Məhkəmə qərarları › İş №2-1(102)-1774/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1774/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1774/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X20, X16, Hüseynov Şamo Əliş oğlu) “koordinatların etibarsız hesab edilməsi, torpaq sahəsinin qanuni istifadədə olmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v nömrəli torpaq sahəsi Mərdəkan bağlar sahəsində 55 №-li kooperativ tərəfindən verilmiş 30 noyabr 1992-ci il tarixli order ilə Bakı şəhər İK-nın 30.11.1992-ci il tarixli qərarına əsasən X11 ayrılmışdır. Həmin hüquq müə yyənedici sənədlər əsasında X9 adına 02.09.2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü, həmçinin cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.09.2011-ci il tarixli çıxarış verilmişdir. X20 daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v saylı torpaq sahəsini X6 mülkiyyətinə verilmiş və həmin müqavilə əsasında sonuncunun adına 07.06.2012-ci il tarixli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Daha sonra 30.12.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında X16 həmin torpaq sahəsini Hüseynov Şamo Əliş oğluna bağışlamışdır və sonuncunun adına 31.01.2017-ci il tarixli daşınmaz əmlakın döv lət reyestrindən çıxarış verilmişdir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v nömrəli torpaq sahəsi Hüseynov Şamo Əliş oğlunun adınadır.

2. X12 07.06.1964-26.04.1984-cü illərdə dəmir yolunda maşinist işləmişdir. Ona Primorsk-Mərdəkan mənzili 41 km pk 1-də 02.04.1979-cu ildə mövsümi bitkilərin əkilməsi məqsədilə 12,5 sot torpaq sahəsi ayrılmışdır. 3. "xxxx" QSC-nin 27.12.2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2009cu ildə Primorsk-Mərdəkan mənzilinin keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) daxil olmaqla Bağlar-Qala sahəsində dəmir yolu xətti sökülmüş, qatarların hərəkəti dayandırılmış və dəmir yolu ətrafı torpaq dövlət mülkiyyətinə məxsus olduğuna görə həmin torpaqlar dəmir yolunun istifadəsindən çıxarılaraq dövlətə təhvil verilmişdir. Həmin ərazilərdə dəmir yolu xəttinin ləğv edilməsindən sonra müvəqqəti istifadə üçün nəzərdə tutulan, bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış torpaqlardan vətəndaşların istifadəsi və ora verilmiş məktublar öz qüvvəsini itirmişdir. 4. "xxxx" QSC-nin 07.01.2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”-nın təsdiq edilməsi haqqında 23.02.2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən Primorsk-Mərdəkan mənzili 41 km pk 1-də (sonralar 23 km pk 1) yolun kilometr artımı istiqamətinin hər iki tərəfində dəmir yolunun təhkim zolağın ın eni 24 metr məsafə təşkil etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, keçmiş dəmiryolçu X7 dəmir yolu tərəfindən 1979-cu ildə keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış 12,5 sot torpaq sahəsi təhkim zolağının içərisində yerləşmişdir. keçmiş dəmiryolçu X7 dəmir yolu tərəfindən 1979-cu ildə keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış 12,5 sot torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 30.11.1992-ci il tarixli, 1977 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsində X11 ayrılmış 12 sot torpaq sahəsi olan 2239 “B” bağ sahəsinin ölçüləri üst-üstə düşə bilməz.

5. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 16.04.2014-cü il tarixli, 2-2(1 02)-508/14 nömrəli iş üzrə qəbul edilmiş qərarı ilə müəyyən edilmişdir ki, Mərdəkan bağ massivində X9 mülkiyyətində olmuş 2239v saylı bağ sahəsi (hazırda Hüseynov Yaqub Şamo oğlunun mülkiyyətində olan) dəmir yolunun mühafizə zolağından (24 m) kənarda yerləşdiyindən qeyd edilən torpaq sahələri iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)5937/19 saylı, 23.09.2019-cu il tarixli və 2(102)-5937/2019 nömrəli, 23.09.2019-cu il tarixli qərarlarına əsasən məhkəmələr tərəfindən İddiaçı ümumiyyətlə hazırki iddia ərizəsində göstərilən torpaq sahəsi ilə iddia qaldırmaqda subyektiv hüququnun olmaması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan Dəmir Yolu İdarəsinin 02.04.1979-cu il tarixli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum X3 ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edilməsi və ya tanınması barədə qəra r çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ərazidə mərhum atası X4 işlədiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi tərəfindən dəmir yollarının balansında olan mühafizə zolağının sahəsindən, PrimorskMərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində əsaslı tikinti aparılmasına icazə verilmədən bostançılıq üçün 12,5 sot torpaq sahəsi ayrılmışdır. Bu ayrılma Azərbaycan Dəmir Yolu İdarəsinin 02.04.1979-cu il tarixli məktubu ilə təsdiqlənir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsindədir. 2013-cü ildə iddiaçının atası X8 da vəfat etdikdən sonra torpaq sahəsi X2 ailəsinin istifadəsində qalmışdır. Həmin torpaq sahəsi faktiki koordinatları çərçivəsində başqa fiziki şəxsin mülkiyyəti kimi qeydə alınmı şdır. Bu qeydiyyatın aparılmasının əsasları kimi X9 adına Bakı şəhər İK-nın 30.11.1992-ci il tarixli, 1971 №-li qərarı və həmin qərar əsasında X5 və İstismarı Birliyi tərəfindən verilmiş olan tarixsiz və nömrəsiz order əsasında 2239b nömrəli bağın verilməsi göstərilmişdir. Həmin sənədlər əsasında torpağın plan ölçüsü əldə edilmiş, bundan sonra isə həmin koordinatlar üzrə 24.09.2011-ci ildə mülkiyyət hüququna dair çıxarış alınmışdır. Həmin çıxarışda yanlış olaraq kadastr baza (xəritə) məlumatlarında iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları verilmişdir. Bununla bağlı iddiaçının tərəf olduğu bir neçə məhkəmə mübahisələri olmuşdur. Məhkəmələrin gəldiyi nəticələrə görə X11 ayrılmış bağ sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsi ayrı-ayrı yerlərdə yerləşir, bundan sonra iddiaçı Xəzər rayon məhkəməsində koordinatların etibarsız hesab edilməsi barədə iddia qaldırmış, lakin məhkəmələrin yekun rəyi ondan ibarət olmuşdur ki, belə mübahisələr inzibati xarakter daşıdığı üçün inzibati məhkəmədə baxılmalıdır.

9. Cavabdeh iddiaya dair etirazının əsaslarına görə iddiaçının idarəyə müraciəti Bakı şəhəri, Xəzər rayonu, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci km-də ayrılmış 0,125 ha torpaq sahəsinin ilkin qeydiyyata alınması ilə bağlı olmuşdur. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, sözü gedən əmlak daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin (Hüseynov Şamo Əliş oğlunun) adına qeydiyyatdan keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi iddiaçının idarəyə müraciəti ilə iddia tələbi arasında fərq vardır. İddiaçının koordinatların e tibarsız sayılaraq kadastr baza (xəritə) məlumatlarının silinməsini iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v nömrəli torpaq sahəsi Mərdəkan bağlar sahəsində 55 №-li kooperativ tərəfindən verilmiş 30 noyabr 1992-ci il tarixli order ilə Bakı şəhər İK-nın 30.11.1992-ci il tarixli qərarına əsasən X11 ayrılmışdır. Həmin hüquq müəyyənedici sənədlər əsasında X9 adına 02.09.2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü, həmçinin cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.09.2011-ci il tarixli çıxarış verilmişdir. X20 daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v saylı torpaq sahəsini X6 mülkiyyəti nə verilmiş və həmin müqavilə əsasında sonuncunun adına 07.06.2012-ci il tarixli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Daha sonra 30.12.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında X16 həmin torpaq sahəsini Hüseynov Şamo Əliş oğluna bağışlamışdır və sonuncunun adına 31.01.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v nömrəli torpaq sahəsi Hüseynov Şamo Əliş oğlunun adınadır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-2272/2020 saylı iş) 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dəmir yolunun istifadəsinə dövlət tərəfindən ayrılmış torpaq sahələrinin konkret təyinatı vardır, həmin torpaq sahələri müvəqqəti olaraq bostançılıq işləri üçün vətəndaşların istifadəsinə verilə bilərdi ki, vaxtilə iddiaçının atasına da dəmir yolunun mühafizə zolağında torpaq bostançılıq məqsədilə verilmişdir. Yəni torpaq konkret şəxsə - iddiaçının atasına daimi istifadəyə deyil, bostan əkilməsi üçün müvəqqəti verilmişdir ki, belə verilmə də qanunvericiliyin tələblərinə əsasən hüquq varisliyini də istisna edir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququ olmadığı üçün cavabdeh tərəfindən onun hər hansı bir hüququnun pozulmasına yol verilməmişdir, belə olan halda iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir.

12. İddiaçı qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X17-məruzəçi, X13 və X25, 2-1(103)296/2021 saylı iş) 26.01.2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 21.09.2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. İddiaçı 17.06.2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Ə.Zeynalova torpaq ayrılması ilə bağlı verilmi ş məktub öz qüvvəsini itirmiş olmasına dair məhkəmənin dəlilləri əsassızdır. Torpaq sahəsinin ayrılmasının qanuniliyi mübahisəsizdir, aşkardır və heç bir məhkəmə mübahisəsində həmin ayrılmanın qanunsuz olduğuna dar mövqe olmamışdır. Torpaqayırma sənədinə əsasən, ayırmanın müvəqqəti xarakter daşıması doğrudur, lakin, müvəqqəti ayırmanın məhz hansı müddətə aid olduğu qeyd edilmədiyindən, geri alınmaya dair səlahiyyətli orqan tərəfindən səlahiyyətli sənəd olmadığı müddətdə istifadə qanuni sayılmalıdır.

16. Əvvəllər baxılmış mübahisə üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən, tərəflərin istifadəsindəki torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən edilmiş və bu əsasla məhkəmələr yekun nəticəyə gəlmişdir. Lakin, qeydiyyat orqanının məktubuna əsasən, üst-üstə düşməməli olan torpaq sahələri ilə bağlı sənədləşmənin aparılması və nəticədə Ə.Zeynalova ayrılmış torpaq sahəsinin koordinatları hüdudlarında X9 hüquqlarının qeydiyyata alınmış olması bildirilmişdir. Belə olduqda mübahisələndirmə hüququ yaranır, çünki üst-üstə düşməməli olan torpaq sahələri faktiki üst-üstə düşür. Bu halda məhkəmənin yanaşması ilkin olaraq tərəflərin istifadəsinə ayrılmış torpaq sahələrinin məhz harada olmasının müəyyən edilməsi ilə bağlı olmalı idi. X10 Birliyinin balansında olan torpaq sahələri və Dəmir Yolu İdarəsinin balansında olan torpaq sahələri eyni sahədə üst-üstə düşə bilməz. Dəmir yolunun sökülmüş olması, torpaq sahəsinin Bağlar İdarəsinin balansına verilməsi ilə nəticələnməsi də qeyri-mümkündür.

17. İddiaçının torpaq sahəsinə hər hansı bir hüququ olmadığı üçün hazırki iddianı qaldırmağa subyek tiv hüququnun mövcud olmaması ilə bağlı iddia ərizəsində ətraflı əsaslandırma var və bu barədə dəlillərə münasibət bildirilməmişdir. Digər tərəfdən, preyudisiallıq prinsipinin yalnız İddiaçı ziyanına tətbiq edilməli olması haqda qanunvericiliyin göstərişi yoxdur. Mülki icraat qaydasında işə baxılarkən, ilkin iddia tələblərilə bağlı icraata xitam verilmiş, həmin iddia tələbləri üzrə inzibati icraat qaydasında baxılmalı olduğuna dair qərardad qəbul edilmişdir.

18. Mübahisəli torpaq sahəsi zəbt edilməmişdir, Ə.Zeynalova qanuni əsaslarla ayrılmışdır və qanuni istifadədədir.

19. Qanunvericilikdə, qanuni istifadəyə ayrılmış torpaq sahəsinin əvəzsiz mülkiyyətə verilməsinin (“Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsi) nəzərdə tutulmaması, həmin torpaq sahəsinə hüquqların yoxa çıxması anlamına gəlməməlidir. Torpaq sahəsinin faktiki istifadədə olması aşkardır, mübahisəsizdir. Belə olduqda, subyektiv hüquqla bağlı iki əsas var. faktiki sahiblik və istifadəmizdə olan torpaq sahəsinə digər bir şəxs iddia edir və mülki qanunvericilik 30 illik faktiki sahiblik əsasında mülkiyyət hüququnun tanınmasını mümkün sayır (Mülki Məcəllə 178.6-cı maddə). Bu halda da, mülki qanunvericilik üçüncü şəxslərdən hüquqların qorunmasında iddiaçını haqlı hesab edir (Mülki Məcəllə 179.3-cü maddə). b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Üçüncü şəxs Hüseynov Şamo Əliş oğlu kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izah at verib şikayətin təmin edilməsini xahiş etmişdir. 22. üçüncü şəxs X16 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

24. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtə rəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ 61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər. 61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üç ün müvafiq prosessual nümayəndəyə verə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məh kəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol ve rilməmişdir.

28. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçının atası 07.06.1964-26.04.1984-cü illərdə dəmir yolunda maşinist işləmişdir. Ona PrimorskMərdəkan mənzili 41 km pk. 1-də 02.04.1979-cu ildə mövsümi bitkilərin əkilməsi məqsədilə 12,5 sot torpaq sahəsi ayrılmışdır. 2009-cu ildə Primorsk-Mərdəkan mənzilinin keçmiş 41 km pk. 1-də (sonralar 23 km pk 1) daxil olmaqla Bağlar-Qala sahəsində dəmir yolu xətti sökülmüş, qatarların hərəkəti dayandırılmış və dəmir yolu ətrafı torpaq dövlət mülkiyyətinə məxsus olduğuna görə həmin torpaqlar dəmir yolunun istifadəsindən çıxarılaraq dövlətə təhvil verilmişdir. Həmin ərazilərdə dəmir yolu xəttinin ləğv edilməsindən sonra müvəqqəti istifadə üçün nəzərdə tutulan, bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış torpaqlard an vətəndaşların istifadəsi və ora verilmiş məktublar öz qüvvəsini itirmişdir. 29. "xxxx" QSC-nin İD04/1 nömrəli, 07.01.2014-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 23.02.2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən Primorsk-Mərdəkan mənzili 41 km pk 1- də (sonralar 23 km pk 1) yolun kilometr artımı istiqamətinin hər iki tərəfində dəmir yolunun təhkim zolağının eni 24 metr məsafə təşkil etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, keçmiş dəmiryolçu X7 (iddiaçının atas ına) dəmir yolu tərəfindən 1979-cu ildə keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış 12,5 sot torpaq sahəsi təhkim zolağının içərisində yerləşmişdir. X7 dəmir yolu tərəfindən 1979cu ildə keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış 12,5 sot torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 30.11.1992-ci il tarixli, 1977 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsində X11 ayrılmış 12 sot torpaq sahəsi olan 2239 “B” bağ sahəsinin ölçüləri üst-üstə düşə bilməz.

30. Apelyasiya instansiya məhkəməsi işin hallarına İnzibati Prosessual Məcəllənin 2.2.3, 2.2.5 və 34.1-ci, Torpaq Məcəlləsinin 22.1, 50.1, 56, 62 və 68-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci, Azərbaycan Respub likası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 2-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi”nin 3.1-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının c avabdehə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan Dəmir Yolu İdarəsinin 02.04.1979-cu il tarixli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum Zeynalov Əli Ağa İbad oğluna ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edilməsi və ya tanınma sı barədə iddiası mümkün sayılmamalıdır.

31. Belə ki, dəmir yolunun istifadəsinə dövlət tərəfindən ayrılmış torpaq sahələrinin konkret təyinatı vardır ki, o da dəmir yolunda yuxarıda göstərilən abzasda qeyd edilənlərdən ibarətdir, həmin torpaq sahələri müvəqqəti olaraq bostançılıq işləri üçün vətəndaşların istifadəsinə verilə bilərdi ki, vaxtilə iddiaçının atasına da dəmir yolunun mühafizə zolağında torpaq bostançılıq məqsədilə verilmişdir.

32. Yəni torpaq konkret şəxsə - iddiaçının atasına daimi istifadəyə deyil, bostan əkilməsi üçün müvəqqəti verilmişdir ki, belə verilmə də qanunvericiliyin tələblərinə əsasən hüquq varisliyini istisna edir.

33. Bundan başqa, qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16.04.2014-cü il tarixli, 2-2(102)- 508/14 nömrəli iş üzrə qəbul edilmiş qərarı ilə müəyyən edilmişdir ki, Mərdəkan bağ massivində Musayev Vəli Kərəm oğlunun mülkiyyətində olmuş 2239v saylı bağ sahəsi (hazırda Hüseynov Yaqub Şamo oğlunun mülkiyyətində olan) dəmir yolunun mühafizə zolağından (24 m) kənarda yerləşdiyindən qeyd edilən torpaq sahələri iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)5937/19 saylı, 23.09.2019-cu il tarixli və 2(102)-5937/2019 nömrəli, 23.09.2019-cu il tarixli qərarlarına əsasən məhkəmələr tərəfindən iddiaçının ümumiyyətlə hazırkı iddia ərizəsində göstərilən torpaq sahəsi ilə iddia qaldırmaqda subyektiv hüququnun olmaması müəyyən edilmişdir.

35. Göründüyü kimi, iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində iddiaçının h ər hansı bir hüquqları olmadığı üçün cavabdeh tərəfindən onun hər hansı bir hüquqlarının pozulmasına yol verilməmişdir, belə olan halda iddiaçı ilə bağlı subyektiv hüququ mövcud deyildir.

36. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

37. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqa malik olması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna etmir.

38. İddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüququ olmadığından, bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

39. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya ş ikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-296/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar