Məhkəmə qərarları › İş №2-1(102)-1775/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1775/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1775/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1775/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı işlədiyi müddətin sosial sığorta və güzəştli iş stajı kimi hesablanması və xxxx 2018-ci ildən güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-91/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1960-cı ildə anadan olduğunu, o, 1979-1998-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda tütünçü və kolxozçu işlədiyini və bu halın Respublika Dövlət A rxivinin Şəki Filialının xxxx 2017-ci il tarixli, 967 nömrəli arxiv arayışında qeyd edildiyini, Şəki ŞİH başçısının Baş Layısqı kəndindəki nümayəndəsinin xxxx 2017-ci il tarixli, 581 nömrəli və Şəki şəhər Təhsil Şöbəsinin xxxx 2017-ci il tarixli, 94 nömrəli əmək haqqı barədə arayışlara əsasən 2004-2013-cü illərdə 8 il 2 ay sosial sığorta stajının olduğunu, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamayə əsasən güzəştli sosial sığorta stajının dəqiqləşdirilməsi üçün güzəşt arayışı təqdim etdikdən sonra güz əştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ şöbənin pensiya təyini komissiyasında baxılacağına istinad etməklə, müraciətdən imtina etdiyini, halbuki, onun 20 il 8 ay, həmin müddətin 10 ildən artıq hissəsinin güzəştli iş stajı olsa da, cavabdehə güzəştli arayış təqdim edə bilmədiyi üçün onun tütünçü işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə almadığını, tütün istehsalı tütünün əkilməsi, becərilməsi, yığılması, qurudulması üçün yarpaqlarının düzülməsi mərhələlərindən keçdiyini, tütünçü olaraq tütün yarpaqlarını əkərək becərdiyini, düzdüyünü və qurudaraq yığdığını bildirərək, 1979-1998-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda işlədiyi müddətin sosial sığorta və güzəştli iş stajı kimi hesablanması və xxxx 2018-ci ildən güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)-1605/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda 1981-1988, 1993, 1996, 1997-ci illər işlədiyi müddətin tam iş stajı kimi, 1979, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə işlədiyi iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi, 1981-1988, 1993 və 1996-cı illərdə tütünçü işlədiyi müddətin tam, 1979-1980, 1990 və 1994-cü illərdə kolxozda tütünçü işlədiyi iş stajının bu dö vrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması və 01.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia təmin edilməmişdir(hakim V.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-91/2019 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, xxxx tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən «axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstə ricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ» əldə edirlər, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmış, həmin Siyahının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmiş, bu Siyahıda tüt ün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlanı düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından, cavabdeh tərəfindən imtina olunmuş, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalatına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın (27-ci Yeyinti sənayesi bölməsi) 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi nəzərdə tutulur, xxxx 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının əmək pensiyası almaq hüququ yoxdur, həmin Qanunun 9.1 və 45-ci maddələrinə əsasən tələb olunan pensiya kapitalı tamamlanmır. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-n in 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, mə hkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-1(107)-91/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Respublika Dövlət Arxivinin Şəki Filialının xxxx 2017-ci il tarixli 967 nömrəli arxiv arayışına görə İddiaçı 1979-cu ildə 151 adam günü, 1980-ci ildə 8 adam günü, 1981-ci ildə 205 adam günü, 1982-ci ildə 220 adam günü, 1983-cü ildə 223 adam günü, 1984-cü ildə 269 adam günü, 1985-ci ildə 174 adam günü, 1986-cı ildə 272 adam günü, 1987-ci ildə 240 adam günü, 1988-ci ildə 256 adam günü, 1989-cu ildə 17 adam günü, 1990-cı ildə 56 adam günü, 1991-ci ildə 6 adam günü, 1993-cü ildə 179 adam günü, 1994-cü ildə 50 adam günü, 199 6-cı ildə 182 adam günü, 1997-ci ildə 257 adam günü tütünçü (1991-ci ildə pomidor, kartof və 1997-ci ildə kolxozçu, qalan bütün illərdə tütünçü) işləmiş, 1992, 1995 və 1998-ci illərdə ümumiyyətlə adam günü yerinə yetirməmiş, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli, **** №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamayə əsasən güzəştli sosial sığorta stajının dəqiqləşdirilməsi üçün güzəştli arayışı təqdim etdikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ şöbənin pensiya təyini komissiyasında baxılacağına istinad etməklə, mür aciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, iddiaçının 20 il ümumi və 10 il xüsusi stajı olduğundan, ona 01.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir, iddiaçı 1981-1988, 1993, 1996, 1997-ci illər müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirmiş, 1979, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə isə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirməmiş, cavabdeh iddiaçının 1979, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə kolxozda işlədiyi müddətin 1 il 6 ay təşkil etdiyini (151+8+17+56+6+50=288/170=1 il 6 ay) qeyd etsə də, iddiaçının həmin kolxozda 19811988, 1993, 1996, 1997-ci illər işlədiyi müddət tam iş stajı kimi, 19 79, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla hesablanmalıdır, iddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz, şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında tütün yarpaqlarını düzənlər və onun istehsalı ilə məşğul olanlar yeyinti sənayesinə aid edilsə də, həmin peşələr və ixtisaslar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid edilmiş, həmin qərarda adları göstərilən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin hansı bölməyə aid edilməsindən asılı olmayaraq şəxsin tütünçülük sahəsində kolxozçu işləməsi ona güzəştli şərtlərlə əmək pensiyası hüququndan istifadə etməyə imkan verir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı ə mək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. xxxx 2006-cı ilə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 13-cü maddəsinin z bəndinə əsasən, kolxozlarda, sovxozlarda və digər aqrar sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar- kişilər 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa, qadınlar 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdi r. Göstərilən maddi hüquq normalarının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikasın ın Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci bölümünün (Yeyinti sənayesi): 27.5.1-ci (tütün istehsalı) bəndinə əsasən, a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri; b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğ ul olan böyük ustalar, ustalar - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasi bətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi nə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Bərabərlik prinsipinin əsas mahiyyət i ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun un yoxlanılmasına dair” xxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yax ud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə xxxx 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Şahin Almaniyaya qarşı iş üzrə qərarında belə nəticəyə gəlmişdir ki, nikahdan doğulmuş uşaqların boşanmış atalarının vəziyyəti ilə nikahdan kənar doğulmuş uşaqların atalarının vəziyyətinin (uşaqla görüş barədə) fərqli tənzimlənməsi nikahdan kənar doğulmuş uşaqların atalarını fərqli, əlerişsiz vəziyyətdə qoyur. Fərqli rəftarın Konvensiyaya uyğun hesab edilməsi üçün olduqca tutarlı səbəblər irəli sürülməlidir. Belə səbəblər yoxdursa, Konvensiyanın 14-cü maddəsi pozulmuşdur. "Əmək pensiyaları haqqın da" Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, laki n bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabd ehin etiraz və şikayətlərinin dəlillərində qeyd edilmişdir ki, iddiaçının arxiv arayışına əsasən stajı ümumi iş stajı mövcud olsa da, xüsusi iş stajı yoxdur, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 27-ci “Yeyinti sənayesi” bölməsinin 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmiş, bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tə yin olunması qanunvericiliyə uyğun olmadığından, cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmiş, belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalatına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bununla əlaqədar məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, iddiaçının Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda tütünçü işlədiyi müddət güzəştli iş stajı kimi hesablanmalıdır, cavabdeh inzibati orqanın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 27.5.1-ci yarımbəndinə istinad etməsi imtina üçün əsas ola bilməz, belə ki, həmin Siyahının məqsə d və məramı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin tənzimlənməsinə yönəlmiş, həmçinin bu cür qiymətləndirmə üçün obyektiv əsaslar da olmadığından, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 20 ildən çox ümumi və 10 il xüsusi staja malik olduğu üçün ona xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğunu, iddiaçının qeyd edilən kolxozda 1981-1988, 1993, 1996, 1997-ci illər işlədiyi müddət tam iş stajı kimi, 1979, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı görə faktik müddət nəzərə a lınmaqla hesablanmalı olduğunu, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında tütün yarpaqlarını düzənlər və onun istehsalı ilə məşğul olanlar yeyinti sənayesinə aid edilsə də, həmin peşələrin və ixtisasların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid edildiyini, həmin qərarda adları göstərilən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin hansı bölməyə aid edilməsindən asılı olmayaraq şəxsin tütünçülük sahəsində kolxozçu işləməsinin ona güzəştli şərtlərlə əmək pensiyası hüququndan istifadə etməyə imkan verdiyini, beləliklə, cavabdehin imtinasının qanuni və əsaslı olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-91/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-91/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar