Məhkəmə qərarları › İş №2-1(102)-1776/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1776/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1776/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli 2-1(107)-212/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X15-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasına dair Azərbaycan Respublikası Vəkillər X5 müraciəti daxil olmuşdur. Azərbaycan Respublikası Vəkillər X4 xx xxxxxxx 2019-cu il tarixli qər arı ilə onun barəsində intizam icraatı başlanılaraq, müraciətdə göstərilən xüsusatların araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.11.1, 92.11.2-ci maddələrinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin tələblərinin və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmi şdir. Belə ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh barəsində olan müraciəti belə əsaslandırılmışdır ki, “X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu və nöqsanlara dair Mingəçevir Şəhər Prokurorluğundan daxil olmuş xx xxxx 2019-cu il tarixli təqdimata Respublika Baş Prokurorluğunda baxılmışdır. Mingəçevir ŞPŞ-nin İB-nin icraatında olan Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə həmin maddə ilə təqsirləndirilən şəxs Bəxtiyar Məmmədovun müdafiəçisi Cavabdeh xx xxxx 2019-cu il tar ixdə Mingəçevir Şəhər Prokurorluğuna müraciət edərək iş üzrə əlavə istintaq hərəkətlərinin aparılması və bir sıra xüsusatların araşdırılması barədə vəsatət vermişdir. Həmin vəsatət əsasında cinayət işinin materialları tələb edilərək öyrənilmiş və müəyyən olunmuşdur ki, xx xxxxx 2019-cu il tarixdə şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Kərim İsmayılbəyli tərəfindən X6 barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyi üçün X9 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə i lə ittiham elan edilmiş və qeyd olunan tarixdə barəsində Mingəçevir Şəhər Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Müdafiəçinin verdiyi vəsatət Mingəçevir Şəhər Prokurorluğu tərəfindən qismən təmin edilmiş, əksər hissədə isə vəsatətin təmin olunmasından imtina edilmişdir. Lakin müdafiəçi Cavabdeh cinayət işi ilə bağlı şəhər prokurorluğuna ünvanladığı vəsatətində bir çox xüsusatların yoxlanılmalı və araşdırılmalı olması xahişi ilə yanaşı «böyük ehtimalla Samirə Həsənova (zərərçəkmiş şəxslərin anası) ilə əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar» və «Səbinə və Firuzə Mirzəyevanın anası Samirə Həsənovanın keçirdiyi həyat tərzinə uyğun olaraq həyat tərzi keçirib anaları kimi müxtəlif şəxslərlə və davamlı ola raq bu işlə məşğul olurlar” kimi əsassız ifadələrdən istifadə etmişdir. Göründüyü kimi, müdafiəçi Cavabdeh hər hansı bir mötəbər sübut və dəlillərə əsaslanmadan, faktı təsdiq edən dəlil təqdim etmədən, yalnız mülahizələrə əsaslanaraq, bununla da hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, təhqiramiz sözlərə yol verməklə, həddi-büluğa çatmayan 2 azyaşlının şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, bununla da vəkillik etikasına zidd olan davranışlara yol vermişdir.” İntizam icraatı üzrə vəkil Cavabdeh yazılı izahat verməsi təklif olunsa da, o, yazılı izahat təqdim etməmiş, Vəkillərin İntizam Komissiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edərək şifahi izahatında göstərmişdir ki, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X6 hüquqlarının müdafiəsini həyata keçirir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Bəxtiyar Məmmədov irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməmiş və ittihamda qeyd edilən cinayətlərin onun tərəfindən deyil, digər şəxslər tərəfindən törədildiyini bildirmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilmişdir ki, iş üzrə X3rı Səbinə və Firuzə Mirzəyevalarda mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən iş üzrə istintaq orqanına vəsatətlə müraciət etmiş və vəsatətdə “böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” və “Səbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirdiyi həyat tərzinə uyğun olaraq uzu n müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadələrdən istifadə etmişdir. Qeyd edilən fikirlər ona məxsusdur. Həmin fikirləri ona görə vəsatətdə göstərmişdir ki, iş üzrə azyaşlı zərərçəkmiş şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olan şəxslərin tam dairəsi müəyyən ediləcəyi təqdirdə, onun hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyi sübut olunacaqdır. Hazırda həmin cinayət işi X16 Məhkəməsində baxılır və o, məhkəməyə də eyni məzmunlu vəsatətlərlə müraciət etmişdir. Araşdırma materiallarına əlavə edilmiş Yevlax şəhər Vəkil Bürosu ilə bağlanmış 93 №-li, xx.xx.2019-cu il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Mingəçevir şəhər Polis Şöbəsində X6 cinayət təqibi üzrə hüquqlarının müdafiəsi vəkil Cavabdeh həva lə edilmiş və ona müvafiq vəkil orderi verilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin icraatında olan ********* №-li cinayət işi üzrə X9 barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılmışdır. Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Mingəçevir şəhər X12 ünvanlanmış yazılı vəsatətin məzmunundan görünür ki, müdafiəçi X6 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılmasını xahiş etmişdir. Həmçinin, müdafiəçi Cavabdeh oxşar məzmunlu vəsatətlə Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Kərim İsmayıİbəyliyə müraciət etmişdir. Yevlax şəhər Vəkil Bürosu ilə bağlanmış 318№-li, xx.xx.2019-cu il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, X16 Məhkəməsində X6 cinayət təqibi üzrə hüquqlarının müdafiəsi vəkil Cavabdeh həvalə edilmiş və ona müvafiq vəkil orderi verilmişdir. Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən X16 Məhkəməsinin sədri Rəşad Əliyevə ünvanlanmış yazılı vəsatətlərin, həmçinin məhkəmə tərkibinə və dövlət ittihamçısına etirazın məzmunundan görünür ki, vəkil Cavabdeh ibtidai istintaq zamanı təqdim etdiyi vəsatətlərində qeyd etdiyi məsələlərin təmin edilməsini eyni ilə məhkəmədən xahiş etmişdir. Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Mingəçevir Şəhər Prokurorluğuna, polis şöbəsinə və X16 Məhkəməsinə ünvanlanmış vəsatətlərin məzmununda aşağıdakı fikirlər öz əksinin tapmışdır: “Bəxtiyar Məmmədovun bildirdi yinə görə Samirə Həsənova uzun müddətdir ki, əxlaqsız həyat tərzi keçirir, müxtəlif ünvanlarda kirayələrdə qalmaqla məhz əxlaqsız həyat tərzi keçirdiyi üçün tez-tez ünvanlarını dəyişir və qızlarını da əxlaqsız həyat tərzinə uyğun tərbiyə etməklə yaşadıqları evə müxtəlif şəxsləri gətirməklə onlarla cinsi əlaqədə olmuşdur. Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar. Xüsusilə “Bərdəli Təbriz” kimi tanıdığı şəxsin bu əməllər törətməsi daha çox ehtimal olunur. Odur ki, Samirə Həsənovanın istifadəsində olan mobil telefon nömrələrinin (051 635-68-77, 051 ***-**-** və s.) hadisəyədək və hadisədən sonra danışıq siyahısı, mesajlar və Vatsap əlaqələri çıxarılmaqla onunla ünsiyyət və münasibətdə olan şəxslərin dairəsi müəyy ən edilməli və onun qızlarına qarşı cinsəl münasibətdə olan şəxslər aşkarlanaraq bu barədə qanuni qərarların qəbul edilməsi təmin olunmalıdır.”. Daha sonra, vəsatətlərdə vəkil Cavabdeh tərəfindən göstərilmişdir ki, “X3rı Səbinə və Firuzə Mirzəyevaların barəsində təyin olunmuş ekspertizaların rəylərindən məlum olur ki, onlarda mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri vardır. Bu o deməkdir ki, Səbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar. Ana və övladlarının daimi olaraq bir yerdə yaşamalarını nəzərə alaraq Samirə Həsənovanın qızları ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaları barədə məlumatsız deyildir. Məhz buna görə də Samirə Həsənova və onun qı zlarının yenidən ifadəsi alınmalı, onların yaxın və təsadüfi olduqları şəxslərin dairəsi müəyyən edilərək onlarla istintaq-əməliyyat işləri aparılmalı, cinayət xarakterli hərəkətlər müəyyən edilərək nəticəsinə obyektiv hüquqi qiymət verilməlidir.”. Vəsatətlərin ümumi məzmunundan birinci cümlədə “onunla” dedikdə iş üzrə zərərçəkmiş şəxslərin anası Samirə Həsənovanın nəzərdə tutulması, ikinci cümlədə isə “bu işlə məşğul olurlar” ifadəsində “qeyri-təbii yolla cinsi əlaqədə olurlar” ifadəsinin nəzərdə tutulması aydın olur. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh hüquqlarını müdafiə etdiyi X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi vəsatət və etirazlarında “Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” və «Səbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadələrdən istifadə etməklə, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan azyaşlılar Səbinə və Firuzə Mirzəyeva, o cümlədən onların anası barəsində həqiqiliyi mötəbər sübut və dəlillərlə təsdiq olunmayan fikirlər yazmış, azyaşlı zərərçəkmiş şəxslərin anasını əxlaqsız hərəkətlər edən şəxs kimi qələmə vermiş, faktı təsdiq edən dəlillər olmadan azyaşlı zərərçəkmiş şəxsləri digər naməlum şəxslərlə, m ütəmadi olaraq cinsi əlaqədə olmaqda ittiham etmiş, yalnız özünün şəxsi ehtimalları əsasında onları (azyaşlı qızları və analarını) əxlaqsız hərəkətlər etməkdə, əxlaqsız həyat şəraiti keçirməkdə, müxtəlif şəxslərlə, davamlı cinsi əlaqədə olmaqda ittiham etmiş, azyaşlıların cinsi toxunulmazlığını ləkələyən əsassız fikirlər irəli sürmüşdür. Bununla da, vəkil İlham X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqdim etdiyi yazılı vəsatətlərində zərərçəkmiş şəxslərin və onların analarının şərəf və ləyaqətini alçaltmağa yönələn ifadələr işlətmiş, cinayət mühakimə icraatı zamanı vəkil etikasının tələblərini pozmaqla, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Vəkillər X7 xx xxxxxxx 2019-cu il tarixli iclasında vəkil Cavabdeh barəsində olan müxtəlif intizam icraatları üzrə Vəkillərin İntizam komissiyasının rəylərinə baxılaraq, müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, Rəyasət Heyətinin xx xxxxxxx 2019-cu il tarixli iclasında: -Azərbaycan Respublikası Vəkillər X7 xx xxxxxxx 2019-cu il tarixli iclasında X11 Məhkəməsinin hakimi Müşviq Məmmədovun müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 4.1, 4.2, 4.5-cı bəndlərinin və Azərbaycan Respublika sı Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, həmin Qanunun 22-ci maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh irad tutulmuş; -X2 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ hissəsinin, 5-ci maddəsinin İİ, İİİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.5, 2.13, 3.1-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, həmin Qanunun 22-ci maddəsinin Vİ hissəsinin 2-ci bəndinə əsasən Yevlax şəhər Vək il Bürosunun vəkili Cavabdeh töhmət verilmiş; - “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin tələblərini və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)345/2020 nömrəli q ərarı ilə iddia təmin edilmiş, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin tələblərini pozduğundan, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması barədə iddia əsaslıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli 21(107)-212/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 28.1-ci maddəsində deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş üzrə yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının q əbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə işə mahiyyəti üzrə baxmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ bəndini, 13-cü maddəsinin İ bəndini, İİİ bəndini və Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.3, 385.1.4-cü maddələrinin və digər normativ hüquqi aktlardan irəli gələn, o, cümlədən mülkiyyət, ədalətli məhkəmə baxışı hüquqlarını əhəmiyyəti dərəcədə pozulmuşdur Məhkəmə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində təsbit olunmuş ədalət mühakiməsinin təməl prinsiplərindən olan çəkişmə və tərəflərin bərabərliyi prinsipini, eləcə də ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin İİ hissəsinə əsasən, vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin Qanunun İİİ hissəsinə əsasən, vəkilliyin əsaslarından biri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsidir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, vəkillik fəaliyyəti vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinin l hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçü n istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə aşağıdakılar təsbit olunmuşdur: 1.1. Bu Əsasnamədə əks olunmuş qaydalar vəkillik fəaliyyətini həyata keçirən bütün şəxslərə şamil edilir. 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, əd alət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.5. Vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. 2.7. Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət - Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxsləri n işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22ci maddəsinin: - İ hissəsinə əsasən, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir; - İİ hissəsinə əsasən, vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir; - Vİİİ hissəsinə əsasən, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından göründüyü kimi, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasına dair Azərbaycan Respublikası Vəkillər X5 müraciətində göstərilənlər Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən araşdırılmış, araşdırmada cavabdehin iştirakı təmin edilmiş, Komissiyanın iclasında izahatı alınmış, müraciətdə qeyd edilən “böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” və “Səbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” məzmunda ifadələrin ona məxsus olduğunu cavabdeh təsdiq etmişdir. Araşdırmanın nəticəsi üzrə rəy tərtib olunaraq Vəkillər X5 təqdim olunmuşdur. Komissiyanın rəyinə görə, vəkil Cavabdeh cinayət işi üzrə ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi vəsatət və etirazlarında “Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” və «Səbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadəl ərdən istifadə etməklə, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan azyaşlılar Səbinə və Firuzə Mirzəyeva, o cümlədən onların anası barəsində həqiqiliyi mötəbər sübut və dəlillərlə təsdiq olunmayan fikirlər yazmış, azyaşlı zərərçəkmiş şəxslərin anasını əxlaqsız hərəkətlər edən şəxs kimi qələmə vermiş, faktı təsdiq edən dəlillər olmadan azyaşlı zərərçəkmiş şəxsləri digər naməlum şəxslərlə, mütəmadi olaraq cinsi əlaqədə olmaqda ittiham etmiş, yalnız özünün şəxsi ehtimalları əsasında onları (azyaşlı qızları və analarını) əxlaqsız hərəkətlər etməkdə, əxlaqsız həyat tərzi keçirməkdə, müxtəlif şəxslərlə davamlı cinsi əlaqədə olmaqda ittiham etmiş, azyaşlıların cinsi toxunulmazlığını ləkələyən əsassız fikirlər irəli sürmüş, vəkil etikasının tələblərini pozmaqla vəkilliyin nüfuzunu aşağı sala biləcə k hərəkətlərə yol vermişdir. Vəkillər X4 xx xxxxxxx 2019-cu il tarixli iclas protokolundan çıxarışdan göründüyü kimi, cavabdeh barəsində olan müxtəlif intizam icraatları üzrə Vəkillərin İntizam komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, X11 Məhkəməsinin müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 4.1, 4.2, 4.5-cı bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğun a görə, həmin Qanunun 22-ci maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh irad tutulmuş; X2 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ hissəsinin, 5-ci maddəsinin İİ, İİİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.5, 2.13, 3.1-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, həmin Qanunun 22-ci maddəsinin Vİ hissəsinin 2-ci bəndinə əsasən Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh töhmət verilmiş; “Vəkillər və vəkillik fəaliyyəti h aqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin tələblərini və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13cü bəndinin tələblərini pozduğuna görə, Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin vəkillik fəaliyyətinə və bu fəaliyyətdən irəli gələn hüquq və səlahiyyətlərinə müdaxilə v əkillərin yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş davranış qaydalarının tələblərinin təmin olunması, o cümlədən vəkillərin və vəkil qurumlarının nüfuzunun və vəkillərə etimadın qorunması naminə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada edilmiş, müdaxilə qanuni məqsəd güdmüş, həmin məqsədə mütənasib və zəruri olmuşdur. Cavabdeh şikayətinin hüquqi əsası kimi İPM-in 28.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Normanın məzmunundan göründüyü kimi, həmin norma üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Cavabdeh həmin normanın tətbiqini zəruri edən hər hansı hala istinad etməmişdir. Beləliklə, həmin normanın apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğuna dair şikayətin dəlili əsaslı deyil. Cavabdeh kassasiya şikayətinin dəlillərinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarına isti nad etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Cavabdehin əsaslandığı mülki-prosessual normaların hazırkı inzibati icraatda tətbiqi üçün əsaslar olmadığından şikayətin dəlilləri əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb ola bilməz. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ (Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir), 13-cü maddəsinin İ (Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur) və İİİ (Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz) hissələrinin, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalət mühakiməsinin təməl prinsiplərindən olan çəkişmə və tərəflərin bərabərliyi prinsipinin, eləcə də ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair hər hansı dəlil göstərilməmiş və ya həmin normaların tələblərinin pozulduğunu təsdiq edən hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yox dur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli 21(107)-212/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar