Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1774/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104 )-241/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli məlumatından görünür ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol aşıq baldır oynağını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Daban sümüyünün sınığı. Sol daban sümüyünün bitişmiş çoxqəlpəli sınığı. Digər oynaqların posttravmatik artrozu. Sol aşıq baldır, ayaqaltı və daraqarxası oynaqlarının artrozu. Yeriş funksiyasının pozulması ilə” diaqnozuna əsasən müddətsiz İİİ (üçüncü) dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb ed ilmişdir.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-3093/2023 nömrəli qərarından görünür ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol daban nahiyəsində ağrı və dabanını yerə basa bilməməkdən şikayətlənmiş, müayinə zamanı sol dabanın arxa səthində çapıq toxuma izlənilmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hərəkətlər tam həcmdə olmuş, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmişdir.
4. Şəmkir Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2112 nömrəli Epikrizində diaqnoz "Sol aşıq baldır oynağını dəlib keçən güllə yarası. Sol daban sümüyünün çox qəlpəli bitişmiş sınığı. Sol aşıq baldır, aşıq-daraqarxası oynaqların deformasiyası artrozu" kim i qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
5. İddiaçının xx.xx.2023-cü il tarixli müayinəsi nəticəsində «Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol aşıq baldır oynağını dəlib keçən güllə yarası. Sol daban sümüyünün çox qəlpəli bitişmiş sınığı. Sol aşıq baldır, aşıq-daraqarxası oynaqların deformasiyası artrozu» diaqnoz qoyulsa da, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona travma ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3 -17-4/3-3-3093/2023 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:
8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmaqla xx.xx.1992-ci il tarixdə Şınıx bölgəsində gedən döyüşlərdə ayağından yaralanmış, sol aşıq baldır oynağını dəlib keçən güllə yaralanmasından sonra daban sümüyü sınmışdır.
9. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən müayinədən keçən zaman xx.xx.2015-ci ildə iddiaçıya sol daban sümüyünün bitişmiş çoxqəlpəli sınığı, digər oynaqların travmadan sonra yaranmış artroz, sol aşıq baldır, ayaqaltı və daraqarxası oyna qlarının artrozu diaqnozu qoyulmuş, müddətsiz üçüncü dərəcəli əlillik qrupu verilmişdir.
10. Əlilliyin müəyyən olunması meyarı “sol aşıq baldır oynağını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, daban sümüyünün sınığı, sol daban sümüyündə bitişmiş çoxqəlpəli sınığı” olmuşdur.
11. Hazırda isə cavabdeh tərəfindən eynilə həmin diaqnoz qoyulsa da, əlilliyin müəyyən edilməsi barədə imtina olunmuşdur. Halbuki, əvvəlki müayinə zamanı iddiaçıya əlillik "müddətsiz" olaraq verilmişdir və o, həmin travmadan sonra hazırkı vaxta qədər normal yaşayışına qayıda bilməmiş, uzun sürən müalicələrin heç bir nəticəsi olmamışdır. Cavabdehin etirazları:
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspe rt komissiyası xx.xx.2023-cü il tarixdə iddiaçının müraciətinə əsasən əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixli cavabdeh tərəfindən "Sol aşıq baldır oynağını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Daban sümüyünün sınığı. Sol daban sümüyünün bitişmiş çoxqəlpəli sınığı" diaqnozu ilə əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
13. Vətəndaş 3-17-4/2-1-7722/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1992-ci il tarixli 905 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Dəlib-keçən güllə yaralanması nəticəsində sol ayaq daraq sümüyünün çoxqəlpəli sınığının qeyri-düzgün bitişməsi. Sol aşıq baldır oynağının kontrakturası, ayağın dayaq funksiyasının mülayim dərəcədə pozulması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
14. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol daban nahiyəsində ağrı və dabanını yerə basa bilməməkdən şikayətlənmişdir. Müayinə zamanı sol dabanın arxa səthində çapıq toxuma izlənilmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hərəkətlər tam həcmdə olmuş, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmişdir.
15. Şəmkir Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2112 nömrəli Epikrizində diaqnoz "Sol aşıq baldır oynağını dəlib keçən güllə yarası. Sol daban sümüyünün çox qəlpəli bitişmiş sınığı. Sol aşıq baldır, aşıq daraqarxası oynaqların deformasiyası artrozu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.
16. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilli yin müəyyən olunması meyarları"na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3757/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3093/2023 nömrəli qərarının iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının 3-cü dərəcə müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
19. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, may 2023-cü il tarixdə Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir.
20. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətlən dirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.
21. Məhkəmə tərəfindən cavabdehə iddiaçını n vaxtından əvvəl müayinəyə cəlb edilməsi əsaslarının təqdim edilməsi barədə sərəncam göndərilməsinə baxmayaraq, müvafiq cavab, yaxud sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmişdir.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-241/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-3757/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsas ən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
27. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olm asını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.
28. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini t əsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. İşin hallarından müəyyən olunur ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş «Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol aşıq baldır oynağını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Daban sümüyünün sınığı. Sol daban sümüyünün bitişmiş çoxqəlpəli sınığı. Digər oynaqların posttravmatik artrozu. Sol aşıq baldır, ayaqaltı və daraqarxası oynaqlarının artrozu. Yeriş funksiyasının pozulması ilə» diaqnozuna əsasən xx.xx.2015-ci il tarixdə müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir.
37. Buna baxmayaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və müayinə nəticəsində «Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol aşıq baldır oynağını dəlib keçən güllə yarası. Sol daban sümüyünün çox qəlpəli bitişmiş sınığı. Sol aşıq baldır, aşıqdaraqarxası oynaqların deformasiyası artrozu» diaqnoz qoyulsa da “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarı nın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.
39. Şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
40. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməs inin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 41. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
42. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(104)-241/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.