Məhkəmə qərarları › İş №2-1(102)-1774/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1774/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1774/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünsüzlüyü; şikayət vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2437/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992-ci ildə Abşeron rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almış və Gəncə şəhər Mərkəzi Xəstəxanasında 12 mart 1994-cü ildən 15 mart 1994-cü ilə kimi müalicə olunmuşdur.

2. İddiaçı cavabdeh orqana müraciət edərək ona “Müharibə veteranı” vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh 25 noyabr 2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının müalicədən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyindən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün ol madığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 1992-ci ildə Abşeron rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N və N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində Ağdamın Üçoğlan kəndi, Tərtərin Suqovuşan, Talış, Çaylı kəndlərində gedən döyüşlərdə və Füzuli rayonu ərazisində gedən döyüşlərdə yaxından iştirak etmişdir. N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı 1994-cü ildə güllə yarası almış və Gəncə şəh ər Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Veteran vəsiqəsi almaq üçün o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə sənədlərini göndərmiş, ona Qarabağ veteranı vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 13 mart 2020-ci il tarixli 9/2-3404 nömrəli arayışına əsasən İddiaçı 1994-cu ilin mart ayından sonra xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona ‘‘Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçının qa nuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur.

6. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 14 iyun 2021-ci il tarixli, 2-1(112)3514 /2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu dövrdə 16 iyul 1993cü il tarixdən 3 sentyabr 1993-cü il tarixədək olan müddət ərzində xidməti barədə, həmçinin onun hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İ ddiaçı həmçinin həmin qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası üçün ərizə vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2022-ci il tarixli, 21(103)-2437/2022 nömrəli qərardadı ilə (hakimlər: A.P.Oruczadə-sədrlik edən, X.A.Cəmilova və M.N.Tağızadə) prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3514/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki,, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarı poçt vasitəsilə iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, qərar iddiaçı t ərəfindən xx.xx.2021-ci il tarixdə alınmışdır. İş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Lakin, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2022-ci il tarixli, 2-1(103)-2437/2022 nömrəli qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3514/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kas sasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçı 9.3.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli, 2-1(112)3514/2021 tarixli qərarın surətini almadığını bildirərək ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə məktubla iddiaçıya cavab verilmiş, həmin məktubda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)3514/2021 saylı qərarının xx.xx.2021-ci il tarixli məktubla poçt vasitəsilə iddia ərizəsində qeyd edilmiş ünvana göndərildiyi və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qəbul edildiyi göstərilmişdir. Həmin məktuba xəbərnamənin surəti əlavə edilmişdir. Həmin xəbərn amədə "qərarın nömrəsi" qrafasında "2-1(112)-3514/2021", "göndərişin növü" qrafasında "qərar tarix" qrafasında "xx.xx.2021-ci il", "soyadı, imzası" qrafasında latın qrafikası ilə "Feyruz Nu" sözləri qeyd edilmiş, lakin xəbərnamənin İddiaçı tərəfindən imzalanması göstərilməmişdir. İddiaçı bununla bağlı qeyd etmişdir ki, o, latın qrafikalı əlifba ilə yaza bilmir və həmin xəbərnamə onun tərəfindən imzalanmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin1(112)3514/2021 qərarı ona rəsmi qaydada təqdim edilmədiyinə görə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzürlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Tələbinin hüquqi əsası kimi o, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.1, 20.2, 20.3 -cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.2, 135.3 və 135.4 maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə a) 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan mə hkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfind ən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü il ə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (-). b) Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmiş dir.

16. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələ rinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiy yət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir.

23. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən 23.7.2021-ci il tarixində qəbul edilmişdir. (iş v. 44)

24. Bundan başqa iddiaçı tərəfindən poçt zərfinə qoyularaq Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarının da qoyulduğu müəyyən edilmişdir.

25. Bununla bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən 25 avqust 2021-ci il tarixli məktubla Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarının ləğvi edilməsi barədə iddia ərizəsi deyil apellyasiya şikayətinin tərtib edilməsi iddiaçının nəzərinə çatdırılmışdır.

26. İddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 23 avqust 2021-ci il tarixdə bitmişdir.

27. Lakin işdən görünür ki, apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən İPM-in 85.1-ci ma ddəsinin tələbləri təmin edilməyərək məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayətini 30 gün müddətində vermədiyindən, apellyasiya şikayəti haqlı olaraq qeyri-mümkün sayılmışdır.

29. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2437/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar