeyd edilənlərə əsasən 1980-1992-ci illərdə rayon aqrar-sənaye birliklərinin aparatlarında mövcud olmuş zootexnik (mütəxəssis) və baş zootexnik vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə al ınır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 06 fevral 2024-cü il tarixli, 2-1(104)-261/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın məhkəmə qətnaməsində iddiaçının işlədiyi müəssisənin X10 kimi deyil, X5 kimi göstərilməsi ilə bağlı formal mülahizələrə əsasla nmaqla iddiaçının müraciətindən imtina etməsi əsassızdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqlar ı əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqaniz min funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu qanunu n 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi m iqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 26.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavə lərin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və vardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 1991-ci il oktyabrı n 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları 1 1. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları: 1.18. Rayon aqrar-sənaye birliklərinin aparatında: birliyin sədri birliyin sədrinin birinci müavini, müavini şöbə müdiri, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi - baş mühəndis-inspektor baş mütəxəssis aparıcı mütəxəssis böyük mütəxəssis, mütəxəssis İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları 2 1.18. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yer li bölmələrinin aparatında: yerli bölmənin rəhbəri yerli bölmə rəhbərinin müavini sektor müdiri baş məsləhətçi aparıcı məsləhətçi məsləhətçi

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməl i və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Şikayətdə f undamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, iş in faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon Aqrar (İstehsalat) Sənaye Birliyində 1980-ci ildən 1985-ci ilədək zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illər dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbinin təmin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası m əhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli, 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının X1 Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmiistehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında X11 Komitəsi yaradıldı.

29. X11 Komitəsi sözügedən dövrdə kənd təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində, iddiaçının 1980-ci ildən 1985-ci ilədək işlədiyi rayon X5, sonradan X10 isə X11 Komitəsinin yerli struktur vahidi qismində, yəni dövlət orqanı qismində fəaliyyət göstərmişdir. Rayon X5nin, sonradan X9 hüquqi statusu, tabeçiliyi və həyata keçirdiyi funksiyaların məzmunu eyni olmuşdur. Bu baxımdan adıçəkilən qurumda işlədiyi 1980-1992-ci illərin dövlət qulluğu stajı kimi nəzər ə alınmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

30. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraql ı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və ə saslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2-1(104)-261/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar