Məhkəmə qərarları › İş №2-1(102)-1775/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1775/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1775/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi; məcburetmə haqqında iddialarda iddia müddətinin araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə G əncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-231/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2012, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyə olunmaqla imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2023-cü ildə cav abdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhər Prokurorluğunda prokuror köməkçisi vəzifəsində işləyərkən 2006-cı ilin aprel-may ayında kəskin ürək tutması ilə bağlı X2 xəstəxanasında stasionar müalicə olunmuş, Ağstafa rayon prokurorluğunda prokuror köməkçisi işlədiyi dövrdə, yəni xx.xx.2008-ci il tarixdə rayon prokurorun tapşırığı ilə Ağstafa rayon Polis şöbəsinin Müvəqqəti saxlama təcridxanasında yoxlama apararkən huşunu itirərək, koma vəziyyətində həkim briqadası tərəfindən Ağstafa rayon mərkəzi xəstəxanasına aparılmış və 01 iyul 2008-ci il tarixdən, 11 iyul 2008-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Bütün bunlardan sonra səhhətində heç bir müsbət dəyişiklik olmamışdır. Səhhətindəki problemlərlə bağlı TTY xəstəxanasının həkimləri mütəmadi olaraq xidməti iş otağında ona tibbi yardım göstərmişlər. Baş Prokurorun xx.xx.2012-ci il tarixli əmri ilə "Prokurorluq haqqında" Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin, 7-ci bəndi, 34-cü maddəsinin 3 və 9-cu bəndələrini, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanununun 26.17-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. O, əlilliklə bağlı pensiyaya çıxdığı zaman İİ mərhələ hipertoniya və həm də stenokardiya xəstəsi olmuş, İİ dərəcə hipertonik və kəskin ürək çatışmamazlığı stenokardiya ilə ba ğlı 2012-ci ilin iyun ayının 26-dan 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. Əlilliyi Bakı şəhərindən gəlmiş TSEK-in həkimləri müəyyən etmişdir. Pensiyaya çıxdıqdan sonra 2013-cü ildə ürək infarktı keçirtmiş, həkimlərin tövsiyəsi ilə Gəncə Kardioloji xəstəxanası təxminən 7 km uzaqda yerləşdiyindən, X2 xəstəxanası isə evindən təxminən 300 metr məsafədə olduğundan X2 xəstəxanasında stasionar müalicə olunmuşdur. 5 ildir ki, İİ tip şəkərli diabet xəstəsidir. 2018-ci ildə əvvəlcə X2 xəstəxanasında, sonra isə Gəncə Kardioloji xəstəxanada stasionar müalicə olunmuşdur. 2020-ci ilin oktyabr ayında beyin insult keçirtdiyindən X2 xəstəxanasında stasionar müalicə olunmuşdur. Axırıncı dəfə 19 aprel 2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə şəhəri Kardioloji xəstəxanasında stasionar müalic ə olunmuşdur. Gəncə şəhəri Kardioloji xəstəxanasının göndərişi əsasında o Bakı şəhəri Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda xx.xx.2021-ci ildə həkim müayinəsindən keçmiş ona İİİ dərəcə hipertonik diaqnozu qoyulmuşdur. Odur ki, hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini iddia etmək məcburiyyətində qalmışdır.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan 03 iyun 2023-cü il tarixli, T 354/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda "UİX. Gərginlik stenokardiyasıı F.S.İnfarktdan sonrakı kardioskleroz. Aorta və tac damarların aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ İV risk amili. Şəkərli diabet İİ tip, ağırsdmətə forma, insulindən asılı vəziyyət. Diabetik nefropatiya. Ağırlaşma: Qan dövranı çatmamazlığı İİİ fs." diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklər şəxsin xx.xx.2023-cü il tarixdə KTM-in poliklinika şöbəsində aparılmış EKQ və Exo-KQ müayinələrin nəticələri ilə bir daha təsdiq olunur. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Bundan əlavə məhkəmə iddiaçının tələbinin “xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əli llik dərəcəsinin bərpa edilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, cavabdeh qurumun iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinası haqlı olmuşdur, iddiaçıya mövcud olmayan əlilliyin bərpa edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının həmin tələbi də əsaslı olmadığından təmin edilməməlidir.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-231/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməs inin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə bağlı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərdə əlillik dərəcələrinin verilməsinə əsas olmuş diaqnozda göstərilən xəstəliyin beynəlxalq təsnifatında qeyd edilən indekslə 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlar ının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən İ25 indeksilə eynilik təşkil edir. Qeyd olunan xəstəliklərdən iddiaçının əziyyət çəkməsi iş materialları ilə tam sübuta yetirilir.

9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı əlillik təyin edilməsi mümkün olmamışdır.

11. Həmçinin qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə ol unmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri ana mnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

12. Bundan əlavə qeyd edilmişdir ki, Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)-231/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi ma hiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəs b edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya inst ansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılma sına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

20. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümləd ən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl ol unmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

23. Belə ki, sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi).

24. İşdən görünür ki, iddiaçının sonuncu dəfə əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona əlavə müalicəyə ehtiyacın olması (xəstəyə E.T.K.İ-də müa yinə və müalicə olunmaq tövsiyə olunur) səbəbi ilə imtina edilmişdir. İddiaçı isə məhkəməyə məcburetmə haqqında iddia növü ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

25. Göründüyü kimi, iddia müddətinə iddiaçı tərəfindən əməl olunub-olunmadığını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır.

26. Halbuki, hazırkı qərarın 15-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.

27. Lakin apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, bununla da İPM-in 12.1, 35.1, 38.2-ci maddələrinin tələblərini pozmuş, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 15-ci bəndində göstərilən hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir.

28. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qiymət verməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-231/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndəril

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar