Məhkəmə qərarları › İş №2-1(102)-1775/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1775/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1775/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizənin rədd edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkilə təmin olunması barədə ərizənin rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat

1. İddiaçı MMC-nin direktoru Nümayəndə cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 15 fevral 2021-ci il tarixli qərarından narazı qaldığına istinad edərək həmin qərarın qanunauyğunluğunun yoxlanılması və şərh verilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğular göndərilməsi və digər tələblərlə bağlı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il ta rixli, 2-1(118)-1746/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1746/2021 saylı qərardadının ləğv edilərək işə apelyasiya icraatı qaydasında baxılmasını müəyyənləşdirən məhkəmə aktı qəbul etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-668/2021 nömrəli qərardadına əsasən (hakimlər Rəşadət Ağayevsədrlik edən, Hökümə Babayeva və İlqar Dəmirov) Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1746/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hansı məhkəmədə baxılmasının müəyyən edilməsi üçün hazırkı inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-389/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı iddia tələbinə dair inzibati işin baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1289/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1746/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1289/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkilə təmin olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2-1(103)-1289/2022 nömrəli qərardadı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) İddiaçı MMC-nin dövlət hesabına vəkillə təmin olunmasına dair ərizəsi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı MMC hüquqi şəxs olduğundan dövlət hesabına vəkilin yardımından yararlanmaq üçün müəyyən edilmiş qanun normalarından istifadə edə bilməz. Adətən fiziki şəxslər məhkəməyə ünvanlanmış ərizəyə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarını təsdiq edən sübutlar (işsizliyə, əlilliyə və s. dair arayışlar) əlavə etməlidirlər. Bu sənədlər hüquq şəxslərə verilə bilməz. Bundan başqa, ) İddiaçı MMC kommersiya hüquqi şəxsdir, belə olan halda onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir.

10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətində müdafiə hüququnun həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə bağlı kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkilə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 43.1 Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 52.1 Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

14. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisə lərə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Mülki Prosessual Məcəllə Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciə ti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 16. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Maddə 20.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxs lərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızd ır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən laz ımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçat anlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər d övlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.

27. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından iddiaçıya münasibətdə yuxarıda qeyd olunan tələblərin ödənildiyi görünmür. İddiaçı tərəfindən də onun həmin tələblərə cavab verdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

28. Bundan başqa, iddiaçının kommersiya hüquqi şəxslər kateqoriyasına aid olduğu və fəaliyyətinin əsas məqsədinin mənfəət əldə etməkdən ibarət olduğu da nəzərə alınmalıdır.

29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.

30. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olduğundan iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1289/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar