Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1776/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 2-1(103)-863/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1960-cı il 15 sentyabr tarixdə doğulmuş, 1978-ci il 15 fevral tarixdən əmək fəaliyyətinə başlayaraq həmin tarixdən 1979-cu il 1 aprel tarixədək 1-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, 1979-cu il 19 oktyabr tarixdən 1981-ci il 21 oktyabr tarixədək hərbi xidmətdə olmuş, 1982-cü il 10 fevral tarixdən əmək fəaliyyətini davam etdirmiş, 1982-ci il 10 fevral tarixdən 1983-cü il 28 aprel tarixədək çıxarıcı-qalaqlayıcı, 1983-cü il 1 iyul tarixdən 1987-ci il 12 fevral tarixədək suvaqçı, 1987-ci il 14 iyul tarixdən 1990ci il 20 sentyabr tarixədək rəngsaz, 1990-cı il 20 sentyabr tarixdən 2005-ci il 20 sentyabr tarixədək, 2005-ci il 3 oktyabr tarixdən 2006-cı il 1 yanvar tarixədək quraşdırıcı-çilingər vəzifəsində işləmiş, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi stajına malik olmuş, bunun 12 il 6 ayını güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2020-ci il 7 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, idarəyə təqdim olunan 1979-cu il 27 aprel tarixli, İT- İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 1987-ci il 14 iyul - 2005-ci il 20 iyun tarixləri arasındaki dövr ərzində “x” NQÇİ-nin Təsərrüfathesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 2019-cu il 1 oktyabr tarixli arayışa əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Eyni zamanda 2005-ci il 3 oktyabr - 2006-cı il 21 noyabr tarixləri arasındaki dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun deyil. Göstərilən səbəblərdən 2006-cı il 1 yanvar tarixədək iddiaçının güzəş tli iş stajı 12 il 06 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2020-ci il 7 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 2017-ci il 15 sentyabr tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 2006-cı il 1 yanvar tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-ha zıra kimi hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 57 yaşı tamam olduğu 2017-ci il 15 sentyabr tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi iddiaçıya ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh 2020-ci il 7 iyul tarixli, **********6 nömrəli məktubla iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı natamam orta təhsilini başa vurduqdan sonra 1978-c i il 15 fevral tarixdə 8 nömrəli X1 Dəstədə fəhlə kimi əmək fəaliyyətimə başlamış, 1979-cu il 1 aprel tarixdə işdən çıxmışdır. 1979-cu il 19 oktyabr tarixdən 1981-ci il 21 oktyabr tarixədək həqiqi hərbi xidmətdə olmuş, 1982-ci il 10 fevral- 1983cü il 28 aprel tarixlərdə Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatında gil kərpic sexində çıxarıcı-qalaqlayıcı, 1983-cü il 1 iyul - 1987-ci il 8 yanvar tarixlərdə Tamamlama işləri üzrə Bakı şəhəri 4 nömrəli X2 suvaqçı, və suvaqçı- rəngsaz, 1987ci il 13 fevral - 1987-ci il 26 mart tarixlərdə 7 nömrəli Trestin 75 saylı Tikinti idarəsində suvaqçı peşələrində çalışmışdır. 1987-ci il 14 iyul tarixdə Şirvannefit NQÇİ-də Təsərrüfat hesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz peşəsinə işə qəbul edilmiş və 1990-cı il 20 sentyabr tarixə kimi həmin peşədə çalı şmışdır. 1990-cu il 20 sentyabr - 2005-ci il 20 sentyabr tarixləri arasında həmin müəssisədə quraşdırıcı çilingər, 2005ci il 20 sentyabr - 2005-ci il 3 oktyabr tarixdə X3 şöbəsində bağban, 2005-ci il 3 oktyabr - 2006-cı il 1 yanvar tarixlərdə (sonrakı dövr əmək fəaliyyətim əmək kitabçasında qeyd edilmişdir) həmin idarənin Tikinti Təmir sexində quraşdırıcı çilingər peşəsində işləmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əmək fəaliyyəti dövründə 2006-cı il 01 yanvar tarixə kimi qeyd edilən peşələrdə 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı toplamışdır. Onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının müraciətinə vermiş olduğu imtina cavabında ümumi iş stajını və digər müəssisələrdə topladığı güzəştli iş stajını müba hisələndirməmişdir və hesab edir ki, hazırkı iddia üzrə işində həmin iş stajı dövrləri mübahisələndirilməyən hal kimi qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi 1979-cu il 27 aprel tarixli, İT- İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 1987-ci il 14 iyul - 2005-ci il 20 iyun tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇİ-nin Təsərrüfathesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 2019-cu il 1 oktyabr tarixli arayışa əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu za man tətbiq etdiyi maddələrin təhlükəli sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Eyni zamanda 2005-ci il 3 oktyabr 2006-cı il 21 noyabr tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun deyil. Göstərilən səbəblərdən 2006-cı il 1 yanvar tarixədək iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Odur ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli, 2-1(112)-5737/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya hüququ yarandığı 2017-ci il 15 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tə yin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 1982-ci il 10 fevral tarixdən 1983-cü il 28 aprel tarixədək çıxarıçıqalaqlayıcı, 1987-ci il 14 iyul tarixdən 1990-cı il 20 sentyabr tarixədək rəngsaz, 1990cı il 20 sentyabr tarixdən 2005-ci il 20 sentyabr tarixədək, 2005-ci il 3 oktyabr tarixdən 2006-cı il 1 yanvar tarixədək quraşdırıcı-çilingər vəzifəsində işləməsi, onun əmək kitabçasından savayı, həmçinin, Şirvan Tikinti Sənaye ASC tərəfindən verilmiş 2020-ci il 20 may tarixli, 11 saylı və “X4 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 620/10 saylı, 2020-ci il 22 oktyabr tarixli arayışlarda öz təsdiqi tap mışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 2017-ci il 15 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 2-1(103)-863/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2020-ci il 5 noyabr tarixli dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş mışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi 1979-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 1987-ci il 14 iyul - 2005-ci il 20 iyun tarixləri arasındakı dövr ərzində “x” NQÇ-nin Təsərrüfat hesablı Tikinti Quraşdırma idarəsində rəngsaz vəzifəsində İşlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 2019-cu il 1 oktyabr tarixli dair arayışına əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik s infi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Məhkəmə işəgötürən tərəfindən təqdim edilmiş 2020-ci il 22 oktyabr tarixli arayışına istinad edərək iddiaçının işlədiyi rəngsaz peşəsini pensiya hüququ verən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunlaşdırmışdır. Lakin, bu zaman məhkəmə arayışı tərtib edən müəssisə tərəfindən arayışda qeyd edilən xüsusatların nəyə istinadən qeyd edilməsini araşdırmamış, həmin müəssisədə qeyd edilən peşələrdə çalışanları peşə fəaliyyətlərini tənzimləyən normativ-hüququ aktları müəyyənləşdirməmiş və onlara istinad etməmişdir. Həmçinin, Apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi quraşdırıcı çilingər peşəsini polad dəmir konstruksiyaların qur aşdırılması üzrə quraşdırıcı peşəsinə uyğunlaşdırmışdır. Lakin, bu zaman da məhkəmə qeyd edilən peşələri uyğunlaşdırarkən bu nəticəyə hansı normativ-hüquqi aktın nəticəsində gəlməsini qeyd etməmişdir Göstərilən səbəblərdən 2006-cı il 1 yanvar tarixədək iddiaçıya güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir və onun güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Həmçinin, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu hal Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensi ya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakıla r malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İddiaçıya onun 57 yaşının tamam olduğu 2017-ci il 15 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır.
23. İddiaçının əmək kitabçasındakı və işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışlardakı məlumatlara əsasən, iddiaçı 1978 -ci il 15 fevral tarixdən əmək fəaliyyətinə başlamış və hərbi xidmət müddəti də daxil olmaqla 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi stajı olmuşdur.
24. İddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 1982-ci il 10 fevral tarixdən 1983-cü il 28 aprel tarixədək çıxarıcı-qalaqlayıcı, 1987-ci il 14 iyul tarixdən 1990-ci il 20 sentyabr tarixədək rəngsaz, 1990-cı il 20 sentyabr tarixdən 2005-ci il 20 sentyabr tarixədək, 2005-ci il 3 oktyabr tarixdən 2006-cı il 1 yanvar tarixədək quraşdırıcı-çilingər vəzifəsində işləməsi onun əmək kitabçası ilə yanaşı, həmçinin Şirvan Tikinti Sənaye ASC tərəfindən verilmiş 2020-ci il 20 may tarixli, 11 saylı və “X4 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 620/10 saylı, 2020-ci il 22 oktyabr tarixli arayışlarda öz tə sdiqi tapmışdır.
25. İddiaçının çalışdığı həmin peşə və vəzifələr "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 33-cü bölməsində («Ümumi peşələr») 2320000013450 kodu ilə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar; 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000a14612 şifrəsi kodu ilə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; 17-ci bölməsində (Tikinti mater ialları istehsalı) 2180600a-11578 şifrəsi kodu ilə çıxarıcılar güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir.
26. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının idarəyə təqdim etdiyi 1979cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 1987-ci il 14 iyul - 2005-ci il 20 iyun tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Tikinti Quraşdırma idarəsində rəngsaz vəzifəsində İşlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 2019-cu il 01 oktyabr tarixli dair arayışına əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Məhkəmə işəgötürən tərəfindən təqdim edilmiş 202 0-ci il 22 oktyabr tarixli arayışına istinad edərək iddiaçının işlədiyi rəngsaz peşəsini pensiya hüququ verən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunlaşdırmışdır. Lakin, bu zaman məhkəmə arayışı tərtib edən müəssisə tərəfindən arayışda qeyd edilən xüsusatların nəyə istinadən qeyd edilməsini araşdırmamış, həmin müəssisədə qeyd edilən peşələrdə çalışanları peşə fəaliyyətlərini tənzimləyən normativ-hüququ aktları müəyyənləşdirməmiş və onlara istinad etməmişdir.
27. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdehin də istinad etdiyi, işəgötürən tərəfindən təqdim edilmiş arayışda QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına istinad edilmiş, həmçinin iddiaçının əmək fəaliyyətinin icrası zamanı təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə bilavasitə təmasda olduğunu göstərmişdir. Arayışdakı həmin məlumatları təkzib edən və ya mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.
28. Şikayətin digər dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi quraşdırıcı çilingər peşəsini polad dəmir konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə uyğunlaşdırmışdır. Lakin, bu zaman da məhkəmə qeyd edilən peşələri uyğunlaşdırarkən bu nəticəyə hansı normativ-hüquqi aktın nəticəsində gəlməsini qeyd etməmişdir.
29. Məhkəmə kollegiyası şikayətin həmin dəlini də əsaslı hesab etmir. Belə ki, işəgötürən tərəfindən verilmiş arayışa əsasən, quraşdırıcı çilingər vəzifəsi ndə İddiaçı Poladxan oğlunun əsas vəzifə öhdəlikləri ayrı-ayrı polad və beton konstruksiya elementlərindən ibarət olan dəzgahların təmiri və quraşdırılması, quyuların atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının (polad konstruksiyalardır) çəkilməsi, təmiri və işçi meydançada mürəkkəb təmir işlərinin həyata keçirilməsi; neft hasilatı obyektlərində texnoloji prosesin tərkib hissəsi olan müxtəlif təyinatlı polad və dəmirbeton konstruksiyaların quraşdırılması, quyu qazılması üçün meydançaların hazırlanmasında polad konstruksiyaların quraşdırılmasından ibarət olmuşdur.
30. Beləliklə, iddiaçının 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına malik olduğu, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işlədiyi təsdiq olunduğundun, onun hazırkı məzmunda tələb irəli sürmək hüquq vardır.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 2-1(103)-863/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.