Məhkəmə qərarları › İş №2-1(102)-1774/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1774/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1774/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 Cavabdeh1 Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobil qoşqusunun standartlara uyğun olması barədə baxış keçirilərək akt verilməsi və standartlara uyğun olduğu təqdirdə qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə qarşı “avtomobil qoşqusunun standartla ra uyğun olması barədə baxış keçirərək akt verilməsi və standartlara uyğun olduğu təqdirdə qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)97/2*23 nömrəli, 5 aprel 2*23-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 29 may 2*21-ci il tarixdə Cavabdeh1 Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə müraciət edərək özü tərəfindən hazırlanmış minik avtomobili üçün qoşqunun qeydiyyata alınıb dövlət nişanının verilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, qanunvericiliyə görə fiziki şəxs tərəfindən düzəldilmiş minik avtomobili üçün qoşqu ekspertdən keçdikdən sonra qeydiyyata alına bilər. Odur ki, ekspertdən keçməsi üçün ona göndəriş verilməsini xahiş etmişdir.

2. Cavabdeh1 Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinin 3 iyun 2*21-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən, istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qoşqusunun standartlara uyğun olub-olmaması barədə baxış keçirərək akt verilməsi, uyğun olduğu təqdirdə qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qoşqunu bu sahədə fəaliyyət göstərən mütəxəssis yardımı ilə özü düzəltmişdir. Qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən əsassız olaraq imtina edilmiş, sözügedən qoşquya baxış keçirilməmişdir.

5. Cavabdehin iddia tələbinə qarşı etirazın dəlillərini imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-388/2*22 nömrəli, 7 yanvar 2*22-ci il tarixli qərarı ilə (hakim U.H.Osmanov) iddia rədd e dilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*4)-2*5/2*22 nömrəli, 5 aprel 2*22-ci il tarixli qərarı ilə (hakimlər A.V.Bayramov sədrlik edən v ə məruzəçi, R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 yanvar 2*22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*2)1337/2*22 nömrəli, 6 sentyabr 2*22-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və X.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 5 aprel 2*22-ci i l tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə rədd edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, istər cavabdehin məktubunda, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçının qeydə aldırmaq istədiyi qoşqunun məhz hansı standartlara uyğun gəlmədiyi müəyyən edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-97/2*23 nömrəli, 5 aprel 2*23-cü il tarixli qərarı ilə (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, İ.T.Həsənov və N.T.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 7 yanvar 2*22-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilmiş, Cavabdeh1 Gə ncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinin üzərinə İddiaçı1 məxsus ümumi çəkisi 75* kq olan, qabarit ölçüləri: uzunluğu *,92 m qoşqu qolu ilə birlikdə 4,5 m, eni 1,82 m, bortları *,4 m olmaqla, 1,* m hündürlüyə malik olan minik avtomobili üçün qoşqunun qeydiyyata alınması öhdəliyi qoyulmuşdur.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, imtinanın istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilməməsi qeyd olunsa da heç bir əsaslandırılma qeyd edilməmişdir.

16. Məhkəmə kollegiyasına təqdim olunmuş mütəxəssis rəyində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.*3.1999-cu il 39 №-li qərarının 2.8-ci bəndində məktubda göstərilən imtina səbəbinə dair heç bir uyğunluq olmadığı vurğulanmış, kustar üsulla yığılsa da, standart avtomobil hissələrindən hazırlanmış qoşqunun ekoloji cəhətdən təhlükəsiz olması, qoşqu hərəkət zamanı başqa nəqliyyat vasitələrinə təhlükə ola bilməməsi, qəza şəraitinin yaranması və baş verməsi isə böyük əksəriyyət hallarda idarə edən sürücü tərəfindən olması müəyyən edilmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər və ya əmlak qanunla m üəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Hazırki iş üzrə bu cür imtinanın konkret əsasları “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.12-ci bəndində müəyyən edilmişdir ki, hazırda baxılan işdə də qeyd edilən əmlakın dövlət qeydiyyatından imtina edilməsi üçün əsaslar mövcuddur.

19. İddiaçının iddia etdiyi qoşqu standartlara uyğun deyil və bu şəbədən də, dövlət qeydiyyatına alınmasının mümkünsüzdü.

20. Həmin qurğunun qanuniləşdirilməsi və yola, istismara buraxılması, gələcəkdə çox böyük problemlərə gətirib çıxara bilər, ən azından hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yaradacaqdı. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olund uqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.1*. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab e dilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

25. Məlum olduğu kimi, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə qarşı avtomobil qoşqusunun standartlara uyğun olub-olmaması barədə baxış keçirərək akt verilməsi, uyğun olduğu təqdirdə qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Gəncə İnzibati Məhkəməsinin *7.*1.2*22-ci il tarixli, 2-1(114)-388/2*22 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

27. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia təl əbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2*22-ci il tarixli, 2-1(1*4)-2*5/2*22 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin *7 yanvar 2*22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*2)1337/2*22 nömrəli, *6.*9.2*22-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2*22-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkə məyə göndərilmişdir.

31. Ali Məhkəmənin İnzibati Kollegiyası 6 sentyabr 2*22-ci il tarixli qərarında İPM-in 96.1*-cu maddəsinə istinad etməklə, öz hüquqi mövqeyini bildirərək, apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər vermişdir.

32. Belə ki, sözügedən qərarda yazılmışdır ki, “istər cavabdehin məktubunda, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçının qeydə aldırmaq istədiyi qoşqunun məhz hansı standartlara uyğun gəlmədiyi müəyyən edilmir. Bu qərarın 16, 17 və 18-ci bəndlərində (“yol hərəkəti haqqında” qanun, Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı təsdiq edilmiş “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçot a alınması haqqında” Əsasnamə, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X1 nəzarəti qaydaları barədə” Təlimat – qeyd Ali Məhkəmənindir) istinad edilən normaların məzmunundan göründüyü kimi normativ aktlarla müəyyən edilmiş tələbləri gözləməklə qoşquların fərdi qaydada hazırlanmasına yol verilir.

33. Belə olan halda inzibati orqan maraqlı şəxsə onun qeydiyyata aldırmaq istədiyi qoşqunun məhz hansı texniki tələblərə (standartlara) cavab vermədiyini, hansı çatışmazlıq və qüsurların aradan qaldırılmalı olduğunu dəqiq göstərməlidir ki, maraqlı şəxs də həmin göstərişlərin məhz həmin göstərişləri rəhbər tutsun.

34. Daha sonra Ali Məhkəmənin İnzibati Kollegiyası qərarında göstərmişdir ki, “öz növbəsində, apelyasiyası instansiyası məhkəməsi cav abdeh inzibati orqan tərəfindən bu qərarın 17-ci bəndində qeyd olunan əsasnamənin 2.12-ci bəndinin 1-ci cümləsinin bu qərarın 18-ci bəndində göstərilən Təlimatın 1*.3-cü bəndinin tələblərinə əməl olunubolunmadığını, buradan, “İnzibati icraat haqqında” qanunun 11.1 və 24-cü maddələrinin tələblərinin inzibati orqan tərəfindən təmin olunduğu müəyyən edilmişdir. Belə ki, həmin Əsasnamə və Təlimatın qeyd olunan normalarının tələblərindən göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının hazırkı məzmununda müraciəti üzrə icraat apararkən “Avtomobilçi” cəmiyyətinin texniki nəzarət komissiyasının rəyini və yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutu (laboratoriyası) tərəfindən müəyyən edilmiş texniki tələbləri nəzərə almalı idi. Hazırkı işdə bu, baş verməmişdir.

35. Məhkəmə koll egiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə təkrar baxarkən ali məhkəmənin yuxarıda yazılmış məcburi xarakter daşıyan göstərişlərini tam şəkildə icra etmişdir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təqdim edilən Azərbaycan Respublikası “Gəncə Avtomobil zavodu” İstehsalat birliyinin 24 fevral 2*23-cü il tarixli, 13-21/2-11*/2*23 nömrəli mütəxəssis rəyində ( iş səh. 1*3, 1*4) qeyd olunmuşdur ki, ilk baxışdan qoşqunun yeni olmaması təsbit olunmuş, sahibkar isə öz növbəsində qoşqunun 2 (iki) ildir ki, istifadə etdiyini söyləmişdir. İlin müvafiq aylarında mövsümi olaraq ancaq öz şəxsi arı qutularını daşıdığını və başqa yükdaşımaya istifadə etmədiyini bildirmişdir. Qabarit ölçüləri: uzunluğu *, 92 m qoşqu qolu ilə birlikdə 4,5 m, eni 1,82 m, bortları *,4 m olmaqla, 1,* m hündürlüyə malik olmaqla, — 38* kq çəkiyə malikdir. Qoşqu başlığı A5*-1-İƏ düzbucaqlı profillərdən qaynaqla yığılmış çərçivəli platformadan (bortlu) yayğm 35* kq yükün daşınmasına uyğundur. Konstruksiyada həmçinin nəqliyyat vasitələrinin istehsalı üçün nəzərdə tutulmuş 1* qatlı 12** x 45 x 6,5 (mm) ressorlar, 31*22915 4*2-*2 amortizatorlar, standart stabilizator çubuğu, balansir və 4 ədəd yük götürmə qabiliyyəti 47* kq-a (hər biri) hesablanmış 175/7* R13 Kama-2*8 şinləri ilə və tarazlığı təmin edən domkratla, 2 ədəd başmaqla təchiz olunmuşdur. Yarımqoşqunun hazırlanması zamanı açıq qalmış profil başlarının qapadılmasını, zəif və yarımçıq qalmış qaynaq tikişlərinin möhkəmləndirilməsini, sığorta-qoruyucu halatın ba şlantılarının daha güvənli hala gətirilməsini, əlavə olaraq işıq əksetdirici nişanların ön və yanlarda quraşdırılmasını, eləcə də maksimal hərəkət sürəti 6* km/s nişanının olmasını, təkəraltı “başmaqların” eninin az olduğunu təsbit etmişlər. Təsnifat kateqoriyasına görə ümumi çəkisi 75* kq olan yarımqoşqular Tun-*1-ə aid edilir ki, onlar da əyləc sisteminin quraşdırılmasına dair net qərar bildirilmir. Çəkisi avtomobilin ümumi çəkisinin 4-dən artıq olmaması şərtinə əməl olunmalıdır. OCT 37.**1.22*-8* n.n.1.1, n.n.1.2. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.*3.1999-cu il 39 №-li qərarının 2.8-ci bəndində məktubda göstərilən imtina səbəbinə dair heç bir uyğunluq olmadığını da vurğulamışlar. Göründüyü kimi kustar üsulla yığılsa da, standart avtomobil hissələri ndən hazırlanmış qoşqu ekoloji cəhətdən təhlükəsizdir. Qoşqu hərəkət zamanı başqa nəqliyyat vasitələrinə təhlükə ola bilməz, qəza şəraitinin yaranması və baş verməsi isə böyük əksəriyyət hallarda idarə edən sürücü tərəfindən edilir. Təbii ki, ixtisaslaşdırılmış emalatxana və ya zavod şəraitində hazırlansaydı təhlükəsizliyinə tam zəmanət verilərdi.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mütəxəssis rəyini nəzərə alıb düzgün olaraq belə nəticəyə gəlmişdir ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X1 nəzarəti qaydaları barədə” Təlimatın 1*.3-cü bəndində qeyd edilən fərdi qaydada hazırlanan qoşqulara dair standart tələblərə uyğun olaraq hazırlanmış qoşqu vasitəsi olması səbəbindən iddiaçının hazırladığı qoşqu nun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, imtinanın istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilməməsi qeyd olunsa da heç bir əsaslandırılma qeyd edilməmişdir, mütəxəssis rəyində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.*3.1999-cu il 39 №-li qərarının 2.8-ci bəndində məktubda göstərilən imtina səbəbinə dair heç bir uyğunluq olmadığı vurğulanmış, kustar üsulla yığılsa da, standart avtomobil hissələrindən hazırlanmış qoşqunun ekoloji cəhətdən təhlükəsiz olması, qoşqu hərəkət zamanı başqa nəqliyyat vasitələrinə təhlükə ola bilməməsi, qəza şəraitinin yaranması və baş verməsi isə böyük əksəriyyət hallarda idarə edən sürücü tərəfindən olması müəyyən edilmişdir.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 5 aprel 2*23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-97/2*23 nömrəli, 5 aprel 2*23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar