Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1775/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Tikinti Təmir Quraşdırma MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi (riskli vergi ödəyicisi); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması, üçüncü şəxs qismində cəlblə bağlı şikayətin mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Tikinti Təmir Quraşdırma MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(103)-1566/2025 saylı qərar və qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Tikinti Təmir Quraşdırma MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə ərizə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar 13509,94 manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilmişdir.
3. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Eyni zamanda cavabdeh apellyasiya instansiya məhkəməsinə vəsatət təqdim edərək İddiaçı TTQ MMC ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin (VÖEN **********) rəhbərinin inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1566/2025 nömrəli iş üzrə 13 mart 2025-ci i l tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X4 və X3) vəsatət təmin edilməmişdir.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" MMC-nin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, qeyd olunan məhkəmə qərarı ilə onun maraqlarına toxunulması, həmçinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları müəyyən edilmir. Belə olan halda üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri barədə vəsatət əsassız hesab edilməli və təmin edilməməlidir.
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1566/2025 nömrəli iş üzrə 13 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X4 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, 23 se ntyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərar və qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 9. "xxxx" MMC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olması ilə bağlı vəsatətin apellyasiya instansiya məhkəməsi tərəfindən rədd edilməsi ilə əlaqədar olaraq cavabdeh qeyd etmişdir ki, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün "xxxx" MMCnin üçüncü şəxs qismində cəlbi mühüm əhəmiyyət kəsb edir.
10. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarla bağlı isə cavabdeh Vergi Məcəlləsinin 231.1, 37.1, 37.2, 83.7, 108, 109.9-cu maddələrinə, eləcə də “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli Qərarına istinad edərək bildirmişdir ki, məhkəmələr qərar qəbul edərkən qanunvericiliyin normalarının düzgün tətbiq etməmiş, işin hallarına ətraflı qiymət verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz verərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş iki məhkəmə aktını- qərar və qərardadı kassasiya qaydasında mübahisələndirmişdir.
13. M əhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hər iki məhkəmə aktı ilə bağlı ayrı ayrılıqda münasibət bildirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin mahiyyəti üzrə qəbul edilmiş qərar
14. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
15. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüq uqun inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normala rın düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlm iş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
16. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıd a sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli üçulduzlu qərar, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1644/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)1757/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malları n müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair).
18. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyə n edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
21. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlbindən imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin qərardadı
22. Məhkəm ə kollegiyası qeyd edilən vəsatətə münasibət bildirmək üçün İnzibatı Prosessual Məcəlləsinin 28-ci maddəsinin müddəalarına diqqət yetirilməsini məqsədə müvafiq hesab edir. Həmin normanın tələbinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnm əsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
23. Normanın təhlili onu deməyə əsas verir ki, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi üçün ya məhkəmənin təşəbbüsü olmalı, ya da üçüncü şəxs qismində cəlb edilmək istəyən subyekt özü bu barədə vəsatət verilməlidir. Hazırkı vəziyyətdə "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı nə məhkəmə təşəbbüs göstərməmiş, nə də "xxxx" MMC özü cəlb etmə ilə əlaqədar vəsatət verməmişdir. 24. "xxxx" MMC-in üçüncü şəxs qismində cəlb edilməsi ilə əlaqədar olaraq cavabdeh vəsatət versə də, bu vəsatət apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul ediləcək qərarın qeyd edilən MMC-nin hüquqlarını və qanunla qorunan maraqlarının pozulması hallarının müəyyən edilməməsi əsası ilə rədd edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatının tərəfləri, yəni iddiaçı və cavabdehin təşəbbüsü ilə hər hansı subyektin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsindən imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadlardan şikayət verməni nəzərdə tutmadığından, hazırkı kassasiya şikayəti mümkün şikayət kimi qəbul edilə bilməz.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 13 mart 2025-ci il tarixli, 21(103)-1566/2025 saylı qərar və qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.