Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1776/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “övladına ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(106)-80/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının övladı Əbilov Rəmzi Ramiz oğlunun əlillik vəziyyətinə Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya.qıcolma tutmalarla, psixi inkişafın geri qalması; Meyar:
2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla)...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G40-G47 Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya, qıcolma tutmalarla, psixi inkişafın geri qalması; Meyar: 3.1 Uşaqların sağlamlı q imkanlarının məhdudluğu => 3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həft...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının övladı Əbilov Rəmzi Ramiz oğlunun əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində demensiya. Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Piylənmə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin diaqnozu və yanaşı xəstəliklərini dəqiqləşdirmək üçün əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir.
3. İddiaçının övladı Əbilov Rəmzi Ramiz oğlunun əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində. Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səb əbi: Göndərişin natamam doldurulması - Səbəb: tsek-ə göndərilən zaman xəstənin hazırki vəziyyəti funksional pozğunluq dinamika dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir.
4. İddiaçının övladı Əbilov Rəmzi Ramiz oğlunun əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez təkrarlanan qıcolmalar. Epilepsiya nəticəsində Demensiya. Orta dərəcəli əqli gerilik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Uzun müddətdir ki, xəstə olmasına baxmayaraq, stasionar müalicələri qısa müddətlidir. Tutmaların sayını dəqiqlə şdirmək üçün 1 ay ixtisaslaşmış müəssisədə stasionar müalicə tələb olunur” səbəbi ilə imtina verilmişdir.
5. İddiaçının övladı Əbilov Rəmzi Ramiz oğlunun əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta dərəcəli əqli gerilik Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində Nitq artikulyasiyasının spesifik pozğunluğu, Özünə xidmət zamanı köməyə ehtiyac, Kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüzdür. Generalizə olunmuş idiopatik e pilepsiya və epileptik sindromlar, Həftədə 2- 3 dəfə qıcolama tutmaları olur.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.6. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98);” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladına, yəni Əbilov Rəmzi Ramiz oğluna ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il təvəllüdlü oğlu Əbilov Rəmzi Ramiz oğlu anadangəlmə qüsurludur. Ti bbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi əlilliyə görə müavinət təyin olunmuşdur. 16 yanvar 2020-ci il tarixdə 1-ci forma 88 göndərilmişdir, təqribən 1 ay sonra ona cavab gəlmişdir ki, yenidən müayinə-müalicə olunsun. Bundan sonra oğlu 2-ci dəfə xəstəxanada yataraq müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi sağlamlıq” mərkəzində olan komissiyadan Elektroensefalografıya müayinəsindən, DOST 1 Mərkəzində canlı müayinədən keçərək, diaqnoz F068 orta dərəcəli əqli gerilik epilepsiya və epileptik aktiv ocaq, piylənmə, ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları mart ayında yenidən Forma 88 ilə göndərilmişdir. Lakin təqribən 10 aydan sonra DOST 1 Mərkəzində ona dedi lər ki, onlar cavab verib ki, yenidən Forma 88 göndərilməlidir. Əvvəlki və sonrakı Forma 88-lər hər ikisi eynidir, bir dənə tarix dəyişdirilmişdir. Özlərinin səhvini ört-basdır etmək üçün yeni Forma 88 istənilmişdir (Tarixin yeni olmasına görə). Lakin əvvəlki Forma 88 ilə əlillik pensiyası təyin edilə bilərdi. 2021-ci ilin yanvar ayında yenidən eyni Forma 88 göndərilmiş və 05 fevral 2021-ci il tarixdən əlilliyə görə müavinət təyin edilmişdir.
8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1307/2022 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia təmin edilmiş, iddiaçının övladına, yəni xx.xx.2006-cı il təvəllüdlü Əbilov Rəmzi Ramiz oğluna ümumi xəstəlik səbəbi ilə təyin ed ilmiş 2-ci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının övladının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat ha qqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(106)-80/2023 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov – sədrlik edən və məruzəçi, O.İsmayılov və M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzi 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixdə tərt ib etdiyi 4326003AABG5 nömrəli göndərişdə iddiaçı barəsində əks olunmuş diaqnoz ilə xx.xx.2021-ci il tarixdə 3 (üç) il müddətinə əlillik dərəcəsi təyin edilməsinə əsas olan xx.xx.2021-ci il tarixli, 4326003AABP4 saylı göndərişdə müəyyən edilən diaqnoz eyni olmuşdur.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli göndərişə baxılan zaman müəyyən olunmuşdur ki, şəxsin diaqnozu qiymətləndirilən zaman onun əlavə müalicəyə ehtiyacı vardır və bu səbəbdən imtina verilmişdir. Həmin sənədlərlə və sənədlərdəki göstəricilərlə Agentlik tərəfindən əlillik təyin edilə bilməzdi. Ümumiyyətlə, əgər Agentlik iddiaçı barəsində 2021-ci ildə əlillik təyin etmişdirsə demək ki, bunun üçün qanuni əsaslar olsaydı, bunu xx.xx.2020-ci ildəki müayinə zamanı təyin edərdi.
16. Bundan başqa apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “iddiaçının imtina olunan diaqnozları da ona əlillik təyin edilən diaqnozla eynilik təşkil etdiyi üçün şəxsə cavabdehin bu barədə qəbul etdiyi qərar qanuni olmamışdır”. Qeyd etmək lazımdır ki, məhkəmə qərarında özü də qeyd edir ki, “Sadəcə olaraq həmin diaqnozlar göndərişin birində “əsas” diaqnoz kimi digərində isə “ağırlaşma və yanaşı xəstəliklər” diaqnozu kimi qeyd edilmişdir. (bax iş vərəqi 3-7,145, 160).” Əsas və ağırlaşma anlayışları tamamilə fərqli anlayışlar olmasına baxmayaraq məhkəmə tərəfin dən bu məqam ümumiləşdirilmişdir. Ümumiyyətlə, bu anlayışlar eyni mənanı ifadə edirsə o zaman diaqnozda onlar ayrılıqda deyil, bir anlayış kimi qeyd edilərdi. Buradan da belə bir nəticəyə gəlirik ki, məhkəmənin qəbul etdiyi qərar qanuni olmamışdır. Eyni zamanda, məhkəmənin tibbi diaqnozları eyniləşdirməsinin hansı əsasla aparılması da aydın olmamışdır. Belə ki, tibb sahəsi üzrə qərar qəbul edilməsi yalnız bu sahədə fəaliyyət göstərən şəxslər tərəfindən və ya həmin şəxslərin məhkəməyə təqdimə edəcəyi mütəxəssis (ekspert) rəyi əsasında həyata keçirilə bilər. Buna görə də məhkəmənin diaqnozları bu şəkildə eyniləşdirməsi başa düşülən deyil. Əgər həqiqətən də diaqnozlar eynilik təşkil edilməsində əsaslı şübhələr var idisə, o zaman məhkəmə birbaşa olaraq şəxsə həmin tarixdən əlilliyi deyil, bu m əsələnin yenidən araşdırılması barədə göstəriş verə bilərdi.
17. Odur ki, Agentlik tərəfindən hər hansı qeyri-qanuni hərəkət edilməmiş və diaqnoz ona xx.xx.2022-ci il tarixində əlillik təyin edilməsinə əsas verdiyi üçün məhz bu zaman onun barəsində Agentlik tərəfindən əlillik təyin edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tib bi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndiril məsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyasınin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
25. İş materialları ilə müəyyən olunur ki, iddiaçının övladı - xx.xx.2006-cı il təvəllüdlü Əbilov Rəmzi Ramiz oğlunun xx.xx.2015-ci il tarixində sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsi keçirilmiş və o, iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Daha sonra Əbilov Rəmzi Ramiz oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2017-ci il tarixdən “Əlillik” altsistemi tərəfindən üç il müddətində uzadılmışdır. Təyinat müddətinin bitdiyi xx.xx.2020-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə Bakı 39 nömrəli Şəhər Poliklinikası tərəfindən dörd göndəriş (Forma-088) daxil olmuşdur. Həmin göndərişlər xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdir. Həmin göndərişlərdən sonuncusu istisna olmaqla “Əlavə müalicəyə ehtiyacın olması”, “Göndərişin natamam doldurulması” və “Əlavə müal icəyə ehtiyacın olması” səbəbi ilə digər göndərişlər üzrə R.İddiaçı sağlamlıq vəziyyəti təkrar qiymətləndirilməsindən imtina verilmişdir. Sonuncu yəni xx.xx.2021-ci il tarixli göndəriş əsasında R.İddiaçı sağlamlıq vəziyyəti təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən üç il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir.
26. Hazırkı işdə iddiaçının hüquqi marağı onun övladına ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020ci il tarixdən hesablanmasıdır.
27. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Odur ki, cavabdehin yuxarıda göstərilən xx.xx.2020-ci il tarixli imtina qərarı hazıradək qüvvədə olduğundan və həmin qərar məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, R.İddiaçı sağlamlıq imkanlarının məhdudluğunun imtina qərarının qəbul edildiyi tarixdən əvvəlki dövrə yəni, xx.xx.2020-ci il tarixdən hesablanması qanun vericiliyin tələbləri baxımından mümkün deyildir.
29. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
30. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
31. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının oğlu R.İddiaçı TSEK qərarı ilə xx.xx.2021-ci il tarixdə yenidən sağlamlıq imkanlarının məhdudluğu olan şəxs olaraq müəyyən edildiyindən, həmin təyinatın xx.xx.2020-ci il tarixdən hesablanması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 11 aprel 2023-cü il qərarı ləğv edilməli və iddia rədd edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(106)-80/2023 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.