Məhkəmə qərarları › İş №2-1(102)-1776/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1776/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1776/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun olaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2-1(107)-3/19 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 60 №-li qərarı ilə ona 2000 kv.m həyətyanı torpaq sahəsinin verildiyini və həmin torpaq sahəsi ilə bağlı əsas döngə nöqtələrinin koordinatları göstərilməklə A seriyalı 436913 №-li "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək, X2 kitabında 02 iyul 2013-cü ildə 6647 n ömrə ilə uçota alındığını, həmin torpaq sahəsinin yerquruluşu sxeminin DTXK-nın İsmayıllı rayon şöbəsi və İsmayıllı Bələdiyyəsi tərəfindən təsdiq edildiyini, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, mülkiyyət hüququna dair çıxarış verilməsi üçün cavabdehə müraciət etdiyini, sonuncu, 25 noyabr 2015-ci il tarixli məktubla həmin torpaq sahəsinin yaşayış məntəqələrinin sərhədlərindən kənara çıxmaqla X3 ərazisində yerləşdiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 60 №-li qərarı ilə verilmiş 2000 kv.m həyətyanı torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun olaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqt isadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 16 mаrt 2016-cı il tаrixli 2-1(84)-143/2016 saylı (sədrlik edən hakim U.Osmanov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 mаrt 2016-cı il tаrixliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.08.2016-cı il tarixli iş № 2-1(107)-193/2016 (hakimlər V.Qasımov - sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) qərarı ilə birinci instansiya məhk əməsinin 16 mаrt 2016-cı il tаrixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 23.08.2016-cı il tarixli qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2016-cı il tarixli iş № 2-1(102)1923/2016 (hakimlər X.Məmmədov - sədrlik edən və məruzəçi, İ.Hüseynov və S.Hüseynova) qərarı ilə iddiaçının kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 23.08.2016-cı il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçü n apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 10.11.2017-ci il tarixli iş № 2-1(107)-64/2016 (hakimlər İ.Şükürov - sədrlik edən və məruzəçi, M.Hüseynov və R.Əliyev) qərarı ilə birinci instansiya məhkəməsinin 16 mаrt 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 10.11.2017-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2018-ci il tarixli iş № 2-1(102)360/2016 (hakimlər İ.Dadaşov - sədrlik edən və məruzəçi, K.Bədəlov və A.Hüseynov) qərarı ilə iddiaçının kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 10.11.2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 27.02.2018-ci il tarixli iş № 2-1(107)-3/2018 (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 16 mart 2016-cı il tarixli 2-1(84)-143/2016 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə verilmiş 2000 kvadrat metr həyətyanı torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun olaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə verilmiş 2000 kvadrat metr həyətyanı torpaq sahəsinin (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək X2 kitabında 02 iyul 2013-cü ildə 6647 nömrə ilə uçota alınmış A seriyalı 436913 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilən koordinatlara uyğun olaraq) 0,0246 hektar hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, daha əvvəl Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2016-cı il 2-1(84)-143/2016 nömrəli qərarı Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-193/2016 nömrəli qərarı ilə qüvvə də saxlanılmış, lakin həmin qərardan verilmiş kasasiya şikayəti təmin edilərək iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin həmin qərarında göstərilmişdir ki, torpaq sahəsinin koordinatlarının meşə fondu torpaqlarina düşməsi torpaq sahəsinin İddiaçı məxsus olmamasını sübut etmir, əksinə İddiaçı qeyd edilən torpaq sahəsindən maneəsiz istifadə edir və ona ayrılmış 2000 kvadrat metr həyətyanı torpaq sahəsi ilə bağlı A seriyalı 436913 nömrəli torpaq sahəsinin X2 kitabında 02 iyul 2013-cü il tarixdə 6647 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin koordinatlarının düz işlənməməsi, baza məlumatlarının düz göstərilməməsi vətəndaşın təqsiri ola bilməz. Bundan başqa İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə İddiaçı istifadəsinə ayrılmış həmin 0,20 hektar torpaq sahəsinə qonşu torpaq sahiblərinə reyestrdən çıxarış verilmiş, lakin ona verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi, İsmayıllı RTKM-nın geodezisti və iddiaçının iştirakı ilə tərtib edilmiş 22 iyul 2013-cü il tarixli Aktdan məlum olur ki, A seriyalı 436913 nömrəli torpaq sahəsinin planı və ölçüsünün koordinatlarında müəyyən qədər uyğunsuzluq yarandığı üçün koordinatlarda dəqiqləşmə aparılaraq WGS-84 koordinat sisteminə gətirilmişdir. Beləliklə İddiaçı qonşuluğunda olan torpaq sahələri sənədləşdirildiyi halda, yalnız onun torpaq sahəsinin meşə fonduna aid edilməsi mümkünsüzdür. Torpaq ayrılan zaman həmin torpağın meşə torp ağı olması nə icra hakimiyyəti orqanlarının, nə də ki torpaq şöbəsinin rəylərində göstərilməyib. Torpaq sahəsi meşə fondu torpaqlarına aid idisə, onda niyə həmin torpaq sahəsinə plan-ölçü sənədi işlənirdi və rəsmi olaraq qeydə alınırdı? Həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına müxtəlif üsullarla dəyişiklik edilir və nəticədə 1998-ci ildən iddiaçının faktiki istifadəsində, mülkiyyətində və sahibliyində olan, üzərində yaşayış evi inşa edilmiş bu torpaq sahəsinə kimlərinsə koordinatı düz işləməməsi səbəbindən sənəd verilmir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2-1(107)-3/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etm işdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı vəcavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 27 fevral 2019-cu il tarixli, 21(107)-3/2019 saylı qərarla, İddiaçı tər əfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2016-cı il tarixli 2-1(84)-143/2016 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə verilmiş 2000 kvadrat metr həyətyanı torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun olaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Əra zi İdarəsinin üzərinə İddiaçı İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə verilmiş 2000 kvadrat metr həyətyanı torpaq sahəsinin (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək X2 kitabında 02 iyul 2013-cü ildə 6647 nömrə ilə uçota alınmış A seriyalı 436913 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilən koordinatlara uyğun olaraq) 0,0246 hektar hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, apelyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 139.1, 139.3-cü maddələri nə, Meşə Məcəlləsinin 6, 11-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 3-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 23-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini mahiyyəti üzrə tam araşdırmamış və baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 27 fevral 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə bir neçə dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və müvafiq qərarlar qəbul edilmişdi r. Bu qərarlardan sonuncusu Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən iddiaçının verdiyi kasasiya şikayəti üzrə 07 fevral 2018-ci il tarixdə qəbul edilərək, iddiaçının kasasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarı ləğv edərək, iş yenidən apelyasiya baxışına göndərilmişdir. Həmin qərarda göstərilir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2016-ci il tarixli, 2-1(102)1923/2016 saylı qərarında qeyd olunmuşdur ki, “DTXK-nın İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı RTKM-nin geodezisti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, iddiaçının mülkiyyətinə verilmiş 0,20 hektar həyətya nı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin döngə nöqtələrinin yerinin vətəndaş tərəfindən düzgün göstərilmədiyi ucbatından koordinatlarında müəyyən qədər uyğunsuzluq yaranmış, həmin uyğunsuzluğu aradan qaldırmaq məqsədilə vətəndaşın müraciətini nəzərə alıb həyətyanı torpaq sahəsinin koordinatları bir daha yerində dəqiqləşdirilərək WGS-84 koordinat sisteminə gətirilməklə X1 Kadastr Mərkəzi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yeni koordinatları tərtib edilmiş, həmin yeni koordinatlar iş materiallarının 5-ci vərəqəsində mövcuddur, beləliklə, sözügedən aktla iddiaçıya ayrılmış torpaq sahəsinin yeni koordinatları müəyyən edildiyindən, A seriyalı 436913 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar ayrı lmış torpaq sahəsinin həqiqi koordinatları kimi qəbul edilə bilməzlər. İşə baxan birinci instansiya məhkəməsi də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhz yeni koordinatlara əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin meşə fondu ərazisində düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyi verməsini tələb etmiş (iş vərəqi 14, 20, 24), lakin verilmiş mütəxəssis rəyində A seriyalı 436913 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən ilkin koordinatlar əsas götürülməklə torpaq sahəsinin meşə ərazisinə düşdüyü göstərilmiş, məhkəmələr isə tədqiqatın yeni koordinatlar əsasında aparılmadığını nəzərə almayaraq torpaq sahəsinin meşə ərazisinə düşdüyü ilə bağlı mütəxəssis rəyini əsas götürməklə iddianı rədd e tməkdə haqlı olmamışlar. Apelyasiya instansiyası məhkəməsi İsmayıllı rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 2000 kvadrat metr həyətyanı torpaq sahəsinin meşə fondunun torpaqlarının ərazisinə düşməsi nəticəsində işin halları ilə bağlı tam və zəruri araşdırma aparmadan gəlmiş, yeni apelyasiya baxışı zamanı İsmayıllı rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 2000 kvadrat metr həyətyanı torpaq sahəsinin dəqiq koordinatları müəyyən olunmalı, həmin koordinatların DTXK-nın İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı RTKM-nin geodezisti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akt əsasında yenidən tərtib edilmiş koordinatlar olduğu müəyyən edildiyi halda, mə hz həmin koordinatlar əsas götürülməklə torpaq sahəsinin meşə fondu ərazisinə düşüb-düşməməsi məsələsi aydınlaşdırılmalıdır”. İş materiallarının 173-cü vərəqindəki mütəxəssis rəyinə əlavə edilmiş İsmayıllı rayonu Cülyan kəndi “Nizami” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışa əsasən İddiaçı məxsus torpağın tam deyil, yalnız bir hissəsi X3 torpaqlarına düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2017-ci il tarixli 2142 saylı rəyində də qeyd edilmişdir ki, mülki iş materiallarında olan və əlavə olaraq ekspertiza tədqiqatına təqdim olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 9 saylı LTİ-in rəisi Rizvan Qəribovun və mütəxəssisi Əlibala Əliyevin tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, İsmayıllı Rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamış, DTXK-in İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı PTKM-in geodezizsti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akt əsasında yenidən tərtib edilmiş koordinatların İddiaçı naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü və torpaq sahəsinin bir hissəsinin “N.” təsərrüfatının hüdudları daxilində olduğu, bir hissəsinin isə X3 ərazisinə düşdüyü müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin yenidən işə b axan İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinin tələblərini pozaraq, Ali Məhkəməsinin qərarında olan göstərişlərə əməl etməmiş, 23 fevral 2017-ci il tarixli 2-1(107)64/2017 saylı qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, mübahisəli torpaq sahəsinin meşə fondu ərazisinə hansı hissədə, hansı ölçüdə düşməsi ekspert rəyində müəyyən edilməmiş, torpağın bir hissəsinin kolxozun ərazisinə məxsus torpaq sahəsinə düşməsi qeyd edilmiş, qeydiyyata alınması tələb olunan 0,20 hektar torpaq sahəsinin “Nizami” təsərrüfatının hüdudlarından kənara, meşə ərazisinə düşdüyü göstərilmiş, meşə fondu ərazisinə düşməyən hissə üzərində isə iddiaçının mülkiyyət hüququnun qeydiyyatdan keçirilməsi üçün imtinaya əsas olubolmadığını nəz ərə almamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Ali Məhkəmənin 07 dekabr 2016-cı il tarixli qərarında verilmiş göstərişlər yerinə yetirilərək, müvafiq məhkəmə ekspertizası təyin edilməklə obyektiv araşdırılmalı, iddiaçıya məxsus torpaq sahəsinin konkret olaraq hansı ölçüdə meşə fondu torpaqlarına düşdüyü dəqiq müəyyən edilməli, meşə fonduna düşməyən hissə üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məsələ müzakirə edilib qiymətləndirilməli nəticəsindən asılı olaraq mübahisə qanuni həll edilməlidir”. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri ü çün məcburidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərinə, “mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir” prinsipinə tam riayət etməklə Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişləri nəzərə alaraq 16 may 2018-ci il tarixli 2-1(107)-198/2018 nömrəli qərardad ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılması ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 se ntyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq koordinatları hansılardır?

2. Həmin koordinatların DTXKın İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı RTKM-in geodezisti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akt əsasında yenidən tərtib edilmiş koordinatlar (iş vərəqi 5) olduğu müəyyən edildiyi halda, məhz həmin koordinatlar əsas götürülməklə torpaq sahəsi meşə fondu ərazisinə düşürmü?

3. Əgər İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 2000 kvadrat metr həyətyanı torpaq sahəsi meşə fondu ərazisinə düşürsə, hansı hissəsi (ölçülər göstərilməklə) meşə fondu ərazisinə, hansı hissəsi (ölçülər göstərilməklə) “Nizami” təsərrüfatı nın ərazisinə düşür? Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.08.2018-ci il tarixli **********97 nömrəli məktubu ilə daxil olan mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2018-ci il tarixli 28087 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 15 avqust 2018-ci il tarixli, **********97 saylı rəyə görə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN-436913 nömrə ilə İddiaçı həyətyanı məqsədi ilə verilmiş plan və ölçü sənədinə əsasən torpaq sahəsinin koordinatlar ı sxemdə öz əksini tapmışdır. Eyni zamanda həmin rəyə əsasən, DTXK-in İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı RTKM-in geodezisti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akta əlavə olunan koordinatlara əsasən torpaq sahəsinin 0.1891 hektar hissəsinin X3 torpaqlarına düşdüyü, İsmayıllı RAİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN436913 nömrə ilə İddiaçı həyətyanı məqsədi ilə verilmiş plan ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı RTKM-in geodezisti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akta əlavə olunan koordinatlar arasında uyğunsuzluqlar olduğu müəyyən edilir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 15 avqust 2018-ci il tarixli **********97 saylı rəyə əsasən, İsmayıllı RAİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN-436913 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən İddiaçı həyətyanı məqsədi ilə verilmiş torpaq sahəsinin 0.1754 hektar hissəsinin meşə fondu torpaqlarının ərazisinə, 0.0246 hektar hissəsinin isə keçmiş “Nizami” təsərrüfatının ərazisinə düşdüyü, eyni zamanda İsmayıllı RAİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN-436913 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi nə əsasən İddiaçı həyətyanı məqsədi ilə verilmiş torpaq sahəsinin koordinatları ilə naturada ölçülmüş iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspert və mütəxəssis rəylərinə müvafiq olaraq İsmayıllı Rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN-436913 nömrə “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən İddiaçı həyətyanı məqsədi ilə verilmiş torpaq sahəsinin koordinatları sxemdə öz əksini tapmış, DTXK-in İsmayıllı rayon şöbəsinin mütəxəssisləri tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akta əlavə olunan koordinatlara əsasən torpaq sahəsinin 0.1891 hektar hissəsinin X3 torpaqlarına düşdüyü, İsmayıllı Rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN-436913 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən İddiaçı həyətyanı məqsədi ilə verilmiş torpaq sahəsinin koordinatları ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin mütəxəssisləri tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akta əlavə olunan koordinatlar arasında uyğunsuzluqlar olduğu və İsmayıllı Rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN436913 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən İddiaçı həyətyanı məqsədi ilə verilmiş torpaq sahəsinin 0.1754 hektar hissəsinin meşə fondu torpaqlarının ərazisinə, 0.0246 hektar hissəsinin isə keçmiş “Nizami” təsərrüfatının ərazisinə düşdüyü, “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən torpaq sahəsinin koordinatları ilə naturada ölçülmüş iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu arada apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, İsmayıllı rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə verilmiş 2000 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına AN-436913 nömrə ilə tərtib edilərək X2 kitabında 02 iyul 2013-cü ildə 6647 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qüvvədədir, hər hansı inzibati orqan tərəfindən ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2018-ci il tarixli 28087 nömrəli rəyindən göründüyü kimi, həmin Torpaq sa həsinin planı və ölçü sənədinə uyğun olaraq sözügedən torpaq sahəsinin koordinatları müəyyəndir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən DTXK-nın İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, İsmayıllı RTKM-nin geodezisti R.Gidayev və İddiaçı tərəfindən 22 iyul 2013-cü il tarixdə tərtib edilmiş akta əsasən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin döngə nöqtələrinin yerinin vətəndaş tərəfindən düzgün göstərilmədiyi ucbatından koordinatlarında müəyyən qədər uyğunsuzluq yaranmış, həmin uyğunsuzluğu aradan qaldırmaq məqsədilə vətəndaşın müraciətini nəzərə alıb həyətyanı torpaq sahəsinin koordinatları bir daha yerində dəqiqləşdirilərək WG S-84 koordinat sisteminə gətirilməklə X1 Kadastr Mərkəzi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yeni koordinatları tərtib edilmişdir. İşin bu halı ilə məhkəmə kollegiyası haqlı olaraq belə qənaətə gəlmişdir ki, aqrar islahatın aparılmasına səlahiyyətli olan orqan, yəni İsmayıllı rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarına əsasən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş koordinatların, torpaq islahatının aparılmasından 15 il sonra buna səlahiyyəti olmayan DTXK-nın İsmayıllı rayon şöbəsinin məsləhətçisi və İsmayıllı RTKM-nin geodezisti tərəfindən dəyişdirilməsi, həmin şəxslər tərəfindən tərtib edilmiş 22 iyul 2013-cü il tarixli aktın və həmin akt ilə müəyyən edilmiş yeni koordinatların mötəbərliliyi şübhə yaradır. Belə ki, göstəri lən vəzifəli şəxslərə həmin koordinatların dəyişdirilməsi üçün səlahiyyət verilməsi işin hallarından görünmür. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ekspert rəyindən göründüyü kimi, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş koordinatlar iddiaçının mənafeyi baxımından daha əlverişlidir, belə ki, həmin koordinatlarla torpaq sahəsinin 0.0246 hektar hissəsi keçmiş “Nizami” təsərrüfatının ərazisinə düşür, yəni torpaq islahatının obyekti ola bilərdi. Dəyişdirilmiş koordinatlarla isə daha az sahə, yəni 0,0109 hektar keçmiş “Nizami” təsərrüfatının ərazisinə düşür (torpaq sahəsinin 0.1891 hektar hissəsi isə X3 torpaqlarına düşür), həmçinin torpaq sahəsinin iddiaçının naturada istifadə etdiyi koordinatlara uyğun hüquq müəyyən edən sənəd tərtib edilməmişdir və mövcud deyil. Beləliklə, “İsmayıllı rayon AİK-ın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında tərtib edilmiş AN-436913 nömrə ilə İddiaçı həyətyanı məqsədi ilə verilmiş plan və ölçü sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə naturada ölçülmüş iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Həmin torpaq sahəsinin 0.1754 hektar hissəsi meşə fondu torpaqlarının ərazisinə, 0.0246 hektar hissəsi isə keçmiş «Nizami» təsərrüfatının ərazisinə düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə kollegiyasının 16 may 2018-ci il tarixli 21(107)198/2018 nömrəli qərardadı əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 15.08.2018-ci il tarixli **********97 saylı rəy və onun əsasında tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2018-ci il tarixli 28087 nömrəli rəyi daha dəqiq, dolğun olduğundan, həmin rəydə ekspertin qarşısında qoyulan suallara ətraflı cavab verildiyindən iş üzrə qanuni və obyektiv nəticəyə gəlmək üçün əsas götürülə bilər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə görə, Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Meşə Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 13 9.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23-cü maddəsinin məzmununa görə, daşınmaz əmlakın dövlət reyestri orqanı dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdirlər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 21(107)-3/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar