Məhkəmə qərarları › İş №2-1(102)-1777/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1777/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1777/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının hüquqi varisi X4 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarş ı (Azərbaycan Milli Elmlər X7 (keçmiş X1) və “Foton” bağçılıq – yoldaşlıq təsərrüfatı üçüncü şəxs olmaqla) bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1345/2018 nömrəli iş üzrə 21 iyun 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxxünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı bağ sahəsi üzəri ndə mülkiyyət hüququnun qeydiyyata alınması, bağ sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, X1 “Foton” bağçılıq – yoldaşlıq təsərrüfatı üzvlərinin 11.04.1989-cu il tarixli ümumi yığıncağının protokoluna əsasən xxxx massivi ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı bağ sahəsi İddiaçı daimi istifadəsinə ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 14.05.2017-ci il tarixli cavab məktubu ilə idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adın ın aşkar olunmadığını, mərz və hasarlanma işlərinin tam aparılmadığını, protokoldan çıxarışda latın əlifbasından istifadə olduğundan sənədlərin həqiqliyinin şübhə doğurduğunu qeyd edərək, ərizənin icrasından imtina etmişdir. İddiaçı cavabdehin həmin imtinasını qanunsuz hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(82)3226/2017 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi massivində yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə q oyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi massivində yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı bağ sahəsinin qanuni istifadəçisidir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1345/2018 nömrəli iş üzrə 21 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(82)-3226/2017 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1927/2018 nömrəli, 13 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: X.S.Məmmədov, hakimlər: R.S.Nəbizadə və A.S.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1345/2018 nömrəli iş üzrə 21 iyun 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-86/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(82)-3226/2017 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı təqdim etdiyi, üzərində əlyazma və kiril əlifbası ilə «Dublikat» sözü yazılmış, order reykvizitlərinə malik olmayan və əsli mövcud olmayan “Spravka-order” adi bir arayış olaraq bağ sahəsinin iddiaçının adına qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, X1 “Foton” bağçılıq-yoldaşlığı üzvlərinin 11.04.1989-cu il tarixli ümumi yığıncağının protokoluna əsasən xxxxünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı b ağ sahəsi daimi istifadə üçün İddiaçı ayrılmışdır. Bunu təsdiq edən mötəbər sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, apelyasiya məhkəməsi sübutları qiymətləndirərkən bu sübutlara lazımi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara əsaslanaraq bildirmişdir ki, İddiaçı mübahisəli bağ sahəsinin qanuni istifadəçisidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Lakin apelyasiya məhkəməsi qan unvericiliyin bu tələbini də kobud səkildə pozaraq cavabdehin apelyasiya şikayətini heç bir tutarlı səbəb gətirmədən təmin etmişdir. X5 və digər şəxslər Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət edərək bildirmişlər ki, X1 “Foton” bağçılıq-yoldaşlığının üzvlərinin 11.04.1989-cu il tarixli ümumi yığıncağının protokoluna əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı bağ sahəsi daimi istifadə üçün İddiaçı ayrılmışdır. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bu sübuta ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş, qərarda bu sübutun nə üçün rədd edilməsi və ya ona hüquqi qiymət verilməməli olduğu barədə heç bir fikir bildirilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Qanunvericili yinin müddəalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisələndirilən bağ sahəsinin qanuni istifadəçisidir. Bunu təsdiq edən sənədlər X1 “Foton” bağçılıq-yoldaşlığı tərəfindən İddiaçı adına verilmiş üzvlük bileti və həmin bağçılığın üzvlərinin ümumi yığıncağının 11.04.1989-cu il tarixli protokolundan çıxarış cavabdehə təqdim edilmişdir. Cavabdeh bildirmişdir ki, “təqdim olunmuş sənədlərin həqiqiliyi şübhə doğurur”. Lakin cavabdeh həmin sənədlərin mötəbər olmamasının müəyyənləşdirilməsi üçün heç bir tədbir görməmiş, formal şəkildə fikir bildirməklə kifayətlənmişdir. Protokolda çıxarışın latın qrafikası ilə tərtib olunmasına gəldikdə isə nəzərə alınmalıdır ki, bu sənəd çıxarışdır və protokoldan müxtəlif vaxtlarda çıxarış verilməsi qanunsuz deyil. Odur ki, məhk əməyə təqdim olunan sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən mötəbər sayılmalı idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə İddiaçı 02.04.2019-cu ildə vəfat etmiş, onun əri X6 iddiaçıdan qalmış mirası qəbul etmişdir. Ona görə A.Kazımovun iddiaçının hüquq varisi kimi prosesə buraxılmasını xahiş etmişdir. İddiaçı əri A.Kazımov da eyni məzmunlu vəsatətlə çıxış etmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə İddiaçı onun hüquq varisi A.Kazımovla əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi A.Kazımov və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini Bakı Apelyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-86/2019 saylı iş üzrə 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh və üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Bu aşağıdakı səbəblərdə irəli gəlir. Apelyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçının təqdim etdiyi, üzərində əlyazma və kiril əlifbası ilə “Dublikat” sözü yazılmış, order reykvizitlərinə malik olmayan və əsli mövcud olmayan “Spravka-order” adi bir arayış olaraq hüquqmüəyyənedici sənəd kimi bağ sahəsinin iddiaçının adına qeydə alınmasına əsas kimi qiymətləndirilə bilməz. Apelyasiya məhkəməsi bu barədə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, həmin “Spravka-order”də qeyd edilir ki, “Foton” bağçılıq-yoldaşlığı üzvlərinin 11 aprel 1989-cu il tarixli ümumi yığıncağının qərarı ilə İddiaçı 198 saylı torpaq-bağ sahəsi ayılmışdır. Lakin 11 aprel 1989-cu il tarixli ümumi yığıncağın pr otokolunda və “Foton” bağçılıq-yoldaşlığın 86 nəfər üzvlərinin Siyahısında iddiaçının adı mövcud deyildir (Hətta bağçılıq-yoldaşlığa üzvlüyə sonradan qəbul olunmuş şəxslər sırasında iddiaçının adının mövcudluğu müəyyən edilmir). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (maddə 13, 29) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə veri lir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqınd a” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 198 saylı bağ sahəsin in qanuni istifadəçisi olmuşdur. Bunu təsdiq edən sənədlər kimi X1 “Foton” Yoldaşlıq Bağçılığı tərəfindən iddiaçının adına verilmiş üzvlük bileti və həmin bağçılığın üzvlərinin ümumi yığıncağının 11.04.1989-cu il tarixli protokolundan çıxarış İddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Bundan əlavə, cavabdeh İddiaçı müraciətini təmin etməkdən imtina edərkən bildirmişdir ki, onun tərəfindən təqdim olunmuş sənədlərin həqiqliyi şübhə doğurur. Bu halı əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin sənədlərin mötəbər olmamasının müəyyənləşdirilməsi üzrə heç bir tədbir görməmiş, formal şəkildə fikir bildirməklə kiyətlənmişdir. Protokolda çıxarışın latın qrafikası ilə tərtib olunmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, bu sənəd “çıxarış”dır və protokoldan müxtəlif vaxt larda çıxarış verilməsi qanunsuz deyil. Odur ki, təqdim olunan sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə görə mötəbər sayılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə görə isə, İddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin göstərişinə əsasən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Milli Elmlər X3 nümayəndəsi izahatında təsdbiq etmişdir ki, həqiqətən də, İddiaçı 1976-cı ildən Fotoelektronika İnstitutunda çalışmışdır. İş materiallarında olan siyahıda İddiaçı adı qeyd edilməsə də, sonradan bağ sahələri ayrılmış əməkdaşlar xaricə getdiklərindən onların bağ sahələri digər əməkdaşlara, o cümlədən İddiaçı verilmişdir. Cavabdeh İddiaçı müraciətini təmin etməkdən imtina edərkən həmçinin bildirmişdir ki, mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bu arqumenti də əsassız hesab məhkəmə kollegiyası qeyd edir ki, bağ sahəsinin hasarlanmaması İddiaçı hüquqlarının qeydiyyata alınmasına təsir edən hal hesab edilə bilməzdi. Yəni, qanunvericilikdə hasarlanmanın aparılmaması nəticəsində hüquqların dövlət qeydiyyatına məhdudiyyət qoyulmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları konkret sadalanmışdır: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənmə si tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə belə hal müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şə xslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyi təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-86/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilsin. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi massivində yerləşən ümumi sahəsi 500 kv.m olan 198 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə, reyestrdən çıxarışın verilməsi və “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar