Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1775/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)1071/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı 30000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınara q Maraqlı şəxs verilməsi qət edilmişdir.
2. Qətnamə icraya yönəldilmiş, bununla bağlı olaraq İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, tələbkarın razılığı nəzərə alınmaqla Gəncə şəhər İcra İdarəsi tərəfindən qəbul edilmiş 16 iyun 2020-ci il tarixli qərarla sözügedən fərdi yaşayış evinin qanunvericiliyin tətləblərinə əsasən Maraqlı şəxs adına rəsmiləşdirilməsi üçün sənədlər Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir.
3. Bundan sonra, Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə sözügedən fər di yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin və bu qeyd əsasında Maraqlı şəxs verilmiş 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiа onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi xüsu si mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Sözügedən yaşayış evi ailənin yeganə yaşayış evidir. Həmin evə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdı. Lakin sonradan ona məlum olmuşdur ki, bu mülk Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 saylı qətnaməsinə əsasən Maraqlı şəxs mülkiyyətinə verilmişdir. Sözügedən qətnamədə söhbət yalnız müəyyən məbləğdə pul məbləğinin ödənilməsindən gedir və onun həmin mülkün mülkiyyətə verilməsinə hər hansı bir aiddiyyəti yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona məxsus olan mülk Maraqlı şəxs adına icra məmurunun qərarı əsasında keçirilmişdir ki, bu da tamamilə qanunsuz olmaqla absurd bir məsələdir. Bu səbəbdən də, Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və həmin qeyd əsasında onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh təşkilat qanunsuz və əsassız olmaqla onun müraciətinə imtina cavabı vermişdir.
6. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 16 iyun 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Gəncə şəhəri Niz ami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək üçün iş üzrə tələbkar X2 borclu İddiaçı adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq, X2 adına rəsmiləşdirilməsi üçün zəruri sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən tərəflərindən aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hans ı bir qanun pozuntusuna yol verilməmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-755/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim E.T.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Maraqlı şəxs, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, ev 35A saylı fərdi yaşayış evinə dair cavabdeh Maraqlı şəxs adına verilmiş 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnamə ilə İddiaçı iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin ləğv edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş qətnamə vardır və bu əsasla hal-hazırkı iddia mümkün sayılmamalıdır.
9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin olunmamış, Gəncə İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2-1(114)-755/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərardadın lə ğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Bundan başqa, şikayətdə qeyd olunmuşdur ki, məhkəmələr sözügedən qərardadı qəbul edən zaman daha əvvəldən mülki məhkəmə icraatı qaydasında eyni predmet üzrə işə baxıldığını əsas götürmüşdür. Lakin burada söhbət inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin qeydə alınması üçün əsas hesab edilməyən icra məmurunun qərarı əsasında aparılmasından gedir ki, bu da tamamilə qanunsuzdur. Yəni, inzibati orqanın hərəkətləri qeyri-qanunidir və məhz bu tip işlərə inzib ati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat məhz icra məmurunun qərarı əsasında aparılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsat ətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və pros es iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olundu ğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarı Bənd
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təb iətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxm ağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.
22. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
24. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
25. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının mübahisələndi rdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasına əsasən aparılmışdır. Belə ki, qətnamə ilə müəyyən edilmiş borc ödənilmədiyi üçün icra icraatı zamanı sözügedən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, daha sonra isə həmin ev icra məmurunun qərarı ilə tələbkar Maraqlı şəxs verilmişdir. Bundan sonra, Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda, həmin qeydin mübahisələndirilməsinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. Hazırkı işin hallarından da görünür ki, İddiaçı yuxarıda qeyd olunan reyestrdə qeydlə bağlı çıxarışı daha əvvəl mülki məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrinin aktları ilə dəyişdirilmədən saxlanılmışdır.
27. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında artıq eyni predmet üzrə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Belə olan halda isə, aşağı instansiya məhkəmələri düzgün olaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir.
28. Beləliklə, m əhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.