Məhkəmə qərarları › İş №2-1(102)-1775/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1775/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1775/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1034/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv edilməsi, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2-1(112)-492/2020 nömrəli qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır.

4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1034/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2-1(112)-492/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız o lduğu qeyd edilir. İddiaçı bildirir ki, onun tələbi Ədliyyə Nazirliyinin inzibati fəaliyyətinə aid olduğu üçün işə inzibati məhkəmədə baxılması mümkündür.

9. Daha sonra qeyd edilir ki, işə baxılan ərəfədə o, dəfələrlə hakimə və məhkəmə tərkibinə etiraz etməsinə baxmayaraq həmin vəsatətlər təmin edilməmiş, həmçinin işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

17. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia verilməsi müddətinin ötürülm əsi əsası ilə iddianın mümkün sayılmaması qənaətinə gəlmişlər.

18. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətində qeyd edir ki, hazırki mübahisə Ədliyyə Nazirliyinin inzibati fəaliyyətinə aid olduğu üçün işə inzibati məhkəmədə baxılması mümkündür.

19. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçı məhkəmələr tərəfindən iddianın mümkün sayılmaması əsasını düzgün qiymətləndirməmişdir. Belə ki, hazırkı iddia, ona ümumi məhkəmələrdə baxılmalı olması əsası ilə deyil, iddia verilməsi müddətinin ötürülməsinə görə mümkün sayılmamışdır.

20. Belə ki, iddiaçının cavabdeh tərəfindən verilmiş əmrlərin ləğv edilməsi barədə tələbi mübahisələndirmə haqqında iddiadır, iddiada irəli sürülən digər tələblərin hüquqi müqəddəratı məhz bu tələblə bağlı mü bahisənin həllindən asılıdır.

21. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamand a nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

22. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM32. 1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir.

24. İddia ərizəsi və iş materiallarından müəyyən edilir ki, iddianın əsas tələbi cavabdeh tərəfindən 2000 və 2001-ci illərdə qəbul edildiyi irəli sürülən, lakin konkretləşdirilməyən əmrlərin ləğvi ilə bağlıdır. İşin bu cür halında, iddianın mümkün sayılması üçün hüquqların pozulmasmın əsaslandırılması şərti yerinə yetirilmir. Bu şərtə iş üzrə əməl olunduğu fərz edilsə, o halda iddia qanunla tələb olunan müddət şərtinə cavab vermədiyi əsası ilə mümkün sayıİmayacaqdır. Belə ki, İPM-in 38.1 -ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına isə şikayət verildiyi hallarda sə şikayətə dair qəbul olunan inz ibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın m ahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı- ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmrlərin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddər atı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də, belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır.

27. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, işə baxılan ərəfədə o, dəfələrlə hakimə və məhkəmə tərkibinə etiraz etməsinə baxmayaraq həmin vəsatətlər təmin edilməmiş, həmçinin işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir.

28. İddiaçının şikayətinin bu dəlilinə münasibət bildirərkən qeyd olunmalıdır ki, qanunvericiliyin məntiqinə əsasən vəsatət proses iştirakçılarının məhkəməyə müraciətidir. Vəsatət vermək hər kəskin hüququ olsa da, vəsatətin təmin edilib-edilməməsi məhkəmənin səlahiyyətinə aiddir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəmə iclasına sədrli k edən hakim Şəhla Süleymanovaya etiraz etmiş (səh 10), 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri tərəfindən verilmiş 06 dekabr 2019-cu il tarixli, 2-1(81)-4766/2019 saylı qərardadla etiraz rədd edilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, etirazda göstərilən hallar yoxlanılmış və müəyyən edilmişdir ki, etiraz ərizəsində göstərilən hallar hakimin bilavasitə və dolayı yolla işin nəticəsində maraqlı olduğuna, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas yoxdur.

29. İddiaçı növbəti dəfə işə apelyasiya qaydasında baxan məhkəmə tərkibinə etiraz etmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1683/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: İ.Ə.Kərimli və A.B.Nuriyeva) məhkəmə tərkibinə edilmiş etiraz baxılmamış saxlanılmışdır.

30. İddiaçının iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə, iş materiallarından görünür ki, iş apelyasiya instansiyası məhkəməsinin icraatında olarkən SMS xəbərdarlıq və məktubla iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin iddiaçı üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayə ti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1034/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar